Təkamül Nəzəriyyəsi Dünya Tarixinin Ən Təsirli Cadusudur

Burada bunu da ifadə etmək lazımdır ki, ön fikirsiz, heç bir ideologiyanın təsiri altında qalmadan, yalnız ağlını və məntiqini isitfadə edən hər insan, elm və mədəniyyətdən uzaq cəmiyyətlərin xurafatlarını xatırladan təkamül nəzəriyyəsinin inanılması qeyri-mümkün bir iddia olduğunu asanlıqla anlayacaq.

Yuxarıda da ifadə edildiyi kimi, təkamül nəzəriyyəsinə inananlar, böyük bir vedrənin içinə bir çox atomu, molekulu, cansız maddəni dolduran və bunların qarışığından zaman içində düşünən, ağladan, görüşlər edən professorların, universitet şagirdlərinin, Eynşteyn, Habl kimi elm adamlarının, Frank Sinatra, Charlton Heston kimi sənətçilərin, bunun yanında ceyranların, limon ağaclarının, qərənfillərin çıxacağına inanmaqdadırlar. Üstəlik, bu axmaq iddiaya inananlar elm adamları, professorlar, mədəni, təhsilli insanlardır. Bu səbəblə təkamül nəzəriyyəsi üçün “dünya tarixinin ən böyük və ən təsirli cadusu” ifadəsini istifadə etmək yerində olacaq. Çünki, dünya tarixində insanların bu dərəcə ağlını başından alan, ağıl və məntiqlə düşünmələrinə imkan tanımayan, gözlərinin önünə sanki bir pərdə çəkib çox açıq olan həqiqətləri görmələrinə mane olan bir başqa inanc və ya iddia daha yoxdur. Bu, köhnə Misirlilərin Günəş Tanrısı Relsə, Afrikalı bəzi qəbilələrin totemlərə, Səba xalqının Günəşə ibadət etməsindən, Hz. İbrahimin qövmünün əlləri ilə etdikləri bütlərə, Hz. Musanın qövmünün qızıldan etdikləri buzova ibadətlərindən çox daha dəhşətli və ağla sığmaz bir korluqdur. Həqiqətdə bu vəziyyət, Allahın Quranda işarə etdiyi bir ağılsızlıqdır. Allah, bəzi insanların anlayışlarının bağlanacağını və həqiqətləri görməkdən aciz vəziyyətə düşəcəklərini bir çox ayəsində bildirməkdədir. Bu ayələrdən bəziləri belədir:

Şübhəsiz, inkar edənləri xəbərdar etsən də, xəbərdar etməsən də, onlar üçün fərq etməz; inanmazlar. Allah, onların ürəklərini və qulaqlarını möhürləmişdir; gözlərinin üzərində pərdələr vardır. Və böyük əzab onlaradır. (Bəqərə Surəsi, 6-7)

…Ürəkləri vardır bununla qavrayıb-anlamazlar, gözləri vardır bununla görməzlər, qulaqları vardır bununla eşitməzlər. Bunlar heyvanlar kimidir, hətta daha alçaqdırlar. Bunlar qafil olanlardır. (Əraf Surəsi, 179)

Allah, Hicr Surəsində isə, bu insanların möcüzələr görsələr belə inanmayacaq qədər ovsunlandıqlarını belə bildirməkdədir:

Onların üzərlərinə səmadan bir qapı açsaq, oradan yuxarı yüksəlsələr də, mütləq: “Gözümüz bağlanmış, bəlkə biz ovsunlanmış bir birliyik” deyəcəklər. (Hicr Surəsi, 14-15)

Bu qədər geniş bir kilidlənmənin üzərində bu cadunun təsirli olması, insanların həqiqətlərdən bu qədər uzaq tutulmaları və 150 ildir bu cadunun pozulmaması isə, sözlərlə izah edilə bilməyəcək qədər heyrət verici bir vəziyyətdir. Çünki, bir və ya bir neçə insanın qeyri mümkün ssenarilərə, axmaqlıq və məntiqsizliklərlə dolu iddialara inanmaları aydın ola bilər. Ancaq dünyanın dörd bir tərəfindəki insanların, şüursuz və cansız atomların ani bir qərarla bir yerə gəlib: fövqəladə bir təşkilat, intizam, ağıl və şüur göstərib qüsursuz bir sistemlə işləyən kainatı, canlılıq üçün uyğun olan hər cür xüsusiyyətə sahib olan Yer planetini və saysız kompleks sistemlə təchiz edilmiş canlıları meydana gətirdiyinə inanmasının, “cadu”dan başqa bir şərhi yoxdur.

Necə ki, Allah Quranda, inkarçı fəlsəfənin müdafiəçisi olan bəzi kəslərin, etdikləri cadularla insanlara təsir etdiklərini Hz. Musa və Firon arasında keçən bir hadisəylə bizlərə bildirməkdədir. Hz. Musa, Firona haqq dini izah etdiyində, Firon Hz. Musaya, öz “məlumatın cadugərləri” ilə insanların toplandığı bir yerdə qarşılaşmasını söyləyər. Hz. Musa, cadugərlərlə əvvəl onların bacarıqlarını sərgiləmələrini əmr edər. Bu hadisənin izah edildiyi ayə belədir:

(Musa “Siz atın” dedi. (Əsalarını) atınca, insanların gözlərini ovsunladılar, onları dəhşətə saldılar və (ortaya) böyük bir sehr gətirmiş oldular. (Əraf Surəsi, 116)

Görüldüyü kimi Fironun cadugərləri etdikləri “aldatmacalar”la –Hz. Musa və ona inananlar xaricində- insanların hamısını ovsunlaya bilmişlər. Ancaq, onların atdıqlarına qarşılıq Hz. Musanın ortaya qoyduğu dəlil, onların bu cadusunu, ayədəki ifadəylə “yalançılıqlarını udmuş” yəni təsirsiz etmişdir:

Biz də Musaya: “Əsanı at” deyə vəhy etdik. (O da atınca) bir də baxdılar ki, o bütün yalançılıqları yığıb-yığışdırıb udur. Beləcə haqq yerini tapdı, onların bütün etməkdə olduqları etibarsız qaldı. Orada məğlub olmuş oldular. (Əraf Surəsi, 117-119)

Ayələrdə də bildirildiyi kimi, daha əvvəl insanları ovsunlayaraq təsir edən bu kəslərin etdiklərinin bir saxtakarlıq olduğu başa düşülmüşdür. İndiki vaxtda da bir cadu təsiriylə, elm altında son dərəcə axmaq iddialara inanan və bunları müdafiə etməyə həyatlarını həsr edənlər, əgər bu iddialardan imtina etməzlərsə həqiqətlər tam mənasıyla ortaya çıxdığında və “cadu pozulduğunda” kiçik vəziyyətə düşəcəklər. Necə ki, təxminən 60 yaşına qədər təkamülü müdafiə edən və ateist bir fəlsəfəçi olan, ancaq daha sonra həqiqətləri görən Malcolm Muggeridge təkamül nəzəriyyəsinin yaxın gələcəkdə düşəcəyi vəziyyəti belə açıqlamaqdadır:

Mən özüm, təkamül nəzəriyyəsinin, xüsusilə tətbiq olunduğu sahələrdə, gələcəyin tarix kitablarındakı ən böyük zarafat vəsaitlərindən biri olacağına inandım. Gələcək qurşaq, bu qədər çürük və naməlum bir fərziyyənin inanılmaz bir safla qəbul edilməsini heyrətlə qarşılayacaq. 22

Bu gələcək, uzaqda deyil əksinə çox yaxın bir gələcəkdə insanlar “təsadüflər”in ilah ola bilkməyəcəklərini anlayacaqlar və təkamül nəzəriyyəsi dünya tarixinin ən böyük yalanı və ən şiddətli cadusu olaraq təyin olunacaq. Bu şiddətli cadu, böyük bir sürətlə dünyanın dörd bir tərəfində insanların üzərindən qalxmağa başlamışdır. Təkamül yalanının sirrini öyrənən bir çox insan, bu yalana necə aldandığını heyrətlə düşünməkdədir.

…Sən Ucasan, bizə öyrtədiyindən başqa bizim heç bir məlumatımız yox.

Həqiqətən Sən, hər şeyi bilən, hökm və hikmət sahibi olansan.

(Bəqərə Surəsi, 32)
(harun yahya Quran Əxlaqı)