“Ara-keçid fosil tapıldı” iddiası saxtakarlıqdır

Darvin dövründə ara-keçid fosillərin yoxluğu həll olunacaq problem kimi görünürdü. Darvin yer üzünün təbəqələrində nəzəriyyəsini təsdiqləyəcək bircə ara-keçid fosili tapılmamasını təəccüblə qarşılayır, amma yenə də onların “gələcəkdə tapılacağına” inanırdı. “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin qarşısında duran çətinliklər” fəslində mövzu ilə bağlı bunları yazmışdı:


Darwin'in Türlerin Kökeni kitabının orjinal nüshası.

Əgər həqiqətən növlər digər növlərdən yavaş irəliləyişlərlə törəyibsə, nə üçün saysız-hesabsız ara-keçid formaya rast gəlmirik? Nə üçün bütün təbiət qarışıqlıq halında deyil, tamamlanmış və yerli-yerindədir? Saysız-hesabsız ara-keçid forması olmalıdır, bəs nə üçün yer üzünün bu qədər çoxsaylı təbəqəsində tapa bilmirik.... Nə üçün hər geoloji forma və hər təbəqə belə formalarla dolu deyil? Geologiya yaxşı dərəcələndirilmiş proses üzə çıxarmır və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq.47

Darvinin gözləntisini təkzib edən və təqribən 150 ildən bəri bircə dənə də tapılmayan ara-keçid fosilləri Darvinin nəzəriyyəsinə həqiqətən də ən böyük etiraz kimi ortaya çıxdı. Çünki davamlı olaraq qazıntılar aparılır və Darvinistlərin iddiasına əsasən yer üzünün demək olar ki hər təbəqəsində milyonlarla, hətta milyardlarla tapılmalı olan ara-keçid fosillərindən bircəsi belə üzə çıxmırdı. Ara fosilin olmaması Darvinizmin ölümü demək idi və batil Darvinizm dininin tərəfdarları tərəfindən qəbuledilməz vəziyyət idi.

Elə buna görə Darvinistlər ənənəvi üsullarına əl atdılar və fantastik ara fosillər hazırlamağa başladılar. Bu gün Darvinist mənbəli nəşrlərə, bu mövzunu işləyən orta məktəb və universitet kitablarına baxdıqda ara forma adı altında tanıdılmış bütün canlı fosillərinin əslində saxtakarlığın məhsulu olduğunu görürük. Bəzn nəsli kəsilmiş canlılar, bəzən xəyali rəsmlər, bəzən bircə diş fosili, bəzən də laboratoriya mühitində hiylə ilə hazırlanmış kəllə sümüklərindən istifadə edərək uydurulmuş bu saxta dəlillərin hər biri ara fosil olmamasının və Darvinizmin yalan olduğunun mühüm sübutudur.

Riyaziyyat professoru Volfqanq Smit ara fosil olmaması həqiqətini açıq şəkildə etiraf edən elm adamlarındandır:

“Ən təməl səviyyədə, çox açıq və təfərrüatlı şəkildə ortaya çıxmışdır ki, ara fosil yodur və “itmiş halqalar” sözün əsl mənasında mövcud olmamışdır.”48

Təkamülçü paleontoloq Stefen Stenli isə ara fosil olmaması həqiqətilə bağlı bu şərhləri vermişdir:

Məlum olan fosillər böyük morfoloji keçidi həyata keçirdən bircə filetik (irqə aid) təkamül nümunəsi belə göstərmir, ona görə də pilləli modelin əsaslılığı barədə dəlil də vermir.49

Kanzas Universitetindən geolog Ronald R. Uestin isə bu mövzudakı şərhi belədir:


Yer üzündə 380'den daha çox qalıq yatağı vardır. Bu qalıq yataqlarından indiyə qədər 250 milyondan çox qalıq çıxarılmışdır. Bu qalıqları hamısı yaradılışı isbat etməkdədir. Ələ keçirilən qalıqlar isə tək bir dənəsi belə axtar qalıq deyil. Bütün qalıqlar yaradılışı ipsat etməkdədir...

Əgər təkamül baş versəydi, fosillər bunları göstərməliydi:

1. Həyata dair dəlillər daşıyan ən qədim süxurlarda fosilləşmiş ən qədim ilkin canlı formalarına rast gəlinməli,

2. Daha gənc süxurlar daha mürəkkəb canlı formalarının fosillərinin dəlillərini daşımalı,

3. Canlı formalarında ibtidaidən daha mürəkkəbə doğru pilləli keçid olmalı,

4. Həddindən artıq çox sayda ara-keçid formalarının fosilləri tapılmalıydı.

Lakin bir çox elm adamının yazdığının əksinə, fosillər Darvinin təkamül nəzəriyyəsini dəstəkləmir.50

Darvinistlər indiyə qədər bircə dənə də əsl ara-keçid forma nümunəsi göstərə bilməyiblər. Yer üzünün təbəqələrindən bircə dənə də ara fosil çıxarılmamışdır. Təkamül muzeylərində nümayiş etdirilən bircə əsl ara fosil nümunəsi yoxdur. İndiyə qədər ələ keçirilmiş 250 milyondan çox fosil tapılmışdır, lakin onlardan bircəsi də ara fosil deyil. Hamısı ta dövrümüzdə yaşayan, ya da nəsli kəsilmiş canlıların tam, mükəmməl fosil nümunələridir.

Ara formanın olmaması artıq Darvinistlərin belə inkar edəcəkləri kimi deyil. Bəzən Darvinistlər müxtəlif çətinliklər qarşısında bunu açıq şəkildə bildirmək məcburiyyətində qalırlar. Buna bir misal olaraq təkamülçü paleontoloq Kolin Patersonun bu mövzu ilə bağlı ifadələrini göstərmək olar:


Axtar qalıq tapa bilməyən Darvinistlər, həlli nəsli tükənmiş canlıları axtar form olaraq göstərməkdə taparlar. Halbuki bu canlılar, tam, əskiksiz, mükəmməl canlılardır.

Təkamül xarakterli keçidlərə dair kitabımdakı (Evolution) nümunə çatışmazlığı haqqındakı şərhlərinizə tamamilə şərikəm. Əgər fosil və ya canlı kimi tanıdığım bircə dənə ara forma olsaydı, ktaibıma əlavə edərdim... Açıq danışacağam, fosillər arasında haqqında birisinin sağlam fikir söyləyəcəyi bircə dənə ara keçid forma yoxdur.51

Ara formanın yoxluğu Darvinistlərin böyük əksəriyyətinin etdiyi kimi söz arasına qataraq ötürüləcək və ya əhəmiyyətsiz mövzu kimi qarşılanılacaq vəziyyət deyil. Ara formanın yoxluğu təkamülün yoxluğu deməkdir. Təkamül nəzəriyyəsinin əsaslı olması üçün bircə fosil kifayət deyil, bir neçə fosil də kifayət etmir. Bu fosillər milyonlarla olmalıdır. Lakin əslində bircə dənə də ara fosil tapılmayıb. Ona görə təkcə bu həqiqət – yəni 2000-ci ilin əvvəllərində tapılan fosillərin sayı təqribən 100% təşkil edərkən mövcud olmalı ara fosillərdən bircə dənəsinin də tapılmaması – təkamülün yalan olmasının çox güclü və qəti sübutudur.

Oksford Universitetini zoologiya fakültəsindən Mark Ridley fosillərin təkamülə Darvinist yalanı üzə çıxarmaqdan başqa heç bir şey qazandırmadığını bu şəkildə açıqlamışdır:
İstər mərhələli, istər sıçramalı təkamülü müdafiə etsin, heç bir əsl təkamülçü fosillərdən xüsusi yaradılışın qarşısında təkamülü müdafiə etmək üçün istifadə etməz...52

Maraqlıdır ki, Darvinistlər bu həqiqətə baxmayaraq daha sonra nümunələrini görəcəyimiz kimi tam, mükəmməl formadakı fosilləri hələ də ara fosil kimi təqdim etməyə çalışır və ya ara forma fosillərini özləri hazırlayırlar. Saxtakarlığa əl atılmasının səbəbi, şübhəsiz, elmi cəhətdən əsl dəlil gətirə bilməmələridir. Darvinizmi saxtalaşdıran ən mühüm ünsür də bu batil dinin tərəfdarlarının yalana, aldatmağa məcbur olmalarıdır. Bu batil dini müdafiə edənlər “elm adından” hərəkət etdiklərini söyləyirlər, lakin elmin gətirdiyi nəticələr təkamül nəzəriyyəsini açıq şəkildə təkzib edir. Darvinistlərə əsasən batil Darvinizm dininin sağ qalması ancaq saysız-hesabsız yalan yolu ilə baş verə bilər. Buna görədir ki, Darvinistlərin bu düsturun bir hissəsi kimi apardıqları “ara fosil tapıldı” təbliğatı da böyük saxtakarlıqdır.
(harun yahya DƏccal necƏ öldü?)

47-Char*les Dar*win, The Ori*gin of Spe*ci*es: A Fac*si*mi*le of the First Edi*ti*on, Har*vard Uni*ver*sity Press, 1964, s. 172, 280
48-Wolfgang Smith, Teilhardism and the New Religion, A Thorough Analysis of the Teachings of Pierre Teilhard de Chardin, Rockford IL, Tan Books and Publishers, Inc. 1988, s. 8 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 181
49-Stephen Stanley, Macroevolution: Pattern and Process, San Francisco CA, W. H. Freeman, 1979, s. 39 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 153
50-Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 153
51-Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 152
52-Mark Ridley, "Who Doubts Evolution?", New Scientist, vol. 90, 1981, s. 831 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 152