Neodarvinizm və Mutasiyalar

Darvinistlər isə bu vəziyyətə bir həll tapa bilmək üçün 1930-ların sonlarında, “Müasir Sintetik Nəzəriyyəsini” ya da daha məşhur adıyla neodarvinizmi ortaya atdılar. Neodarvinizm, təbii seleksiyanın yanına “faydalı dəyişiklik səbəbi” olaraq mutasiyaları, yəni canlıların genlərində radiasiya kimi xarici təsirlər ya da kopiyalama səhvləri nəticəsində ibarət olan pozulmaları əlavə etdi.

Bu gün də hələ dünyada təkamül adına etibarlığını qoruyan model neodarvinizmdir. Nəzriyyə, dünyada olan milyonlarla canlı növünün, bu canlıların, qulaq, göz, ağciyər, qanad kimi saysız kompleks orqanlarının “mutasiyalara”, yəni genetik pozuqluqlara dayanan bir müddət nəticəsində meydana gəldiyini iddia etməkdədir. Amma nəzəriyyəni çarəsiz buraxan açıq bir elmi həqiqət vardır: Mutasiyalar canlıları inkişaf etdirməzlər, əksinə hər vaxt üçün canlılara zərər verərlər.

Bunun səbəbi çox sadədir: DNT çox kompleks bir nizama malikdir. Bu molekul üzərində ibarət olan hər hansı təsadüfi bir təsir ancaq zərər verər. Amerikalı genetikçi B. G. Ranganathan bunu belə açıqlayır:

Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir olaraq meydana gəlirlər və ən yaxşı ehtimalla təsirsizdirlər. Bu üç xüsusiyyət, mutasiyaların təkamüllü bir inkişaf meydana gətirə bilməyəcəyini göstərər. Onsuz da yüksək dərəcədə xüsusiləşmiş bir orqanizmdə meydana gələ biləcək təsadüfi bir dəyişmə, ya təsirsiz olacaq ya da zərərli. Bir qol saatında meydana gələcək təsadüfi bir dəyişmə qol saatını inkişaf etdirməyəcək. Ona böyük ehtimalla zərər verəcək və ya ən yaxşı ehtimalla təsirsiz olacaq. Bir zəlzələ bir şəhəri inkişaf etdirməz, ona dağıtma gətirər. 11

Necə ki bu günə qədər heç bir faydalı, yəni genetik məlumatı inkişaf etdirən mutasya nümunəsi müşahidə edilmədi. Bütün mutasiyaların zərərli olduğu görüldü. Aydın oldu ki, təkamül nəzəriyyəsinin “təkamül mexanizmi” olaraq göstərdiyi mutasiyalar, həqiqətdə canlıları yalnız korlayan, şikəst buraxan genetik hadisələrdir. (İnsanlarda mutasiyanın ən sıx görülən təsiri də xərçəngdir.) Əlbəttə korlayıcı bir mexanizm “təkamül mexanizmi” ola bilməz. Təbii seleksiya isə, Darvinin də qəbul etdiyi kimi, “tək başına heç bir şey edə bilməz.” Bu həqiqət bizlərə təbiətdə heç bir “təkamül mexanizmi” olmadığını göstərməkdədir. Təkamül mexanizmi olmadığına görə də, təkamül deyilən xəyali müddət yaşanmış ola bilməz.
(harun yahya Quran Əxlaqı)