KOMMUNİST ROMANTİZMİN NÜMUNƏLƏRİ

Kommunistlərin yaşadığı romantik ruh halını ilk əvvəl çox adam hiss etməz, çünki kommunistlər həmişə elmdən, fəlsəfədən, ağıldan danışırlar. Halbuki sözü gedən anlayışları da romantik bir dünyagörüşüylə qəbul edirlər. Elmin sübüt etdiyi, amma qəbul etmədikləri nəticələri, "burjua elmi" deyə gözü bağlı bir şəkildə rədd edirlər, hətta Stalin bu dünyagörüşünü sistemləşdirmiş və öz dövründə "burjua elmi" və "proletarya elmi" deyə axmaq və süni bir ayrı-seçkilik etmişdir.

Kommunistlərin diqqət çəkən cəhətlərindən biri, milyonlarla insanın ölümünə səbəb olan, cani ruhlu liderləri, xalq üçün çalışan, yüksək ləyaqət sahibi, hətta fövqəlbəşər varlıqlar olaraq göstərmə səyləridir. Bu yolla xalqda kommunist liderlərə qarşı duyğusal bir bağlılıq meydana gətirmək və işlənən günahları üzrlü göstərmək hədəflənməkdədir.



Bir tərəfdən də kommunistlərin nəşrlərinə, jurnallarına, şeirlərinə ya da marşlarına detallı olaraq baxıldığında, əslində sıx bir romantizm yaşadıqları görülməkdədir. Bəzi anlayışları bütləşdirmişlər və onlara qarşı həddindən artıq duyğusal bir bağlılıq yaratmışlar. Bunların əvvəlində "inqilab" anlayışı gəlir. Bir kommunist üçün inqilab, sözdə bütün pisliklərin sonu və bütün yaxşılıqların başlanğıcıdır. Heç bir zaman reallaşmayacağını bildiyi bu xəyala bir növ ümidsiz eşqlə bağlanır. Sözünü etdiyi bu inqilab haqqında heç bir ağıllı dəyərləndirmə etməz.

İnqilab niyə ediləcək? İnqilab olduğunda, bir çox günahsız insanın qanı boş yerə axacaq, bütün cəmiyyət acı çəkəcəkdir, buna nə gərək vardır? İnqilab olmadan da kasıb insanların həyat şərtləri düzələ bilməzmi? İnqilab olduğunda iqtisadiyyatın vəziyyəti nə olacaq? Ölkə necə idarə olunacaq, daxili qarışıqlıqlar necə dayandırılacaq, xarici təhlükələr necə aradan qaldırılacaq? Bu həqiqi sualların bir kommunist üçün heç bir əhəmiyyəti yoxdur. Tək məqsəd inqilabdır. Əgər sadaladığımız suallara cavab verməsi lazım olsa, Leninin, Stalinin və ya Maonun yazdığı kitablardan qəlibləşmiş sözləri götürüb köçürər, ancaq bu sualların cavablarını həqiqi olaraq düşünməyə yanaşmaz. Onu inqilab fikirinə ən çox bağlayan faktor isə, bu mövzuda yazılan romantik şeirlər, bəstələnən atəşli marşlardır.

Kommunist ədəbiyyatda tez-tez "çiçəklər içindəki gözəl ölkə"dən, "uzaqlardakı qırmızı günəş"dən vs. bəhs edilir. Əslində inqilab anlayışı ilə kommunist arasındakı əlaqə, bir növ romantik eşq hekayəsi kimidir. Universitetlərdəki, kitab sərgilərindəki, mədəniyyət mərkəzlərindəki kommunistlərə aid stendlər, kommunistlərin toplandığı barlar, kafelər araşdırıldığında, bu romantizmin müxtəlif simvollarla dəstəkləndiyini görərik. Zəncirlərini qıran güclü proleterya afişaları, sıxılmış yumruq fiqurları, sosializm uğruna döyüşməkdən və ölməkdən bəhs edən inqilab mahnıları, kommunist romantizmin ən məşhur simvollarıdır.



Bu romantizm bəzən paltarlara da əks olunur. Xaki rəngli bir parka geyinən, başına da komandan papağı qoyan kommunist bir gənc, özünü Latın Amerikanın kommunist partizan lideri Che Guevaraya oxşadar. Onsuz da otağında və ya xüsusi əşyalarının arasında böyük ehtimalla bir "Che" palkatı vardır. Pop ulduzlarına etina edib onlar kimi geyinən romantik kollecli gənclərdən tək fərqi, özünə seçdiyi ulduzun musiqiçi deyil partizan olmasıdır.

Kommunist romantizmin bir başqa maraqlı nümunəsi, özlərinə acı çəkdirməkdən və digər insanların özlərinə acımasını təmin etməkdən maraqlı bir zövq almalarıdır. Məsələn həbsxanada "aclıq aksiyasına"na başlayaraq çox sadə bir məqsəd uğruna özünü ölümə doğru aparan kommunist xadim, bu hərəkətinin özünə verdiyi ağrı və iztirabdan həzz almaqda, bir tərəfdən də çəkdiyi ağrı səbəbiylə digər insanların özünə duyduğu acıma hissindən və maraqdan həzz almaqdadır. Bir tərəfdən yoldaşları tərəfindən "iddia adamı" olaraq bilinməkdən və təqdir edilməkdən zövq alır.

Kommunist romantizmin əhəmiyyətli simvollarından biri də bu tərz afişalardır. Bunlar xalqın kommunist ideologiyayla və kommunist liderlərlə duyğusal əlaqəsinə dəstək olma məqsədinə xidmət edir.



Kommunistlərin acı çəkməkdən aldıqları romantik zövq,
bəzən çox qabara bilər. Kommunist xadimlər,
etdikləri hərəkətlərdə özlərini diri-diri yandırmaq,
seçdikləri bir yoldaşlarını dəmirlərə bağlayaraq,
üzərinə yanıcı maddə töküb atəşə vermək,
sonra da qarşısına keçib o yanarkən kommunist
marşlar söyləmək kimi qorxunc bir vəhşilik tətbiq edirlər.
Bu ağla sığmaz dəhşəti reallaşdıran xadimlərin,
eynilə Nasist mitinqlərindəki izdihamlar kimi,
bir növ "şüur pozuqluğu" halında olduqları,
tamamilə duyğusal və psixoloji bir keçid halına keçdikləri, açıq görülür.



Kommunistlərin, hədəflərinə əsla çata bilməyəcəklərini bildikləri halda israrla ideologiyalarına bağlı qalmaları, bir növ duyğusal inadla reallaşır. "Səhv də olsa, müvəffəq olmasa da, mən kommunistəm və sonuna qədər elə qalacağam" düşüncəsiylə kor-koranə bir bağlılıq nümayiş etdirirlər. Əlbəttə ağıllı bir insan belə davranmaz.

Nəticədə, kommunizmin də şeytanın insanları ağıldan və Allaha imandan uzaqlaşdırmaq üçün istifadə etdiyi romantizm silahının bir parçası olduğu aydın olur. Kommunizm, ağıllı bir ideologiya və fəlsəfə olma iddiasıyla ortaya çıxmasına baxmayaraq, həqiqətdə ağla və elmə zidd iddialarla doludur və bunların təxminən 1.5 əsrdir hələ israrla müdafiə olunmasının səbəbi, kommunistlərin ideologiyalarına olan romantik bağlılıqlarıdır .
(məqalə harun yahya)