DARVİNİZM YALANI ARTIQ SONA ÇATDI

Materializm əsrlər boyu Allah inancına qarşı əslində əvvəldən uduzduğu psixoloji mübarizə aparır. Allahın batili mütləq əsassız edəcəyini qavramayan materialistlər öz ağıllarına görə bu mübarizəyə var güclərilə davam edirlər. Kainatın Böyük Partlayışla (Big Bang) sıfır həcmdən var olması, yəni yoxdan yaradılması və Allahın ayələrində işarə edildiyi kimi genişləndiyi sübut edilmiş. Lakin materialistlər maddənin əzəli və əbədə olması cəfəngiyyatına insanları inandırmaq üçün məntiqsiz iddialarla bu həqiqətə qarşı mübarizə aparmışlar. Kvant fizikası maddənin ancaq işıq dalğalarından ibarət olduğunu aşkar etmiş, lakin materialistlər maddənin mütləq varlığını müdafiə edib maddədən başqa heç bir şeyi qəbul etmədiklərinə görə bu həqiqəti daima inkar etmək üçün yollar axtarmışlar. Saysız-hesabsız elmi kəşflər və xüsusilə paleontologiya sahəsində əldə edilən tapıntılar təkamül nəzəriyyəsinin əsassız olduğunu elmi cəhətdən sübut etmiş, lakin materialistlər yenə də canlıların təkamül keçirməsi yalanını təlqin edərək əvvəlindən uğursuzluqla nəticələnmiş mübarizələrinə davam etmişdirlər. Elm materializmə zərbə vurduqca materialist müqavimət daima gündəmə gəlmişdir. Materializm elmi dəlillərə psixoloji mübarizə ilə qarşı çıxmışdır. Darvinizm yalan ilə elə bunu etməyə çalışırlar.


Yer üzündəki bütün varlıqların Yaradıcısı Uca Allahdır. Darvinist aldatmacadan xilas dünya, artıq bu həqiqətin açıqca fərqindədir.

Bu elə bir şeydir ki, Nobel mükafatına layiq görülmüş professorları, elm adamlarını, paleontoloqları, mikrobioloqları, zooloqları, elmi yazıçıları birləşdirərək “suyun içində molekullar var idi. Palçıq, təsadüf və zamanın təsirilə hüceyrə əmələ gəldi” kimi ağlasığmaz yalanı heç utanmadan, çəkinmədən müdafiə etməyə sövq etmişdir. Bu insanlar elə sehr ediblər ki, milyonlarla insan bu psixoloji mübarizənin təsirilə suya düşən yağ damcılarının hüceyrəyə çevrilməsnə, bir balığın sudan yeriyə-yeriyə çıxmasına, tarixdə ilk quşun dinozavr yumurtasından çıxaraq uçmağa başladığına, meymunların zaman ərzində təsadüfən inkişaf edərək kəşflər edən, sivilizasiyalar quran, texnologiyalar quran, kompüter proqramları hazırlayan, kosmosa raket göndərən insana çevrildiyinə inanmağa başlayır.

Bir elm adamı o vaxta qədər heç kimin kəşf etmədiyi hüceyrənin qeyri-adi quruluşunun “sadəcə bir hissəsini” kəşf etdiyi üçün Nobel mükafatına layiq görülür. Amma eyni elm adamı mükafatını aldıqdan sonra tələbələrinə o hüceyrənin bir palçıq yığınından təsadüfən əmələ gəlməsi nağılını danışmaqdan çəkinmir. Eyni elm adamı saysız-hesabsız elmi fəaliyyətə imza atmasına baxmayaraq tələbələrinə böyük saxtakarlıq nümunəsi olan Piltdaun adamını, Hekkelin saxta rüşeym rəsmlərini, sənaye kəpənəklərini təkamülün ən böyük dəlili kimi göstərməkdən çəkinmir.

Elə dəccal sistemi olan masonluğun etdiyi sehrin təsiri darvinistləri bu qədər acınacaqlı hala salır. Dəccalı Darvinizm ilə demək olar ki bütün beyinlərə əl uzatmış, insanları uzun müddət aldatmış, yalan söyləmiş, saxtakarlıq etmişdir. İnsanların bir çoxu kor-koranə, şüursuz şəkildə, başa düşmədən bu yalana aldanmış, illərlə özünü heyvan nəslinin bir hissəsi kimi görmüş, hətta bu səbəbdən vəhşiləşmiş, laqeydləşmiş, Allaha qarşı məsuliyyətindən uzaqlaşmışdır. Dəccal, yəni masonluq Darvinizmdən istifadə edərək dünyanın ən böyük yalanlarından birini yer üzünə yaymışdır. Dəccalın təsirilə Darvinizm tarixin ən böyük kütləvi yalanına çevrilmişdir. Lakin dəccal sistemini yayan masonların bu sahədəki uğuru saxta uğurdur. Darvinizm yalanı artıq sona çatmışdır.

Yaşadığımız XXI əsrdə artıq Darvinizmin btün saxtakarlıqları üzə çıxmışdır. Darvinistlərin 150 il boyu irəli sürdükləri bütün ara forma nümunələrinin saxta olduğu məlum olmuşdur. Dünyanın demək olar ki hər yeri qazılmış, 250 milyondan artıq fosil çıxarılmış, amma bunların bircəsinin belə ara forma olmadığı açıq şəkildə görülmüşdür. Fosillərin hamısının mükəmməl canlıları təmsil etməsi, böyük əksəriyyətinin də dövrümüzün canlılarına aid olduğu məlum olmuşdur. İnsanlar bu sübut ilə canlıların bu günkü görünüşlərilə üzə çıxdıqlarını və heç bir dəyişiklik keçirmədiklərini başa düşmüşdürlər. İnsanlar elə bu həqiqət ilə darvinistlərin nə üçün fosilləri gizlətdiklərini, nə üçün elmi dəlilləri insanlardan gizlətməyə çalışdıqlarını da başa düşmüşlər. Təkamül nəzəriyyəsinin mikrobiologiya, paleontologiya, molekulyar biologiya, genetika kimi elmlərin aşkar etdiyi faktlar qarşısında baş verməsi qeyri-mümkün olan nəzəriyyə olmsı qəti şəkildə sübut edilmişdir.


Darvinizm aldatmacası, yaradılışı sübut edən 300 milyon qalıq qarşısında artıq tamamilə başa çatmışdır.

Bütün bunlarla bərabər darvinistlərin Allah inancına və yaradılış həqiqətinə qarşı münasibət bəsləmələri məlum olmuşdur və bunun səbəbi də onların Darvinizmi batil bir din kimi mənimsəmələridir. Beləliklə, darvinistlərin insanları aldatmaq üçün nə üçün cürbəcür yalan və saxtakarlığa əl atdıqları da başa düşülmüşdür. İnsanlar qarşısında təkamülü inkar edən həddindən çox dəlil var. Artıq insanlar təkamülün bir yalan olduğunu açıq şəkildə anlayıblar. Təkamül nəzəriyyəsinin bircə dəlillə də dəstəklənmədiyini bilirlər. Darvinist yalanın təsirinə düşmələri artıq, Allahın iznilə, qeyri-mümkündür.

İnsanlar təkamül nəzəriyyəsinin əsassızlığının dəlillərini göstərən sərgilərə getmiş, yaşayan fosilləri nəzərdən keçirmişlər. Fosillərin hər birinə öz əllərilə toxunmuş, onları öz gözlərilə görmüşdürlər. Canlıların milyonlarla il ərzində dəyişmədən qaldıqlarını, təkamül keçirmədiklərini heyranlıqla öyrənmişdirlər. Yaradılış Atlasının hər bir səhifəsini diqqətlə nəzərdən keçirmiş, dövrümüzdə yaşayan canlı növlərinin milyonlarla il əvvəl də eyni şəkildə olduğuna qərar vermişdilər. Yer üzünün araşdırılıb tədqiq edildiyi hər an daima yaradılış həqiqətini dəstəkləyən dəlillər verdiyi başa düşmüşdürlər. Dünyanın ən məşhur meydanlarında darvinistlərə ünvanlanan “sadəcə bir dənə ara fosil göstərmələri” müraciətinin dərin sükutla qarşılandığını açıq şəkildə və təəccüblə görmüşdürlər. Darvinizm təbliğatının bütün metodları deşifrə edilmiş və insanlara bu yalanın dəstəkçisi olmamaları lazımi kitablar, DVD-lər, internet yayımları, konfranslar və televiziya müsahibələri vasitəsilə izah edilmişdir.

Yalanın dəlillərini görən insanlar dünya səviyyəsində böyük fikri maariflənmədən keçmiş və bu qədər il ərzində aldadıldıqlarına görə haqlı reaksiya vermiş, təhsil müəssisələrində uşaqlarına Darvinizm cəfəngiyyatının oxudulmasını etirazla qarşılamış, planlaşdırılan təkamül sərgilərinə, konfranslarına, yəni darvinist təbliğata qarşı çıxmış, darvinistlərə açıq şəkildə meydan oxumuşdurlar. Tələbələr biologiya dərslərində Darvinizm tərəfdarı olan müəllimləri ilə təkamül nəzəriyyəsinin elmi məntiqsizliyinə və dəlilsizliyinə dair mübahisə etmişdirlər. Uzun illər boyu təkamül nəzəriyyəsinin əsl üzünü bilmədikləri üçün aldadılan insanlar məlumatlandıqdan və Darvinizmin iç üzünü gördükdən sonra illər boyu necə aldadıldıqlarını təəccüblə qarşılamış və buna uca səslə etiraz etmişdirlər. Artıq darvinistlər də bilirlər ki, Darvinizm dünya səviyyəsində ölmüşdür və yenidən ayağa qalxıb insanları eyni metodlarla inandırması Allahın iznilə qeyri-mümkündür. Dünya səviyyəsindəki bu böyük fikri maarifləndirmənin ən mühüm göstəricilərindən biri müxtəlif media qurumları və internet saytları tərəfindən aparılan anket sorğularıdır. Məsələn, Associated Press Agentliyi və NBC-nin apardığı milli anket sorğusunun nəticələrinə əsasən amerikalıların 86%-i artıq yaradılış həqiqətinin də təhsil müəssisələrində tədris edilməsini istəyirlər.185 Almaniyanın Süddeutsche Zeitung qəzetinin internet saytında 8 avqust 2007-ci il tarixində aparılan anket sorğusunun nəticəsinə əsasən təkamülü inkar edənlər 87% təşkil edir. Almaniyanın Die Welt qəzetinin internet saytının 17 aprel 2008-ci il tarixli anketinə əsasən bu nisbət 86% təşkil edir. İsveçrənin Blick qəzetinin internet saytının apardığı 4 may 2007-ci il tarixli anketə əsasən yaradılış həqiqətinə inananlar 85% təşkil edir. Fransanın Science Actualitiés qəzetinin internet saytının 16 fevral 2007-ci il tarixli anketinə əsasən təkamülə inanmayanların sayı 92%-dir. 2 fevral 2009-cu il tarixli Guardian qəzetinin xəbərinə əsasən İngiltərədə keçirilən bir anket ingilislərin ancaq 25%-nin Darvinin təkamül nəzəriyyəsinə inandıqlarını göstərir. Fransız Nouvel Observateur və Science et Avenir ortaq internet saytında 06.07.2009-cu il tarixində dərc edilən xəbərə əsasən fransız təhsil müəssisələrində təkamül nəzəriyyəsinə inanan tələbələrin sayında xeyli azalma olduğu müəyyən edilmiş və sözügedən KİV bu halı Yaradılış Atlasının Fransadakı təsirilə əlaqələndirmişdir. Darvinist professorlar Darvinizmin aldığı bu böyük yaranı olduqca “ciddi”, “kədərli” və Darvinizm adına “biabırçılıq” kimi dəyərləndirmişlər.186

İsveçli embrioloq Soren Lovtrup Darvinizm yalanının bu gün düşdüyü vəziyyət ilə bağlı belə şərh verir:

Düşünürəm ki, heç kim elmin bütün sahələrinin saxta bir nəzəriyyədən asılı olmasının böyük səhv olduğunu inkar etməyəcək. Amma biologiyada baş verən vəziyyət budur: uzun zamandan bəri insanlar təkamül problemləri ilə “Darvin” lüğətinə xas şəkildə müzakirə edirlər – “adaptasiya”, “seleksiya təzyiqi”, “təbii seleksiya” və s. – bunu edərək təbii hadisələrin açıqlanmasına kömək edəcəklərinə inanırlar. Amma bunu bacarmırlar...

İnanıram ki, bir gün Darvin mifi elm tarixinin ən böyük yalanı kimi yerini alacaqdır.187

Hal-hazırda Darvinizmin elm tarixinin ən böyük yalanı olması həqiqəti çox sürətlə bütün dünyaya yayılır. Yaradılış həqiqətinə qarşı Avropa Şurası kimi rəsmi qurumlar tərəfindən olan maneələr darvinistlərin bu barədə güclü təşvişini göstərir. Tarixən heç vaxt dövlətləri təmsil edən bir parlamentin bir yalana dayaq olması və bir saxtakarlığı dəstəkləmək üçün rəsmi qərar verməsi görünməmişdir. Darvinist panikanın Darvinizmin tərəfdarlarını XXI əsrdə düşürdüyü vəziyyət budur. Darvinistlər təzyiqedici hökumət qərarlarının, təkamülü dərslərə məcburən daxil etməyin, tərəfli mühakimə edərək yaradılış həqiqətini tələbələrdən qəsdən gizlətməyə çalışmağın, birtərəfli inadın bu yalanı yaşadacağını zənn edirlər. Lakin dünyadakı milyardlarla insanın Darvinizm yalanına qarşı səmimi fikirləri təzyiq və zorla tətbiq edilən metodlardan və bundan əldə edilən nəticədən üstündür.






Heç bir darvinist qoyduğu qadağanedici qanun ilə insanların fikrən inandığı qəti qərarı dəyişdirə bilməz. Heç bir darvinist saysız-hesabsız dəlil ilə təkzib edilmiş bir nəzəriyyəyə güc tətbiq edərək, daima israr edərək insanları inandıra bilməz. Bu mümkün deyil. Darvinist oyun artıq sona çatmışdır. İnsanlar bu gün XXI əsrdə həqiqətləri istədikləri kimi, istədikləri mənbələrdən əldə edə bilirlər. Ona görə qadağa, mane olma və təzyiq darvinistlərə heç vaxt istədikləri nəticəni verməyəcək, darvinist yalana qarşı fikri etiraz getdikcə artaraq davam edəcəkdir.

Aləmlərin Rəbbi olan Uca Allah bütün varlıqların Hakimidir. Dəccalın oyunları bu həqiqəti insanlarında gizlətməyəcək. Allah bir ayəsində belə buyurur:

Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır. (Saff surəsi, 8)
(harun yahya DƏccal necƏ öldü?)

185-Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 252
186-http://tempsreel.nouvelobs.com/actualites/sciences/vivant/20090703.OBS2955/les_etudiants_et_la_connaissance_de_levolution_les _reac.html
187-S. Lovtrup, Darwinism: The Refutation of a Myth, Londra, Croom Helmm, 1987, s. 422 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 253