Saxtakarlıqlara səs çıxarmayan darvinist elm adamları

Darvinizm sehrinin insanlar üzərində təsirli olması üçün darvinist elm adamları arasında təkmilləşdirilən ittifaq da çox diqqətçəkəndir. Bir neçə batıq səsdən başqa demək olar ki heç kim təkamül nəzəriyyəsini müdafiə etmək məqsədilə təkmilləşdirilən, elmlə əlaqəsi olmayan, uşaqsayağı, məntiqsiz və əsassız açıqlamalara səs çıxarmır.

Ancaq bəzən təkamülçü iddialar darvinist elm adamları üçün belə o qədər böyük və açıq-aşkar rüsvayedicidir ki, ətrafdakıların təzyiqindən çəkinərək özlərində bunlara etiraz etmək məcburiyyəti hiss edirlər. Məsələn, Darvinin özünün Şimali Amerikada qara ayının ağzını böyük açaraq sudakı həşəratları tutması nəticəsində balinaya çevrildiyi və ya çırpılan üzgəclərin köməyilə yuxarı qalxan, fırlanan, havada süzən balığın mükəmməl qanadları olan heyvanlara çevrilməsi iddiaları hələ də bəzi mühafizəkar darvinistlər tərəfindən müdafiə edilməsinə baxmayaraq bir çox darvinist tərəfindən rüsvayçılıq kimi qəbul edilir.124 Nəhayət 2009-cu ildə “insanın (xəyali) təkamülünün ən böyük dəlili”, “tapıla bilməyən itmiş halqa” adı altında qəzet başlıqlarında həftələrlə dərc edilən, haqqında darvinistlər üçün rüsvayedici təbliğat həyata keçirən lemur fosili İda da bəzi darvinist elm adamları tərəfindən o cür qarşılanmışdır. Darvinist elm adamlarından bəziləri bunu “sirk”, bəziləri “təlxəklik” adlandırmış, bəziləri də itmiş halqa iddiası ilə heç əlaqəsi olmayan bu fosillə bağlı hay-küyə görə nə qədər utandıqlarını açıq şəkildə ifadə etmişdir.125

Lakin yenə də bu rüsvayçılığı anlayan darvinistlərin də reaksiyası azdır. Çünki öz ideologiyalarına əsasən Darvinizmin bəsit dünyasnı – məntiqsiz də olsa – sonuna qədər müdafiə etmək məcburiyyətindədirlər. Təkamül, Darvinin fikrincə, havada uçan balıq kimi elmi cəhətdən əsaslılığı olmayan varlıqları törətmişdir. Onun yolunu təqib edən darvinistlər də özlərini eyni fikri müdafiə etmək məcburiyyətində hiss edirlər.

Bristol Universiteti qeyri-üzvi kimya fakültəsindən D.t. Rouzvier Darvinizmin bu bəsit məntiqini və elm adamlarının göz görə-görə bu oyuna düşdüklərini bu sözlərlə ifadə edir:


IDA saxtakarlığı: Darvinistlərin, nəsli tükənmiş mükəmməl bir lemur fosilini insanın xəyali təkamülünü dəlil olaraq göstərməyə işləri çaresizliklerinin əhəmiyyətli bir göstəricisidir. Darvinistlər, bu utanc verici Ida şousunun sonra üzr istəmək məcburiyyətində qalmışlar.

Darvinistlər canlılara istədikləri qədər öz ağıllarına görə “bəsitliyi” yaraşdırmağa çalışsalar da, canlı aləminin qeyri-adi və heyrətamiz kompleksliyə malik olması onların da inkar edə bilmədikləri açıq həqiqətdir. Yerdə bir-birindn fərqli milyonlarla heyvan və bitki növü vardır.

Təkamül heç bir dəlilə əsaslanmayan bir hipotezdir və həqiqətlərə uyğun deyil. Bu klassik təkamül nəzəriyyələri həddindən artıq mürəkkəb və dolayı həqiqət yığınının olduqca bəsitləşdirir və bunun uzun zamandır bircə etiraz mızıltısı belə gəlmədən, olduqca çox sayda elm adamı tərəfindən tənqid edilmədən və etirazsız şəkildə qəbul edilməsni heyrətlə qarşılayıram.126

Darvinistlər canlılara istədikləri qədər öz ağıllarına görə “bəsitliyi” yaraşdırmağa çalışsalar da, canlı aləminin qeyri-adi və heyrətamiz kompleksliyə malik olması onların da inkar edə bilmədikləri açıq həqiqətdir. Yerdə bir-birindn fərqli milyonlarla heyvan və bitki növü vardır. Onların hər birinin malik olduğu ən kiçik forma belə qeyri-adi mürəkkəbliyə malikdir. Dövrümüzdə canlıların malik olduqları forma və orqanların funksiyalarını bir azca da olsa “anlamaq”, laboratoriyalarda bunu tədqiq edib kəşf etmək uğur hesab edilir. Ağıllı varlıq olan insan öz hüceyrəsinin nəyə bənzədiyini ancaq keçən əsrdə ancaq ümumi cəhətdən öyrənə bilmişdir. Həm də nəinki bu hüceyrəni, bu hüceyrənin yüz minlərlə zülalından bircəsini belə hələ əmələ gətirə bilməmişdir. Darvinistlər tərəfindən ən “ibtidai” canlı kimi tərif edilən bakteriya malik olduğu orqanoidləri, DNT və hüceyrə qılafı, antibiotiklərə qarşı möhtəşəm müqavimət bacarığı və üstün xüsusiyyətlərilə fövqəltəbii komplekslik nümunəsidir. İngilis zooloqu Ser Ceyms Qreyin ifadəsilə, bir bakteriya bir laboratoriya fəaliyyətlərindən daha çoxunu həyata keçirir.127Təkamülçü Ceyms A. Şapiro isə bakteriyanın malik olduğu bu xüsusiyyətlərinə görə son dərəcə mürəkkəb canlı olduğunu bu şəkildə etiraf edir:

Bakteriyalar çox kiçik olmalarına baxmayaraq elmi tərifin fövqündə duran biokimyəvi, struktural və davranış xarakterli komplekslik nümayiş etdirir. Dövrümüzün mikroelektronika inqilabına uyğun olaraq bakteriyaları ibtidaidən daha çox kompleks canlı olduğunu hesab etmək daha məntiqli olar... Bakteriyalarsız yer üzündə həyat hal-hazırkı şəkildə mövcud olmazdı.128

DARWINIST ÇARƏSIZLIKDƏN SIĞINDIQLARI SON ALDATMACA: ARDI



Darvinistlər, indiki vaxtda yaşayan Bonobo maymunlarının eynisini tapıb gətirmiş və buna "Ardi" adını vermişlər. Və bunu demişlər, "tamam meymun, amma dik dayanır"! Məhz bu, çox yaxından tandığımız Darvinist aldatmacanın olduqca primitiv nümunələrindən biridir. 1994-cü ildə olan qalıq skeleti, ilk tapıldıqda parça-parça haldadır. Canlının xüsusilə qalıqlaşmış ləyən sümüyü, kiçik parçalar halındadır və paleontoloqlar əllərinə aldıqları anda parçalanan son dərəcə kövrək bir quruluşdadır. Darvinistlər, şəkli müəyyən olmayan milimetrik hissələri almış və öz istədikləri kimi bir ləyən sümüyü inşa etmişlər. Darvinistlər 15 il sonra ortaya çıxardıqları bu qalığı xüsusi olaraq seçmişlər. Əllərində axtar form olmadığı üçün, "parçalanmış" bir qalığı fərziyyə vəsaiti etmələri son dərəcə asan olmuşdur. Long Island, Stony Brook Universiteti Tibb Mərkəzində anatomik elmlər hissəsi şefi olan Darvinist William Jungers, bu mövzu haqqında bunları söyləməkdədir: Əgər əlinizdə imkan varsa, bu hissələri, zehininizdə olan şeyə benzetmeme ehtimalınız olduqca çətin ... Ardi, olduqca çox təxmin tələb edir. Ardi'nin ayaqlarındakı içə dönük baş barmaq və insanlarda olmayan ayaq kəməri, canlının dik bir gedişə malik olmadığının ən nəzərə çarpan əlamətlərindəndir. Jungers, qalığı baxdıqdan sonra isə, "əldə edilən məlumatlar qəsdən laqeydlik edilmədiyi və ya bunlar tamamilə uydurma olmadığı müddətdə, belə bir heyvanın arxa qıçları on davamlı yürüyemeyeceğini" açıqca ifadə etmişdir. Ardi'nin insanın xəyali təkamülündə itkin xalqa olduğunu irəli sürən Kaliforniya Universitetindən Darvinist Tim White da qalıq haqqında ortaya çıxan həqiqətlər qarşısında bu etirafı etmək məcburiyyətində qalmışdır: Ardipithecus ramidus'un (Ardi), Australopitecusların atası olduğu çıkarımını kafi dərəcədə haqlı çıxaracaq, ətrafda heç bir xüsusiyyət yoxdur. Darvinistlərin Ardi haqqındakı iddiaları əslində Darvinistlərin düşdüyü çarəsiz vəziyyətin əhəmiyyətli bir sübutudur. Darvinistlər, utanılacaq vəziyyətə da düşsə, azğın Darvinist ideologiya uğrunda, bu aciz iddiaları təkrarlamaq məcburiyyətində qalarlar.
__________________________________________________ ________________
Kaynak: Katherine Harmon, How Humanlike Was "Ardi"?, Scientific American, 19 Kasım 2009


Bu təqdirdə canlılara “ibtidai” tərifini vermək, şübhəsiz ki, mümkün deyil. Canlı orqanizmi üstün Yaradan, bütün varlıqlara hakim olan Azim Gücün varlığını və üstünlüyünü göstərir. O Yaradan varlıqlara can verən, onların hər vəziyyətini bilən, hər şeyi yoxdan yaradan, yaradanların ən gözəli olan Allahdır. Allahın bənzərsiz yaratması Rəbbimizin yalnız “Ol” əmrilə həyata keçir. Uca Allah üçün ən möhtəşəm varlıqları istədiyi anda istədiyi formada yaratmaq, şübhəsiz ki, çox asandır. O, hər şeyin sahibidir, hər şeyə hökm edəndir. Rəbbimiz ayələrində belə buyurur:

Göylərin və yerin mülkü Onundur. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir! Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir! Göylərin və yerin hökmü Onun əlindədir. (Bütün) işlər (axırda) ancaq Allaha tərəf qayıdacaqdır! (Hədid surəsi. 2-5)
(harun yahya DƏccal necƏ öldü?)

124-Steve Jones, Darwin's Ghost: The Origin of Species Updated, Random House Publisher, 2000, s. xvii, xviii
125-Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003, s. 26
126-D. T. Rosevear, "Scientist Critical of Evolution", Evolution Protest Movement Pamphlet, no. 224, 1980, s. 4 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 225
127-Sir James Gray, The Science of Life, chapter in Science Today, 1961, s. 21
128-James A. Shapiro, Bacteria as Multicellular Organisms, Scientific American , Vol. 258, Haziran 1998, s. 82