DARVİNİSTLƏRİN DÜNYANI ALDATMA ÜSULLARI

Darvinist aldatma üsulunun ən açıq tərifini özü də darvinist olan və törətdiyi qırğınları Darvinizmdən ilham alaraq həyata keçirən XX əsrin ən zalım diktatoru Adolf Hitlerin sözlərindən başa düşə bilərik:

Əgər bir yalanı həddindən artıq uzun, həddindən artıq ucadan və həddindən çox desəniz, insanlar inanar. İnsanları bir yalana inandırmağın sirri yalanı daima təkrar etməkdir. Sadəcə təkrar, təkrar və təkrar deyin.116


Bu xəyali varlıqlar, zehinlərə gerçəkmiş kimi təlqin edilməyə çalışılır.

Elə Darvinizmin insanları aldadarkən istifadə etdikləri üsul budur. Darvinizm yalanı o qədər yüksək səslə, o qədər çox, o qədər ehkamçı inancla deyilmişdir ki, dünyada bir çox insan araşdırmadan, soruşmadan təkamül nəzəriyyəsini doğru hesab etmişdir. Həm də bu barədə kütlələrin aldadılması çox açıq üsullarla edilməsinə baxmayaraq heç kim bu yalanı müdafiə edən elm adamlarından, bu yalanın jurnallarda dərc edilməsindən, tədris materialına salınaraq məktəblərdə tədris edilməsindən şübhələnməmişdir. Bu elm adamları “zülallar təsadüfən palçıqlı suda əmələ gəlmişdir” yalanını ortaya atmış və bunu yüksək səslə, tərəfdarları ilə birlikdə, elmi sözlərdən istifadə edərək təkrar-təkrar elmi həqiqət kimi izah etmişlər. Bircə zülalın təsadüfən əmələ gəlməsi ehtimalının sıfır olduğundan xəbərsiz olan insanlara bu nağılı təkrar etmiş və bir növ sehr təsiri əmələ gətirərək onları aldatmışlar. “Saysız-hesabsız ara fosil var” yalanını müdafiə edən darvinist elm adamları fosillərdən xəbəri belə olmayan insanlara elə təlqin ediblər ki, insanlar illərlə saysız-hesabsız fosillə təkamülün dəstəkləndiyini zənn etmişlər. Habelə insanlar bu qəribə təlqinin təsiri altına düşərək meymundan əmələ gəldiklərinə inanmış, məktəblərdə bunu oxumuş, əcdadlarının qəribə görünüşlü, tüklü, meymunabənzər canlılar olduğunu hesab etmişlər. Bunun ən əsas səbəblərindən biri budur: Darvinizm yalanının ifşa edilməsinə qədər insanlar “elm adamı doğru danışar”, “biz elmi məsələləri başa düşə bilmərik, elm adamları nə desələr, ona inanmaq lazımdır” fikrilə səhv hərəkət etmiş, hətta sanki onların dediklərinə iman gətirmiş və batil inanc sistemi qurmuşlar. Əmələ gətirdikləri sistem bu səhv təməl üzərində qurulduğuna görə təkamülün əsassızlığı mübahisəyə belə yaramayan vəziyyətə gəlmişdir.

Bu mühüm və heyrətləndirici həqiqətdir: darvinist elm adamları Darvindən bəri insanları aldadırlar. “Elm adamı doğru danışar, dedikləri barədə mübahisə etmək olmaz” fikrinə əsaslanan bu sistem insanları yalana inanmağa, hətta bütün həyatlarını bu yalana görə yaşamağa istiqamətləndirmişdir. Elə böyük oyun oynanılmışdır ki, elmi həqiqətlər insanlardan gizlədilmiş, əvəzində yalan və saxta məlumatlar istifadə edilmiş, əldə edilən faktlar təhrif olunaraq təkamül yalanına tətbiq edilməyə çalışılmışdır. Əgər faktlar təkamül yalanına uyğun deyilsə, ya gizlədilmiş, ya da məhv edilmişdir. İnsanlar illər boyu açıq şəkildə və amansızlıqla aldadılmış, darvinist elm adamlarından əldə etdikləri biliklərin doğru olduğunu zənn etmişlər.

Darvinizmin əsasında materialist fəlsəfəyə olan qeyd-şərtsiz bağlılıq var. Materializm həyatın mənşəyinə və kainatın mövcudluğunun məqsədinə dair maddədən başqa bütün açıqlamaları heç bir elmi fakta əsaslanmadan ağılsızlıqla rədd etdiyinə və təkamül nəzəriyyəsi də canlıların yaranmasına saxta izah verdiyinə görə materializm və Darvinizm arasında köklü əlaqə var. Darvinist elm adamları eyni zamanda materialistdir və Darvinizmə verilən dəstək əslində materializmin yaşadılması cəhdidir. Elə bu səbəbdən darvinistlərin fikrincə təkamül nəzəriyyəsi nəyin bahasına olsa da, müdafiə edilməlidir. Əgər təkamül kifayət qədər müdafiə edilməsə, təkamülün yalanları bütün imkanlardan istifadə edilərək ört-basdır edilməsə, Darvinizmə qarşı olanlar təzyiq və hədə-qorxu yolu ilə susdurulmasa, Darvinizmin əsassızlığını üzə çıxaran elmi dəlillər qəsdən gizlədilməsə, tək və mütləq həqiqət olan “bütün varlıqları Allahın yaratması həqiqəti” bəşəriyyətə hakim olacaq və materializm məhv olacaqdır. Elə darvinistlərin illərdən bəri təkamül yalanını yüksək səslə və təkidlə müdafiə etmələrinin səbəbi budur. Conatan Uels bu mövzu ilə bağlı belə şərh verir:

... Darvinizmi doğru kimi göstərən şey sübut deyil, materialist fəlsəfədir. 1997-ci ildə Harvard genetiklərindən Riçard C. Levontin özünün və Karl Seyqanın bir dəfə Darvinizmi bir debatda necə müdafiə etdiyini danışmışdı: “Uydurmalarının bəzi aşkar cəfəngiyyatlarına baxmayaraq elmin tərəfini tutduq... Çünki zəruri məsuliyyət daşıyırdıq, materializm üçün daşıdığımız məsuliyyət.”117

Diqqət edilsə, Levontinin sözlərindən darvinizmə düşgünlüyü bəlli olur.Levontin “elmin tərəfində olduqları üçün təkamülü müdafiə etməyə məcbur olduqlarını” iddia edir. Lakin səmimi şəkildə elmi tapıntılar dəyərləndirildikdə elmin tərəfində olan bir insanın Darvinizmi müdafiə etməsi mümkün deyil. Darvinistlər həmişə olduğu kimi “elm = Darvinizm” yalanı və ehkamı ilə hərəkət edir, etdikləri açıqlamalarla da insanların şüuraltına bu yalanı yeridirlər.

Darvinistlər bu yalanın həmişə davam edəcəyini düşünmüşdülər. Amma hal-hazırki vəziyyət düşündükləri və gözlədikləri kimi deyil. Materialist fəlsəfə çökür. Darvinistlərin oyunları bir-bir üzə çıxmışdır. İnsanlar necə bir yalana, saxta bir dinə kor-koranə iman gətirməyə məcbur edildiklərini anlamağa başlayıblar.

İsveçli embrioloq Soren Lovtrup Darvinizm yalanını bu sözlərlə dilə gətirmişdir:

İnanıram ki, bir gün Darvin mifi elm tarixindəki ən böyük yalan kimi yer tutacaq. Bu olduqda isə bir çox insan bu sualı verəcək: “Belə bir şey necə baş verdi?”118

İnsanlar həqiqətən də dövrümüzdə darvinistlər tərəfindən aldadıldıqlarının şokunu yaşayırlar. Dünya səviyyəsindəki bir oyunun hissəsinə çevrildiklərini gün keçdikcə daha çox dərk edirlər. Yaxın gələcəkdə batil Darvinizm dininin əsl üzü bütün dünya tərəfindən tamamilə başa düşüləcək və insanlar həqiqətən də aldadıldıqlarını təəccüblə qarşılayacaqlar. Bir yalandan xilas olmalarının ardınca Darvinizmin ləkələdiyi ağıl və vicdanları təmizlənəcək və hər şeyin Allahın möhtəşəm əsərləri olduğunu qavrayacaqlar. Dəccaliyyət fikrən tam mənada məhv ediləcəkdir. Allah ayələrində belə buyurur:

Göylərin və yerin mülkü Allaha məxsusdur. Allah hər şeyə qadirdir! Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. (Ali-İmran surəsi, 189-190)

Bəs dəccali sistem olan masonluğun çirkin oyunu Darvinizmin 1.5 əsr insanları aldadan hiyləgər üsulları nədir? Darvinistlər hiyləgərliklə, ittifaq halında necə saxta sistemlə insanlara yetişmiş və yalanı həqiqət kimi göstərmişlər: Dəccalın sehri insanlar üzərində necə bu qədər təsirli ola bilmişdir? Bu sehri təsirli edən saxta darvinist taktikalardan bəziləri bunlardır:
(harun yahya DƏccal necƏ öldü?)

116-http://siyasitarih.azbuz.com/bolum/Unlu-kisilerin-sozleri-/catID=2890071
117-Jonathan Welss, Ph.D., The Politically Incorrect Guide to Darwinism and Intelligent Design, Regnery Publishing Inc., Washington, 2006, s. 69
118-S. Lovtrup, Darwinism: The Refutation of a Myth, Londra, Croom Helmm, 1987, s. 422 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 220