Darvinin Yıxılan Ümidləri

Ancaq 19-cu əsrin ortasından bu yana dünyanın dörd bir tərəfində qızğın qalıq araşdırmaları edildiyi halda bu vaxt keçiş formalarına rast gəlinə bilməmişdir. Edilən qazıntılarda və araşdırmalarda əldə edilən bütün tapıntılar, təkamülçülərin gözlədiklərinin əksinə, canlıların dünyada birdən-birə, əskiksiz və qüsursuz bir şəkildə ortaya çıxdıqlarını göstərmişdir.

Məşhur İngilis palentoloq (qalıq alimi) Derek W. Ager, bir təkamülçü olmasına qarşı bu həqiqəti belə etiraf edir:

Problemimiz budur: Qalıq qeydlərini ətraflı olaraq araşdırdığımızda, növlər ya da təsvir edər səviyyəsində olsun, davamlı olaraq eyni həqiqətlə qarşılaşırıq; pilləli təkamüllə inkişaf edən deyil, birdən dünyada yaranan qruplar görərik. 13

Yəni qalıq qeydlərində, bütün canlı növləri, aralarında heç bir keçiş forması olmadan əskiksiz formalarıyla birdən ortaya çıxmaqdadırlar. Bu, Darvinin nəzərdə tutduqlarının tam əksinədir. Dahası, bu canlı növlərinin yaradıldıqlarını göstərən çox güclü bir dəlildir. Çünki bir canlı növünün, özündən təkamülləşdiyi heç bir atası olmadan, bir anda və qüsursuz olaraq ortaya çıxmasının tək şərhi, o növün yaradılmış olmasıdır. Bu həqiqət, məşhur təkamülçü Bioloq Douglas Futuyuma tərəfindən də qəbul edilir:

Yaradılış və təkamül, yaşayan canlıların mənşəyi haqqında edilə biləcək yeganə iki şərhdir. Canlılar dünyada ya tamamilə mükəmməl və əskiksiz bir şəkildə ortaya çıxmışlar ya da belə olmamışdır. Əgər belə olmadısa, bir dəyişmə müddəti sayəsində özlərindən əvvəl var olan bəzi canlı növlərindən təkamülləşərək meydana gəlmiş olmalarıdır. Amma əgər əskiksiz və mükəmməl bir şəkildə ortaya çıxmışlarsa, o halda sonsuz güc sahibi bir ağıl tərəfindən yaradılmış olmaları lazımdır. 14

Qalıqlar isə, canlıların dünyada əskiksiz və mükəmməl bir şəkildə ortaya çıxdıqlarını göstərməkdədir. Yəni “növlərin mənşəyi”, Darvinin iddialarının əksinə, təkamül deyil yaradılışdır.
(harun yahya Quran Əxlaqı)