Darvinistlər təkamül nəzəriyyəsini “inkaredilməz” göstərirlər

Adətən nəzəriyyə irəli sürülür, elmi cəhətdən təsdiqlənir və ya təkzib edilir. Elmi cəhətdən qəbul edilir və ya inkar edilir. Biq Bənq (Böyük Partlayış) nəzəriyyəsi elmi nəzəriyyədir və təsdiqlənmişdir. Bu nəzəriyyəni dəstəkləyən dəlillər qarşısında irəli sürülən əks məntiqlərin əsassızlığı aydındır. Kimsə digər ehtimalların sübut edlməsi məsələsi üzərində dayanmır. Çünki əldə konkret elmi faktlar var. Konkret dəlillər digər ehtimallara qarşı bu elmi nəzəriyyəni təsdiq etmişdir.

Təkamül nəzəriyyəsi isə elmilik iddiası ilə irəli sürülmüş nəzəriyyədir və nəzəriyyənin cəfəngiyyat olması saysız-hesabsız dəlil ilə sübut edilmişdir. Nəzəriyyəni təsdiqləyən bircə dəlil də tapılmır. Bütün elmi kəşflər nəzəriyyənin fərziyyə kimi irəli sürüldüyünü və heç bir əsaslılığının olmadığını hər gün təkrar-təkrar sübut edir. Normal şərtlər daxilində bu nəzəriyyə çox əvvəllər inkar edlib aradan qaldırılmalı idi. Ancaq nədənsə belə olmamışdır. Tam əksinə, təkamül nəzəriyyəsi saxta dəlilləriə, elmi nəzəriyyə adı altında dərsliklərə daxil olmuş, televiziya kanallarında, sənədli filmlərdə, mətbuat orqanlarında müdafiə edilmişdir. Hətta Avropa Şurası ciddi-cəhdlə bu nəzəriyyəni qorumağa çalışmış, bu nəzəriyyənin elmi olmadığını sübut edən dəlillərin ortaya qoyulması üçün müraciətləri dəhşət və qorxu ilə qarşılamışdır. Müxtəlif ölkələrin məhkəmələri təkamülə qarşı gətirilən və tədris planında yer alan təklifləri qətiyyətlə rədd edir. Çox yaxın tarixdə bir federal hakim dünyəvi məktəblərdə Darvinizmi tənqit etməyin ali qanuna zidd olduğunu açıqlayacaq qədər irəli getmişdir.141Darvinin öz kitabında da bəhs etdiyi “təkamülün çətinliklərinın” dərsliklərə əlavə edilməsi fikri darvinist kütlələri dəhşətə gətirmişdir. Qısaca desək, Darvinizm demək olar ki bütün dövlətlər tərəfindən müdafiə edilən, çox vaxt dövlətin dəstəyilə yaşadılmağa çalışılan yeganə “elmi” nəzəriyyədir. Bu kütlələr yaradılış həqiqətinin məktəblərdə öyrədilməsi də təkamül cəfəngiyyatının ifşa ediləcəyi üçün böyük səylə mane olmağa çalışmışlar. Çünki Darvinizm bu batil dinin qanunlarına əsasən “inkaredilməzdir”. Eyni şəkildə Darvinizm bütün dünyada faşist Darvinist diktatorluq tərəfindən müdafiə edilir.

Yazıçı Enn Kulter bu həqiqəti aşağıdakı sözlərilə dilə gətirir:

Təkamül nəzəriyyəsini müzakirə etməkdən çəkinmək üçün Darvinizmin coşğun tərəfdarları daima (öz ağıllarına görə) “lazımsız” həqiqətləri sanki ehtiyat hissə kimi müzakirədən kənarlaşdırırlar. Təkamülü inkar etməyin sanki Günəşin şərqdən doğmasını inkar etmək kimi bir şey olması təsəvvürünü verirlər.142

Darvinist diktatorluğa əsasən Darvinizmi inkar etmək sanki cinayətdir. Darvinizmin batil din kimi mənimsənildiyi və mənimsədilməyə çalışıldığı ölkələrdə bu sanki vətənə xəyanət kimi görünür. Heç kim elmi dəlillərin nəzəriyyəni təkzib etdiyini, nəzəriyyənin artıq heç bir əsaslılığının qalmadığını açıq şəkildə deyə bilmir. Darvinizmi mübahisəsiz həqiqət kimi qəbul etmək sanki şərtdir. Riyaziyyat üzrə professor Volfqanq Smit bir təkamülçü kimi bu vəziyyəti belə açıqlamışdır:

Bizə doqmatik cəhətdən təkamülün qəbul edilmiş həqiqət olduğu deyilir. Amma bunu kimin, hansı yollarla qəbul etdiyi heç vaxt deyilmir. Bizə tez-tez bu doktrinanın sübuta əsaslandığı deyilir və bu sübutun da “bundan sonra ediləcək bütün təsdiqləmələrin fövqündə olması və eyni şəkildə təcrübələrlə əldə edilən sonrakı bütün təkziblərdən uzaq olduğu” bildirilir. Ancaq bizi bu sübutun harada olması ilə bağlı mühüm sual qarşısında tamamilə qaranlıqda qoyurlar.143

Darvinizmin inkarının qarşısını alınır, çünki əks təqdirdə batil Darvinizm dininin müdafiəçilərinin heç bir əsası olmayan bu nəzəriyyəni yaşada bilmək üçün bir yolu qalmayacaq. Yalan uca səslə deyilir və bunun yalan olduğunu iddia etmək cinayət hesab edilmir. Elmilik iddiası ilə irəli sürülən nəzəriyyə elmdən tam mənada uzaq, rəsmi və açıq şəkildə inkarı qeyri-mümkün batil, ehkamçı inanc sisteminə çevrilmişdir. Əsl diqqət çəkən cəhət isə bunun göz görə-görə, heç çəkinmədən edilməsidir.

Bu o dərəcəyə çatdırılmışdır ki, Roma papası öz evində Darvinizmi müdafiə edən konfranslar verməyə məcbur olmuşdur. Kilsələr Darvindən üzr istəməyə məcbur ediliblər. Universitet professorları təkamülü təkamülü mühakimə edən əsərlərinə görə vəzifələrindən azad edilmiş, işdən uzaqlaşdırılmışlar. Bu böyük təkid bir çox ölkədə uğurla nəticələnmiş, xüsusilə yuxarı mövqelərdə təkamül qəti şəkildə mübahisəsiz qəbul edilmişdir.

Darvinizmin inkaredilməzliyini təmin etmək üçün darvinistlər lazım olan hər yola əl ata bilərlər. Təkamül nəzəriyyəsini inkar edən sübutları ört-basdır edir, təkamülün əsassızlığını sübut edən dəlilləri təhrif edib dəyişdirərək və insanları açıq şəkildə aldadaraq təkamülün dəlili kimi göstərə bilərlər. Eynilə Çarlz Dulitl Uolkotun 70 il boyu Kembri fosillərini gizlətməsi kimi.

Darvinist öncədən qəbul və şərtlənmə darvinistləri çox məntiqsiz şeyləri müdafiə etməyə və bu məntiqsizlikləri bəzən ifadə etməyə məcbur edir. Yuxarıdakı sözündə təkamülçü bioloq elmi dəlillər, məntiqli sübutlar olmasa da, təkamülün doğruluğuna əsla şübhəsi olmayacağını açıq şəkildə bildirir. Bu da bir daha göstərir ki, təkamül nəzəriyyəsinin müdafiə edilməsinin səbəbi elmi faktlar və tapıntılar deyil. Belə olduqda qəbul edilməli bir aydın həqiqət var: təkamül batil, saxta, aldadıcı dindir.
Riyaziyyatçı və filosof Uilyam A. Dembski darvinistlərin təkamülü inkaredilməz göstərmələrini bu sözlərlə ifadə edir:

Darvinçi mühafizəkarlıqdan şübhələnmək stalinçi rejimin partiya idarəsinə qarşı çıxmaqla müqayisə edilə bilər. Stalinin Rusiyasında olsaydınız və Lisenkonun haqsız olduğunu irəli sürmək istəsəydiniz, nə edərdiniz? Lisenkonun genetika nəzəriyyəsindəki ziddiyyətləri və gərginlikləri bildirə bilərsiniz, amma Lisenkonun tamamilə haqsız olduğunu deyə bilməzsiniz və ya Lisenkoya açıq şəkildə müxalif olan alternativ təqdim edə bilməzsiniz. Hal-hazırda içinə düşdüyümüz vəziyyət budur.144


Yeri, göyü və onların arasındakıları yaradan Uca Allahdır. Allahın yaratması ehtişamlı və bənzərsizdir.

Darvinist diktatorluğun təzyiqi ilə Darvinizmin inkar edilə bilməməsi bəzilərini Darvinizmin doğru və qəbul edilmiş nəzəriyyə olduğuna dair qənaətə gətirmişdir. Çünki insanların böyük əksəriyyəti elm adamlarının bir cəfəngiyyatı müdafiə etməyəcəyini, televiziya və mətbuatın bir yalanı dəstəkləməyəcəyini düşünərək yanılırlar. Əgər bu bir yalandırsa, mütləq bunu ifşa edən biri olmalıdır deyə düşünürlər. Lakin ifşa etməyə çalışan hər səs müxtəlif təzyiq üsulları ilə susdurulmuşdur.

XX əsrdə təzyiq və məcburiyyətlə davam edən diktatorluq ənənəsi dövrümüzdə də yenə eyni şəkildə davam edir. Hələ də bir çox elm adamı işlərini itirmə qorxusu ilə təkamül nəzəriyyəsinə qarşı çıxmır, ailələr uşaqlarının təkamülü öyrənməsinə qarşı çıxdıqda mütləq təzyiq və təhdid ilə qarşılaşırlar. Lakin təkamül nəzəriyyəsi istənilən qədər məktəblərdə öyrədilsin, istənilən qədər təkamülə qarşı olan elm adamları susdurulsun, təkamülün yalan olduğunu görən zehinlərdə əmələ gələn aydınlanmanı heç bir darvinist məcburiyyət və təzyiq dəyişdirə bilməyəcəkdir. Bu gün Avropa Şurası uşaqların məktəblərdə təkamülü öyrənməsini şərt qoymuşdur. ABŞ-nın bir çox əyalətində tədris planında təkamüldən kənar şərhlərə yer verilməsi qadağandır. Çində, Rusiyada, demək olar ki bütün Asiya ölkələrində, hətta bəzi Müsəlman ölkələrdə belə təkamül nəzəriyyəsi tədris planının ayrılmaz hissəsidir.

Bunu da bildirmək lazımdır ki, nəzərdə tutulan və tənqid edilən darvinistlərin təzyiqedici və senzuraçı təfəkkürüdür. Məktəblərdə gənclərə tarix dərsi kimi təkamül haqqında məlumat verilə bilər, ancaq bununla bərabər təkamül nəzəriyyəsinin əsassız olduğunu sübut edən yüzlərlə dəlil də gənclərə öyrədilməlidir. Gənclər zorla, təktərəfli, təzyiqedici şəkildə təhsil almamalı, onlara elmi kəşflər tərəfsiz şəkildə təqdim edilməli, doğru olanı ağıllları və vicdanları ilə görmə və öyrənmə haqqına malik olmalıdırlar.

Ancaq bunu da xatırlatmaqda fayda var; bu zoraki mövqe darvinistlər tərəfindən öz ağıllarına görə nə qədər böyük qələbə kimi görünsə də, əslində dəhşət və qorxunun ifadəsidir. Avropa Şurası kimi darvinist düşüncəyə malik quruluş Darvinizmin çökməsindən ilk dəfə bu qədər böyük təşvişə düşmüşdür. Avropada illərdən bəri yaradılışı izah edən, təkamülün əsassızlığını ifadə edən müxtəlif əsərlər nəşr olunur, konfranslar təşkil olunur əv müxtəlif fəaliyyətlər görülür. Ancaq heç biri Avropaya Harun Yəhyanın nəhəng əsəri “Yaradılış Atlası” qədər təsir etməmişdir. Bu təsirin səbəbi “Atlas”da ortaya qoyulan elmi kəşflərin inkarı mümkün olmayan şəkildə təkamülün əsassızlığını nümayiş etdirməsidir. Artıq Avropadakı bütün tələbələr təkamül nəzəriyyəsinin gündəmə gətirilən 250 milyondan çox fosil ilə məhv edildiyini bilirlər. Çox asan girə bildikləri bircə internet səhifəsindən milyonlarla il əvvələ aid saysız-hesabsız canlının fosil rəsmini görür və canlıların əkamül keçirmədiyi qənaətinə gəlirlər. Saysız-hesabsız əsər və məqalə vasitəsilə darvinist saxtakarlıqları və təkamül nəzəriyyəsinin bircə dənə tutarlı dəlilinin olmadığını öyrəniblər. Darvinizm haqqındakı həqiqətlər asanlıqla əldə edilə bilir. Belə olduqda Darvinizm üçün edilən bütün qadağalar və təkidlər artıq tamamilə təsirsizdir. Darvinistlər bundan yüz il əvvəlki təsirlərin yenidən əmələ gələcəyinə ümid edərək eyni çürük taktikaları tətbiq edirlər. Lakin dəccalın oyununun həqiqi üzünün tamamilə üzə çıxdığını unudurlar. Uca Allah bir ayəsində belə buyurur:

Yoxsa pis əməllər edənlər Bizdən gizlənə biləcəklərini güman edirlər? Onlar necə də pis mühakimə yürüdürlər!
(Ənkəbut surəsi, 4)
(harun yahya DƏccal necƏ öldü?)

141-Jonathan Welss, The Politically Incorrect: Guide to Darwinism and Intelligent Design, Regnery Publishing Inc., Washington, 2006, s. 181
142-Ann Coulter, Godless The Church of Liberalism, Crown Forum Publishing, 2006, s. 201
143-Wolfgang Smith, Teilhardism and the New Religion, A Thorough Analysis of the Teachings of Pierre Teilhard de Chardin, Rockford IL, Tan Books and Publishers, Inc. 1988, s. - 8 Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 221
144-Jonathan Welss, The Politically Incorrect: Guide to Darwinism and Intelligent Design, Regnery Publishing Inc., Washington, 2006, s. 182