Darvinistlər meymunla insanın bənzərliklərindən istifadə etməyə çalışırlar

Yuxarıdakı sətirlərdə Darvinizmin olduqca bəsit məntiqə əsaslanıdğını və həyatı öz ağlına görə səthi və primitiv açıqlama meylində olması məsələsinə toxunmuşduq. Darvinistlərin istifadə etdikləri ən mühüm təbliğat vasitələrindən biri meymunlardır. Meymun müxtəlif anatomik xüsusiyyətlərinə görə həqiqətən də insana bənzər şəkildə yaradılmış bir varlıqdır. Elə darvinistləri ən çox aldadan və darvinistlərin də insanları ən çox aldatmasına səbəb olan ünsür bu bənzərliklərdir.


Darvinistlər meymun-insan bənzərliyini istifadə edərək insanları aldatmağa çalışırlar. Halbuki insanı insan edən, sahib olduğu ruhdur.

Darvinistlər meymun-insan bənzərliyindən istifadə etmək üçün bir meymunu ön plana çəkir və onun müxtəlif davranışlarını, alətdən istifadə etməsini, öyrənmə qabiliyyəti kimi xüsusiyyətlərini vurğulayan göstəriş edirlər. Məqsəd oxucularda insanın meymun soyundan gəldiyinə dair məşhur darvinist yalanın doğru göstərən fikir yaratmaqdır. Bəzi insanlar bu təlqini qəbul etdikdən sonra zooparka getdikdə və ya meymunlarla bağlı sənədli filmə baxdıqda o cür fikrə düşürlər. Belə ki, darvinist yalandan çox təsirləndiklərinə görə gördükləri canlının “bir az inkişaf etsə, təraş olsa, yaxşı qidalansa” asanlıqla insana çevriləcəyinə dair bəsit məntiqlə düşünməyə başlayırlar. Bir neçə fiziki bənzərlik darvinist təlqinin təsirli olmasına zəmin yaradır. İnsana bənzər bəzi ibtidai davranış formalarını öyrənmiş meymunlarla bağlı proqramlar dəfələrlə darvinist televiziya və internet saytlarında yayımlanaraq ön plana çəkilir. Bir meymunun öyrədildikdə nələr edə bildiyini görən və Darvinizm haqqında çox məlumatı olmayan bəzi tamaşaçılar gördüklərindən aldıqları darvinist təlqinlə tamamilə səhv düşüncə tərzinə malik olurlar. Meymunun göstərdiyi ağıllı davranışlar bu canlıların insanların qədim əcdadları olduğuna dair aparılan təbliğatı gücləndirmək üçün dəfələrlə göstərilir.

Lakin bu, başqa bir darvinist yalandır.

Meymunların müxtəlif xüsusiyyətlərinə görə insana bənzərlik təşkil etdiyi doğrudur. Amma bu hal insanla meymunun tamamilə fərqli canlılar olması həqiqətini dəyişdirmir. Meymun Allahın iznilə bu dünyada mövcud olduğu müddət ərzində meymundan fərqli bir canlı olmayacaq, nə qədər təlimləndirilsə də, insan kimi düşünmə, qavrama, şərh etmə, qabaqcadan düşünmə, ağıllı davranma, mühakimə yürütmə, planlı və şüurlu hərəkət etmə, nitq kimi xüsusiyyətlərə malk olmayacaqdır. Nə qədər hərəkətləri təqlid edib yamsılasa da, bir meymun heç vaxt təyyarə dizayn edə bilməyəcək, göydələnlər inşa edə bilməyəcək, şeir yazmayacaq, laboratoriyalarda insan üzərində tədqiqat apara bilməyəcəkdir. Çünki meymun Allahın ona xüsusi olaraq verdiyi anatomik xüsusiyyətlərə malik olan, nitq qabiliyyəti və ən vacibi insanı insan edən şüur, ağıl və ruhdan məhrum olan varlıqdır. Onun sadəcə bir neçə şeydə bacarıqlı olması insanın əcdadı olması iddiasına dəlil deyil.


Meymunlar, milyonlarla il də keçsə əsla sənət əsəri meydana gətirə bilməyəcək, bəstə edə bilməyəcəklər. Çünki bu canlılar, ruh sahibi deyildirlər.

Darvinistlər bu iddiaları ortaya atarkən insan və heyvan arasındakı ən mühüm fərqi unutdurmağa çalışırlar. İnsan “mənəm” deyən, öz varlığından agah olan, nə üçün yaradıldığını, nə üçün mövcud olduğunu düşünən, mühakimə yürütmə qabiliyyətinə malik canlıdır. İnsan bu səbəbdən digər canlıların hamısından qeyri-adi dərəcədə fərqlənir. Anatomik xüsusiyyətlər və bacarıqlar bununla müqayisədə çox kiçik ayırd edici ünsürdür. “Mənəm” deyən, varlığından agah olan şüurlu varlıq heç bir materialist açıqlama ilə açıqlana bilməz. Heç bir materialist açıqlama öz varlığının şüurunda olmayan, şüuru qapalı bir canlının ruhu olan və varlığının şüurunda olan bir varlığa çevrilməsi hekayəsini izah edə bilməz. Darvinistlər bu elmdənkənar açıqlamaya dair istədiklərii qədər saxta fosil dəlillər göstərməyə çalışsınlar (göstərilən bütün fosillərin saxta olduğu üzə çıxmışdır), insandakı şüurun və ruhun varlığını əsla izah edə bilməyəcəklər. Elə insanın saxta təkamülündən bəhs edərkən və bu mövzuda saysız-hesabsız kəllə sümüyünü dəlil kimi göstərməyə çalışarkən darvinistlərin yeganə toxunmaq istəmədikləri və onları tam mənada çarəsiz edən mövzu budur.

Bütün bunlarla bərabər darvinistlərin ən böyük dəlil hesab etdikləri bacarıq baxımından meymundan daha ağıllı xüsusiyyətlər nümayiş etdirən canlılar var. Qarğa, arı, qunduz, termit kimi canlılar bəzən meymunlardan daha ağıllı və bacarıq tələb edən davranışlar göstərirlər. Ona görə də qabiliyyət və bacarığa əsaslanan bənzərlik iddiası tamamilə yalandır.


Darvinistlər sevgi, şəfqət, mərhəmət, dostluq, vəfanın əsl mənbəyi olan ruhun varlığını açıqlaya.

Hər şeydən əvvəl darvinistlər insanı insan edən, gördüklərindən, eşitdiklərindən təsirlənməsini, onların üzərində düşünməsini, ağıllı hərəkət etməsini, hörmət, sevgi, vəfa kimi anlayışlara malik olmasını, mühakimə yürütməsini təmin edən “ruhu” izah etməlidirlər. Maddənin mütləq varlığına inanan, insan şüurunu sadəcə neyron yığını kimi görən bu təfəkkür ruhun varlığı həqiqəti qarşısında susur. Darvinistlər uzun müddətdən bəri şüurun mənşəyi və xəyali təkamülü haqqında araşdırmalar aparır, daha yaxşı ifadə ilə, bu mövzuda təbliğat metodları hazırlamağa çalışırlar. Lakin maddi varlığı olmayan bir anlayışı maddə ilə izah etmələri, hətta buna alternativ şərh vermələri qeyri-mümkün olduğuna görə bu mövzu haqqında heç bir iddiaları yoxdur. Çünki şüurun mənşəyi, yəni insanı insan edən ruh Allaha aiddir. Allah Özündən bir lütf olaraq bunu insana bəxş etmiş və onu digər canlılardan xüsusilə bu cəhəti ilə fərqləndirmişdir. Darvinist yalan bu məsələdə çarəsiz və səssizdir.

Allah Quranda insanı Öz ruhundan yaratdığını belə bildirir:

O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz Ruhundan üfürdü. O sizə göz, qulaq və ürək verdi. Siz nə az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)
(harun yahya DƏccal necƏ öldü?)