Darvin Düsturu!

İndiyə qədər ələ aldığımız bütün texniki dəlillərin yanında, istəsəniz təkamülçülərin necə axmaq bir inanca sahib olduqlarını bir də uşaqların anlaya biləcəyi qədər açıq bir örnəklə yekunlaşdıraq.

Təkamül nəzəriyyəsi canlılığın təsadüfən meydana gəldiyini iddia etməkdədir. Bu səbəbdən bu iddiaya görə cansız və şüursuz atomlar bir yerə gələrək əvvəl hüceyrəni meydana gətirmişlər və sonrasında eyni atomlar bir şəkildə digər canlıları və insanı meydana gətirmişlər. İndi düşünək; canlılığın element olan karbon, fosfor, azot, kalium kimi elementləri bir yerə gətirdiyimizdə bir yığın meydana gələr. Bu atom yığını, hansı əməliyyatdan keçirilsə, tək bir canlı meydana gətirə bilməz. İstəsəniz bu mövzuda bir “təcrübə” hazırlayaq və təkamülçülərin əslində müdafiə etdikləri, amma yüksək səslə dilə gətirə bilmədikləri iddianı onlar adına “Darvin Düsturu” adıyla arşdıraq:

Təkamülçülər, çox sayda böyük vedrənin içinə canlılığın qurluşunda olan fosfor, azot, karbon, oksigen, dəmir, maqnezium kimi elementlərdən bol miqdarda qoysunlar. Hətta normal şərtlərdə olan ancaq bu qarışığın içində olmasını lazım gördükləri vəsaitləri də bu vedrələrə əlavə etsinlər. Qarışıqların içinə, istədikləri qədər amin turşusu, istədikləri qədər də (bir təkinin belə təsadüfi meydana gəlmə ehtimalı 10-950 olan) zülal doldursunlar. Bu qarışıqlara istədikləri nisbətdə istilik və nəm versinlər. Bunları istədikləri inkişaf etmiş cihazlarla qarışdırsınlar. Vedrələrin başına da dünyanın öndə olan elm adamlarını qoysunlar. Bu mütəxəssislər atadan oğula, nəsildən nəsilə köçürərək növbəti milyardlarla, hətta trilyonlarca il davamlı vedrələrin başında gözləsinlər. Bir canlının meydana gəlməsi üçün hansı şərtlərin var olması lazım olduğuna inanılırsa hamısını isitfadə etmək sərbəst olsun. Ancaq, nə etsələr etsinlər o vedrələrdən qətiliklə bir canlı çıxarda bilməzlər. Zürafələri, aslanları, arıları, sarıbülbülləri, tutuquşuları, atları, delfinləri, gülləri, zanbaqları, qərənfilləri, bananları, portağalları, almaları, xurmaları, pomidorları, qovunları, qarpızları, əncirləri, zeytunları, üzümləri, şaftalıları, tovuz quşlarını, rəng rəng kəpənəkləri və bunlar kimi milyonlarla canlı növündən heç birini meydana gətirə bilməzlər. Deyil burada bir neçəsini saydığımız bu canlı varlıqları, bunların tək bir hüceyrəsini belə əldə edə bilməzlər.

Qısacası, şüursuz atomlar bir yerə gələrək hüceyrəni meydana gətirə bilməzlər. Sonra yeni bir qərar verərək bir hüceyrəni ikiyə bölüb, sonra ard arda başqa qərarlar alıb, elektron mikroskopunu tapan, sonra öz hüceyrə qurluşunu bu mikroskop altında izləyən professorları meydana gətirə bilməzlər. Maddə, ancaq Allahın üstün yaratmasıyla həyat tapar. Bunun əksini iddia edən təkamül nəzəriyyəsi isə, ağla tamamilə zidd bir boş sözdür. Təkamülçülərin ortaya atdığı iddialar üzərində bir az belə düşünmək, üstdəki nümunədə olduğu kimi, bu həqiqəti açıqca göstərər.
(harun yahya Quran Əxlaqı)