Darvinistlər vizual təlqinlə etdikləri sehrin təsirini yaymağa çalışırlar



Klonlama əməliyyatının, canlıların təkamül geçirmesiyle bir əlaqəsi yoxdur. Klonlamada, onsuz da Allahın yaratdığı bir canlıdan alınan mövcud DNT, başqa bir yenə köçürülməkdədir. Bundan başqa, bu əməliyyat, yüksək texnologiya təchiz edilmiş xüsusi labratuarlarda, nəzarət və müşahidə altında həyata keçirilir.

Darvinist KİV-nin demək olar ki hamısında görmüsünüz. İllər boyu Nebraska Adamı ən mühüm təkamül dəlili kimi tanıdılmışdır. Bu xəyali varlığı tanıdan məqalələrin elə yan tərəfində çox tanış şəkil yerləşir. Bir az əyri yerişli bir meymun adam, arvadı, yaşadığı mühit, əlində ov silahı və s. Şəkil o qədər hərtərəflidir ki, sözügedən xəyali varlıq haqqında zehinlərdə kifayət qədər təsəvvür əmələ gəlmişdir. Çox araşdırma imkanı olmayan, mövzu haqqında məlumatsız oxuculara yönələn darvinist məqsəd əldə edilmişdir. Darvinist yalandan xəbərsiz olan oxucular ailəsilə birlikdə ibtidai şəraitdə yaşayan bi rmeymun adamın varlığına asanlıqla inanırlar.

Lakin bu həqiqətdən kənardır.

Nebraska Adamı kimi insanlara tanıdılan bu xəyali varlıq bircə dişdən uydurulmuşdur. Daha əvvəl bu barədə təfərrüatlı danışdığımız kimi bu diş də bir qabana aiddir. Yəni insanlara vizual təlqinlə verilən fikir qabanın azı dişindən uydurularaq meydana gətirilmişdir. Hər hansı yolla bu donuz dişindən xəyali Nebraska Adamının ailəsinin şəkilləri ortaya çıxmışdır. Başqa sözlə, çox böyük hiylə qurulmuş, insanlara əslində açıq-aşkar yalan deyilmişdir.

Bu təlqin metodu hələ də davam edir. Dənizdən quruya doğru hərəkət etməyə başlayan, üzgəcləri getdikcə qollara çevrilməyə başlayan balıq rəsmi tamamilə təxəyyül məhsulu olan rəsmdən ibarətdir. Darvinistlər heç bir dəlili olmayan belə bir keçid prosesinə insanları inandırmaq üçün yenə eyni metoddan istifadə etmişlər. Bir saxtakarlığa mövzu ayıran elmi jurnal və ya elmi saytda sözügedən xəbərin yanında mövzu ilə heç əlaqəsi olmayan, getdikcə dikələn və insana çevrilən meymun rəsmini qoymaq mövzunun təkamüllə əlaqələndirilməsini təmin etməkdir. Hər hansı bir oxucu verilən bu xəbəri vizual effektlərlə təkamülün bir hissəsi, hətta dəlili kimi qavrayır. Çox vaxt sözügedən məqalədə yazılanları oxumur, amma buradaki təkamülə işarə edən rəsm hafizəsində qalır. Eyni şəxs klonlaşdırma və ya genom layihəsi xəbərlərinin yanına qoyulan və mövzu ilə tamamilə əlaqəsiz olan təkamül rəsmlərindən də eyni şəkildə təlqini alır. Genom layihəsindəki hr hansı elmi irəliləyiş ona təkamülün də sanki elmi cəhətdən sübut edilməsi təsəvvürünü verir.



Bu saxta vizual təlqin tipik darvinist təbliğat metodudur. Psixoloji təlqin metodlarının ən çox istifadə edilənlərindəndir. Lakin əslində bir kəllə sümüyü fosili üzərində həyata keçirilən rekonstruksiyalar sadəcə müxtəlif sənətkarların fərqli fantaziyalarını əks etdirən sənət nümunəsidir. Eynilə Nebraska Adamı misalında olduğu kimi.

Şübhəsiz, bunun elmlə heç bir əlaqəsi yoxdur. Bunların təkamülə də heç bir aidiyyəti yoxdur. Elmi dəlil gətirmək yerinə saxta təlqin metodundan istifadə edilir, vəssalam.

Conatan Uelz bu darvinist saxtakarlığa aşağıdakı kimi misal çəkir:

1972-ci ildə Keniyanın şimalında tapılan məşhur kəllə sümüyü fosili üst çənənin kəlləyə bitişdirilmə formasına görə davamlı şəkildə görünüşünü dəyişdirirdi. Paleoantropoloq Alan Uolker, Maykl Dey və Riçard Likey “1470-ci il tarixli kəllə sümüyünün” iki hissəsini tədqiq edərkən Rocer Levin aparılan dəyişdirmə işlərinin sayını hesablayırdı. Levinə əsasən Uolker belə deyib: “Üst çənəni irəli doğru qaldıra bilər və ona uzun sifət yerləşdirə bilərsən və ya çənəni onun içinə soxub sifəti qısalda bilərsən... Bunlardan hansını edəcəyin əslində sənin fikirlərinə bağlıdır. İnsanların onunla nə etdiklərini görmək çox maraqlıdır.” Levin Likeyin də hadisəni yenidən xatırlatdığını qeyd edir: “Bəli, onu bu şəkildə tutsan, belə görünər, bu şəkildə tutsan, başqa cür görünər.”

Son vaxtlarda National Geographic jurnalı 1470-ci il tarixli kəllə sümüyü ilə eyni növə aid olduğu hesab edilən yeddi sümük fosili qəliblərindən dişi fiquru yenidən düzəltmək üçün dörd sənətkara tapşırıq verdi. Sənətkarlardan biri alnı olmayan, alt və üst çənəsi dimdikli dinozavra bənzəyən məxluq çəkdi. Digər sənətkar nisbətən yaxşı görünən, lakin qəribə tərzdə uzun qollara malik müasir afro-amerikalı qadın rəsmi çəkdi. Üçüncü sənətkar qorillaya bənzəyən qolları və Hollivud canavarına bənzəyən üzü olan sısqa dişi rəsmi çəkdi. Dördüncü sənətkar isə bədəni tüklərlə örtülü, ağaca dırmaşan və qorillaya bənzəyən qalın qaşlarının altından ətrafı nəzərdən keçirən muncuq gözlü malik fiqur çəkdi.

Bu təəccüblü rəsm yığını bircə fosil dəstinin müxtəlif yollarla necə yenidən formalaşdırıldığını açıq şəkildə göstərir. Bəzən meymun-insan zəncirinə əlavə ediləcək bir ara-keçid forma axtarışı hansı rəsm daha uyğundursa, ona müraciət edir.177

Darvinistlərin asanlıqla bu saxtakarlığı etmələrindəki səbəb nəsli kəsilmiş canlı fosillərini götürərək onlara istədikləri formanı verib, istədikləri görünüşdə təqdim etmələrindəndir. Darvinistlər uydurduqları bu rekonstruksiyalardan o qədər tez-tez istifadə edirlər ki, cildlərlə təkamül kitabı sırf bu saxta rəsmlərdən ibarət ola bilər. Hətta bir təbiət tarixi muzeninin eksponat baxımından malik olduğu yeganə şey bu rekonstruksiyalar ola bilər. İnsanlara illərlə bu saxta rəsmləri və maketləri göstərir, onların həqiqətən yaşadığına dair təlqin verməyə çalışırlar. Əlbəttə, bu muzeylərə gedən bir çox insan professorların və elm adamlarının nəzarəti altında olan, dövlətin dəstəyini almış bel bir tarix muzeyinin nümayiş etdirdiyi hər şeyin yalan və saxta olduğunu ağlına gətirməz. Hətta sırf bu səbəbdən gördüklərindən təsirlənir, kəlləsi kiçik, çənəsi böyük, əyri yeriyən, bədəni tüklərlə örtülü bu xəyali canlının tarixən mütləq yaşadığına inanır. Oradakı bir çox insan göstərilən bu saxta heykəl və rəsmlərin əslində heç vaxt yaşamadığını, onların hamısının saxta olduğunu, bunu dəstəkləyən bircə fosilin belə tapılmadığını, hətta əksinə, fosillərin bu iddianı tamamilə təkzib etdiyini bilmir, heç bunu araşdırmır da. Qarşılaşdığı təlqin o qədər güclüdür və bunu dəstəkləyən elə qocaman şəxslər var ki, bunun doğruluğu ilə bağlı sorğu-sual etmək onlara məntiqsiz gəlir. Lakin bu yolla daima aldadılır, yalana ortaq edilirlər.

Təbiət tarixi muzeylərinə getdikdə elə bu fosillərdən daha çox saxta rəsmlər və ya xəyali maket varlıqlar insanlara nümayiş etdirilir. Darvinistlər fosilləri göstərə bilməzlər, çünki fosillərin hamısı mükəmməl canlılara aiddir. Fosillərin hamısı canlıların milyonlarla il əvvəl də tam və əksiksiz, mükəmməl olduğunu göstərir. Habelə fosillər dövrümüzdəki canlıların milyonlarla il əvvəl də mövcud olduqlarını və əsla dəyişmədiklərini də göstərir. Elə bu hal paleontologiya muzeylərinin yeganə mənbəyi olmalı fosillərin kənarlaşdırılmasına səbəb olmuşdur. Fosillərin hamısı yaradılış gerçəyini sübut etdiyinə görə darvinistlər 300 milyon fosili gizlətmiş, əsla nümayiş etdirməmiş və insanlara göstərməmişlər.

Darvinistlər müxtəlif elmi jurnallardan da vizual təlqin vasitəsi kimi istifadə edirlər. Darvinist jurnallar elmi dəlil təqdim edə bilmədikləri üçün təbliğata üstünlük verirlər. Təbliğatın ən mühüm ünsürü olan aldadıcı səhifə dizaynı, cilddə və səhifələrdə istifadə edilən rənglər, cildin dizaynı, seçilən fotoşəkillər və xitab forması oxucuya lazımi mesajı vermək üçün kafi hesab edilir. Bu görünüşün ardında gizlənən sehr jurnalı alıb oxuyan şəxsin vizual cəhətdən jurnalın görünüşündən və içindəki rəsmlərdən təsirlənməsini və məzmun baxımından istifadə edilən latınca terminlərin təsiri altında qalmasını təmin etməkdir.

Reklamlardan kinofilmlərə, musiqi kliplərindən mahnı sözlərinə, cizgi filmlərinə, kitablara, məqalələrə qədər hər cür fürsətdən bu sehrin pozulmaması üçün istifadə edilir. Məqsəd insanların bəzi sözləri və cümlə qəliblərini əzbər bilmələri və görüntülərlə tanış olmalarıdır. Xəyali meymundan insana keçid mərhələləri, yalançı ara fosil rəsmləri, saxta ibtidai insan şəkilləri həyatın hər anını əhatə etmişdir. Qəzet və jurnallarda kiçik və ya böyük, bir kəlmə ilə və ya ətraflı şəkildə daima bu mövzu üzərində dayanırlar. Bu şəkildə insanların üzərindəki darvinist sehrin təsirinin pozulmaması məqsədi güdülür.

Yaradılışa qarşı uydurulan xüsusi metod, öz ağıllarına görə etdikləri məsxərəçi davranışlar da bu sehrin təsirini tamamlamaq üçündür. Allaha inama yönələn bu lətifələrin, məqalələrin, nitqlərin, karikaturaların hamısının (Allahı tənzih edirik) səbəbi insanları darvinist təlqinə alışdırmaq məqsədi daşıyır. İnsanlarda Allaha inama olan hər cür meyli aradan qaldırmaq və beyinlərdə Darvinizmin təməlini qoymaq üçün edilən bu çirkin şou dəccalın oyununun bir hissəsidir.

Lakin bu sehr artıq pozulmuşdur. Dəccalın dəstəkçiləri isə içinə düşdükləri vəziyyəti tam qavraya bilmirlər. Darvinizmin gerçək olmadığına dair dəlillərin yalnız bircə dəfə izah edilməsilə bir insanın təkamül nəzəriyyəsinə inanmasından söz gedə bilməz. Bunu etmək üçün darvinist təbliğat metodlarındakı kimi mürəkkəb sözlər, latınca terminlər və vizual təlqinlər lazım deyil. Həqiqətlərin bircə dəfə, olduqca sadə dillə izah edilməsi, Darvinizmin əsassızlığını göstərən dəlillərin bircə dəfə nümayiş etdirilməsi kifayətdir. Həyatı boyu Darvinizm təlqinini almış bir insan belə bu inkaredilməz həqiqətlər qarşısında Darvinizm yalanına artıq inanmaz. “İnanıram” desə də, bu doğru deyil, çünki artıq həqiqətləri bilir. Bir insanın qapqaranlıq bir otağın içində, pərdənin arxasındakı günəşi ancaq bir saniyəlik görməsi kifayətdir. Oturduğu otaq nə qədər qaranlıq olsa da, artıq bu şəxsi çöldə gecə olduğuna inandırmaq qeyri-mümkündür. Hal-hazırki vəziyyət də bundan fərqlənmir. İllərlə çox təsirli hesab edilən darvinist təlqinlər həqiqətlərin sadəcə bircə dəfə və elmi dəlillərlə açıqlanması ilə aradan qalxmış, bütün təsirini itirmişdir.
Rəbbimiz dəccala uyanların vəziyyətini ayəsində belə xəbər vermişdir:

Onlar özlərinə zərər eləyənlərdir. Yalandan uydurduqları da onlardan uzaqlaşıb qeyb olmuşlar. (Hud surəsi, 21)
(harun yahya DƏccal necƏ öldü?)

177-Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 202