İnsanın Təkamülü Nağılı

Təkamül nəzəriyyəsini müdafiə edənlərin ən çox öndə tutduqları mövzu, insanın mənşəyi mövzusudur. Bu mövzudakı Darvinist iddia, bu gün yaşayan müasir insanın meymuna bənzər bəzi varlıqlardan gəldiyini fərz edər. 4-5 milyon il əvvəl başladığı fərz edilən bu müddətdə, müasir insan ilə ataları arasında bəzi “aralıq forma”ların yaşadığı iddia edilər. Həqiqətdə tamamilə xəyali olan bu ssenaridə dörd təməl “kateqoriya” ayrılır:

1- Australopithecus

2- Homo habilis

3- Homo erectus

4- Homo sapiens

Təkamülçülər, insanların sözdə ilk meymunabənzər atalarına “cənub meymunu” mənasını verən “Australopithecus” adını verərlər. Bu canlılar həqiqətdə soyu tükənmiş bir meymun növündən başqa bir şey deyil. Lord Solly Zuckerman və Prof. Charles Oxnard kimi İngiltərə və ABŞ-dan dünya tərəfindən məşhur iki anatomiyaçının Australopithecus nümunələri üzərində etdikləri çox geniş əhatəli işlər, bu canlıların yalnız soyu tükənmiş bir meymun növünə aid olduqlarını və insanlarla heç bir bəznzərlik daşımadıqlarını göstərmişdir. 15

Təkamülçülər insan təkamülünün bir sonrakı mərhələsini də, “homo” yəni insan olaraq təsvir edərlər. İddiaya görə homo ardıcıllığındakı canlılar, Australopithecuslardan daha inkişaf etmişlər. Təkamülçülər, bu fərqli canlılara aid qalıqları ard-arda düzərək xəyali bir təkamül sxemi meydana gətirirlər. Bu sxem xəyalidir, çünki həqiqətdə bu fərqli təsvir edilənin arasında təkamüllü bir əlaqə olduğu əsla isbat edilə bilməmişdir. Təkamül nəzəriyyəsinin 20-ci əsrdəki ən əhəmiyyətli müdafiəçilərindən bir olan Ernst Mayr, “Homo sapiensə uzanan zəncir həqiqətdə itkindir” deyərək bunu qəbul edər. 16

Təkamülçülər “Australopithecus > Homo habilis > Homo erectus > Homo sapiens” sıralamsını yazarkən, bu növlərin hər birinin, bir sonrakının atası olduğu təəssüratını verərlər. Halbuki paleoantropoloqların son tapıntıları, Australopithecus, Homo habilis və Homo erectusun dünyanın fərqli bölgələrində eyni dövrlərdə yaşadıqlarını göstərməkdədir. 17

Dahası Homo erectus təsvir etməsinə aid insanların bir hissəsi çox müasir zamanlara qədər yaşamışlar, Homo sapiens neandertalensis və Homo sapiens (müasir insan) ilə eyni mühitdə yan-yan tapılmışlar. 18

Bu isə əlbəttə bu təsvir edənin bir-birlərinin ataları olduqları iddiasının etibarsızlığını açıqca ortaya qoymaqdadır. Harvard Unveristeti paleontoloqlarından Stephen Jay Gould, özü də bir təkamülçü olmasına qarşı, Darvinist nəzəriyyənin içinə girdiyi bu çıxmazı belə açıqlayır:

Əgər bir-biri ilə paralel bir şəkildə yaşayan üç fərqli hominid (insana xas) xətti varsa, o halda bizim nəsil ağacımıza nə oldu? Açıqdır ki, bunların biri digərindən gəlmiş ola bilməz. Dahası, biri digəriylə müqayisə edildiyində təkamüllü bir inkişaf göstərməməkdədirlər. 19

Qısacası, mediada ya da dərs kitablarında iştirak edən xəyali bəzi “yarı meymun, yarı insan” canlıların şəkilləriylə, yəni sırf təbliğat yoluyla dəstək olulmağa çalışılan təkamüllü ssenarisi, heç bir elmi təməli olmayan bir nağıldan ibarətdir.

Bu mövzunu uzun illər araşdıran, xüsusilə Australopithecus qalıqları üzərində 15 il araşdırma edən İngiltərənin ən məşhur və hörmətli elm adamlarından Lord Solly Zuckerman, bir təkamülçü olmasına baxmayaraq, ortada meymunabənzər canlılardan insana uzanan həqiqət bir nəsil ağacı olmadığı nəticəsinə çatmışdır.

Zuckerman bir də maraqlı bir “elm şkalası” etmişdir. Elmi olaraq qəbul etdiyi məlumat budaqlarından, elmdən kənar olaraq qəbul etdiyi məlumat budaqlarına qədər bir yelpik meydana gətirmişdir. Zuckermanın bu cədvəlinə görə ən “elmi” –yəni konkret məlumatlara dayanan məlumat budaqları kimya və fizikadır. Yelpikdə bunlardan sonra biologiya elmləri, sonra da ictimai elmlər gəlir. Yelpiyin ən ucunda, yəni ən “elmdən kənar” sayılan qismində isə, Zuckermana görə, telepatiya, altıncı hiss kimi “duyğu sonrası qəbul etmə” anlayışları və bir də “insanın təkamülü” vardır! Zuckerman, yelpiyin bu ucunu belə açıqlayır:

Obyektiv həqiqətin sahəsindən çıxıb da, bioloji elm olaraq fərz edilən bu sahələrə -yəni duyğu sonrası qəbul etməyə və insanın qalıq tarixinin şərh olunmasına- girdiyimizdə, təkamül nəzəriyyəsinə inanan bir kimsə üçün hər şeyin mümkün olduğunu görərik. Belə ki nəzəriyyələrinə qətiliklə inanan bu kəslərin ziddiyyətli bəzi mühakimələri eyni anda qəbul etmələri belə mümkündür. 20

İnsanın təkamülü nağılı da, nəzəriyyələrinə kor-koranə inanan bəzi insanların tapdıqları bəzi qalıqları ön fikirli bir şəkildə şərh etmələrindən ibarətdir.
(harun yahya Quran Əxlaqı)