Darvinistlər elmdən istifadə edir, elmi göstəriş edirlər

Elm Darvinizmin istifadə etdiyi ən böyük maskadır. Darvinizm “elm” adı altında ortaya çıxmışdır. Darvinistlər də “elm adamlarıyıq” deyə ortaya çıxmışlar. Darvinizmə qarşı göstərilən hər cür reaksiya, “elm mübarizə” kimi təqdim edilmişdir. Təkamül nəzəriyyəsi haqqında hər cür şübhə bir növ “geri qalmışlık və ya elm düşmənliyi” kimi göstərilmişdir.Darvinistlərin hər cür saxta dəlili elmi kəşf kimi insanlara tanıdılmışdır. Başqa sözlə, Darvinizm 150 ildir ki, elmdən istifadə edir.

Bəs Darvinizm elmdir?


Allah göyləri və yeri haqq olaraq yaratdı. Həqiqətən, bunda iman gətirənlər üçün bir ayə vardır. (Ənkəbut Surəsi, 44)

Darvinizm bir yalandır. Elmiliklə heç bir əlaqəsi yoxdur. Darvinizm insanları bir yalana alışdırmaq və ona inandırmaq üçün göstərilən səydir. Elm Darvinizmin sığınacağıdır. Darvinizm elmdən istifadə edərək toxunulmazlıq əldə edir. Saxtakarlıqları elm adı altında müdafiə edir. Saxta dəlillər irəli sürən, uşaq nağılları danışan darvinistləri elm adamı kimi tanıdır. Darvinizmin yalan olduğunu başa düşən vəbuna qarşı mübarizə aparan insanları da elmə xəyanət etməklə günahlandırır. Darvinizmin ən böyük silahı elmdir. İndiyə qədər də insanları elm maskasının altında gizlənərək aldatmışdır. Elmdən istifadə edərək insanları aldatmaqda davam edir. Darvinist elmi jurnallarının, darvinist sənədli film kanallarının, darvinist elm adamlarının bundan istifadə etməsinin səbəbi budur.

İngilis paleontoloq təkamülçü Derek V. Eycer bu məsələ ilə bağlı bunları deyir:

Hamımız bilirik ki, bir çox təkamülçü təşəbbüs müəyyən paleontoloqlar tərəfindən edilən beyin fırtınalarından ibarətdir. Kitabxanadakı bir taksonomist (canlıların bioloji təsnifatı elmi ilə məşğul olan şəxs) milyonlarla illik genetik mutasiyadan daha artığını bacarar.162

Bu ifadə çox doğrudur. Məktəb dərsliklərində, qəzetlərdə, jurnallarda, televiziyalarda bəhs edilən “ibtidai” dünya, mutasiyalar və təbii seçmə ilə əmələ gələn canlı növləri, xəyali ortaq əcdad, “inkişafı tamamlanmamış” qəribə canlılar kimi təkamül hekayələri sadəcə darvinist elm adamlarının öz təxəyyülündəki hadisələrdir. Təbii seleksiya yolu ilə illərdir fərz etdikləri heç bir nəticə əldə edə bilməyiblər. Derek V. Eycerin də dediyi kimi genetik mutasiyalar da onlara bu nəticəni verməmişdir. Amma bu elmi həqiqətləri inkar edib eyni saxta iddiaları müdafiə etməkdə davam etmək, onların fikrincə, Darvinizm yalanının dünyaya yayılma ehtimalını çətinləşdirir. Elə buna görə darvinistlər elmi terminlərdən darvinist yalana elmi don geyindirmək üçün istifadə edirlər. Ortada tamamlanmış və təkamülün lehinə nəticə vermiş elmi təcrübə və ya elmi dəlil yoxdur. Sadəcə tez-tez istifadə edilən elmi terminlər və formullar var. Hər hansı darvinist müəllifin kitabında bu qəribə terminlərə və ya kimyəvi formullara tez-tez rast gəlmək mümkündür. Mövzu haqqında məlumatsız olan bir insan bu kitaba baxdıqda həqiqətən də bir elm adamının elmi kitabını oxuduğunu zənn edər. Lakin görünüş aldadıcıdır. Bu kitabda bəhs edilən yeganə şey canlı varlıqların kor təsadüflər nəticəsində əmələ gəlməsi və bu günkü vəziyyətlərinə kor təsadüflər nəticəsində gəlmələri nağılıdır. Darvinist yazıçının bunun barəsində bəhs edəcək yeni bir şeyi, verəcək elmi dəlili yoxdur. Kimyəvi terminlər və formullar Darvinizm yalanını yalnız tamamlamaq, öz ağıllarına görə həqiqi göstərmək üçündür.

Darvinistlərin elmdən istifadə etmək üsullarına bir misal təkamülçü paleontoloq S. M. Stenliyin bu sözləridir:

Təkamül kiçik, lokal populyasiyalarda sürətlə baş verir, buna görə fosillərdə təkamülü görə bilmərik.163


Təkamülçülərin iddia etdiyi şəkildə bir primitiv atmosfer heç yaşanmamışdır.

Bu sözlər yalandır. Lokal populyasiyalarda baş verən təkamüldən bəhs edilir, lakin dəlil yoxdur. Hətta dəlilin tapılmayacağı etiraf edilmiş, amma bu da elmi göstərilməyə çalışılmışdır. İşin əsli isə bundan ibarətdir: fosillərdə təkamülə rast gəlinmir, çünki təkamül heç vaxt baş verməyib.

Milli Elmi Təhsil Mərkəzinin METM (National Center of Science Ecucation) rəhbəri Yucin C. Skott isə bu mövzu ilə bağlı bu açıqlamanı vermişdir:

Bir çox orta məktəb dərsliyi (hətta təəssüf ki bəzi kolleclər) nəzəriyyələri sınaqdan keçirilmiş hipotezlər kimi açıqlayırlar, sanki hipotezlər təsdiqlənmiş nəzəriyyələrdir və əsl mənada çox yaxşı nəzəriyyə onlar üçün qanuniləşmiş kimidir. Təəssüf ki, elm adamları bu terminləri bu şəkildə istifadə etmirlər, çox insan elm adamı deyil və elm adamları da bu terminlərin mənasını tələbələrə və ictimaiyyətə yaxşı izah edə bilməmişdir.164

Bu şərtlər daxilində yalnız ona göstərilən və izah edilənləri bilən bir insan əgər düşünüb qabaqcadan əmələ gəlmiş mənfi rəysiz dəyərləndirmə gücü yoxdursa, Darvinizmin əsaslı olduğuna asanlıqla inana bilər. Çünki Darvinizm təlqin metodu ilə sözügedən oxucunun gözləntisinə bir növ qarşılıq vermişdir. Canlıları öz ağlına görə bəsit şəkildə izah etmiş və buna “elmidir” demişdir. “Mühakimə edilməsinə ehtiyac yoxdur, onsuz da doğrudur və sübut edilmişdir” demişdir. “Elm adamları bunu dəstəkləyir” demişdir. “Elmin canlılar haqqında yeganə açıqlaması budur, bundan başqa açıqlamalar qeyri-elmidir” demişdir. “Bunu bütün dünya qəbul edir” demişdir. Bu yalanlarla tarixin ən böyük saxtakarlıqlarından birini inşa etmişdir. Darvinizmi heç bilməyən, onun necə yalan olduğuna dair heç fikri olmayan və yalnız bu izahları eşidən bir şəxs üçün də bu səthi açıqlamalar onu inandırmağa kifayət edir.

Lakin bu şəxs aldığı təlqinin hər anında aldadılır. Onsuz da Darvinizmi qəti şəkildə məhv edən və yaradılış həqiqətinin dəlili olan 250 milyondan çox fosil darvinistlər tərəfindən ehtiyatla ört-basdır edilmiş, canlıların əsasını təşkil edən zülalların bircə dənəsinin belə təsadüfən əmələ gəlməsinin riyazi cəhətdən qeyri-mümkün olması insanlardan gizlədilmişdir. Bu səbəbdən sözügedən yalanın hüdudlarını bilməsi də mümkün olmamışdır. Aldadılan şəxsin bilmədiyi şey budur: Darvinizm elmi deyil, elm deyil. Darvinizm araşdırılmış və doğru olduğuna dair elmi dəlillərin olmadığı məlum olmuş, yalan olduğu sübut edilmişdir. Darvinizmi dəstəkləyən elm adamları bunu batil bir din, bir ideologiya kimi görən fanatik və ehkamçı insanlardır. Elmin canlılar haqqındakı yeganə izahı yaradılış həqiqətidir. Darvinizmin bütün dünya tərəfindən qəbul edilmiş kimi görünməsinin ardındakı səbəb də bu saxta təlqin metodları, bu aldadıcı təbliğat üsullarıdır. Bəzən elm adamları belə bu yalana inanıb qəflətə düşürlər. İngilis paleontoloq Kolin Patersonun bu məsələ ilə bağlı etirafı diqqət çəkir:

Sonra oyandım və bütün həyatım boyu Darvinizmi hər hansı bir yolla sübut edilmiş bir həqiqət olduğunu zənn edərək aldadıldığımı başa düşdüm.

Sistematikadakı ortaq əcdad hipotezlərinin təsirinin cansıxıcı olduğunu və məlumat çatışmazlığından qaynaqlandığını deyil, eyni zamanda bunun qəti şəkildə elmə qarşı olduğunuu düşünürəm.165

Bununla bağlı digər nümunəni sənədli film prodüseri Brayən Lit verir:

Son on il yeni bioloq qrupu ərsəyə gəldi. Onlar elmi baxımdan hörmətli hesab edilirlər,amma Darvinizm haqqında dərin şübhələri var.166


Bu, Allahın yaratmasıdır. Bu halda, Onun xaricində olanların yaratdıqlarını Mənə göstərin. Xeyr, zülm edənlər, açıq şəkildə bir zəlalət içindədirlər. (Loğman surəsi, 11)

Amerikalı iqtisadçı Ceremi Rifkinin “Təkamül nəzəriyyəsi bizim təhsil sistemimizin ən mühüm hissəsinə daxil edilmişdir və onu lazımsız sui-istifadələrdən qorumaq üçün ətrafında bəzəkli divarlar hörülmüşdür.”167sözünü haqlı çıxaran başqa mühüm sübut isə darvinist elm adamlarının saxtakarlıqları görməməzliyə vurmağı yenə elmin adından etmələri və həqiqət üzə çıxsa belə bundan çəkinib utanmamalarıdır. Məqsəd mütləq və mütləq hər hansı yolla insanları aldatmaq olduğu üçün dünyanın ən məşhur elm adamları heç çəkinmədən, göz görə-görə bu yalanı müdafiə edirlər. Conatan Uelz buna belə bir misal çəkir:

Hekkelin saxta rüşeym rəsmlərindən illərlə xəbərdar olan elm tarixçisi Cey Qulda nə demək olar? Bütün vaxt ərzində Quldun təhsil verdiyi tələbələr Hekkelin rüşeymlərini təkamülün sübutu kimi göstərən dərsliklərdən biologiyanı öyrəniblər. Buna baxmayaraq başqa bir bioloqun 1999-cu ildə buna etiraz etməsinə qədər Quld heç səsini çıxarmayıb. Ondan sonra da Quld dərsliyin müəlliflərini səhvə görə təqsirkar gördü və etiraz xarakterli pıçıltını yayan yaradılışçını (Li Universitetinin bir kimyaçısı) vəzifəsindən kənarlaşdırdı. Burada ən böyük məsuliyyət kimə aiddir – saxta rəsmlərdən düşüncəsizliklə təkrar-təkrar istifadə edən dərliyin müəlliflərinə, onlardan şikayət edən insanlara, yoxsa özünün “akademik cinayət” adlandırdığı fakta iş yoldaşları bilmədən ortaq olarkən özündən razı şəkildə kənardan vəziyyəti seyr edən, dünya səviyyəsində məşhur mütəxəssisə?

Hekkelin rüşeymlərilə bağlı həqiqətlə müqayisə edildikdə pulcuqqanadlı güvələrin (sənaye kəpənəkləri) qüsurlu olması ancaq yaxın dövrdə başa düşülmüşdür, ona görə bəlkə də dərslik müəlliflərini onu dərsliklərə əlavə etdiklərinə görə qınamamaq olar. Pulcuqqanadlı güvələr üzərində tədqiqat aparan hər bioloq güvələrin ağac gövdələrinə qonmadığını, dərsliklərdəki rəsmlərinin qondarma olduğunu on ildən çox müddət ərzində bilirdi. Əgər elm özünü düzəldirsə, nə üçün mütəxəssislər dərsliklərdən uydurma fotoşəkilləri çıxarmaq üçün cəhd göstərmirlər?168

Darvinistlərin elmdən istifadə etmələri, həm də bu məqsəd üçün guya elmin müdafiə və mühafizəsini öz boyunlarına götürmə görünüşü vermələri, şübhəsiz, böyük saxtakarlıqdır. Əslində Darvinizm iddiasının tam əksinə elmə qarşı hərəkət edir. Elmi dəlilləri ört-basdır etməyə çalışır. Laboratoriyalarda həyata keçirilən təcrübələrin üzə çıxardığı nəticələrə müxalif olan iddiaları müdafiə edir. Əldə edilən fosillər ara formaların heç mövcud olmadığını sübut edərkən canlıların özlərindən əvvəl saysız-hesabsız ara forma qoyaraq bir-birlərindən təkamüllə törədikləri yalanını irəli sürür. Elm saxtakarlığı Darvinizm ilə birlikdə ortaya çıxmış anlayışdır. Darvinistlər elmi muzeylərdən, elmi KİV-lərindən istifadə edərək bu saxtakarlıqları bilə-bilə heç çəkinmədən insanlara təqdim edirlər. Elmi kitablar və jurnallardan istifadə edir, heç vaxt baş verməmiş təkamül tarixi nağılını bu KİV-lərdə danışırlar. Heç vaxt mövcud olmamaış qəribə bir canlının şəklini çəkir, bunu “tarixi keçmişimiz” kimi göstərməyə çalışırlar. Elm əleyhdarı olan bu din elmilik adı altında ən böyük yalanlardan birini söyləyir.

Belə böyük bir yalanın dəstəkçisi olmalarının səbəbi, şübhəsiz ki, darvinistlərin dəccaliyyətə kor-koranə bağlılıqlarıdır. Dəccali sistem insanları yalana yönləndirən batil sistemdir.
(harun yahya DƏccal necƏ öldü?)

162-Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 158
163-Henry M. Morris, The Long War Against God, Master Books, 2000, s. 27
164-Eugenie C. Scott, Evolution vs. Creationism, University of California Press, London, 2005, s. 14
165-Colin Patterson, "Evolution and Creationism", Speech at the Museum of Natural History, New York, Kasım 1981, s. 2 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 224
166-Brian Leith, The Descent of Darwin: A Handbook of Doubts about Darwinism, Collins, 1982, s. 11 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 229
167-Jeremy Rifkin, Algeny, New York, Viking Press, 1983, s. 112 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 224
168-Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 213-214