Darvinistlər yazılı və vizual mediadan istifadə edirlər

Yazılı və vizual media insanların böyük qisminin ən çox təsirləndikləri təlqin vasitələrinin önündə gəlir. Bəzi insanlar elm adamlarının sözlərinin hamısına sanki iman gətirən kimi elmi jurnalların müəlliflərinə, televiziyada verilən xəbərlərə də eyni şəkildə etibar edirlər. Dövrümüzün tanınmış darvinist KİV-lərinin hər hansı birində çıxan darvinist xarakterli bir məqalə onu oxuyan bir çox insan üçün qənaətbəxş istinaddır. İnsanlarda Darvinizmin saxta dəlillərini dərc edən bir elm jurnalının mütləq doğrunu yazacağı kimi qənaət var. İnsanların bir çoxu sözügedən jurnalın Darvinizm dininin sadiq üzvlərindən biri olması həqiqətindən xəbərsizdirlər. Eyni zamanda Darvinizm dininin müdafiəçisi olduqda ağıldan, məntiqdən, doğru, elmi olandan kənar hərəkət edildiyini bilmirlər.


Aldadıcı nəşrlər, artıq Darvinizmi ayaqda tutmağa çatmamaqdadır. Elmi dəlillər bu saxta nəzəriyyəni qəti olaraq ortadan qaldırmışdır.

Hal-hazırda darvinist diktatorluğun təsirilə çox sayda elmi jurnal Darvinizmin tərəfdarıdır. Dünya səviyyəsində Darvinizm əleyhinə heç bir KİV-nin ön plana çəkilməsi qəbuledilməzdir. Elə bu səbəbdən darvinistlərin sahib çıxdıqları, müdafiə edib dəstəklədikləri KİV-lərinin verdikləri xəbərlər bu KİV-lərinin dünya səviyyəsində qəbul edilməsinə görə bir çox oxucu və ya tamaşaçı tərəfindən dərhal qəbul edilir.

Lakin bu böyük səhvdir.

Darvinistlərin məqsədi sadəcə təbliğatdır. Onlar Nyu Sayentist (New Scientist) və ya Neşinal Cioqrafikdə (National Geographic) çıxan aldadıcı təkamül xəbərindən oxucuların böyük qisminin şübhələnməyəcəyini düşünərək hərəkət edirlər. Dünyada tanınan akademiklərin məşhur məqalələrinin dərc edildiyi Təbiət (Nature) kimi elmi jurnalın yalan xəbər verməsi öyrəndiklərini lazımınca düşünməyən kəslərin ehtimal etmədikləri vəziyyətdir. Onsuz da bu vəziyyət darvinist təbliğat baxımından o qədər faydalı şərait əmələ gətirir ki, darvinistlərin “palçıqlı suda təsadüfən ilk hüceyrənin əmələ gəlməsi” hekayəsi kimi ağlasığmaz komediyaya bir çox insanları inandırmaları çətin olmaz. Bu hekayənin mürəkkəb ifadələrlə və elm adamının imzasıyla Darvinizm tərəfdarı Təbiət (Nature) kimi bir jurnalda çıxması kifayətdir.

Materialist düşüncəyə malik olan bir insan və ya bir icma materializmi yaşatmaq bahasına hər şeyi gözə alır. Materializm tərəfdarı KİV-lərin etdikləri də budur. Onlar Darvinizmi gündəmdə tutmaq və onu müdafiə etmək üçün hər şeyi edir və açıq şəkidə elmdən maska kimi istifadə edirlər. Bu materialist düşüncəni Təbiət (Nature) jurnalının bu ifadələri kifayət qədər açıqlayır:

Bütün faktlar hər şeyi nizamlayan bir varlığı göstərsə belə, belə bir hipotez elmdən kənar qalardı, çünki naturalist deyil.169

Göründüyü kimi materialistlər bütün konkret elmi kəşflər yaradılışı təsdiqləsə də, bunu qəbul etməməyə özlərini kodlayıblar. Belə olduqda elmilikdən söz açmaq əlbəttə mümkün deyil. Materialistlərin Darvinizmə olan sədaqəti elmi deyil, doqmatikdir. Darvinizm elmi cəhətdən məhv edilməsinə baxmayaraq müdafiə edilir, yaradılış isə saysız-hesabsız elmi kəşflə təsdiqlənməsinə baxmayaraq bu kəslər tərəfindən cahilliklə inkar edilir. Çünki materializmə əsasən maddədən başqa bir açıqlamanın qəbul edilməsi qeyri-mümkündür. Elə buna görə elmi görünən bütün bu jurnalların, elmiliklə əlaqəsi olmayan təkamül kimi nəzəriyyəni müdafiə etmələrindəki israr başa düşülür. Bu KİV-ləri üçün nəyin bahasına olsa da, canlıların yaradılması həqiqətini göstərən dəlillər qəbuledilməzdir. Ona görə darvinistlər üçün bunun əvəzinə bütün dünyaya saxta üsullarla hakim edilmiş bu yalanı tutarlı və doğru kimi göstərməyə çalışmaqda mənfi bir şey yoxdur.


Darvinistlərin xəyali uydurma sxemləri, yalnız çaresizliklerinin göstəricisidir. Allahın yaradılış sənəti, bütün dəlilləri və ehtişamıyla gözlər önündədir.

Belə ki, bu KİV-lərin dəstəkçisi olan müxtəlif elmi mərkəzlərin Allaha inama olan düşüncə tərzlərini dəyərləndirdikdə bu vəziyyət daha yaxşı başa düşülür. Təbiət (Nature) jurnalında Milli Elmlər Akademiyası (National Academy of Science) üzvlərinin dinə münasibətləri ilə bağlı aparılan son araşdırmada ortaya çıxan nəticə budur: biologiya və fizika elmlərindən 517 MEA üzvünün yarısının verdiyi cavaba görə bu elm adamlarının 72.2 %-i ateistdir. 20.8 %-i aqnostik, yalnız 7.0 %-i Allahın varlığına inanır.170 Neyrobioloq təkamülçü Robert Provayn “Artıq çox az əsl dindar bioloq qalıb. Çoxu ateistdir və bir çoxu bu hala təkamül anlayışı və digər elmlər səbəbilə düşmüşdür,” etirafı ilə bu həqiqəti açıq şəkildə dilə gətirir.171Bu həqiqətlərə baxdıqda elmin yaradılış gerçəyini göstərməsini ateist elm adamları arasında böyük qəzəblə qarşılandığını anlamaq, şübhəsiz, çətin olmayacaq. Elə darvinistlərin yazılı və vizual mediadan istifadə edərək göstərdikləri səyin ardındakı səbəb budur.

Henri M. Morris Darvinizm adı altında həyata keçirilən bu yalançı təlqinin çıxış nöqtəsini belə izah edir:

Bu gün Darvinin təkamülün qanununu kəşf etməsinə inanırlar. Nəticədə Darvin bütün dövrlərin ən böyük elm adamlarından biri kimi alqışlanır. Bununla birlikdə həqiqət budur ki, Darvin sadəcə qədim bütpərəst dininin canlandırılması üçün katalizator rolunu oynayır. Həm də bir çox Qərbi Avropa ölkəsinin bir əsrdən çox müddət ərzində hazırlaşdırıldığı Allaha qarşı çıxmağın (Allahı tənzih edirik) baş verdiyi dövrdə.172


Göylərin, yerin və içlərində olanların hamısının hökmü Allahın əlindədir. O, hər şeyə qadirdir. (Maidə Surəsi, 120)

Bəzi insanların “elm adamı yalan deməz”, “o qədər məşhur elmi jurnal yalan yazmaz” fikirləri onları illərlə aldatmışdır. Bu insanların öz aralarında qurduqları səhv iman sistemi darvinistlərin bundan faydalanmalarına, elmdən pis məqsədlə istifadə etmələrinə səbəb olmuşdur. Lakin bu qəti həqiqətdir: materialist elm adamı əgər həqiqətlər öz mənafeyinə uyğun deyilsə və əgər həqiqətlər materializmi dəstəkləmirsə, asanlıqla insanları aldadar. Hal-hazırda dünyadakı elm adamlarının böyük əksəriyyəti Darvinizmi müdafiə edərək açıq şəkildə insanları aldadırlar. Uşaqların belə inanmayacağı boş hekayələri elmi cəhətdən mümkün olmadığına baxmayaraq insanlara danışırlar. Bu vəziyyət hal-hazırda effektiv olan və dünyadakı bütün darvinist elm adamları tərəfindən tətbiq edilən sistemdir. Başqa sözlə, bir darvinist elm adamı bütün həyatını elmlə məşğul olmasına baxmayaraq asanlıqla elm adından insanları aldadır, bütün həyatını bu yalana həsr edir.

DNT-ni kəşf edərək Nobel mükafatı alan, bütün həyatını təkamül yalanını müdafiə edərək keçirən və 2004-cü ildə “insanın bir neyron yığını” olması şəklində diqqət çəkən sözləri ilə ruhun varlığını inkar edərək ölən fizik və biologiya professoru Frensis Krik buna ən yaxşı misaldır. Ateist olan fizik molekulyar bioloq və neyrobioloq kimi Allahın üstün sənətinə dair saysız-hesabsız dəlili görməsinə və bunları şəxsən kəşf etməsinə baxmayaraq onların hər birinin bir yaradılış möcüzəsinə işarə etməsi həqiqətini insanlardan gizlətmək üçün həyatı boyu çalışmışdır. Hətta Allahın varlığını qəbul etməmək üçün (Allahı tənzih edirik) həyatın kosmosdan gələn varlıqlar tərəfindən gətirildiyini belə iddia edəcək səviyyəyə düşmüşdür.173Naturalist, darvinist düşüncə tərzinin bir elm adamına gətirdiyi nəticə bu cür alçaldıcı məntiqsizlikdir.

Buna digər nümunə də paleontologiyanın göstərdiyi bütün yaradılış dəlillərini şəxsən görüb tədqiq etməsinə baxmayaraq həyatı boyu ateist və naturalist olmauş başqa darvinist elm adamı, Harvard paleontoloqu Stefen Cey Qulddur. Stefen Cey Quld da eynilə Krik kimi bütün həyatını elmlə məşğul olaraq keçirmiş, Allahın açıq-aydın olan varlığını öz ağlına görə inkar etmək üçün (Allahı tənzih edirik) “sıçrayışlı təkamül” kimi olduqca məntiqsiz və dəlilsiz bir nəzəriyyəni həyatı boyu müdafiə etməkdən çəkinməmişdir.

Belə olduqda darvinist elm adamlarının hər etdiyinin və hər dediyinin doğru olduğuna inanmaq ağılsızlıqdır, şüursuzluqdur. Lakin həyatı boyu inkar içində olan bu insanların bilmədikləri və qavramadıqları bir həqiqət var: Aləmlərin Rəbbi olan Uca Allah həyatı boyu dəccaliyyəti yaymaq üçün səy göstərən, bütün ömrünü bu mübarizədə keçirən insanların etdiklərinin boşa çıxacağını ayələrində xəbər vermişdir:

De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onların dünya həyatındakı bütün əməlləri boşa çıxsa da, yaxşı işlər gördüklərini zənn edirdilər. (Kəhf surəsi, 103-104)

Dəccalın dəstəkçiləri dünya həyatında Allah inamına qarşı göstərdikləri səyin bir dəyəri olacağını, bununla üstün gələcəklərini və qazanacaqlarını zənn edirlər. Lakin bu, əvvəlindən çürük olan bir sistemdir. Haqq dinə qarşı olan bütün sistemlər Allahın vədi ilə mütləq məğlub olmağa məhkumdr. Uca Allah, şübhəsiz ki, hər şeyə qadirdir. Allah ayəsində belə bildirir:

Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir. (Maidə surəsi, 56)


Darvin, səyahəti zamanı heç bir elmi iş etməmiş, yalnız bəzi sərxoş denizcilerle vaxt keçirmişdir.

Darvinistlərin elmi ideologiyalarına oyuncaq edərkən işlətdikləri ən klassik taktikalardan biri də özlərindən olduqca razı üslubdan istifadə etmələridir. Təkamül haqqında qəti doğru olan və müzakirəyə ehtiyac olmayan “elmi” nəzəriyyə kimi bəhs edərkən Darvini də sanki dünyanın ən məşhur elm adamı elan edirlər. Lakin bir çox elmi tarixçi və yazıçının da açıq şəkildə etiraf etdiyi kimi Darvin yeni bir şey kəşf etməmiş, ağıl və məntiqlə və ya müşahidə ilə bir nəzəriyyə irəli sürməmişdir. Bir qrup sərxoş dənizçi ilə uzaq dəniz səyahətinə çıxmış, hətta bu səyahətdə topladığı bir çox canlı növünü tədqiq etmədən bir kənara atmış, babasından öyrəndiyi qədim Misir və Şumerdən bəri mövcud olan təkamül yalanını yenidən gündəmə gətirmişdir. Təbii ki, darvinistlər bu həqiqəti heç vaxt dilə gətirmirlər, hətta ehtiyatla gizlədərək insanları aldatmaq üçün Darvini böyük elm adamı kimi göstərməyə çalışırlar. Molekulyar fizik və eyni zamanda teologiya professoru olan Alister Makqrat bu vəziyyəti belə ifadə edir:

XIX əsrdə Amerikanın məşhur ateist yazıçısına çevrilən dəmiryolu vəkili Robert Qrin İncersol (1833-1899) ... 1884-cü ildə yazdığı bir məqaləsində bunu açıqlayıb: “Bu əsrə Darvin əsri adı veriləcək... Onun təkamül doktrinası ən uyğun olanların yaşama doktrinası və növlərin mənşəyi doktrinası mühafizəkar xristianlığın son qalıqlarını bütün düşünən ağıllardan sildi.”174

Bu hal, şübhəsiz, sözügedən elm adamlarının məqalələrinin dərc edildiyi elmi jurnallara da aiddir. Dünyanın tanınmış elmi jurnallarında ancaq Darvinizm təbliğatı aparıldığına görə, bu jurnallarda ancaq darvinist elm adamlarının məqalələrinə yer verildiyinə görə və bu elm adamları da ideoloji cəhətdən təkamül yalanını davam etdirmək və müdafiə etmək məcburiyyətində olduqlarına görə elmi terminlərlə bəzədilmiş məqalələrin mütləq doğru olduğuna inanmaq eyni ağılsızlıqdır. İnsanlara bu batil inanc sistemini darvinistlər illər boyu tətbiq etmişlər. Lakin artıq bunun aradan qalxma və gerçək elmi kəşflərin qəbul edilmə vaxtı gəlmişdir. Darvinizmin ən mühüm təbliğat silahı olan yazılı və vizual KİV insanları aldada bilmədikdə darvinistlərin əlində təbliğat üçün başqa istifadə sahəsi qalmayacaq.
(harun yahya DƏccal necƏ öldü?)