Darvinistlər təkamülə qarşı olan inancların məntiqə zidd olması yalanını qəbul etdirməyə çalışırlar

Təqsiri qarşı tərəfin boynuna atmaq bəlkə də ən yaxşı tanınan psixoloji müharibə taktikasıdır. Öz çatışmazlıq və qüsurlarını və ya təqsirləndirildiyi şeyləri qarşı tərəfin üstünə ataraq aparılan mübarizədə bu taktikanı tətbiq edən tərəf adətən bu istiqamətdə kim daha güclü təbliğat apararsa, onun qazanacağını düşünür. Yəni haqsız və təqsirkar tərəf əgər təbliğatını yaxşı aparmışsa, haqlı və incidilmiş tərəf kimi görünəcək və öz ağlına görə mübarizəni qazanacaqdır.



Bu məlum taktika darvinistlər tərəfindən çox açıq şəkildə tətbiq edilir. Saxtakarlıq edən, bir yalanı müdafiə edən, ağla və məntiqə zidd olan, aldadan tərəf darvinistlər olmasına baxmayaraq, məntiqə uyğun olmayan fikirləri müdafiə edənlərin təkamülü inkar edənlər olduğuna insanları inandırmağa çalışırlar. Darvinistlər insanları bu yalana inandırsalar, insanları kifayt qədər yaxşı və təsirli şəkildə yönləndirsələr, uğur qazanacaqlarına inanırlar. Bu şeytani taktikanın mütləq öz faydalarına olacağını və bütün etdikləri saxtakarlıqları ört-basdır edəcəyini düşünürlər. Lakin unutduqları mühüm həqiqət var: batil olan heç vaxt qalib gəlməz. Bu, Allahın qanunudur. Uca Rəbbimiz olan Allahın ədaləti mütləq yerini tapacaqdır. Doğru olan ilə yalana sığınanı bilən Uca Allah mütləq batili aradan götürəcək və haqqın yerini möhkəmləndirəcək. Darvinist taktikalar dəccalın bir oyunudur və bütün varlıqlar kimi dəccalı da yaradan Allah onun bütün oyunlarını yerlə bir edəcək. Allah bir ayəsində belə buyurur:

Bu bir həqiqətdir. Allah, sözsüz ki, kafirlərin hiyləsini zəiflədəndir! (Ənfal surəsi, 18)

Yaradılış həqiqətinə qarşı uydurulan bu saxta metodun təsirli olduğu illər ərzində darvinistlər yaradılış həqiqətindən bəhs edənləri müxtəlif iftira və ittihamlarla mühakimə etmişdirlər. Əslində darvinistlərin iman gətirənlərə atdığı iftiralar tarix boyu edilmiş və Quranda baş verəcəyi xəbər verilən hadisələrdir. Göylərin və yerin hakimi olan Uca Allah bu iftiranı atanların halını ayəsində belə xəbər vermişdir:

Onlara: ”Başqaları iman gətirdikləri kimi siz də iman gətirin!” –deyildiyi zaman: “Biz də səfehlər kimi iman gətirək?” -deyə cavab verirlər. Agah olun ki, səfeh onların özləridir, lakin bilmirlər. (Bəqərə surəsi, 13)

Darvinistlərin qarşı tərəfi təqsirləndirmələrinin səbəbi yaradılışın mütləq həqiqət olduğunu şühbəsiz bilmələridir. Öz ağıllarına görə nümayiş etdirdikləri məsxərəçi münasibətin ardındakı səbəb nəzəriyyələrinin elmi kəşf və dəlillərlə dəstəklənmədiyini bilmələri və buna görə də insanlara söz yığını ilə təsir etməyə çalışmalarıdır. Bunun dəccalın sisteminə fayda verəcəyinə inanırlar. Berkeley Universitetindən hüquq professoru Filip E. Conson bu taktika ilə bağlı bunları deyir:

... Tələbələrin pulcuqqanadlı güvə hekayəsindəki qüsurları, Hekkelin rüşeym rəmslərindəki saxtakarlığı, Kembri partlayışının sirrini və qabaqcıl darvinçilərin Darvinizmin dini mənaları ilə bağlı əslində nəyə inandıqlarını da öyrənməlidirlər. Bu təhsild çox keçmədən səlahiyyətlilər bir üsyanın başladığını görəcəklər. Darvinçilər taktikalarını dəyişdirməz, çünki təkamül haqqında verilən doğru təhsil təkamülü dirçəldə bilməyən fərziyyələri açıq-aydın işıqlandıracaqdır.

Realist təriflə naturalizm (batil) bir dindir və həddindən artıq doqmatikdir. Bir növ inancla müdafiə edilən son reallıq haqqındakı təməl sübuta əsaslanır və öz “bilik” və “ağıl” anlayışlarına malikdir. İnformasiyanın duyğularımızdan qaynaqlandığını və daha mürəkkəb məlumat növlərinin elmi araşdırmadan irəli gəldiyini söyləyir. Naturalist tərifə əsasən fövqəltəbiinin biliyi deyə bir şey ola bilməz. Tanrı haqqındakı önermeler ya ağıldankənar, ya da ağla qarşı şəkildə tərif edilir175(Allahı tənzih edirik).

Lakin əslində naturalizm və materializm öz-özlüyündə ağıldankənardır. Bu batil inancların tərəfdarları şansa, təsadüfə, şüursuz hadisələrə yaradıcılıq vəsfi verən (Allahı tənzih edirik), ağıllı dəyərləndirmə qabiliyyətindən məhrum insanlardır. Təsadüfü saxta tanrıya çevirən batil bir dinin müdafiəçilərinin “bilik” dedikləri şey də təsadüflərin hər şeyi yoxdan var etməsi fikrinə əsaslanır. Ona görə burada haqqında bəhs etdiyimiz şey ağıl və məntiqdən kənar olan batil inanc sistemindən ibarətdir. Elə bu səbəbdən naturalizm, materializm və Darvinizmdən söz düşdükdə, ağıl və ya bilik kimi anlayışlar haqqında danışmağın mümkün olmayacağını anlamaq çətin deyil.

Darvinistlər açıq-aydın həqiqət olan yaradılış həqiqətinin geniş şəkildə izah edilib insanları inandırmasından çox qorxurlar. Çünki bilirlər ki, yaradılış həqiqətini dəstəkləyən saysız-hesabsız dəlil var və bunları görən bir insanın təkamül yalanına aldanması artıq mümkün olmayacaq. Digər tərəfdən Darvinizmi dəstəkləyən bircə dəlil belə yoxdur. Bu böyük yalanı müdafiə edən şəxslərin öz zəif ağıllarına görə cidd-cəhdlə yaradılış inancını tənqid etmələriin əsl səbəbi elə budur. Nyu-York Universitetindən kimya professoru təkamülçü Robert Şapiro nəticələr heç vaxt təkamül nəzəriyyəsini dəstəkləməsə də, mütləq sona qədər Darvinizmi müdafiə edəcəyini bu ağıldankənar məntiqlə ifadə edir:

Gələcəkdə bir gün bütün məntiqli kimyəvi təcrübələr həyatın mümkün mənşəyinin tamamilə səhv olduğunu göstərə bilər. Habelə yeni geoloji sübutlar dünyadakı həyatın ani surətdə meydana gəldiyini göstərə bilər. Sonda bütün kainatı kəşf edib başqa bir yerdə bir həyat izinə və ya həyata səbəb olan prosesə rast gəlməyə bilərik. Belə olduqda bəzi elm adamları cavab üçün dinə müraciət edə bilərlər. Ancaq mən də daxil olmaqla digərləri əldə olan daha az mümkün elmi açıqlamaları əlimizdə qalanlardan daha mümkün olanını seçmək məqsədilə axtarmağa çalışacaqlar.176

Elə bu sözlər dəccalın qaranlıq sistemini aydın görmək üçün, şübhəsiz, kifayətdir.
(harun yahya DƏccal necƏ öldü?)

175-Phillip E. Johnson, Evrim Duruşması, Gelenek Yayınevi, 2003, s. 125
176-Michael J.Behe, Darwin's Black Box: The Biochemical Challenge to Evolution, Free Press, s. 233