ROMANTİK MİLLİYYƏTÇİLİYİN FİKRİ TƏMƏLİ: DARVİNİZM

Romantik milliyyətçilər romantik meyl olan qan qırğınını dəstəkləmək üçün bəzi fəlsəfi və elmi şərhlərə də müraciət etmişlər. Bu şərhlərin təməli Darvinin təkamül nəzəriyyəsidir



Nəzəriyyəsi ilə dünyaya bəla gətirən Charles Darvin

İngilis bioloqu Darvin 1859-cu ildə nəşr olunan "Növlərin Mənşəyi" adlı kitabında təbiətdə mərhəmətsiz bir həyat mübarizəsi olduğunu, bu mübarizənin canlıları inkişaf etdirdiyini və yaranan yeni növlərin də bu mübarizənin qazanılması və itirilməsinə görə ortaya çıxdığını irəli sürmüşdür. Başqa sözlə, Darvinə görə inkişafın açarı "qarşıdurma"dır. Darvin 1871-ci ildə nəşr etdiyi "İnsanın Törəməsi" adlı kitabında bu fikirlərini daha da vurğulu hala gətirmişdi. Bu kitabla birlikdə insan irqlərinin bəzilərinin digərlərinə görə daha üstün olduğunu qarşıya qoymuş, yəni irqçiliyə zəmin yaratmışdır. Darvin Avropalı ağ irqləri "üstün irqlər" olaraq hesab edərkən, zənciləri, asiyalıları və türkləri "yarı meymun primitiv irqlər" olaraq qiymətləndirmişdir.

Darvinin elmdən uzaq bu nəzəriyyəsinin yayılması ilə birlikdə, qarşıdurma və irqçilik sürətlə dəstək qazanmışdır. Belə ki, bu iki anlayış "elmi bir həqiqət" hesab edilməyə başlamışdır.

Romantik milliyyətçilərin Darvinizmlə əlaqəsi də bu nöqtədə ortaya çıxır. Romantik milliyyətçilər döyüşə olan meyllərini və öz irqlərinin digərlərindən üstün olduğu hesab etdiklərindən Darvinizmə əsaslanırlar.



Fövqəladə qan axıdılmasına səhnə olan I Dünya Müharibəsinin arxasında Darvinizmin bu qaranlıq təlqinini tapmaq mümkündür. Yüz minlərlə əsgəri gözlərini qırpmadan ölümə göndərən alman, fransız, ingilis, rus və ya avstriyalı generallar Darvinizmin "canlılar mübarizə edərək inkişaf edir, irqlər də döyüşərək ucalır" şəklindəki yalanına inanmışlar və bu ruh halı içində döyüş əmri vermişlər.

Məsələn, I Dünya Müharibəsi generallarından Friedrich von Bernardi müharibə və təbiətdəki mübarizənin qanunları arasındakı əlaqəni belə qurmuşdur:



Müharibə bioloji bir ehtiyacdır, təbiətdəki ünsürlərin qarşıdurması qədər lazımlıdır. Bioloji cəhətdən yerində nəticələr verir, çünki bu nəticələr varlıqların təməl xüsusiyyətləri ilə əlaqədardır. Antony Smith, İnsan, Yapısı ve Yaşamı, Remzi Kitapevi, İstanbul, 1979, s.33

Avstriya-Macaristanın baş komandiri general Franz Baron Conrad von Hoetzendorff isə müharibədən sonrakı xatirələrində belə yazmışdır:

Dünya müharibəsinin böyük fəlakəti (insanın həyat mübarizəsi) prinsipi ilə tam bir uyğunlaşma içində reallaşmışdır. İnsanların və dövlətlərin həyatlarının ana gücü ilə yaranan bu müharibə boşalması lazım olan bir ildırım yükü kimi təbiətin bir qaydasıdır. Ceyms Joll, Europe Since 1870: An Intrenational History, Penguin Books, Middlesex, 1990, s. 164

Almaniyanın baş naziri Theobald von Bethman-Hollwegin fərdi məsləhətçisi və dostu Qurd Riezler 1914-cü ildə belə yazmışdır:
Mütləq və əzəli düşmənlik insanlar arasındakı əlaqələrin təbiətində vardır. Hər yerdə gördüyümüz daimi nifrət… insan təbiətinin pozulmasından qaynaqlanmamaqdadır, əksinə təbiətin və həyatın qaynağının özündə vardır. Ceyms Joll, Europe Since 1870: An Intrenational History, Penguin Books, Middlesex, 1990, s. 164

Dövrün dövlət adamlarını və idarəçi heyətlərini təsiri altına alan düşmənlik və qarşıdurmanın insanın təbiətində olduğu iddiası, şübhəsiz, böyük bir yalandır. İnsan təkamülçülərin iddialarının tam əksinə, şəfqət, mərhəmət, sevgi və anlayışdan zövq alacaq şəkildə yaradılmışdır. İnsanın fitrəti, yəni təbiəti Allahın əmr etdiyi din əxlaqını yaşamaqdır. Bunun xaricində insana təlqin edilən hər cür batil və azğın düşüncə isə həm adamda, həm də cəmiyyətdə pozulma və degenerasiyaya səbəb olur.



Darvinin zamanından bəri irqçi hücumlar və bundan qaynaqlanan savaşlar artaraq davam edir. İndiki vaxtda da bu azğın fikirlərin tətbiqini neo-Nasistlərdə, Ku Klux Klan təşkilatlarında, zənciləri və ya müxtəlif irqlərdən olanları hədəf edən bir çox təşkilatda görmək mümkündür, amma unudulmamalıdır ki, bütün bu insanlıqdan uzaq hərəkətlərin birinci dərəcəli məsulu İctimai Darvinizmdir.

Romantizm öz ətrafına ehtiraslı bir bağlılığı, digərlərinə qarşı isə kin və nifrəti qızışdırır. Bu ruh halı Darvinizmin "irqlərin həyat mübarizəsi" anlayışına çox uyğundur. Darvinin nəzəriyyəsinin sosiologiyalarına uyğunlaşdırılmış halına "İctimai Darvinizm" adı verilir və İctimai Darvinizm romantik milliyyətçi və irqçi cərəyanların ən böyük dayağı olmuşdur. Amerikalı yazıçı Janet Biehl "Ecology and the Modernization of Fascism en the German ultra-Right" (Ekologiya və alman ultra- sağında faşizmin təkmilləşməsi) başlıqlı məqaləsində mövzuya aid bunları yazır:

Alman iqtidarında İctimai Darvinizmin dərin kökləri vardır... İngilis-Amerikan İctimai Darvinizmində olduğu kimi, Alman İctimai Darvinizmi də insanların ictimai təşkilatlarını insani olmayan dünyadan alınma "təbiət qanunları" ilə açıqlamışdır.

Amma ingilis-amerikan İctimai Darvinizmi "uyğun olanların qazanması" anlayışını vəhşi kapitalist bir meşədə fərdi cəhdlərin qazancı olaraq izah edərkən, Alman İctimai Darvinizmi "uyğun olanların qazanması" anlayışını əzici olaraq irq anlayışında qəbul etmişdir. Bu səbəbdən, "ən uyğun" olan irq davam etdirdiyi "həyat mübarizəsi"ndə bütün digər rəqiblərini məhv edərək qazanacaq, qazanmalıdır. Janet Biehl and Peter Staudenmaier, " Ecology and the Modernization of Fascism en the German ultra-Right", Ecofascism: Lessons from the German Experience, AX Press San Francisco, CA, 1995



Almaniyada İctimai Darvinizmin ən böyük nümayəndəsi Ernst Haeckel

Almaniyada İctimai Darvinizmin ən böyük nümayəndəsi olan Ernst Haeckel (1834-1919) məşhur Darvinist bioloq idi. Darvinin işlərindən çox təsirlənən Haeckel Darvinizmə "tərəf" çıxaraq və "Ontogenez Filogenezin Təkrarıdır" (Ontogeny Recapitulates Phylogeny) olaraq yekunlaşdırılan və məməlilərdəki embrionların təkamül müddətini əks etdirən nəzəriyyəni ortaya atmışdı. (Bu nəzəriyyənin çürüklüyü illər sonra qəti olaraq aydın oldu və Haeckelin istifadə etdiyi sxemlərdə saxtakarlıq etdiyi ortaya çıxdı.)

Gasman kitabında Almaniyada İctimai Darvinizmin necə inkişaf etdiyini izah edir.



Haeckel "Monist Birliyi" adı altında ateizmi yaymaq məqsədilə bir dərnək yaratmış və bu dərnək eyni zamanda irqçiliyin və romantik milliyyətçiliyin mərkəzi olmuşdur. 1920-ci illərdə Hitlerin öndərliyində inkişaf edən Nasist hərəkatı Haeckelin fikirlərindən və Monist Birliyindən bəhrələnmişdir. Mövzunu araşdıran tarixçi Daniel Gasman The Scientific Origins of National Socialism: Social Darwinism en Ernest Haeckel and the German Monist League (Milli Sosializmin Elmi Mənşələri: Ernest Haeckeldə və Alman Monist Birliyində İctimai Darvinizm) adlı kitabında belə yazır:

Almaniyadakı irqçilikdən ilham alan İctimai Darvinizm... varlığını demək olar ki, tamamilə Haeckelə borclu idi... (Haeckelin) fikirləri, irqçilik, imperializm, romantizm, anti-Semitizm və milliyyətçi cərəyanının bir bədəndə birləşib bir ideologiya halına gəlməsinə xidmət etdi... Volkismim (romantik milliyyətçi Alman populistliyinin) həqiqətdə tamamilə qeyri-real və mistik fikirlərinə elmin ağırlığını qatan adam Haeckel idi. Daniel Gasman. The Scientific Origins of National Socialism Darwinizsm en Ernst Heackel an the German Monist League (New York: American Elsevier; London: Macdonald & Co., 1971), s. 23
Gasman mövzu barədə bunları da yazır:

Deyilə bilər ki, İngiltərədə Darvinizm təbii dünyanın ictimai dünyaya bir proyeksiyası olaraq, "buraxın etsinlər" (laissez faire) kapitalizminin fərdiliyinin bir davamı oldusa, Almaniyada alman romantizminin bir proyeksiyası olmuşdur... Darvinizmin Almaniyada aldığı şəkil bir növ saxta elmi təbiət dini, irqçiliklə qarışıq bir təbiətə tapınma mistizmidir. Daniel Gasman. The Scientific Origins of National Socialism Darwinizsm en Ernst Heackel an the German Monist League (New York: American Elsevier; London: Macdonald & Co., 1971), s. 22-23

Janet Biehl də eyni mövzuda "Haeckel mistik irqçiliyə və milliyətçiliyə inanırdı, belə ki, alman ictimai Darvinizmi əvvəldən romantik irqçiliyə və romantik milliyyətçiliyə saxta bioloji bir təməl təmin edən siyasi bir hərəkat oldu" deyə yazır. Janet Biehl and Peter Staudenmaier, "Ecology' and the Modernization of Fascism en the German Ultra-right", Ecofascism: Lessons from the German Experience, AX Press San Francisco, CA, 1995

NƏTİCƏ



Bütün bunlar romantizmin tamamilə dindən uzaq və dinə zidd bir psixologiya və dünyagörüş olduğunu bir daha göstərməkdədir. Ortaya atıldığı ilk gündən etibarən haradasa ateizmlə oxşar olan Darvinizmin romantizmlə sıx bağlı olması bu istiqamətdə çox açıq bir göstəricidir.

Romantik milliyyətçiliyin Darvinizmlə olan əlaqəsi və Nasist hərəkatın meydana gəlməsindəki rolu bizə çox əhəmiyyətli bir həqiqəti daha göstərməkdədir:

Romantizm istər fərdlər, istərsə də cəmiyyətlər üçün son dərəcə təhlükəli bir cərəyandır. çünki romantizmə qapılan insanlar öz irqlərinin başqalarından üstün olduğuna, müharibələr edərək bütün dünyanı zəbt etmə haqqına sahib olduqlarına, başqa millətləri ortadan qaldırmanın və ya özünə tabe etmənin isə son dərəcə qanuni olduğuna inanır, ağla, sağlam fikrə və vicdana zidd düşüncələrə asanca qapıla bilirlər.

Nasist Almaniyası romantizmin dağıdıcı və zülmedici təsirini göstərən ən əhəmiyyətli tarixi nümunələrindən biridir. Nasistlərin 1933-cü ildə iqtidara gəlməsi ilə birlikdə Hitler və qərargahları alman cəmiyyətinə qarşı sanki "romantik beyin yuma" kampaniyasına başlamışlar və romantik milliyyətçiliyin şüursuz iddialarını qısa zamanda cəmiyyətə mənimsətmişlər. 1930-cu illərin sonlarına doğru alman xalqının əksəriyyəti tezliklə bütün dünyanı idarə edəcək 1000 illik bir "Alman Krallığı"nın (III Reich) qurulacağına, alman irqinin "saflaşdırılması" məqsədilə ölkədəki digər xalqların məhv edilməsinin lazım olduğuna, Hitlerin metafizik gücə sahib olan yanılmaz bir "öndər" (Führer) olduğuna və özlərini zəfərə aparacağına inanmışlar. Hitlerin hirsli, təcavüzkar, paranoid və həyasız nitqlərini göz yaşları içində dinləyərək özlərindən gedən insanlar sanki kütləvi surətdə ovsunlanmışdılar.



Nasistlərin məşhur Nuremberg mitinqləri "romantik beyin yuma"nın ən parlaq nümunəsidir. Amerikalı tədqiqatçılar Baigent, Leigh və Lincoln bu mitinqləri belə təsvir edirlər:

Pis şöhrətə sahib Nuremberg mitinqlərində... hər şey - formaların və bayraqların rəngləri, natiqlərin yeri, proqramın gecə yarısına qədər davam etməsi, spot işıqlarının istifadəsi, zaman - çox diqqətli şəkildə hesablanırdı. Bu mitinqlərdə çəkilən filmlər insanların sanki özlərini sərxoş etdiklərini, "Sieg Heil" şəklindəki Nasist şüarını davamlı təkrarlayaraq Hitlerə sanki tapınarcasına Nasist salamı verdiklərini göstərməkdədir. Kütlələrin üzündə bomboş bir zehnin gətirdiyi xoşbəxtlik oxunmaqdadır... Bu razı salıcı bir ifadədən qaynaqlanmır. Əslində Hitlerin ifadələri heç də razı salıcı deyil. Hər zaman adi, uşaq kimi eyni şeyi təkrarlayan, boş məzmunlu nitqlərdir, amma bu nitqləri təşkil etmə şəkli zəhərli bir enerjiyə malikdir, bir baraban ritmi kimi hipnozedicidir... Hitlerin mitinqlərində görünən şey psixoloqların mistik təcrübələri açıqlamaq üçün istifadə etdikləri "şüur qapanması" vəziyyətidir. Michael Baigent, Richard Leigh, Henry Lincoln. The Messianic Legacy, London: Corgi Books, 1991. s. 194
Qısacası, Nasist mitinqləri insanları tamamilə ağıldan uzaqlaşdıran və romantizm ovsununun təsiri altına aldığı kütləvi hipnoz seanslarıdır. Bu romantik vəziyyət II Dünya Müharibəsinin başlanmasına və 55 milyon insanın həyatına bais olmuşdur.

Nasism romantizmin dağıdıcı təsirlərinin yalnız bir nümunəsidir. Romantizm insanları ağıldan uzaqlaşdırdığı, ağıl yerinə duyğuları hakim etdiyi üçün onları hər cür azğınlığa sürükləyə bilər. Buna görə romantik bir insana hər hansı bir istiqamət vermək asandır.

Əgər içində olduğu mühit o istiqamətdədirsə, qısa zamanda qatı bir irqçiyə və faşistə çevrilə bilər. Bunun tam tərsi bir mühitdə olduğunda isə, kommunist bir xadim olar, Leninist marşlar söyləyərək günahsız insanlara təzyiq göstərər, hətta özünü atəşə ata da bilər. Son dərəcə mərhəmətsiz və sərt olan romantik insanın bir neçə saat sonra gözyaşları içində hıçqıra-hıçqıra ağlamasını da görmək mümkündür. Ağıl ortadan qalxdıqdan və insan duyğularına -daha doğrusu şeytanın nəfsində oyatdığı ehtiraslara- əsir olduqdan sonra, həddini aşmasında və anormallıqda bir sərhəd yoxdur.
(məqalə harun yahya)