ROMANTİZMİN DİGƏR İDEOLOGİYALARI

...Allah (şeytana) lənət etdi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam. Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. (Nisa Surəsi, 118-119)

Əvvəlki hissədə romantizmin "romantik milliyyətçilik" adı altındakı təsirlərini araşdırdıq. İndi isə romantizmin insanlığa gətirdiyi digər bəlaları araşdıraq. İlk olaraq cəmiyyətə ən az romantik milliyyətçilik qədər "qan qusduran" ideologiyani-kommunizmi araşdırmaq lazımdır.
KOMMUNİST ROMANTİZM

Kommunizm, sözdə "ağıllı" bir ideologiya olaraq doğulmuşdur. İdeologiyanı quranlar, yəni Karl Marx (1818-1883) və Friedrich Engels (1820-1895) materialist fəlsəfəni mənimsəmişlər, bunu sosiologiyalarına tətbiq edərək "tarixin qaydaları"nı təyin etdiklərini düşünmüşlər. Marx, tarixi müxtəlif mərhələlərə ayırmış, o dövrdə İngiltərə kimi inkişaf etmiş ölkələrdə "kapitalist mərhələ"nin yaşandığını, bunun ardından qaçınılmaz olaraq bir işçi inqilabının gələcəyini və sosiolist kainatın başlayacağını qarşıya qoymuşdur. Marx, bu inqilabın özbaşına, yəni işçilərin öz təşəbbüsü ilə reallaşacağı və İngiltərə kimi sənayeləşmiş ölkələrdə yaşanacağını düşünmüşdü, ancaq Marxın düşüncələri reallaşmamışdı. Reallaşmadığı da onun ölümündən sonrakı 30-40 il içində açıqca görülmüşdür. İngiltərədə və ya bir başqa sənayeləşmiş ölkədə bir inqilab olmamış, əksinə işçilərin ictimai və iqtisadi şərtlərində yaxşılaşma yaşanmışdır.

KOMMUNİZMİN RASİONALİZM İDDİASININ ETİBARSIZLIĞI

Bu halda Marxın nəzəriyyəsinin, tarixdəki bir çox yanılma kimi bir səhv olaraq qiymətləndirilməsi və bir kənara buraxılması lazım idi, amma elə olmamışdır. Özlərinə "Marxistlər" adı verilən bir qrup insan, Marxın reallaşmayan kəhanətlərini zorla da olsa reallaşdırmağa cəhd etmişdir. Marxın "özbaşına olacaq" dediyi inqilab heç cür olmayınca, bunu silahla edəcək təşkilatlar qurmağa və "çevriliş" etməyə qərar vermişlər. Marxı bu şəkildə yenidən şərh edən və Marxın tutmayan kəhanətlərini bəhanələr meydana gətirərək şərh etməyə çalışan ən əhəmiyyətli Marxist, Lenindir.Lenin, inqilabın İngiltərə kimi irəli ölkələrdə ola bilməyəcəyini, bunun yerinə Rusiya kimi sənayeləşməmiş ölkələri sınamaları lazım olduğunu, kommunizmin burada müvəffəq olacağını və sonra da bütün dünyaya yayılacağını irəli sürmüşdür. Bu xəyalını reallaşdırmaq üçün Rusiya içində və xaricində uzun illər inqilab hazırlığı etmiş, I. Dünya Müharibəsinin qarışıqlığı içində axtardığı fürsəti tapmış və iqtidara gəlmişdir.



Zəncirlərini qıran güclü proleterya afişaları,
sıxılmış yumruq fiqurları, plakatları,
sosializm uğruna döyüşməkdən və ölməkdən bəhs edən inqilab mahnıları,
kommunist romantizmin ən məşhur simvollarıdır.

Amma Leninin kəhanətləri də eyni Marxınkı kimi boşa çıxmışdır. Nə qurduğu sistem müvəffəqiyyətli olmuş, nə də kommunizm sandığı kimi dünyaya yayılmışdır. Bu gün Leninin qurduğu Sovet Şurası tarix olmuş vəziyyətdədir. Sovet işğalı və təzyiqiylə kommunist olmuş ölkələrdə də kommunist sistem çökmüşdür. Kommunizm, 20-ci əsrin ən böyük və ən müvəffəqiyyətsiz təcrübəsi olaraq qəbul edilir. Marxizmin bir yanılma olduğu, yalnız kəhanətlərinin və qurduğu sistemlərin çökməsiylə deyil, eyni zamanda əsaslandığı fəlsəfənin çökməsiylə də isbat edilmişdir. Marxizmin təməli olan materialist fəlsəfənin bütün təməl fərziyyələri, 20-ci əsrdəki elmi kəşflərlə yalanlanmışdır. Məsələn;

1. Materializm, kainatın sonsuzdan bəri var olduğunu, bu səbəbdən maddənin yaradılmadığını müdafiə etmişdir. Halbuki 20-ci əsrdə qəbul edilən Big Bang nəzəriyyəsi, maddənin və zamanın yoxdan yaradıldığını göstərmişdir. Bu nəzəriyyə, kainatın bundan 10-15 milyard il əvvəl yoxdan var olduğunu, yoxluq içində birdən kiçik bir hərəkətin meydana çıxdığını ortaya qoymuşdur. Yəni Big Bangın göstərdiyi gerçək, heç bir şey mövcud deyilkən, bu heçlik içində birdən bir hərəkət, hərəkətin ardından da maddə və zamanın meydana gəldiyidir. Bu, materialistlərin iddialarını tamamilə çökdürmüş, maddəni, zamanı və hərəkəti Allahın yaratdığının dəlillərindən biri olmuşdur.

2. Materializm, maddənin və zamanın bir "mütləq" anlayış olduğunu, yəni həmişə var olan, dəyişməyən, sabit qalan əsaslar olduqlarını müdafiə etmişdir. Halbuki Eynşteynin Rölativite Nəzəriyyəsi, maddə kimi zamanın da mütləq bir anlayış olmadığını, dəyişən bir hiss olduğunu göstərmişdir.

3. Materializm, insan zehninin yalnız maddi faktorlarla açıqlana biləcəyini, insanın bütün zehni funksiyalarının maddəyə sadələşdirilə biləcəyini iddia etmişdir. Halbuki beynin detallarının kəşf edilməsi, beyində heç bir qarşılığı tapılmayan zehni funksiyaları ortaya qoyaraq, insan zehninin maddə-sonrası bir varlığa, yəni "ruh"a aid olduğunu təsdiq etmişdir.

4. Materializm, canlıların yaradılmadığını, Darvinin təkamül nəzəriyyəsində iddia edildiyi kimi təsadüflərlə meydana gəldiyi aldatmacasını irəli sürmüşdür. Bu iddia da 20-ci əsrdəki elmi tapıntılarla çürümüş, canlılarda rədd edilə bilməz bir "dizayn" olduğu və bütün canlıları yaradanın Allah olduğu bir daha gözlər önünə sərilmişdir.



Kommunizmin fikir ataları Marx (solda) və Engelsdir (sağda). Ortada isə Marxın Das Kapital adlı kitabının Rusca tərcüməsinin qapağı görülür.

Əgər bir ideologiya ağla uyğun olduğunu iddia edirsə, ancaq iddiaları ağıl və elm qarşısında etibarsız qalırsa, üstəlik yaşanan konkret hadisələr o ideologiyanın bütün uzaqgörənliklərini boşa çıxarırsa, o zaman bu ideologiyanın heç bir iddiası qala bilməz.

Bu ideologiyanı mənimsəmiş kəslərin də, ideologiyanın etibarsızlığını rasional bir analizlə görüb onu tərk etmələri lazımdır. Bu səbəbdən əgər kommunistlər romantizm və xəyalpərəstliklə deyil, ağıl, məntiq və sağlam fikir ilə hərəkət edən kəslər olsaydılar bu günə qədər kommunizmi yüzlərlə dəfə tərk etmiş olardılar.



Bir fikir, bir ideologiya uğruna
özlərini məhv edən insanlar əslində
həddindən artıq bir duyğusallıq içindədirlər.
Nəticəsini ağıllı bir şəkildə
qiymətləndirmədən sözdə
"cəsarət" nümünələri göstərə bilirlər.

Nə var ki, kommunizm təməldə romantizm üzərinə qurulmuş bir ideologiya olduğundan onun bağlıları da ağıl və elmdən uzaq bir şəkildə bu sistemə bağlı qalmağı və bu köhnə sistemi gerçəklərə gözü bağlı olaraq müdafiə etməyi davam etdirməkdədirlər.

Daha ən əvvəllərdən, yəni Marxın ən fundamental kəhanətlərinin reallaşmadığı görüldüyündə bu ideologiya bir kənara buraxılmalı idi. Halbuki buraxılmadı. Dünyanın dörd bir tərəfində törəyən "inqilabçılar", Marxın xəyallarını reallaşdırmaq uğruna hərəkətlərə girişdilər. İnqilablar, vətəndaş müharibələri, partizan mübarizələri, terror aktları təşkil etdilər. Sovet şurası və bütün Şərq Bloku çökdü, Qırmızı Çin kapitalist iqtisadiyyatını mənimsədi, amma hələ kommunizm buraxılmadı, hələ dünyada və ölkəmizdə kommunist təşkilatlar fəaliyyətlərini davam etdirir. Sözünü etdikləri "inqilab"ın bir xəyal olduğunu bilmələrinə baxmayaraq, sırf kommunizmi buraxmamaq uğruna qan tökməyə davam edirlər. Öz yoldaşlarını və öz bədənlərini diri diri atəşə verib yanarkən kommunist marşlar söyləyəcək qədər romantik, kor və məqsədsiz bir inadla kommunizmə bağlılıqlarını qoruyurlar.

Bu vəziyyət, kommunizmin rasional bir ideologiya olmadığını, bu ideologiyanı müdafiə edənlərin onu ağılla qiymətləndirdiklərini deyil, bir başqa səbəblə mənimsədiklərini göstərir. Bu səbəblə çoxları "fanatizm", "sabit fikirlilik" deyir. Bu təsbitdə bir səhv yoxdur, amma bir az dərin araşdırıldığında, söz mövzusu fanatizmin altında, romantizmin çox böyük bir rol oynadığı ortaya çıxır.

Bir başqa deyişlə, kommunizm də romantizmin cadusundan güc almaqdadir.
(məqalə harun yahya)