Materialist Bir İnanc

Bura qədər araşdırdıqlarımız, təkamül nəzəriyyəsinin elmi tapıntılarla açıqca ziddiyyət təşkil edən bir iddia olduğunu göstərməkdədir. Nəzəriyyənin həyatın mənşəyi haqqındakı iddiası elmə ziddir, qarşıya qoyduğu təkamül mexanizmlərinin heç bir təkamülləşdirici təsiri yoxdur və qalıqlar nəzəriyyənin tələb etdiyi aralıq formalarının yaşamadıqlarını göstərməkdədir. Bu vəziyyətdə, əlbəttə, təkamül nəzəriyyəsinin elmə zidd bir düşüncə olaraq bir kənara atılması lazımdır. Necə ki tarix boyunca dünya mərkəzli kainat modeli kimi bir çox düşüncə, elmin gündəmindən çıxarılmışdır. Amma təkamül nəzəriyyəsi israrla elmin gündəmində tutulmaqdadır. Hətta bəzi insanlar nəzəriyyənin tənqid olunmasını “elmə hücum” olaraq göstərməyə belə çalışmaqdadırlar. Yaxşı bəs niyə?...

Bu vəziyyətin səbəbi, təkamül nəzəriyyəsinin bəzi ətraflar üçün, özündən əsla imtina edilə bilməyəcək doğma bir inanc olmasıdır. Bu ətraflar, materialist fəlsəfəyə kor-koranə bağlıdırlar və Darvinizmi də təbiətə gətirilə biləcək yeganə materialist şərh olduğu üçün mənimsəməkdədirlər. Bəzən bunu açıqca etiraf da edərlər. Harvard Universitetindən məşhur bir genetikçi və eyni zamanda qabaqda gələn bir təkamülçü olan Richard Lewontin, “əvvəl materialist, sonra elm adamı” olduğunu belə etiraf etməkdədir:

Bizim materializmə bir inancımız var, `a priori` (əvvəldən qəbul edilmiş, doğru fərz edilmiş) bir inanc bu. Bizi dünyaya materialist bir şərh gətirməyə məcbur edən şey, elmin üsulları və qaydaları deyil. Əksinə, materializmə olan `a priori` bağlılığımız səbəbiylə, dünyaya materialist bir şərh gətirən araşdırma üsullarını və anlayışları hazırlayırıq. Materializm mütləq doğru olduğuna görə də, İlahi bir şərhin səhnəyə girməsinə icazə verməməliyik. 21

Bu sözlər, Darvinizmin, materialist fəlsəfəyə bağlılıq uğruna yaşadılan bir doğma olduğunun açıq ifadələridir. Bu doğma, maddədən başqa heç bir varlıq olmadığını fərz edər. Bu səbəblə də cansız, şüursuz maddənin, həyatı yaratdığına inanar. Milyonlarla fərqli canlı növünün; məsələn quşların, balıqların, zürafələrin, böcəklərin, ağacların, çiçəklərin, balinaların və insanların maddənin öz içindəki qarlılıqlı təsirlərlə, yəni yağan yağışla, çaxan şimşəklə, cansız maddənin içindən meydana gəldiyini qəbul edər. Həqiqətdə isə bu, həm ağla həm də elmə zidd bir qəbuldur. Amma darvinistlər öz deyimləriylə “İlahi bir şərhin səhnəyə girməməsi” üçün, bu qəbulu müdafiə etməyə davam etməkdədirlər.

Canlıların mənşəyinə materialist bir ön fikir ilə baxmayan insanlar isə, bu açıq həqiqəti görəcəklər: Bütün canlılar, üstün bir güc, məlumat və ağla sahib olan bir Yaradıcının əsəridirlər. Yaradıcı, bütün kainatı yoxdan var edən, qüsursuz şəkildə təşkil edən və bütün canlıları yaradıb şəkilləndirən Allahdır.
(harun yahya Quran Əxlaqı)