Darvinistlər təkamül əleyhdarlarını susdurmağa çalışırlar

Darvinizmin inkaredilməzliyinin gərəyi kimi darvinistlər insanlara təsir edən hər təkamül əleyhdarını susdurmağa səy göstərirlər. Bütün dünyanı bürümüş batil Darvinizm dini və tərəfdarları bu məsələdə o qədər təzyiqedici və zorakı siyasət yeridirlər ki, bu və ya digər şəkildə təkamül haqqında şübhəli söz demək belə o şəxsə böyük çətinliklər yaradır. Bu faşist israra əsasən təkamül haqqında şübhələnmək də cinayətdir. Bunu dilə gətirmək cinayətdir. Təkamülün sübut edilməmiş nəzəriyyə olduğunu, hətta sadəcə bir nəzəriyyə olduğunu irəli sürmək də cinayətdir. Darvinizmin əleyhinə olan bir elm adamının hər hansı bir universitetin biologiya fakültəsində dərs verməsi demək olar ki qeyri-mümkündür. Darvinizm tərəfdarı olan bir qəzetin səhifələrində təkamülü məhv edən bir fosilin şəklini tapmaq mümkün deyil. Orta məktəb biologiya müəlliminin səhvən də olsa, təkamül nəzəriyyəsi ilə bağlı bəzi şübhələri olduğunu ifadə etməsi böyük səhvdir. Yəqin ki, bu orta məktəb müəllimini qısa müddətdə işindən azad ediləcəkdir.



Məsələn, biologiya professoru Karolin Kroker Expelled "No Intelligence Allowed" sənədli filmində təkamülü mühakimə etdiyi üçün Corc Meyson Universitetindən qovulduğunu belə danışır:

Müdirim məni ofisinə çağırdı və “Yaradılışı öyrətdiyin üçün səni intizama öyrətməliyəm” dedi... O semestrin sonunda işimi itirdim.145

Karolin Kroker 5 fevral 2006 tarixində “Washington Post” qəzetinə verdiyi müsahibəsində isə belə demişdir:

Təkamüldəki problemləri öyrətdiyimə görə Corc Meyson Universitetindəki işimi itirdim. Bir çox elm adamı təkamülü mühakimə edir, amma səslərini çıxarsalar, işlərini itirərlər.146

Dr. Riçard von Steynberq isə təkamülü mühakimə etdiyi və təkamülə qarşı olan yazıçıların şərhlərinə yer verdiyi üçün Təbiət Tarixi Muzeyindəki (National History Museum) işindən azad edilmişdir. 147

Dr. Riçard von Steynberq isə təkamülü mühakimə etdiyi və təkamülə qarşı olan yazıçıların şərhlərinə yer verdiyi üçün Təbiət Tarixi Muzeyindəki (National History Museum) işindən azad edilmişdir. Steynberqin mövzu ilə bağlı açıqlamaları belədir:

(Yaradılış məsələsi gündəmə gəldikdə) insanlar əsəbləşirdilər. Belə ki, onların fiziki reaksiya verdiyini görürdünüz. Şöbə müdiri isə (Yaradılışın daha inandırıcı olduğunu dediyim üçün) mənim intellektual terrorist olduğumu söyləyərək mövqeyini bildirdi.148

Beyin cərrahı Maykl Eqnor isə insanların həkimlik peşəsini işlətməsi üçün təkamül nəzəriyyəsini öyrənməyə ehtiyacı olmadığına dair izahının ardınca qarşılaşdığı reaksiyanı belə açıqlayır:

Bir çox bloqdan bir çox insan mənə ağıza alınmayacaq adlar dedilər. Çoxlu pis şərhlər aldım. İşlədiyim universitetdən və başqa yerlərdən insanlar mənə zəng etdilər və mənə təqaüdə çıxmağı məsləhət gördülər. Darvinist nəzəriyyəni tənqid etdikdə fərqinə vardığım və məni həqiqətən təəccübləndirən şey bu məsələdə ilə bağlı qəddarlıq, təcavüzkarlıq və bayağılıq idi.149

Eyni şəkildə professor Robert Marks da Darvinizmi mühakimə etdiyi üçün Beylor Universitetindəki tədqiqat saytı bağlanmış və tədqiqatları üçün verilmiş qrant əlindən alınmışdır.

Sözügedən sənədli filmdə adının açıqlanmasını istəyən və ya istəməyən bir çox anti-darvinist elm adamının şəxsən yaşadıqları hadisələrə yer verilmiş və bu şəxslər Darvinizmi inkar etdiklərinə görə akademik karyeralarının tamamilə məhv edildiyini öz sözlərilə danışmışlar.

Jurnalist Lari Uitam isə Darvinizmin özünü və darvinist diktatorluğun metodlarını bu sözlərlə şərh edir:

Əgər yaxşı qiymət almaq istəyirsinizsə, yuxarı vəzifələrə seçilmək istəyirsinizsə və əgər milli elmi təhsil sisteminin dəstəkçisi kimi müxtəlif mükafatlar almaq istəyirsinizsə, (təkamül) modelini mühakimə edə bilməzsiniz.

Neçə-neçə elm adamından müsahibə aldım. Öz aralarında ikən və ya etibar etdikləri jurnalist ilə danışdıqda “bu mürəkkəb komplekslikdə” və ya “molekulyar bioloji böhran içində” kimi ifadələr işlədirlər, amma bunu cəmiyyət içində açıq şəkildə dilə gətirə bilmirlər.150

Jurnalist Pamela Uinnik isə yaradılışla bağlı yazdığı bir məqalədən sonra jurnalist kimi işindən azad edilyini bildirir və bunları deyirdi:

Əgər b mövzuya (yaradılışa) hər hansı şəkildə bir az belə etimad göstərsəniz, ki bunun üçün sadəcə bu mövzuda bir şey yazmağınız kifayətdir, onda bir jurnalist kimi peşəniz sona çatar.151

Filosof Stefen Meyer DNT-dəki məlumatın təsadüflə açıqlanmasının mümkün olmadığını, bunun ancaq üstün bir ağlın əsəri olduğunu açıqlayan fikrini sübutları ilə birlikdə biologiya jurnalında nəşr etdikdə darvinistlər jurnalın redaktorunun karyerasını məhv etmək istəmişdilər. 152 Amerika Vətəndaş Azadlıqları Birliyi (American Civil Liberties Union) Corciya əyalətinin Kobb şəhərindəki məktəbləri dərsliklərin üstündəki “açıq təfəkkürlə, diqqətlə araşdıraraq və tənqidi yanaşaraq” təkamülü öyrənmələri ilə bağlı xəbərdarlıq qeydlərinə görə ittiham etmişdir. Kaliforniya Lebekdə Kilsə və Ştatın Ayrılması üçün Birləşən Amerikalılar təşkilatını təmsil edən ailələr məktəbləri təkamüllə yaradılış arasında fərqi dərk etməyi sadəcə təklif etdiyi üçün ittiham etmişdir. Pensilvaniya Doverdə Amerika Vətəndaş Azadlıqları Birliyi (AVAB) və Kilsə və Ştatın Ayrılması üçün Birləşən Amerikalılar tərəfindən dəstəklənən kiçik bir qrup doqquzuncu sinifdə biologiya dərslərində yaradılış həqiqətinin müzakirəsinə mane olmaq üçün məhkəməyə müraciət etmişdir. Hakim bu ailələrin lehinə qərar vermiş və məktəb iddiaçının qanuni haqqı olan müəyyən məbləğdə pul ödəməyə məcbur edilmişdir. Bu məbləğ bir milyon dollardan çoxdur.153

Yazıçı Enn Kulter bu hadisələri belə dəyərləndirir:

Dover hadisəsindən sonra AVAB ittihamları ilə iflas riskinə girmək istəməyən heç bir məktəb yaradılış kəlməsini ağzına almağa belə cəsarət etmədi. Darvinistlərin məbədlərinin, yəni dövlət məktəblərinin dünyəvi müqəddəsliyini mühafizə etmişdilər. Elmdə, inandırmada və dəlildə qalib gələ bilməmişdilər. Liberalların həmişə qalib gəldiyi yolla qalib gəlmişdilər: onlara hər istədiklərini gümüş sinidə gətirən məhkəmə taparaq.

Bu, elm deyil. 154
Darvinistlərin tətbiq etdiyi bu təzyiqedici üsullar bəzi insanlar üçün olduqca çəkindirici metodlardır. Bir milyon dollar qədər pul cəzası ilə qarşılaşan məktəb böyük təzyiq ilə üzləşdiyinə görə susdurulmuşdur. Bunu nəzərə alan tədris işçisi işini itirmək təhlükəsi ilə qarşı-qarşıyadır. Bu sistem Uilyam A. Dembskinin bildirdiyi kimi diktatorluq rejiminə bənzəyir. Heç kim diktatorun əleyhinə ağzını belə aça bilmir.

Təkamülçü fizika professoru H. S. Lipson bir elm adamı kimi elmin yaradılışı göstərdiyini deyir, ancaq bu həqiqəti qəbul etməyin darvinist diktatorluğun təzyiqinə görə nə qədər çətin olduğunu bu sözlərlə açıqlayır:

Əgər canlı bir maddə atomların qarşılıqlı əlaqəsi, təbiət hadisələri, radiasiya təsirilə əmələ gəlməyibsə, onda necə əmələ gəlmişdir? ... Düşünürəm ki, biz ... yeganə ağlabatan açıqlamanın yaradılış olduğunu etiraf etməliyik. Bunun fiziklərin məhdudlaşdırılması mənasına gəldiyini bilirəm, bu mənə də eyni şəkildə aiddir, amma əgər təcrübə dəlilləri bunu dəstəkləyirsə, xoşumuza gəlməyən faktı rədd edə bilmərik.155

Lipsonun sözlərində ifadə etdiyi darvinist məhdudlaşdırma ilə bir çox elm adamı, akademik və tədris işçisi tez-tez qarşılaşırlar. Məsələn, 1999-cu ildə Detroytda bir ali məktəbin müdiri kitabxanaya Darvinizmi tənqid edən bəzi kitabları qoymaq istədikdə Milli Elmi Təhsil Mərkəzi METM (National Center for Science Education) buna hər cür əngəlləmə metodları tətbiq edərək qətiyyətlə qarşı çıxmışdır.156

Conatan Uelz bu əngəlləmə siyasətini bu sözlərlə ifadə edir:

METM məktəb müdiriyyətlərinə “təkamülün elmi cəhətdən mübahisəli olmadığını, ona görə də ona qarşı irəli sürülən dəlillərin elmi tədris planına qeyri-elmi dini fikirləri daxil etmə səyinin məhsulu olduğunu” deyir. Amerika məhkəmələri dövlət məktəblərində dini təhsil verməyin doğru olmadığını elan etdiyi üçün bu, məktəb müdiriyyətinin qanundankənar bir şey etmək istəməsi fikrini müdafiə eədn xəbərdarlıq deməkdir. Əgər xəbərdarlıq nəzərə alınmasa, METM dəstək almaq üçün AVAB-a müraciət edər. AVAB da məktəb müdiriyyətinə yazılı məktub göndərərək bahalı ittihamnamə ilə onu təhdid edir. Ölkədəki hər məktəb müdiriyyəti maddi cəhətdən vəziyyəti idarə etməyə çalışdığı üçün METM və AVAB-ın bu təhdidi darvinist təkamülün dövlət məktəblərində tənqid edilməsinin qarşısının alınmasında çox işə yaramışdır.157

Məktəblərdə yaradılışın öyrədilməməsi üçün çox mübarizə aparan Amerikanın Kanzas əyalətində təkamülçü biologiya tədrisinin aradan qaldırılması üçün görülən fəaliyyətlərin ardınca Kanzas təhsil sistemi çox böyük təzyiq və israrla ilə qarşılaşmışdır. Milli Tədqiqat Şurasının MTŞ (The National Research Council) rəhbəri Herbert Lin “Elm” (Science) jurnalına göndərdiyi bir məqalədə amerikan kollec və universitetlərinin Kanzasda tədris edilən bütün ali məktəb biologiya dərslərinin akademik hesab edilməyəcəyinə dair bəyannamə verməli olduqlarını bildirmişdir. Növbəti ay Scientific American jurnalının redaktoru Con Renni isə universitetə qəbul komitələrinin Kanzas məktəblərinin müdiriyyətlərinə “Kanzas ştatından onlara ərizə verəcək tələbələrin xarakteristikasını diqqətlə araşdıracaqlarını” bildirməsini və “Kanzasdakı ailələrə də bu mənfi qərarın uşaqlarının gələcəyi üçün pis nəticələrə səbəb olacağını bildirən aydın məktub” göndərməsini istəmişdir.158Bu hədənin mənası aydındır. Təkamül nəzəriyyəsinə qarşı çıxmaq cinayətdir və bu cinayəti edənlər dərhal məhkəmə məsuliyyətinə cəlb edilməlidir.

Bir müddət əvvəl gündəmə gələn bir ittihamda isə Vudz Houl Okeanoqrafiya İnstitutu (Woods Hole Oceanographic Institution) təşkilatından Nataniel Abraham adlı bir tədqiqatçı təkamül nəzəriyyəsini inkar etdiyini bildirməsinin əvəzində işindən azad edildiyini açıqlamışdır. 2004-cü ildə Abrahama Vudz Houlun səlahiyyətli nümayəndəsi olan elm adamı tərəfindən yazılan məktubda “işlədiyi təşkilat elm adamlarının təhlillərində və məqalələrində təkamül prinsiplərindən istifadə etməsini açıq şəkildə şərt qoymasına baxmayaraq Abrahamın Milli Səhiyyə Təşkilatlarının (National Institutes of Health) “təkamül lehinə” fəaliyyət formasını mənimsəmədiyini bildirdiyi” üçün işdən azad edildiyi bildirilmişdir.159Yəni bir elm adamı təkamül nəzəriyyəsinə qarşı çıxdığı üçün rəsmi şəkildə qəbul edilməmişdir. Mövzunun 2007-ci ildə Nataniel Abrahamın irəli sürdüyü ittiham nəticəsində gündəmə gəlməsi, şübhəsiz, artıq insanların Darvinizm diktatorluğuna qarşı çıxma cəsarətindən qaynaqlanır.

Berkeley Universitetindən hüquq professoru Filip E. Conson 1981-ci ildə İngiltərə Təbiət Tarixi Muzeyinin qapısından asılan lövhələrlə bağlı darvinist fanatizmi bu sözlərlə izah edir:

Qapının girişindəki lövhədə bunlar yazılmışdı: “Nə üçün bu qədər müxtəlif canlılar olduğu heç sizi maraqlandırıb? Bir fikrə əsasən bu gün gördüyümüz bütün canlı varlıqlar mərhələli dəyişikliklərlə qədim əcdaddan törəyiblər. Təkamül necə meydana gəlib? Növlər necə bir-birlərindən törəyiblər? Bu salondakı sərgi bunun mümkün açıqlamasını təmsil edir – Çarlz Darvinin açıqlamasına.”

Yan tərəfdəki lövhədə isə bunlar yazılmışdı: “Digəri isə bütün canlı varlıqları mükəmməl və dəyişməz şəkildə Allahın yaratması fikridir.” Əlavədəki broşurada isə bu etiraf yer alır: “Təbii seleksiya ilə təkamül anlayışı sözün tam mənasında elmdənkənardır.”

Elm komitəsinin buna verdiyi cavab biabırçı idi. Təbiət (Nature) jurnalındakı bir baş məqalədə bu sual verilmişdi: “Darvinizmin ən yaxın qalası olan bu muzeyin müdirləri cəsarətlərinimi itirdilər, yoxsa hətta ağıllarınımı?... Kiimsə buna qarşı çıxmaz, elmin ictimaiyyətə təqdim edilməsində, uyğun olduqda mübahisəli mövzuların şübhəli olduğunu demək uyğundur. Bəs təkamül nəzəriyyəsi ciddi bioloqlar arasında hələ də şübhə doğurur? Əgər doğurmursa, onda ümumi mənada fikir qarışdırmasından başqa bu şübhəli sözlər nəyə xidmət edir?”

... Bu nəşrin nəticəsində muzey təslim oldu və bu “təcavüzkar” ifadələri götürməyə məcbur oldu. 160

Elə darvinist diktatorluğun üsulu budur. Təkamülə qarşı işlədilən sözlər “təcavüzkar” ifadələr kimi göstərilir və darvinist elm adamlarının reaksiyası ilə, dünyada məşhur olan elmi jurnalların təzyiqi ilə dərhal lazımi qarşısı alınma tədbiri görülür. Darvinist diktatorluğun təzyiqi ilə bütün anti-darvinist izahlar dərhal susdurulur.

Bu despot yanaşma, əlbəttə, bircə məqsədə xidmət edir. Təkamül nəzəriyyəsinin sübut edilmiş bir nəzəriyyə kimi göstərilməsi və bu şəkildə bütün dünyaya yayılması darvinistlər zərurətdir. Onlar yaradılış həqiqətini öz ağıllarına görə insanlardan uzaq tutaraq bütün varlıqları Allahın yaratdığı həqiqətini gündəmə gətirməyib yalnız təkamül təlqinini verərək bunu təmin edə biləcəklərini düşünürlər. Lakin darvinistlərin düşünə bilmədikləri bir həqiqət var. Canlıların yaradıldığını anlamaq və görmək üçün insanlara bununla bağlı təhsil verilməsinə ehtiyac yoxdur. Ağlını bir az işlədən hər insan canlı varlıqlarda bir qeyri-adiliyin, mükəmməlliyin, ağlın, şüurun, sənətin, ehtişamın olduğunu asanlıqla görə bilər. Bütün bunların şüursuz, ağılsız, düşünmə, dərk etmə, mühakimə yürütmə, doğru ilə yanlışı ayırd etmə xüsusiyyətindən məhrum kor təsadüflərin nəticəsində meydana gəlmədiyi qənaətinə gələcəkdir. Yalnız bir neçə saniyə səmimi şəkildə düşünən bir insan üçün belə bunu başa düşmək heç də çətin deyil. Allah ağlını işlədən insanlar üçün yaratdığı möcüzələrin açıq-aydın olduğunu ayələrində xəbər vermişdir:

Həqiqətən, göylərdə və yerdə möminlər üçün ayətlər vardır! Sizin yaradılışınızda və yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün əlamətlər vardır.

Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri yönəltməsində ağılla düşünənlər üçün dəlillər vardır. (Casiyə surəsi, 3-5)

Darvinistlər əslində gördükləri tədbirlərin əbəs olduğunu görməyə başlayıblar. Keçmişdə təzyiqedici metodlarla, saxta dəlillərlə verilən təlqin bu gün şüurlu insanlar üzərində təsirli olmayacaq.

Conatan Uelz artıq getdikcə daha çox elm adamının Darvinizmdən şübhələnməyə başladıqlarını və səslərini çıxarmaq üçün hərəkətə keçdiklərini bu sözlərlə bildirir:

Həqiqətən həddindən artıq bioloq Darvinizmin bəzi böyük dəlillərindən səssizcə şübhələnir və ya onları inkar edir. Ancaq - heç olmasa Amerikada – onlar susmalıdırlar, əks halda qınağa, məhdudiyyətə və sonda elmi icmadan xaric edilməyə məruz qalırlar. Bu çox tez-tez baş verməsə də, belə bir riskin olduğunu hər kəsə xatırladacaq qədərdir. Güman edirəm ki, darvinistlərin əks fikirləri tənqidinin təsirilə gözləri açılan bioloqlardan ibarət və sayları getdikcə artan yeraltı icma əmələ gələr. Təcrid edilmiş müxaliflər neçə nəfər məsləkdaşının da eyni cür düşündüyünü başa düşdükdə onları sayları getdikcə artacaq və səsləri daha ucadan çıxmağa başlayacaqdır.161
(harun yahya DƏccal necƏ öldü?)

145-Ben Stein, Expelled "No Intelligence Allowed", 2008
146-Jonathan Welss, The Politically Incorrect Guide to Darwinism and Intelligent Design, Regnery Publishing Inc., Washington, 2006, sf.192
147-Ben Stein, Expelled "No Intelligence Allowed", 2008
148-Ben Stein, Expelled "No Intelligence Allowed", 2008
149-Ben Stein, Expelled "No Intelligence Allowed", 2008
150-Ben Stein, Expelled "No Intelligence Allowed", 2008
151-Ben Stein, Expelled "No Intelligence Allowed", 2008
152-Jonathan Welss, The Politically Incorrect Guide to Darwinism and Intelligent Design, Regnery Publishing Inc., Washington, 2006, sf.95
153-Ann Coulter, Godless The Church of Liberalism, Crown Forum Publishing, 2006, s. 200
154-Ann Coulter, Godless The Church of Liberalism, Crown Forum Publishing, 2006, s. 200
155-H. S. Lipson, "A Physicist Looks at Evolution", Physics Bulletin, vol. 31, 1980, s. 138 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 201
156-Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 218
157-Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 218
158-Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 220
159-http://www.boston.com/news/local/articles/2007/12/07/biologist_fired_for_beliefs_suit_says/?page=2
160-http://butler-harris.org/archives/21
161-Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 220