Piltdaun adamı saxtakarlıqdır


Piltdown Adamı qalığı, yeni ölmüş bir orangutan çənəsinə insan kəllə monte edilməsidir çıxarılmış bir saxta qalığı. Bu saxta qalıq, British Museumda təxminən 40 il boyunca insanın xəyali təkamülünü dəlil olaraq nümayiş etdirilib. Saxtakarlığı ortaya çıxmasının ardından isə, 1949-ci ildə qalıq, tələm-tələsik muzeydən qaldırılmış, Literature çıxarılmışdır. Ancaq şübhəsiz bu qalıq, Darvinistlər baxımından bir utanc vəsiləsi olaraq tarix kitablarındakı yerini almışdır.

Məşhur həkim və eyni zamanda həvəskar paleontoloq olan Çarlz Dovson 1912-ci ildə İngiltərədə Piltdaun yaxınlığındakı bir çökəklikdə bir çənə sümüyü və kəllə parçası tapdığı iddiası ilə üzə çıxdı. Çənə sümüyü meymun çənəsinə bənzəməsinə baxmayaraq dişlər və kəllə insanınkına bənzəyirdi. Əldə edilən fosillərə “Piltdaun adamı” adı verildi, 500 min illik tarix təyin edildi və fosil insanın xəyali təkamülünə ən mühüm dəlil kimi İngiltərədəki Britaniya Muzeyində (British Museum) nümayiş etdirilməyə başladı. 40 ildən çox müddət ərzində haqqında bir çox elmi məqalə yazıldı, şərhlər edildi və rəsmlər çəkildi. Dünyanın müxtəlif universitetlərindən 500-dən çox akademik Piltdaun adamı haqqında doktorluq işi müdafiə etdi.79

Məşhur amerikalı paleontoloq H.F. Osborn da 1935-ci ildə Britaniya Muzeyinə səfərində “Təbiət sürprizlərlə doludur, bu, bəşəriyyətin tarixdən əvvəlki dövrləri haqqında mühüm tapıntıdır” deyirdi.80

Lakin Piltdaun adamı böyük saxtakarlıq, şüurlu şəkildə qurulmuş böyük hiylə idi.

1949-cu ildə isə Britaniya Muzeyinin paleontologiya bölməsindən Kennet Oukli yeni yaş müəyyən etmə üsulu olan “ftor testi” metodunu bəzi qədim fosillər üzərində sınamaq istədi. Bu üsulla Piltdaun adamı fosili üzərində də sınaq keçirildi. Keçirilən testdə Piltdaun adamının çənə sümüyünün tərkibində heç ftor olmadığı məlum oldu. Bu, çənə sümüyünün torpağın altında bir neçə ildən çox qalmadığını göstərirdi. Tərkibində az miqdarda flor olan kəllə isə sadəcə bir neçə min illik olardı.

Ftor metoduna əsaslanaraq aparılan sonrakı xronoloji tədqiqatlar kəllə sümüyünün ancaq bir neçə min illik olduğunu üzə çıxardı. Çənə sümüyündəki dişlərin isə süni şəkildə aşındırıldığı, fosillərin yanındakı ibtidai alətlərin də polad alətlərlə yonularaq düzəldilmiş kobud təqlid olduğu məlum oldu.81

Veynerin həyata keçirdiyi ətraflı təhlillərlə bu saxtakarlıq 1953-cü ildə qəti şəkildə elan edildi. Kəllə sümüyü 500 il yaşa maşik insana, çənə sümüyü də yeni ölmüş oranqutana aid idi! Dişlər insana aid olması təsəvvürünü vermək üçün sonradan xüsusi şəkildə əlavə edilmiş və düzülmüş, oynaq yerləri də yiyələnmişdi. Köpək dişi də iki fərqli tərəfdən yiyələnmişdi. Köpək dişi elə dərin yiyələnmişdi ki, pulpanın dəliyi üzə çıxmış, sonra içi doldurulmuşdu.82

Bu heyrətli həqiqəti elmi yazıçı Hank Hanegraaff belə söyləmişdi:

Marvin Lubenovun açıqlamalarına əsasən “Alt çənədəki oranqutan dişlərinin üzərindəki yiyə ziləri açıq-aydın görünürdü. Azı dişləri səhv düzülmüş və iki fərqli tərəfdən yiyələnmişdi. Köpək dişi də iki fərqli tərəfdən yiyələnmişdi. Köpək dişi elə dərin yiyələnmişdi ki, pulpanın kavitesi üzə çıxmış, sonra içi doldurulmuşdu.”83

Təkamülçü bioloq Keyt Stuard Tompson Piltdaun adamı ilə bağlı bu böyük yalanı “1912-ci ildəki Piltdaun adamı saxtakarlığı bütün elmi saxtakarlıqların ən uğurlu və xainlərindən biridir.”84kimi şərh edirdi.

Bu təəccüblü və darvinistlər üçün utandırıcı kəşfin ardınca Piltdaun adamı 40 ildən çox müddət ərzində nümayiş etdirildiyi Britaniya Muzeyindən dərhal çıxarıldı. Darvinist saxtakarlıq o qədər irəli getmişdi ki, bir süni fosil 40 il ərzində bütün elmi kütlələri və bəşəriyyəti aldatmışdı.Şübhəsiz, bu, təkamül tarixinin ən böyük qara ləkərləindən biri kimi yerini tutacaqdı. Təkamülçü antroplogiya professoru Pat Şipman bu böyük yalanın təsirini belə tərif edirdi:

Kəşfi 1912-ci ildə açıqlanan Piltdaun fosilləri bu qalıqların hiylə ilə yerləşdirilmiş, dəyişdirilmiş saxtakarlıq olduğunun başa düşülməsinə, yəni 1953-cü ilə qədər paleoantroplogiyanın ən böyük beyinlərinin çoxunu aldatdı.85

Jurnalist, yazıçı və filosof Malkolm Maqeric isə Piltdaun adamı fosili kimi saxtakarlıqlarla yaşadılmağa çalışılan Darvinizmin bütün bəşəriyyəti saldığı vəziyyəti bu sözlərlə tərif edirdi:

Təkamül nəzəriyyəsinin, xüsusilə də onun tətbiq edildiyi sahələrin gələcəkdə tarix kitablarındakı ən böyük məzhəkə mövzularından biri olacağına inandım. Gələcək nəsillər olduqca zəif və şühbəli hipotezin inanılmaz sadəlövhlüklə qəbul edilməsini təəccüblə qarşılayacaqlar...86

Piltdaun saxtakarlığı öz ağıllarına görə yaradılış inancını zehnlərdən silmək, insanın təsadüfən, özbaşına, nəzarətsiz şəkildə meydana gəlməsi yalanına insanları inandırmaq üçün həyata keçirilmiş dəccali sistem olan masonluğun oyunudur. Lakin Allahın möhtəşəm yaratması və bənzərsiz əsərləri o qədər açıq və aydındır ki, dövrümüzdəki elmi səviyyə ilə bunları görməmək mümkün deyil. Dəccalın dünya səviyyəsindəki bu səmərəsiz səyləri onu və tərəfdarlarını alçaldır, Darvinizm yalanının böyük uğursuzluq olduğunu açıq şəkildə göstərir. Uca Rəbbimiz olan Allah insanı necə yaratdığını ayətlərilə xəbər vermişdir və kainatdakı bütün dəlillər bu üstün yaradılışı açıq göstərir:

O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)
(harun yahya DƏccal necƏ öldü?)

79-Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids, Eerdmans, 1980, s. 59
80-Stephen Jay Gould, "Smith Woodward's Folly", New Scientist, April 5, 1979, s. 44
81-Kenneth Oakley, William Le Gros Clark & J. S, "Piltdown", Meydan Larousse, cilt 10, s. 133.
82-Stephen Jay Gould, "Smith Woodward's Folly", New Scientist, April 5, 1979, s. 44
83-Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003 s. 34
84-Keith Steward Thomson, "Piltdown Man: The Great English Mystery Story", American Scientist, vol. 79, 1991, s. 194 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 197
85-Pat Shipman, "On the Trail of the Piltdown Freudsters" New Scientist, vol. 128, 1990, s. 52 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 197
86-Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids MI, Eerdmans, 1980, s. 59 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 253-254