Darvinizmə dəlil göstərilməyə çalışılan bütün kəllə sümüyü fosilləri saxtadır

Darvinizm həqiqi elmi təməllərə və dəlillərə əsaslanmadığı üçün uydurma dəlillər təqdim edərək tərəfdar toplamağa çalışır. Bunun üçün Darvinistlərin əlində fərziyyə uyduracaqları məmulatların olması kifayətdir. Darvinistlər haqqında fərziyyə uyduracaqları nəsli kəsilmiş canlı fosillərini götürüb formadan-formaya salır və onları ideologiyalarına dəlil kimi istifadə edirlər. İllər boyu nəsli kəsilmiş olduğu üçün dənizdən quruya xəyali keçidin ən məşhur nümunəsi kimi tanıdılmağa çalışılan, lakin canlı nümunəsi dövrümüzdə dənizlərdə mövcud olan Coelacanth bu saxtakarlığı əks etdirən mühüm dəlildir. Darvinistlər eyni taktikandan digər canlılar və insan üzərində də istifadə etməyə çalışırlar. Əllərində olan bütün fosilləri görünüşünə görə təsnifləndirir və öz ağıllarına görə istədiklərinə “ara-keçid forma” adı verirlər. Lakin ara-keçid forma adlandırdıqları fosillərin hamısı eynilə Coelacanth kimi mükəmməl və qüsursuz canlılara aiddir.


Darvinistlər axtar qalıq getiremediklerinden xəyali şəkillərlə insanları aldatmağa çalışırlar. Halbuki bu şəkillərin hamısı saxtadır.

Belə ki, ara-keçid forma kimi təqdim etməyə çalışdıqları bütün fosillərin əsassızlığı sübut edilmiş, onların nəsli kəsilmiş kompleks canlılara aid olduğu elmi cəhətdən əsaslandırılmışdır. Məsələ insanın xəyali təkamülü olduqda isə saxtakarlıq məmulatları əsasən nəsli kəsilmiş meymunlar və ya keçmişdə yaşamış bəzi insan qövmləridir. İndiyə qədər irəli sürülmüş bütün ara-keçid forma iddiaları bu saxtakarlıq üsuluna əsaslanır. Məsələn, darvinistlərin insanın xəyali təkamülünə misal kimi təqdim etdikləri saysız-hesabsız kəllə sümüyünün nəsli kəsilmiş meymun və ya insan irqlərinə aid olduğu qəti və elmi cəhətdən sübut edilmiş və sözügedən kəllə sümükləri elmi ədəbiyyatdan çıxarılmışdır:

- 1891-ci ildə tapılan və “Yava adamı” adlandırılan fosil ilə 1923-cü ildə tapılan və “Pekin adamı” adlandırılan fosilin 1939-cu ildə saxta ara-keçid forma olduğu başa düşülmüşdür.

- 1922-ci ildə ara-keçid forma olduğu iddia edilən, ən böyük dəlil kimi təqdim edilən və “Nebraska adamı” adlandırılan diş fosilinin 1927-ci ildə qabana aid olduğu başa düşülmüşdür.

1959-cu ildə tapılan və “Zinjanthropus” adlandırılan fosilin adi meymun olduğu başa düşülmüş və fosil 1970-ci ildə ədəbiyyatdan çıxarılmışdır.

1930-cu ildə tapılan və 50 il boyu ara-keçid forma kimi nümayiş etdirilən Ramapithecusun 1981-ci ildə adi babuin cinsi olduğu başa düşüldüyünə görə ləvğ edildi.

- 1974-cü ildə Afrikada tapılan “Lusi”nin 1999-2000-ci illərdə aparılan elmi fəaliyyətlər nəticəsində saxta olduğu başa düşülmüş və bu fosil elmi ədəbiyyatdan çıxarılmışdır.

1924-cü ildə tapılan və “Taung uşağı” adlandırılan kəllə sümüyü fosilinin gənc qorillaya aid olduğunu başa düşülməsilə bu fosil də 1954-cü ildə ləvğ edilmişdir.

1984-cü ildə tapılan və Homo Erectus növünə aid edilən “Turkana uşağı” fosilinin əlsində 12 yaşlı uşağa aid olduğu və böyüdükdə təqribən 1.83 m boyunda olacağı müəyyən edilmişdir. Fosilin dik skelet quruluşu dövrümüzdəki insanınkından fərqi yoxdur. Fosil haqqındakı bütün fərziyyələrin saxta olduğu başa düşülmüşdür

Ridinq Universitetinin geologiya fakültəsindən təkamülçü L.B. Holsted “Təbiət” (Nature) jurnalına verdiyi açıqlamada bu günə qədər “insanın təkamülünə” dəlil kimi göstərilməyə çalışıaln fosillərin insanın təkamülünə əsla dəlil olmadığını və bu istiqamətdə darvinistlərin əlində heç bir tapıntı olmadığını bu sözlərlə etiraf etmişdir:

Reading Üniversitesi jeoloji bölümünden evrimci L. B. Halstead, Nature dergisinde yaptığı bir açıklamada, bugüne kadar sözde insanın evrimine delil gibi gösterilmeye çalışılan fosillerin hiçbir şekilde insanın evrimine delil olmadığını ve bu yönde Darwinistlerin elinde hiçbir bulgu bulunmadığını şu sözlerle itiraf etmiştir:

Bu vəziyyət cəmiyyətə ilk dəfə olaraq bu həqiqəti göstərir: İnsanın həqiqətən əcdadı olan əsl fosil yoxdur... ki, bu yaradılışa inananların illər boyu müdafiə etdiyi şeydir.62

Bioloq Layal Uatson darvinistlərin əlində insanın “təkamülünü” sübut edəcək bircə fosilin belə olmadığını bu sözlərlə ifadə edir:

Dövrümüzdəki meymunlar heç yoxdan var olmuş kimidirlər. Keçmişləri, fosil izləri yoxdur və dik yeriyən, tüksüz, alət düzəldən və iri beyinli varlıqlar kimi dövrümüzün insanlarının da əsl mənşəyi, əgər özümüzə qarşı səmimi olsaq, eyni şəkildə sirrli məsələdir.63

Nə qədər Layal Uatson həqiqətləri açıq şəkildə ifadə etməkdən çəkinərək insanın mənşəyini öz ağlına görə “sirli məsələ” kimi göstərsə də, insanın mənşəyi çox açıqdır: bütün canlılar kimi insanı da Allah yaratmışdır və bütün konkret elmi tapıntılar da bu həqiqəti təsdiq edir. Bütün bunlarla bərabər darvinistlər üzə çıxan yeni fosillər qarşısında daima zamanlama problemi ilə üzləşirlər. “Təkamül” üçün hesabladıqları tarixləri daim “geriyə çəkir”, fosillərin təkamülü inkar etdiyini gördükcə daima iddialaırnı dəyişdirməli olurlar. Məsələn, yerin təbəqələrində tapılan 200 milyon illik insan ayaq izlərilə bərabər Kretase dövrünə (144-65 milyon il) aid təbəqələrdə tapılmış insan sümükləri insanın 100 milyonlarla illik keçmişi olduğunu göstərir.64Bu tarixlər dövrümüzün insanı üçün təkamülçülər tərəfindən müəyyən edilmiş sadəcə 50.000 illik zaman nəzərə alındıqda, şübhəsiz, böyük fərqə işarə edir. 2007-ci il avqust ayında açıqlanan yeni fosillər isə darvinistlər tərəfindən Homo Erectus və Homo Habilus adlandırılan canlıların eyni dövrdə birlikdə yaşadıqlarını göstərmişdir. Zamanlama problemi insanın xəyali təkamülü ilə bağlı darvinistlər çıxılmaz vəziyyətdə qoyan mühüm faktorlardan biridir.

Bütün bu həqiqətlərə baxmayaraq darvinistlər sözügedən saxta fosilləri elmi dəlil kimi göstərməyə davam edir və insanın təkamülü nağılını öz ağıllarına görə həqiqətə çevirməyə çalışırlar. Elmi cəhətdən əsassızlığı sübut edilməsinə baxmayaraq bu fosilləri hələ də elmi mənbələrdə və məktəb dərsliklərində göstərməyə davam edir və insanları aldadırlar. Yazıçı Hank Hanegraaff bu aldadıcı üsulu belə izah etmişdir:

“Yava adamı”nın Yucin Dubua adlı holland tərəfindən 1891-ci ildə Yava adalarından birində tapıldığı hamıya məlumdur. Məlum olmayan şey isə Yava adamının bir kəllə sümüyü parçası, bir bud sümüyü, üç diş və çox böyük fantaziyadan ibarət olmasıdır. Bundan daha çox narahatlıq verən həqiqət isə bud sümüyünün kəllə sümüyü parçasından 50 fut (15 km) aralıda və bir il sonra tapılmasıdır...

... Əsasən Selenka Ekspidişn (Selenka expedisiyası) kimi tanınan və fosil tədqiqatlarının aparıldığı müddət Yava adamı ilə bağlı fərziyyələrin doğruluğunu göstərməyə cəhd edən 19 təkamülçüdən ibarət idi. Ancaq sözügedən təkamülçülər hazırladıqları 342 səhifəlik elmi hesabatda Yava adamının insanın təkamülündə heç bir rolu olmadığını açıq şəkildə bildirmişdir.

Bütün bunlara baxmayaraq “Taymz” (Times) jurnalı təəccüblü şəkildə Yava adamından utanmadan insanın təkamül əcdadı kimi bəhs edən “İnsan necə əmələ gəldi” (How Man Began) başlıqlı məqaləni dərc etmişdir.65



Darvinist KİV-lər bu şəkildə darvinist yalanın bir hissəsinə çevrilirlər. Qabaqcıl professorların və elm adamlarının yazdıqları darvinist kitablar da həqiqi elmi dəlillər əvəzinə tamamilə yalana əsaslanan bu saxta ssenariləri təkrarlayır. Elmi ədəbiyyatdan çıxarılmış, əsassızlığı elmi cəhətdən sübut edilmiş kəllə sümüklərinin təkamülə dəlil kimi hələ də gündəmdə saxlanmasının səbəbi də bu yalanı davam etdirməkdir. Təkamülçü zooloq Robert Martin bu mövzu ilə bağlı “Nyu Sayentist” jurnalına bunları demişdir:

Son illərdə müxtəlif yazıçılar insanın mənşəyi ilə bağlı məşhur kitablar yazıblar. Onların hamısı həqiqətlər və obyektivlik əvəzinə fantaziyalar və subyektivlik üzərində qurulmuşdu.66

Hal-hazırda darvinistlərin “insanın təkamülü”nə dəlil kimi göstərəcəkləri bircə kəllə sümüyü, bircə sümük parçası da tapılmamışdır. Bu həqiqəti qəbul edə bilməyən darvinistlərin çürük metodu isə saxta ara-keçid forma fosillərini təqdim edərək yalana davam etməkdir.
(harun yahya DƏccal necƏ öldü?)

62-L. B. Halstead "Museum of Errors", Nature, 20 Kasım 1980, s. 280 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 180
63-Lyall Watson, "The Water People", Science Digest, vol. 90, no. 5, Mayıs 1982, s. 44 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 181
64-F. A. Barnes, Desert Magazine, 38: 36-39, Şubat 1975 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 182
65-Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003 s. 32-33
66-Robert Martin, "Man Is Not An Onion", New Scientist, 4 Ağustos 1977, s. 283 ve 285 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 181