Darvinistlər təsadüfləri möcüzələr həyata keçirən saxta ilah kimi göstərməyə çalışırlar (Allahı tənzih edirik)

Təsadüflər darvinistlərin “hər şeyi həyata keçirən, sanki möcüzə meydana gətirən” saxta ilahıdır. Darvinistlərin bəsit dünyasına görə zaman və təsadüflər birlikdə fantastik şəkildə hər şeyi meydana gətirə bilərlər. Bu ağıldankənar inama görə təsadüflər insanların bacarmadıqlarını bacarır, bir yolla laboratoriyadan və elm adamlarından daha üstün bilik, bacarıq və texniki imkana malik olurlar. Darvinizmə görə təsadüflər hər şeyi mükəmməl komplekslikdə və qüsursuz şəkildə meydana gətirmiş, xətasız, ehtiyatlı, tədbirli mütəxəssislərdir. Darvinistlərin həyata dair açıqlamalarının ardındakı xəyali qəhrəman darvinist nağıllara görə daima şüursuz təsadüflər olmuşdur.


Qanadlardakı mükəmməl quruluşu yaradan şübhəsiz üstün güc sahibi olan Allahdır.

Darvinistlər üçün bunu insanlara qəbul etdirməyin də müxtəlif üsulları var. Əlbəttə ağlı başında olan heç kim bir sürünənin anatomiyasının tamamilə dəyişərək mükəmməl görünüşlü, süzərək uçan quşa çevrildiyinə normal şərtlər daxilində inanmaz. İnsanları bu cür məntiqə zidd hekayəyə inandırmaq üçün bir cür sehr sistemi qurulmalıdır. Elə bu səbəbdən darvinistlər tərəfindən təsadüf bütünün fantastik bacarıqları müxtəlif elmi terminlər ehtiva edən nağıl şəklində insanlara təlqin edilir. Bu nağıla görə bir canlı varlığın əmələ gəlməsindəki hər mərhələ kor təsadüflərin əsəridir və təsadüflər bunu möcüzələrlə həyata keçirmişdir. Bir darvinistdən “ilk canlı hüceyrə necə əmələ gəldi?” deyə soruşsanız, alacağınız cavab “bir palçıq yığını içində möcüzəvi şəkildə öz-özünə” olacaqdır. Gözün necə əmələ gəldiyini soruşsanız, “Möcüzə” cavabını alacaqsınız. “Qanadlar necə əmələ gəldi, quşlardakı mükəmməl tüklər necə əmələ gəldi?” desəniz, “Bir gün bir yolla bir möcüzə oldu” məntiqi ilə izahlar verəcəkdir. Darvinistlərin ağıldan və elmdənkənar izahlarında bu xəyali prosesi istiqamətləndirən heç bir şüur, heç bir ağıl yoxdur. Lakin kainat son dərəcə həssas müvazinətlər üzərindən qurulmuşdur. Yer üzü qüsursuz nizama malikdir. Bu nizamdakı ən kiçik pozulma bütün sistemin tamamilə məhv olması deməkdir. Hər bir canlı növü də olduqca mürəkkəb quruluşa və heyranedici xüsusiyyətlərə malikdir. Elə bütün bu incəliklərin hər biri üstün güc və qüdrət sahibi olan ağlın, yəni Uca Allahın əsəridir.

Darvinist hekayələrdə isə bu mükəmməl müvazinət və heyranedici komplekslik gözardı edilir. Elmi terminlərlə bəzədilib anlaşılmaz hala salınan təkamül hekayəsinin içindəki bütün bu cəfəngiyyatlar sanki sehrləyirmiş kimi ehtiyatla və davamlı şəkildə təlqin edilir.

Teoloq R.C. Spraul bu məsələ ilə bağlı bunları demişdir:

Elm adamları təsadüfə bir güc aid etdikdə fizika sahəsini sehrə tərk etmişdirlər. (Darvinistlərin fikrincə) təsadüf sadəcə dovşanları deyil, bütün kainatın yoxluqdan ortaya çıxmasını təmin edən sehrli çubuqdur.129

Darvinistlər nə qədər bu təlqini yaşatmağa çalışsalar da, əslində möcüzə bəxş etdikləri güc ağılsız, şüursuz, kor təsadüflərdir. Təsadüflər ardında heç bir şüurlu amil olmadan, heç bir ağıllı, istiqamət verici, planlaşdırıcı güc olmadan meydana gələn hadisələrdir. Təsadüfən baş verən bir hadisənin sınama-yanılma yolu ilə ən doğrusunu tapa bilməsi, gələcəkdə meydana gələcək hadisələri təxmin edib buna əsasən tədbir görməsi, bir orqanın nəyə bənzəyəcəyini əvvəlcədən planlaşdırması, fədakarlıq, vəfa və sevgi göstərməyi bilməsi, şübhəsiz ki, mümkün deyil. Bir başcıqlı iynəni belə əmələ gətirə bilməyən xəyali bir gücün dünyadakı möhtəşəm canı müxtəlifliyini meydana gətirdiyini iddia etmək ağla, elmə və əlbəttə sağlam fikrə ziddir.

Burada “bir başcıqlı iynəni belə əmələ gətirə bilməz” ifadəsi darvinist iddialara bir cavab olaraq və bu iddiaların qeyri-mümkünlüyünü vurğulamaq üçün işlədilmişdir. Əslində təsadüflərin hər hansı bir şey “əmələ gəldiyini” iddia etmək ciddi məntiq pozuntusuna və ağılsızlığa işarədir. Lakin darvinistlər bu anormal məntiqdən istifadə edərək bütün dünyanı aldada bilmişlər. Darvinistlərin qəribə məntiqlərinə əsasən kifayət qədər vaxt verildikdə təsadüflərin edə bilmədiyi şey yoxdur.


Darvinistlərin iddia etdiyi kimi təsadüflər heç bir zaman canlılıq meydana gətirə bilməzlər. Hamısı Allahın sənətidir.

Nobel mükafatına layiq görülmüş təkamülçü bioloq Corc Uoldun aşağıdakı sözləri darvinistlərin təsadüf + zaman formuluna sehrli formul kimi inandıqlarını açıq şəkildə ifadə edir:

Sadəcə gözlənilməlidir: zaman möcüzələr həyata keçirir. Çox zaman verildikdə qeyri-mümkün mümkün, mümkün ehtimal və ehtimal qeyri-real olaraq qətiləşər.130

Əlbəttə, bütün bu məntiqdənkənar açıqlamaların məqsədi darvinistlərin canlıların varlığına – öz ağıllarına görə - yaradılışdan kənar açıqlama gətirmə cəhdidir. Şübhəsiz, zamanla təsadüflərin birləşərək palçıq yığınından çiçəklər, pişiklər, balıqlar, quşlar, sürünənlər, insanlar meydana gətirdiyini qəbuledilməz olduğunu darvinistlər də bilir. Lakin onlar doğru açıqlamanı qəbul etmək əvəzinə məntiqsiz olanı məntiqsiz göstərməyə cəhd edirlər.

Göründüyü kimi darvinistlərin bütün açıqlamaları yalana əsaslanır. Darvinistlərin bəzəkli sözlərini, latın dilindəki təriflərni, anlaşılmaz elmi terminlərini çıxardıqda yerdə “bütün canlılar təsadüfi hadisələr nəticəsində, şüursuz şəkildə, kor təsadüflərin birləşməsilə, heç bir nəzarət, heç bir tədbir, heç bir şüurlu müdaxilə olmadan təsadüfən əmələ gəldi” yalanı qalır. Elə darvinistlərin insanları inandırmağa çalışdığı yalan da budur.

Dövrümüzün ən coşğun darvinistlərindən biri olan ateist təkamül bioloqu Riçard Doukinsin aşağıdakı sözləri darvinist məntiqin nə qədər çıxılmaz vəziyyətdə olduğunu görmək üçün kifayətdir:

... Heyvanlar tələsik bir yerə toplanmış, keçmişdən yamalanarak gelmiş, kobud şəkildə nizamlanaraq yöndəmsizləşmiş gülünc bədheybətlər olmalı idilər. Lakin qida ovlayan bir gepardın olduqca zərif hərəkətlərini, dağ qaranquşunun aerodinamik gözəlliyini və ya yarpaq görünüşlü həşəratın (kamuflaj yolu ilə etdiyi) göz yanıldıcı incəliklərinə yönəltdiyimiz maraq dolu diqqətimizi bu gözləntimiz ilə necə əlaqələndirə bilərik?131

Allah dəccalı elə böyük tələyə salmışdır ki, sonda dəccal tərəfdarları öz ağıllarına görə Allaha qarşı mübarizə aparmaq üçün “təsadüf” kimi məntiqsiz, ağıldankənar və ibtidai sinif şagirdlərini belə güldürən nağıla sığınmaq məcburiyyətində qalmışlar. Təsadüf elə batil və ağılsız iddiadır ki, həşəratların üstün qabiliyyətlərindən istifadə edərək texnoloji alətlər meydana gətirdiyini iddia etmək belə bununla müqayisədə daha məntiqli olar. Lakin dəccalın sehri bəzi insanları bu cəfəngiyyata inandırmış. Bu cəfəngiyyat məktəblərdə tədris edilir. Ancaq insanlar təsadüflərin məntiqsiz şəkildə ilahlaşdırıldığını və onlara bir yaradıcı vəsfi verildiyini (Allahı tənzih edirik) görüb anladıqca, dəccalın axırzamandakı ən böyük oyunu olan Darvinizm yazıq hala düşmüşdür.



Allah ayələrində belə buyurur:

İndi soruş: onları yaratmaq çətindir, yoxsa Bizim yaratdıqlarımızı?

Axı Biz onları yapışqan (kimi) bir palçıqdan yaratdıq.

Bəli, sən (bu möhtəşəm yaratmaya və onların inkarına) təəcüblənirsən, onlar isə istehza edirlər.

Onlara öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar.

Bir möcüzə gördükdə isə ona istehza edərlər.

Və belə deyərlər: “Bu ancaq açıq-aşkar bir sehrdir. Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?!

Eləcə də əvvəlki atalarımız (dirildiləcəklərmi)?!”

De: “Bəli, özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz). (Saffat surəsi, 11-18)
(harun yahya DƏccal necƏ öldü?)

129-R. C. Sproul, Not A Chance: The Myth of Chance in Modern Science and Cosmology, Baker Books, Kasım 1997, s. 9
130-R. C. Sproul, Not A Chance: The Myth of Chance in Modern Science and Cosmology, Baker Books, Kasım 1997, s. 14
131-Richard Dawkins, The Extended Phenotype, Oxford University Press, 1999, s. 40