Sənaye kəpənəkləri iddiası saxtakarlıqdır

XIX əsrin ortalarında İngiltərədə sənaye inqilabının başladığı vaxtlarda sənaye bölgələrindəki ağacların qabıqları açıq rənglidir. Bu səbəbdən bu ağacların üstünə qonan Biston Betularia növündən olan kəpənəklərin tünd rəngli növləri (melanik kəpənəklər) burada qidalanan quşlar tərəfindən tez görülür və yeyilirdilər. Lakin əlli il sonra sənaye çirklənməsi nəticəsində ağacların gövdələrinə sarmaşan yosun növündən olan şibyələr məhv olur və ağacların gövdələri qaralır. Bu dəfə açıq rəngli kəpənəklər ağac gövdələrində daha aydın göründüyünə görə quşlar tərəfindən yeyilirlər. Nəticədə açıq rəngli kəpənəklər sayca azalır, tünd rəngli melanik kəpənəklər yem olmadıqları üçün çoxalırlar.


Sənaye çirkliliyinin nəticəsində ağacların gövdələrini bürüyən bir növ yosun olan likenler ölər və ağac gövdələri qaralar. Açıq rəngli kəpənəklər tünd ağac gövdələrində daha aydın olduqlarından quşlara daha çox ov olarlar. Bu səbəbdən açıq rəngli kəpənəklər sayca azalarkən, tünd rəngli kəpənəklər yem olmadıqları üçün sayca fazlalaşırlar. Bir kəpənək növünün sayca çox olması, şübhəsiz ki, bir evrimleşme deyil. Lakin Darvinistlər, bunu bir aldatma üsulu olaraq istifadə edir və nominal təkamülə dəlil göstərməyə çalışarlar.

Təkamülçülər bu vəziyyəti təbii seçmə ilə təkamül iddialarına mühüm dəlil kimi göstərdilər. Ardınca da hər zamankı saxtakarlıq üsulundan istifadə edərək açıq rəngli kəpənəklərin zaman ərzində təkamül keçirərək tünd rəngli kəpənəklər çevrilməsi kimi yalan uydurdular. Bu iddia “iş başındakı təkamül” (evolution in action) adı altında bütün dünyaya tanıdıldı. Lakin həqiqətlər daha fərqli idi, bu kəpənəklər heç cür təkamül xarakterli dəyişikliyə uğramadıqları üçün oratada böyük darvinist saxtakarlıq var idi.

Darvinist tibb doktoru və həvəskar bioloq olan H.B.D. Ketluel 1953-cü ildə ardıcıl təcrübələr keçirərək bu hadisəni müşahidə etməyə qərar verdi. İngiltərənin çöllərində bu kəpənəklərin yaşadıqları ərazilərdə müşahidə və təcrübələr apardı. Ketluel təcrübələri nəticəsində açıq rəngli şibyələrin olduğu ağacların üstündəki tünd rəngli kəpənəklərin daha çox ovlandığını müəyyən etdi və bunu darvinizm adına sanki böyük kəşf kimi “Scientific American” jurnalında “Darvinin itmiş dəlili” (Darwin’s Missing Evidence) başlığı altında xəbər verdi. 1960-cı ildə Ketluelin hekayəsi artıq bütün dərsliklərdə yer tutmuşdu.

İddianın irəli sürülməsindən təqribən bir il sonra 1985-ci ildə isə bu mövzu ilə bağlı qəribəliklər məlum oldu. Kreq Holdric adlı gənc amerikalı bir biologiya müəllimi apardığı tədqiqat nəticəsində Keltuelin yaxın dostu olan və onun təcrübələrində iştirak edən Ser Siril Klarkın qeydlərində maraqlı ifadəyə rast gəldi. Klark belə deyirdi:

Müşhidə etdiyimiz tək şey kəpənəklərin günü harada keçirmədikləri oldu. 25 il ərzində ağac gövdələrində və ya bizim qurduğumuz tələlərin yanındakı divarlarda sadəcə iki dənə Betularia tapa bildik.89

Holdric uzun zaman şagirdlərinə ağac gövdələrinə qonmuş kəpənəklərin fotoşəkillərini göstərir və quşların daha çox görünənləri seçib yediklərini danışırdı. Amma indi bu kəpənəyi 25 il ərzində araşdırmış birisi bunları ağac gövdələrinə qonmuş halda sadəcə 2 dəfə gördüyünü deyirdi. Çox keçmədən bu hekayə qızğın elmi müzakirəyə çevrildi. Nəticədə aparılan elmi tədqiqatlar bu nəticəni üzə çıxardı:

Ketluelin təcrübələrindən daha sonra aparılan bir çox tədqiqat sözügedən kəpənəklərin sadəcə bir növünün ağac gövdəsinə qonduğunu, digər bütün növlərin üfüqi budaqların alt hissələrinə qonduğunu üzə çıxardı. 1980-ci ildən etibarən kəpənəklərin ağac gövdələrinə çox nadir hallarda qonduğu hər kəsə məlum oldu. Bu barədə 25 illik fəaliyyət göstərən Siril Klark və Rouri Haulet, Maykl Meyceres, Toni Libert, Pol Breykfild kimi bir çox elm adamı “Ketluelin təcrübəsində kəpənəklərin təbii davranışlarından kənar davranmağa məcbur olduqlarını, təcrübə nəticələrinin buna görə elmi cəhətdən qəbul edilə bilməyəcəyini” bildirdilər.

Ketlueliin təcrübəsini nəzərdən keçirən tədqiqatçılar daha təəccüblü nəticə ilə qarşılaşdılar: İngiltərənin çirklənməmiş bölgələrində açıq rəngli kəpənəklərin daha çox olması gözlənirdi, ancaq tündlərin faizi açıq rənglilərdən dörd dəfə çox idi. Yəni Ketluelin iddia etdiyi və dərhal hər təkamülçü mənbədə təkrarlandığı kimi kəpənəyin sayındakı nisbətlə ağac qabıqları arasında bir əlaqə yox idi.

Amerikalı lepidopterist (kəpənəklər üzərində elmi tədqiqat aparan şəxs) Ted Sarcent və digər tədqiqatçılar sözügedən güvələrin ağac qabıqları üzərinə qonmadıqları, ağacların hündür budaqlarının altında gizləndikləri həqiqətinə diqqət çəkdi. Ancaq təkcə bu deyildi, eyni zamanda bu güvələr gündürlər yatır, gecələr uçurdular. Yəni quşlar yatarkən! İşin əsli araşdırıldıqda qalmaqal böyüdü: Ketluelin fotoşəkillərini çəkdiyi “ağac qabığının üstündəki güvə kəpənəkləri” əslində ölü kəpənəklər idi. Çünki kəpənəklər ağacın gövdəsinə deyil, budaqların alt hissəsinə qonduqları üçün belə bir şəkil əldə etmək imkanı heç yox idi. Ona görə Ketluel bu ölü canlıları iynə və yapışqanla ağaca bərkitmiş və o şəkildə fotoşəkillərini çəkmişdi.91

Darvinistlərin təqribən bir əsr boyu qürurla elmi dəlil kimi göstərdikləri kəpənəklərin saxtakarlıq olduğunun öyrənilməsi nəticəsində “Nyu York Taymz” belə şərh verirdi:

İş başındakı təkamülün ən məşhur nümunəsi indi artıq ən böyük biabırçılığa çevrilmiş olmalıdır.92

Çikaqo Universiteti təkamül bioloqu Ceri Koyn bu böyük saxtakarlığı 1998-ci ildə öyrəndikdə illər boyu tələbələrinə öyrətdiyi sənaye kəpənəkləri hekayəsinin bir yalan olmasına görə “utandığını” yazmış və bunları demişdi: “Bu eynilə 6 yaşımda ikən Yeni İl ərəfəsində hədiyyələri şaxta babanın deyil, atamın gətirdiyini öyrəndiyim zaman hiss etdiyim ümidsizlik kimi idi.”93

Bütün bu həqiqətlərin üzə çıxması ilə birlikdə “Darvinin itmiş dəlili” kimi göstərilən sənaye inqilabı kəpənəkləri hekayəsinin böyük yalandan ibarət olduğu başa düşülmüşdür. On illərlə dünyanın hər tərəfində yüz milyonlarla insan ağac qabıqlarına iynələnmiş bir neçə ölü kəpənəyin fotoşəkli və davamlı olaraq təkrarlanan köhnəlmiş hekayə ilə səhv məlumatlandırılmışdır. Əsl həqiqət isə budur: Darvinin ehtiyacı olan dəlillər yoxdur və bunların bir gün tapılması da qeyri-mümkündür. Çünki canlılar təkamül keçirməyiblər.

Maraqlısı budur ki, sənaye inqilabı kəpənəkləri hələ də bəzi dərs kitablarında təkamülə dəlil kimi təqdim edilməkdə davam edir. Darvinistlər bu yolla bunun saxtakarlıq olduğunu bilməyən gəncləri aldatmağı qarşılarına məqsəd qoyublar. Lakin açıq şəkildə üzə çıxmasına baxmayaraq saxtakarlığı hələ də dəlil kimi göstərməyə çalışmaq Darvinizmin çarəsizliyinin, dəlildən kasad olmasının və ideoloji saxtakarlqlıqdan ibarət olmasının sübutudur. Yaradılış gerçəyi açıqdır. Bu açıq həqiqətdən qaçan darvinistlər yalanın və hiyləgərliyin həll yolu olacağını düşünürlər. Lakin Allah hiyləni, batil və saxta dini mütləq aradan qaldıracaqdır.
De: “Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur!”(İsra surəsi, 81)
(harun yahya DƏccal necƏ öldü?)

89-Judith Hooper, Of Moths and Men, W.W. Norton & Company, Inc., New York, 2002, s.xvii
90-Ann Coulter, Godless: The Church of Liberalism, Crown Forum Publishing, 2006, s. 236-237
91-Judith Hooper, Of Moths and Men, s. xviii
92-Ann Coulter, Godless: The Church of Liberalism, Crown Forum Publishing, 2006, s. 237
93-http://www.arn.org/docs/richards/jr_sciedreport.htm - Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 150