“Mutasiyalar təkamülə səbəb olur” iddiası saxtakarlıqdır

Mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən və insana aid bütün genetik məlumatları daşıyan DNT molekulunda radiasiya və kimyəvi təsirlər nəticəsində meydana gələn yerdəyişmələr, qırılmalar və pozuntulardır. DNT-dəki məlumatlar A, T, C və G hərfləri ilə işarələnən 4 ayrı nukleotidin bir-birinin ardınca xüsusi və mənalı sırada düzülməsilə əmələ gəlir. Ancaq bu sırada bircə hərf səhvinin olması o quruluşu tamamilə pozar. Məsələn, uşaqlarda rast gəlinən qan xərçəngi xəstəliyi DNT-dəki hərflərdən birinin səhv olması nəticəsində üzə çıxır. Çernobıldakı radiasiya sızması və Xirosimaya atılan atom bombası nəticəsində sonrakı nəslin uşaqların şikəst olmalarının və ya xərçəng kimi xəstəliklərin üzə çıxmasının səbəbi də mutasiyaların orqanizmlərində əmələ gətirdiyi bu cür zərərli təsirlərdir.

Demək olar ki, bütün mutasiyalar zərərlidir və ümumiyyətlə canlılar üçün ölümcüldür. Zərərsiz mutasiya nümunələri isə əsasən orqanizmə heç bir fayda verməmiş, çox halda təsirsiz qalmışlar. Elm adamları tədqiq edilmiş bütün mutasiyalar arasında bircəsinin belə açıq şəkildə canlının həyat prosesinə müsbət təsir etmədiyi nəticəsinə gəlmişlər.37


DNT on reallaşacaq hər mutasiya mütləq bu quruluşa zərər verər.
Mutasiyalar nəticəsində canlının mükemmelleşmesi və ya yeni genetik məlumat qazanması mümkün deyil.

Lakin təkamül nəzəriyyəsi “yeni” canlılar əmələ gətirən, möcüzələr yaradan bu xəyali mutasiyalara əsaslanır. Darvinistlər növlərin xəyali və faydalı saysız-hesabsız mutasiyanın ortaya çıxardığı mükəmməl forma və orqanlar vasitəsilə bir-birlərindən törədiklərini iddia edirlər. Darvinistlərə üz qarası olan bu iddia mutasiyaların orqanizmə mütləq zərər verdiyini bilən Darvinist elm adamları tərəfindən irəli sürülmüşdür. Habelə Darvinistlər mutasiyaların bu zərərli təsirlərini çox yaxşı bilmələrinə baxmayaraq sözügedən iddialarına laboratoriyada mutasiyaya uğradılmış dörd qanadlı mutant meyvə milçəyini nümunə göstərirlər. Diqqətli şəkildə həyata keçirilən mutasiyalar nəticəsində meyvə milçəyində əmələ gətirilən iki artıq qanad Darvinistlər tərəfindən mutasiyaların təkamülə səbəb olması iddiasının ən böyük dəlili kimi təqdim olunmuşdur. Amma əslində bu iki qanad canlıya fayda deyil, zərər vermiş, canlının uçma qabiliyyətinin itirməsinə səbəb olmuşdur. Kaliforniya Universitetindən molekulyar bioloq Conatan Uels bunu belə açıqlayır:

1970-ci ildə Kaliforniya Texnologiya İnstitutundan genetik Eduard B. Luis üç mutant növünü diqqətli şəkildə cütləşdirərək müvazinət orqanı normal görünüşlü ikinci cüt qanada çevrilən meyvə milçəyi törətməyi bacardı.

İlk baxışda Karolun təcrübəsi nizamlayıcı DNT-dəki kiçik inkişafyönlü dəyişikliklərin görünüşdə böyük təkamül xarakterli dəyişiklər etməsi iddiasına dəlil kimi görünə bilər. Amma meyvə milçəyi yenə də meyvə milçəyidir. Habelə ikinci cüt qanad normal görünməsinə baxmayaraq uçma əzələlərindən məhrumdur. Dörd qanadlı meyvə milçəyi quyruğundan lazımsız yerə sallanan bir cüt qanadı olan təyyarə kimidir. Canlı uçarkən və cütləşərkən çətinlik çəkir, buna görə yalnız laboratoriyada yaşaya bilir. Təkamülə dəlil kimi təqdim edilən dörd qanadlı meyvə milçəyi sirkdəki iki başlı danadan heç də yaxşı görünmür.38

Conatan Uels sözlərinə belə davam edir:

Artıq qanadlı və ya əskik ayaqlı şikəst meyvə milçəkləri inkişaf genetikası haqqında bizə bəzi şeylər öyrətdi, amma təkamül haqqında heç bir şey öyrətmədi. Bütün dəlillər bir nəticəni göstərir: meyvə milçəyinin embrionuna nə etsək də, yalnız üç ehtimal meydana gələ bilər – normal meyvə milçəyi, qüsurlu meyvə milçəyi və ya ölü meyvə milçəyi. At bir tərəfə dursun, at milçəyi belə deyil.39

Göründüyü kimi Darvinistlərin ziddiyyətli iddialarına yeganə dəlil kimi göstərməyə çalışdıqlar dörd qanadlı mutant meyvə milçəyi də qüsurlu meyvə milçəyindən artıq deyil. Mutasiyalar canlı üzərində nə qədər təsirlə olursa-olsun, o canlı növünə başqa canlıya aid xüsusiyyət əlavə etmə kimi möcüzəvi qabiliyyətdən məhrumdurlar. Amma Davrinistlər canlıda mutasiyalar yolu ilə möcüzələr əmələ gəlməsi yalanına inanmaq istəyirlər.


Mutasiyaların zərərli təsirləri, şəkildəki canlılarda açıqca görülə. Mutasiyalar canlıları ya şikəst buraxar ya da onları öldürərlər. Mutasiyalar canlıları geliştirmez, onlara yalnız zərər gətirirlər.

Maraqlısı budur ki, sözügedən meyvə milçəyinin qüsurlu olması Darvinist elm adamlarına məlum olmasına baxmayaraq bu mutant hələ də dərsliklərdə mutasiya ilə təkamülün ən böyük dəlili kimi göstərilir. Molekulyar bioloq Conatan Uels bununla bağlı belə yazır:

Piter Reyvn və Corc Consonun 1999-cu ildə nəşr olunan dərsliyi “Biologiya”ya əsasən “təkamül genetik məlumatdakı dəyişiklilklərlə başlamışdır... Mutasiya və yenidən birləşmə (mövcud genlərin yenidən nizamlanması) yolu ilə baş verən genetik dəyişiklik təkamül üçün xammaddə hazırlayır.” Kitabdakı eyni səhifədə dörd qanadlı meyvə milçəyinin rəsmi verilir və onu “inkişafın kritik mərhələsini nizamlayan gen olan Ultrabithorax-dakı dəyişiklərə görə mutant” adlandırır, bundan əlavə, sinəyə və iki cüt qanada malik olduğunu da əlavə edir.

Yuxarıda qeyd edilən dərs kitabı, bundan əlavə, oxucuya əlavə qanadların qazanc olması təsəvvürünü verir. Amma əslində dörd qanadlı meyvə milçəyi uçuş üçün lazımi orqanlardan məhrumdur. Müvazinət orqanları yox olmuş və onların yerini yeni bir şey deyil, digər hissədə onsuz da mövcud olan orqanların surətləri almışdır. Nə qədər dörd qanadlı meyvə milçəyi rəsmləri mutasiyaların yeni orqan əlavə etməsi təsəvvürünü versə də, bunun tam əksi həqiqətə daha yaxındır.40

Darvinizmin iddia etdiyi canlıların başlanğıcını təmsil edən və təsadüfən meydana gəlməsi qeyri-mümkün olan o “xəyali ilk hüceyrə”nin öz-özünə meydana gəldiyini fərz etdikdə belə kompleks quruluşlu insan əmələ gələnə qədər baş verməli xəyali təkamül prosesinin ən kiçik mərhələsində belə külli miqdarda genetik məlumat hazırlanmalı və saysız-hesabsız mutasiya baş verməlidir. Bu mutasiyaların miqdarı çox olarkən eyni zamanda bunların “hamısı” canlıya fayda və ya “yenilik” gətirən xüsusiyyətdə olmalıdır.
Darvinizmin iddia etdiyi canlıların başlanğıcnı təmsil edən və təsadüfən əmələ gəlməsi qeyri-mümkün olan o “xəyali ilk hüceyrə”nin öz-özünə meydana gəldiyini fərz etsək belə, kompleks quruluşa malik insan əmələ gələnə qədər baş verməli xəyali təkamül prosesinin ən kiçik mərhələsində belə külli miqdarda genetik məlumat hazırlanmalı və saysız-hesabsız mutasiya baş verməlidir. Bu mutasiyaların miqdarı çox olmaqla bərabər eyni zamanda onların “hamısı” canlıya fayda və ya “yenilik” gətirəcək xüsusiyyətdə olmalıdır. Çünki inkişaf etməkdə olan bu xəyali yeni orqanizmdə baş verəcək bircə səhv sistemin tamamilə pozulub çökməsinə səbəb olacaqdır. Mutasiyaların 99% zərərli və 1% təsirsiz olduğu nəzərə alınarsa, təkamül nəzəriyyəsinə görə baş verməli bu milyardlarla mutsiyanın hər birinin istisnasız faydalı olduğunu iddia etmək, şübhəsiz, ağla və elmə ziddir.

Ona törə bir canlıda daha əvvəl mövcud olmayan yeni bir üzvün və ya xüsusiyyətin mutasiyalar nəticəsində meydana gəlməsi qeyri-mümkündür. Mutasiyaların bir canlıya o canlıya aid olmayan yeni məlumat əlavə etmə və onu fərqli canlıya çevirmə gücü yoxdur. Mutasiya iddiası Darvinizm yalanının, Darvinist məntiqsizliyinin ən böyük göstəricisini təmsil edir. Çünki təkamül fikri əslində olmayan bu xəyali “faydalı mutasiyalara” əsaslanır.

MUTASYONLAR SİMETRİ DÜŞMANIDIR



Bir günəbaxanın yarpaqlarında, ilbizi qabığında, şam kozalağında, ya da barmaqlarımızın uzunluğunda olan riyazi nisbət Allahın yaratdığı fövqəladə gözəlliklərdən, nemətlərdən biridir. Bu, elm adamlarının "Qızıl nisbət" adını verdikləri heyrətamiz bir Uyumdur.

Qızıl nisbət adı verilən və Orta əsrlərin ən təsirli riyaziyyatçısı Fibonacci'nin tapdığı sayı serialının xüsusiyyəti, serialdakı ədədlərdə hər birinin özündən əvvəl gələn iki ədədin cəmindən meydana gəlməsidir.



Fibonnaççi ədədləri 0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144, 233, 377, 610, 987, 1597, 2584, ... şəklində irəliləməkdədir.

Serialdakı ədədlər bir əvvəlkinə bölündüyündə, bir-birinə çox yaxın ədədlər əldə edilir. Hətta serideki 13. sırada iştirak edən ədəddən sonra bu ədəd sabitlenir. Məhz bu sayı "qızıl nisbət" olaraq adlandırılan 1,618 dir.

Bu möhtəşəm nisbət, Allahın bir möcüzəsi olaraq, təbiətdəki bir çox varlıqda müşahidə edilə bilər. Hüceyrələrimizə içindəki DNT sarmalından, kosmosdakı qalaktikaların şəkillərinə, qar kristallarından mikrocanlılara, buynuz və dişlərinizi, ilbiz qabıqlarına qədər qızıl nisbəti tapmaq mümkündür. Qızıl nisbətə ən təəccüblü nümunə, insan bədəninin.

İnsan vücudunda,

Üzün boyu - Üzün genişliyi,

Dodaq-qaşların birləşmə yeri arası - Burun boyu,

Üzün boyu - Çənə ucu-qaşların birləşmə yeri arası,

Ağız boyu - Burun genişliyi,

Burun genişliyi - Burun dəlikləri arası,

Göz körpələri arası - Qaşlar arası.

Barmaq ucu-dirsək arası - Əl biləyi-dirsək arası,

Çiyin xəttindən baş ucuna olan məsafə - Baş boyu,

Göbək-baş ucu arası məsafə - Çiyin xəttindən baş ucuna olan məsafə,

Göbək-diz arası - Diz-ayaq ucu arası.

Mükəmməl bir qızıl nisbət nümunəsidir.

Ey Rəbbimiz, Quranda "Allah hər şey üçün bir ölçü etmişdir" şəklində bildirir (Talaq Surəsi, 3). Məhz "Qızıl Nisbət", Allahın bizlər üçün var etdiyi üstün yaradılış dəlillərindən biridir. (Ətraflı məlumat üçün baxın. [)

Canlılardakı mükəmməl simmetriya və bu möhtəşəm qızıl nisbət, Darvinistlərin təkamül iddiasını başlıbaşına yox edər. Çünki Darvinistlərin, sözdə "təkamülləşdirici güc" atfettikleri mutasiyalar bir simmetriya düşmənidir. Darvinistlərin iddiasına görə, başıboş mutasiyalar oluştuklarında, canlılarda mükəmməl qızıl oranın oluşamaması lazımdır. Canlı varlıqlarda müdhiş bir qeyri-tarazlıq və intizamsızlık meydana gəlməsi lazımdır. Çünki mutasiyalar nizamsız hadisələrdir. Mutasiyalar, bir canlıda daha əvvəl mövcud olmayan bir qolu meydana gətirib, ona nisbətli bir əl yaradıb, əlin barmaqlarını bu riyazi nisbətə görə düzenleyemezsiniz. Bundan əlavə, bunun ardınca bədənin tam qarşı tərəfində fövqəladə bir simmetriya içində yeni eyni uzunluqda bir başqa qol, eyni böyüklükdə və tam simmetrik şəkildə tənzimlənmiş bir başqa əl və eyni həssas riyazi nisbətə sahib eyni sayda digər barmaqları meydana gətirə bilməzlər. Təsadüfi mutasiyalar, əvvəldən qərar alıb, mükəmməl komplekslikte bir gözü meydana gətirib, onun dərhal ardından tam qarşı tərəfindən üzə və digər gözə mükəmməl uyğun, eyni böyüklük, rəng və şəkildə və eyni funksiyalara sahib yeni və görən bir göz daha meydana gətirə bilməzlər. Təsadüfi mutasiyalar, sağ tərəfdə Darvinistlərin iddia etdikləri şəkildə bir qulaq meydana gətirib, dərhal sol tərəfdə da eyni simmetriyadan, eyni şəkildə eşidən, eyni xüsusiyyətlərə malik ikinci bir qulaq meydana gətirə bilməzlər. Örs, çəkic, üzengi kimi strukturların hər birini mükəmməl şəkildə yaradıb, bunlara funksiyalar verib, eyni simmetriyadan qüsursuz şəkildə meydana gətirə.



Bir canlının yaşaya bilməsi üçün təsadüfi mutasiyaların ürək kapakçıklarını da ürəyin iki tərəfində eyni şəkildə, eyni simmetrik və eyni funksiyanı yerinə yetirəcək şəkildə formalaşdırmaları lazımdır. Əks halda, o canlı həyatını sürdüremeyecektir. Bu nisbət və simmetriyanın, bədənin hər orqanında eyni şəkildə yaradılması lazımdır. Çünki günümüzdəki canlılar da, keçmişdə yaşamış olanlar da, eyni mükəmməl simmetrik göstərir. Canlıların heç biri, bir qulağı tərs, bir ağciyəri fərqli, tək gözü alnında, təki burnunda olacaq şəkildə var olmamaqdadır. Canlılıkta belə bir ziddiyət olmadığına görə, Darvinistlər mutasiyaların evrimleştirdiğine dair iddiaları böyük bir kütləni aldatmağa çalışırlar.

Bir qulağı tərs, bir gözü alnında canlılar olduqca nadir olaraq qarşımıza bir əcaib varlıq olaraq çıxarlar. Məhz mutasiyaların meydana gətirdiyi nəticə budur. Mutasiyalar, düz bir quruluşa sanki maşınlı tüfənglə atəş etmək kimidir. Möhkəm bir şeyin üzərinə atəş açılması şübhəsiz ki, o quruluşu tamamilə aradan qaldırır. Söz mövzusu mutasiyaların tək bir dənəsinin təsirsiz qalması və ya maşınlı tüfənglə daranmış bədəndəki mövcud bir infeksiyası yandıraraq yaxşılaşdırması bir şeyi değiştirmemektedir. Orqanizm onsuz da özünə isabət edən 99 güllə ilə yerlə bir olmuşdur.
.

Mətbuatda və elm dairələrində diqqəti cəlb edən, çox da uzun yaşamayan bu canlılara söz mövzusu qəribə görünüşü verən şey mutasiyalar. Mutasiyalar, canlı orqanizmin genlərini pozulmağa uğratmış, canlıya aid möhtəşəm simmetrik aradan qaldırmış, onu yaşaya vəziyyətə gətirmişdir. Ancaq burada unudulmaması lazım olan şey mutasiyaların da Allahın konrolünde reallaşan hadisələr olmasıdır. Allah yaratmasındakı mükəmməlliyi insanlara göstərmək üçün belə misallar yaratmaqda, yaratma sənətini göstərməkdədir.


Fərz Edilən Faydalı Mutasiyalar Üçün Lazım Olan Sonsuz Zaman

Həqiqətən faydalı mutasiyaların baş vermə ehtimalını fərz etsək belə mutasiya iddiası təkamül nəzəriyyəsinə uyğun gəlmir. MTİ-də (Massaçusets Texnologiya İnstitutu – Massachusetts Institute of Technology) elektrik mühəndisliyi fakültəsinin professoru Murrey İden “Neo-darvinist təkamülün elmi nəzəriyyə kimi əsassızlığı” başlıqlı məqaləsində adaptasiya məqsədli dəyişikliyi meydana gətirmək üçün altı mutasiya lazımdırsa, bunun təsadüfən ancaq bir milyard ildə bir baş verəcəyini, əgər iki düjin gen daxil olacaqsa, bu təqdirdə Yerin yaşından daha uzun müddətin, daha doğrusu, 10.000.000.000 ilə ehtiyac olacağını açıqlamışdır.41 Riyaziyyatçılar birdən artıq mutasiyanın eyni anda meydana gəlməsi lazım olan mürəkkəb üzv və orqanlarda mutasiyaların faydalı və təsirli olduğu fərz edildikdə belə Darvinistlər üçün zaman problemi olduğunu açıq şəkildə bildirirlər. Ən qatı Darvinistlərdən olan paleontologiya üzrə professor Corc G. Simpson belə beş mutasiyanın eyni anda baş verməsinin sonsuz zaman tələb etdiyini açıq şəkildə bildirir.42Sonsuz zaman belə bir ehtimalın olmadığı deməkdir və bu ehtimal eyni zamanda canlı orqanizmlərin malik olduqları bütün quruluş və orqanlara da aiddir. Bu halda dövrümüzdə gördüyümüz möhtəşəm canlı müxtəlifliyinin mutasiyalarla meydana gəlmə ehtimalının qeyri-mümkün olduğu aydındır.


Canlı DNTi olduqca mürəkkəb bir quruluşa malikdir. Təsadüfi hər cür müdaxilə, bu quruluşa ancaq zərər verəcək. Bu isə xəstə, şikəst və ölü orqanizmlərin meydana gəlməsinə səbəb olacaq.

Təkamülçü Corc G. Simpson sözügedən mutasiya iddiası ilə bağlı başqa hesablama da aparmış və hər gün yeni generasiya əmələ gətirdiyini fərz etdiyimiz 100 milyon fərdlik sürüdə mutasiyalardan əldə edilən müsbət nəticənin ancaq 274 milyard ildə bir meydana gələ biləcəyini etiraf etmişdir. Bu say 4,5 milyard il kimi təxmin etdiyimiz Yerin yaşından yüz dəfələrlə böyükdür.43Təbii ki bütün bunlar mutasiyaların müsbət təsirinin olduğunu və ya yeni generasiyalar meydana gətirə bildiyini fərz etdikdə, ortaya çıxan hesablamalardır. Lakin real dünyada belə bir fərziyyəyə yer yoxdur.

“Təkamül keçirən” canlı orqanizmi nə üçün mutasiyalara qarşı qorunur?

Bütün təkamülçü elm adamları bilirlər ki, canlının DNT-sində birdən-birə replikasiya səhvinin meydana gəlmə ehtimalı son dərəcə azdır. Tədqiqatlar hüceyrələrdə genetik səhvlərin əmələ gəlməsinin qarşısını alan qoruyucu ünsürlərin mövcud olduğunu üzə çıxarmışdır. DNT-dəki məlumat bir-birini səhvlərə qarşı yoxlayan bir-birindən fərqli saysız-hesabsız hormon olmadan replikasiya edilə bilməz. Bunlar düzgün amin turşusunun düzgün RNT-yə birləşdiyini müəyyən edilməsi üçün cüt süzgəcli hormonlardan təşkil olunmuşdur. Bir süzgəc çox böyük amin turşusunu kənar edərkən digəri çox kiçilərini kənarlaşdırır. Bu olduqca həssas və ağıllı sistemdir. Bu ağıllı sistemdə səhv meydana gəlməsi ehtimalına qarşı sonuncu yoxlamanı aparan hormonlar da var. Elm adamları öz ağılları çərçivəsində DNT-nin bütünlüyünü qorumağa xidmət edən daha yaxşı hüceyrə nəzarəti və müdafiə sistemi təsəvvürünün olmadığını qəbul edirlər.44

30 il boyu Sarbonnada təkamül kürsüsü rəhbərliyini edən Pier Pol Qrasse bu məsələ ilə bağlı belə yazır:

Küləklə daşınan tozun Dürerin “Melankolia”sını əmələ gətirmə ehtimalı gözü əmələ gətirən DNT molekullarında meydana gələcək replikasiya səhvi ehtimalından daha azdır.45

Darvinistlər DNT-dəki bu möcüzəvi sistemi görməməzliyə vurur, bu mövzunu dərindən araşdırıb açıqlama gətirməkdən çəkinirlər. Lakin bir tərəfdən də meydana gəlmə ehtimalı demək olar ki qeyri-mümkün olan replikasiya səhvləri haqqında həyat tarixi ssenarisi uydururlar. Bu, Darvinist məntiqin uğursuzluğunu bir daha nümayiş etdirir.

Darvinin irəli sürdüyü təbii seleksiya iddiasının təaküml üçün qəti açıqlama olmadığının başa düşülməsinin və genetika qanunlarının Darvinizmə zərbə kimi ön plana çıxmasının ardınca Neo-Darvinizmin ən böyük silahı kimi üzə çıxarılan “mutasiyaların təkamül xarakterli təsiri” iddiası göründüyü kimi yalandan ibarətdir. Canlı orqanizmi pozan, öldürən, məhv edən, bəzən də ondan sonrakı bütün nəsillərə təsir edərək zərər verən mutasiya kimi mexanizmin yeni canlılar üzə çıxardığını iddia etmək, şübhəsiz, böyük ağılsızlıqdır. Lakin insanlar illər boyu bu yalanla aldadılıblar. Əlbəttə, Darvinist elm adamları da mutasiyaların bu cür möcüzəvi gücü olmadığını bilirlər. Belə ki, dövrümüzdəki ən qatı Darvinistlərin önündə gedən Riçard Doukins belə “mutasiyaların çoxu zərərlidir, arzuolunmaz mənfi təsirin meydana çıxması ehtimalı olduqca çoxdur”46sözlərilə bu həqiqəti etiraf etmişdir. Darvinistlərin hələ də bu çürük iddianı təkamül mexanizmi kimi təkidlə təqdim etməyə çalışmaları batil Darvinizm dininə bağlılıqlarından irəli gəlir.(harun yahya DƏccal necƏ öldü?)

37-Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 74-75
38-Jonathan Welss, Ph.D., The Politically Incorrect Guide to Darwinism and Intelligent Design, Regnery Publishing Inc., Washington, 2006, sf.34
39-Jonathan Welss, Ph.D., The Politically Incorrect Guide to Darwinism and Intelligent Design, Regnery Publishing Inc., Washington, 2006, sf.36
40-Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 172-173
41-Gordon Rattray Taylor, The Great Evolution Mystery, Sphere Books Ltd., 1984, s. 4
42-Gordon Rattray Taylor, The Great Evolution Mystery, Sphere Books Ltd., 1984, s. 230
43-Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 81
44-Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 74-75
45-Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 81
46-Richard Dawkins, The Extended Phenotype, Oxford University Press, 1999, s. 141