Darvinistlər təkamülün əsas müəmmalarını görməməzliyə vururlar

Darvinizm yalanı ilə bağlı öyrənilməli çox mühüm həqiqət var: Darvinizm hələ həyatın mənşəyi məsələsinə, yəni canlıların ilk dəfə necə üzə çıxması sualına ağıllı və elmi açıqlama verə bilməmişdir. Darvinistlərin hər şeyin mənşəyi hesab etdikləri o xəyali “ilk hüceyrə”nin, hətta onun ilk zülalının belə necə əmələ gəlməsi bəlli deyil. Təkamül nəzəriyyəsi necə əmələ gəldiyini izah edə bilmədiyi bircə zülal qarşısında tamamilə məhv olmuşdur.

Bu həqiqət bütün darvinistlərə məlumdur. Buna görə oxuyacağınız hər darvinist KİV-də, seyr edəcəyiniz hər darvinist verilişdə bu mövzu tələsik üstündən keçilməyə və unutdurulmağa çalışılır. Darvinizm təbliğatı aparan heç bir yerdə bir zülalın təsadüfən əmələ gəlmə ehtimallarının qeyri-mümkün olması, elm tarixi boyu laboratoriyalarda həyata keçirilmiş saysız-hesabsız təcrübənin hüceyrənin bircə zülalını, bircə orqanoidini əmələ gətirə bilməməsi, hüceyrənin tədsadüfən əmələ gəlməyəcək qədər mükəmməl və mürəkkəb kompleksliyə malik forma olduğunu öyrənmək mümkün deyil. Çünki bu həqiqətlər həyatın mənşəyinə dair elmdənkənar bəsit darvinist izahı yerlə bir edir. Təsadüflərin bir zülalın içindəki amin turşularını belə izah edə bilməməsi nəzərə alındıqda təkamül nəzəriyyəsinin xəyali “zaman + təsadüflər + palçıqlı su” formulu uşaq bağçaları üçün hazırlanmış nağıl kitabı başlıqlarını xatırladır.

Elmi yazıçı Hənk Haneqraff bircə zülal molekulu ilə bağlı ehtimal hesablamalarını bu şəkildə şərh edir:

Bircə zülal molekulunun təsadüfən nizamlanması ehtimalı dünyadakı bütün atomlardan istifadə edərək və dünyanın başlanğıcından etibarən keçən bütün vaxt sərf edilərək 10161-də 1-ə bərabərdir... Ən kiçik nəzəri həyat üçün lazımlı 239 zülal molekulunun ən kiçik ölçüdə zəncir əmələ gətirməsi ehtimalı 101119.879 –da birdir. Bu təxmini zülal zəncirini əldə edə bilmək üçün 10119.841 il keçməlidir. Bu, Yerin fərz edilən yaşından 10199,831 dəfə çoxdur və 1-in yanına 119.831 sıfır əlavə edilməsi ilə ifadə edilir.132

Haneggraaff sözünə belə davam edir:

Əgər bircə zülal molekulu əmələ gəlsə də, ikincisinin əmələ gəlməsi həddindən artıq çətin olacaqdır. Gördüyümüz kimi statiki ehtimallar elmi qəti şəkildə göstərmişdir ki, təsadüfi proseslərlə zülal molekulunun əmələ gəlməsi nəinki ehtimaldan kənardır, hətta tam mənada qeyri-mümkündür.133

Bütün bunların həyata keçdiyini, Darvinizmin sehrli formulunun işə yaradığını və xəyali ilk hüceyrənin əmələ gəldiyini fərz etsək belə (ki bu elmi cəhətdən mümkün deyil), darvinistlər yenə çox böyük müəmmalarla qarşı-qarşıyadırlar. Darvinistlərin bir hüceyrənin orqanoidlərinin hər birinin funksiyalarını, bir hormonun orqanizmdəki funksiyaları, qaraciyər, dalaq, mədə, ağciyər, beyin kimi kompleks orqanların əmələ gəlməsini və fəaliyyətini, həm də iddia etdikləri kimi bütün bunların başqa canlılardan təkamül yolu ilə qüsursuz və mükəmməl şəkildə möcüzə ilə əmələ gəlməsini açıqlamalıdırlar. Lakin darvinistlər gözlənildiyi kimi izahı qeyri-mümkün olan bu mövzuların yanına belə yaxınlaşmırlar.

Çünki ən kiçiyindən ən böyüyünə qədər canlıların hamısındakı möhtəşəm kompleksliyi saxta darvinist mexanizmlərlə açıqlamaq mümkün deyil. Bütün darvinistlər əslində yer üzündə, göy üzündə, bütün canlıların və insanın yaradılışında açıq-aydın möcüzə olduğunu bilirlər. Döllənmiş bir hüceyrənin bölünərək 100 trilyon hüceyrədən ibarət mükəmməl insan bədənini əmələ gətirməsini, bunların 30 trilyonunun insan beynini əmələ gətirmək üçün xüsusiləşib ayrılmasını, onların içində 120 trilyon rabitə quran 12 milyard beyin hüceyrəsinin mükəmməl şəkildə işləməyə başlamasını və bütün bunların nəticəsində ortaya düşünən, varlığının şüurunda olan mükəmməl canlının çıxmasını darvinist yalan üsulları ilə açıqlaya bilməyəcəklərini özləri də bilirlər.
Elm yazıçı və jurnalist Fred Hiren darvinistlərin də gözlərinin qarşısında olan bu həqiqəti aşağıdakı sözlərlə açıqlayır:

Açıq-aşkar olan bu həqiqət olduqca başa düşüləndir. Məntiqli çıxarış budur: gördüyümüz hər şey çox böyük, fövqəltəbii səbəb tələb edən nəticədir. Günəş və ulduzlar, Ay və Yer bəzi şeylərdən öz-özünə əmələ gəlməyiblər. Bu məntiqsizdir – yalnız Qərb məntiqi deyil, bütün insan məntiqi baxımından məntiqsizdir. Kainatdakı hər hadisə buna səbəb olan şey ilə əlaqədar şəkildə izah edilə bilər. Amma sözügedən hadisə kainatın özünün necə əmələ gəlməsi olduqda, bunun kainatın içində açıqlaması yoxdur. Burada artıq təbiətə aid bir açıqlama yoxdur.134

Şübhəsiz, bütün kainata, yerə və göyə, bütün canlı varlıqlara hakim olan, onların hamısını yaradan Uca Allahdır. Allah bircə hüceyrədə yaratdığı möhtəşəm aləm içində elə mürəkkəb nizam var etmişdir ki, bunun nəinki təsadüflərlə, insan bacarığı, qabiliyyəti və ağlı ilə açıqlanması qeyri-mümkündür.

Elə Darvinizmin ən böyük müəmmalarında birini bu həqiqət təşkil edir. Darvinistlər bir məsələyə dair izah verə bilmədikdə, adətən “boyun qaçırma” siyasətindən istifadə edirlər. Təkamül nəzəriyyəsinin saxta mexanizmlərini sadalayır, lakin onların necə “təkamül” meydana gətirdiyinə dair heç bir elmi açıqlama vermirlər. Təkamül nəzəriyyəsi öz açıqlamaları içində boğulmuşdur, lakin oxucuya bunu hiss etdirməməyə çalışırlar. Ancaq təkamülçü bioloq, ateist Riçard Doukinsin aşağıdakı etiraflarından da başa düşüldüyü kimi təkamülün əsas müəmmaları darvinistlərə çox yaxşı məlumdur:

Təbiət çatışmazlıq əmələ gətirmələrinə baxmayaraq bir sıra mutasiyanı birləşdirərək bir canlı nəsli üçün ən ideal inkişafa aparan yolu müəyyən etmə öngürüsünə malik deyil.135

Qurudan dənizə keçən bir nəslin hərəkət sistemində olduğu kimi tənəffüs sistemində də dəyişikliklərə ehtiyacı olacağı yəqindir, lakin bunların arasında əlaqə olduğunu düşünmək üçün əsaslı bir səbəb yoxdur. Yerimə üzvlərini üzgəclərə çevirən proses nə üçün oksigen qəbul etməsi üçün ağciyərlərin funksionallığını artıran proseslərlə əlaqədar olmalıdır? Əlbəttə, eyni anda adaptasiyanı həyata keçirən bu proseslərin embrioloji mexanizmlərin təsadüfi nəticəsi kimi əlaqədar hala gəlməsi ehtimalı var, ancaq bu əlaqənin mənfi əvəzinə müsbət nəticə verməsi o qədər də mümkün deyil.136


Yaşadığımız möhtəşəm planet, Günəş, Ay və ulduzlar, Allahın ehtişamlı yaratmasının, üstün qüdrətinin təcəlliləridir.

Dövrümüzün ən tanınmış ateistlərindən olan Riçard Doukins belə cidd-cəhdlə müdafiə etdiyi təkamülün heç bir mexanizminin “təkamülə” dəlil olmadığını açıq şəkildə etiraf edir. Doukins bu sözlərilə mutasiyaların heç bir faydalı nəticə verməyəcəyini və bir canlının sudan quruya keçidi üçün lazım olan çevrilmələrin qeyri-mümkün olduğunu ifadə etməyə məcbur olmuşdur. Doukinsin bu etirafları elmi cəhətdən heç bir dəlili olmayan batil Darvinizm dininin kor-koranə necə müdafiə edildiyini təsdiqləyir.

Doukins kitabında eyni zamanda Nobel mükafatına layiq görülmüş immunoloq Prof. Ser Piter Medavar-dan da məsələ ilə balıq sitat gətirmişdir:

“... əlimizdə təkamül xarakterli inkişaf ilə bağlı inandırıcı tərif yoxdur...”137

Əsas müəmmaların görməməzliyə vurulması, əlbəttə, mövzu haqqında məlumatı olmayan insanlara təsir edir. Lakin insanlar təkamül nəzəriyyəsi haqqında məlumatlandıqca haqqında bəhs edilməyən bəzi həqiqətlər, qəsdən üstündən keçilən təfərrüatlar və ört-basdır edilməyə çalışılan əsas mövzularla bağlı suallar verməyə başlayacaqlar. Bu gün bəzi ölkələrin məktəblərində, ABŞ-nın müxtəlif ştatlarında və Avropada baş verən vəziyyət budur. Şagirdlər kor-koranə təhsil almağı rədd edir, bu əsas müəmmalar məsələsində müəllimləri ilə mübahisə etməkdən belə çəkinmirlər. Dəccalın insanları aldatdığı dövr sona çatmışdır. Darvinizmin əsas müəmmaları insanların diqqətini çəkir, bütün bunların izahını gözləyirlər. Darvinistlərin bu məsələ ilə bağlı uzun davam edən səssizliyi Darvinizm tərəfdarlarını belə şübhəyə salmış, insanlar Darvinizmdən kənar izah axtarmağa başlamışlar. Əlbəttə, Darvinizm sehrindən xilas olan hər insan ağıl və şüur nümayiş etdirən, möhtəşəm kompleksliyə malik canlıların yaradıldığını açıq şəkildə görür.

Darvinizm çıxılmaz vəziyyətdədir, çünki canlılar təkamül keçirməmiş, yaradılmışlar. İnsanlar artıq bunu açıq şəkildə görür, ağılları və vicdanları ilə bu həqiqəti qəbul edirlər. Allah uca qüdrəti ilə hər şeyə qadir olduğunu və Darvinizmin saxta tanrılarının heç bir gücü olmadığını ayələrində belə bildirir:

Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! Allahı layiqincə qiymətləndirmədilər. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Həcc surəsi, 73-74)
(harun yahya DƏccal necƏ öldü?)

132-Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003, s. 52
133-Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003, s. 54
134-Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003, s. 59-60
135-Richard Dawkins, The Extended Phenotype, Oxford University Press, 1999, s. 46
136-Richard Dawkins, The Extended Phenotype, Oxford University Press, 1999, s. 107
137-Richard Dawkins, The Extended Phenotype, Oxford University Press, 1999, s. 165