ROMANTİZMİN ÇEŞİDLƏRİ

Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar. Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq: “Bəlalar məndən sovuşdu!”– deyər və sevinib lovğalıq edər.Səbir edib yaxşı işlər görənlər istisnadır. Məhz onlar üçün bağışlanma və böyük bir mükafat vardır. (Hud Surəsi 9-11)

Duyğusallıq insanı şeytanın bütün təlqinlərindən asılı hala gətirir. Şeytan bu yolla dindən uzaq yaşayan insanları və cəmiyyətləri istədiyi kimi istiqamətləndirərək hər cür hərəkətə vadar edə bilir. Gündəlik hayatımızda isə duyğusallıq müxtəlif formalarda özünü biruzə verir.

KƏDƏR VƏ PESSİMİZM

İnsan gözəlliklərdən zövq alacaq, sevinc, rahatlıq içində yaşaya biləcək tərzdə yaradılmışdır. Buna görə də insan qarşısına çıxan problemləri ən qısa zamanda həll etməyə çalışmalı, ya da onlara müsbət yöndən baxmağı bacarmalıdır.Şübhəsiz, şən, xoşbəxt, rahat olmaq həm fiziki, həm də mənəvi cəhətdən sağlam olmaq üçün çox əhəmiyyətli ünsürlərdir.

İnsanlar Qurana görə deyil, öz ölçülərinə, öz istək və ehtiraslarına, hisslərinə görə hərəkət etdikləri zaman ürəklərində kədər, çətinlik, qorxu hakim olur. Məsələn, Quranda təsvir edilən təvəkkül, qədər, təslimiyyət anlayışına sahib olmayan insan, bir sonrakı günün özünə və yaxınlarına nə gətirəcəyini bilməmənin narahatlığı içində hər zaman mübarizə aparır.

Halbuki insan Allahın qulları üçün seçib bəyəndiyi dinini yaşadığı, Quran əxlaqına sahib olduğu təqdirdə bu çətinliklərin heç birini yaşamayacaq. Allah elçiləri vasitəsilə bu gerçəyi belə xəbər verir:

... hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar.Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq ... (Taha Surəsi, 123-124)

İnsanların əksəriyyəti isə ayədə ifadə edildiyi kimi Allahın zikrindən üz çevirdiyi üçün bədbəxt olur, çətin həyat yaşayır. Bundan başqa həyatını təsadüflərin istiqamətləndirdiyi kimi yanlış bir inancla yaşadığından özü üçün gələcəkdə gözəl nəticələnə biləcək hadisələri də bədbəxtlik, çatışmazlıq olaraq görür, bunların da əzabını çəkir. İşdən çıxarılmaq, pulsuz qalmaq, aldadılmaq, xəstələnmək, ya da hörmət gözləyərkən biganəlik görmək, sədaqət gözləyərkən xəyanətlə qarşılıq görmək kimi qorxuları isə daima zehinini məşğul edir. Hər an kədərli bir xəbər almanın, xoşuna gəlməyəcək bir münasibət, ya da sözlə qarşılaşmanın ehtimalıyla pessimist ruhda olur. Ən rahat, xoşbəxt anında belə yaşadığı bu anı itirə bilmənin narahatlığını yaşayaraq sıxıntılı həyat sürür. Bir ayədə Allah Qurandan uzaqlaşaraq depressiv həyat yaşayan insanların vəziyyətini belə açıqlayır:

Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü islam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki (sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər! (Ən'am Surəsi, 125)

Dindən uzaq yaşayan insanlar, sevgi, şəfqət, mərhəmət, fədakarlıq, dostluq, təvazökarlıq kimi Qurandakı gözəl əxlaq xüsusiyyətlərinə malik olmayan insanlarla birlikdə olduqları üçün də təbii olaraq etibarsızlıq və narahatlıq içində olurlar. Mənfəətə əsaslanan dostluqların yaşandığı, kiçik səhvlərin belə hiddətlə qarşılandığı, hər kəsin bir-birinin haqqını yediyi, arxasından dedi-qodu etdiyi, səmimi fikirlərini söyləmədiyi süni, insanı incidən bir sistemin içində yaşamaq duyğusal insan üçün bədbəxtlik səbəbidir.

Ancaq bu şəxslər özlərinə görə gözəl mühitdə olsalar da vəziyyət dəyişməz. Ətraflarında baş verən bir çox müsbət hadisələrə mənfi tərəfdən baxarlar. Havanın isti olması və ya soyuq olması, yağışlı olması, ya da küləkli olması, qısacası hər detala mənfi baxdıqlarından hər şey çətinliyə çevrilər. Nümunələrini çoxalda biləcəyimiz bu məmnuniyyətsizlik halının gün boyunca davam etməsi, Allahın "Elə isə qazandıqlarının cəzası olaraq az gülsənlər, çox ağlasınlar." (Tövbə Surəsi, 82) ayəsinin bir təcəllisidir. Bir başqa ayədə Allah inkarçıların bu reaksiyalarını belə bildirir:

Ona bir pislik üz verdikdə fəryad qoparar. (Məaric Surəsi, 20)

İman etməyənlərin bədbəxtliklərinin bir başqa səbəbi isə planlarının gözlədikləri kimi getməməsidir. Məsələn, duygusal bir insan həyat yoldaşını məmnun etmək üçün yemək hazırlayar, istədiyi diqqəti görməyəndə kədərlənər, pul yığıb yoldaşına hədiyyə alar, ancaq kifayət qədər sevindirə bilmədiyini düşünərək yenə kədərlənər. Bədbəxtliyinin səbəblərinin sonu gəlməz. Tərəfdarı olduğu futbol komandasının məğlub olması, imtahandan aşağı qiymət alması, işə gecikməsi, yoldakı tıxaclar, saatını itirməsi, ən sevdiyi paltarının ləkələnilməsi hər şey bədbəxtliyinə səbəb olar.

Hadisələri səthi gözlə qiymətləndirən, duyğusal reaksiya verən şəxs ətrafında baş verən hadisələrin bir sonrakı mərhələdə özü üçün nə kimi xeyrləri ola biləcəyini ağılına gətirməz. Halbuki avtobusa gecikdiyi üçün dərhal kədərlənən insan avtobusun bir an sonra qəza törətməyəcəyini hardan bilir? Bəlkə də Allah belə bir qəzaya mane olaraq qədərində avtobusa gecikməsini səbəb etmişdir. Onu gecikdirən Allahdır, hər hadisə kimi bu da qədərdir.



Duyğusal insan gündəlik həyatdakı hər detalı mənfi qiymətləndirib, olanlardan ötrü kədərlənər,hirslənər, peşman olar və ya bunları çatışmazlıq kimi qiymətləndirər.

Məsələn, çox istədiyi bir işə girə bilməyən qafil insan buna görə kədərlənər, çünki işə girməsinin özü üçün çox xeyirli olacağını düşünər. Əksini isə çox böyük itki olaraq görər. Halbuki imanlı insan Allahı dostu, vəlisi olaraq bildiyindən Allahın özü üçün təqdir etdiyi nəticəni təslimiyyətlə, sevinclə, şövqlə qarşılayacaq. Bəlkə bu iş sağlamlığına mənfi təsir edəcək bir mühitdir, bəlkə daha yaxşı fürsəti əldə etməsi üçün bu işə girməməsi lazımdır.

Ya da səhər avtomobilinə minəndə avtomobilinin işləmədiyini görən şəxs bunu bir çatışmazlıq kimi düşünə bilər, ancaq avtomobil Allah dilədiyi üçün işləmir və Allah avtomobilin işləməsində xeyir görmür. İnsan bu hadisədəki hikməti bilməyə bilər, ancaq hikmətini bilsə də, bilməsə də Allahdan razı olmalıdır.

İnsanlar istəmədikləri şəkildə inkişaf edən hadisələrə çatışmazlıq deyirlər. İnsan "çatışmazlıq" zənn edər, halbuki ən doğrusu qədərdə o hadisənin o şəkildə olmasıdır. Gün ərzində insanları kədərləndirən, hirsləndirən, çatışmazlıq, tərslik kimi görünən hadisələrin hikmət və xeyirlərini Allah göstərsə insan kədərlənməsinin nə qədər səhv olduğunu anlayar və əksinə sevinc içində olar. Qədər insana bütün olaraq göstərilsə, ya da çatışmazlıq kimi görünən hadisələri qədər içərisində görsə olanlar üçün heç kədərlənməz.

Buna görə ən ağıllı hərəkət Allaha təslim olaraq yaşamaqdır. Fərqində olsa da olmasa da, qəbul etsə də etməsə də hər kəs onsuz da Allaha təslim olmuşdur,ancaq bunun şüurunda yaşamaq vacibdir. Bu şüura sahib möminlər dinclik və güvən içində Allahın özləri üçün təyin etdiyi qədəri film seyr edirmiş kimi rahat yaşayarlar.

İnsanların çoxu doğum, ölüm, əcəl, ruzi kimi mövzuların xaricindəki məsələlərin qədərdə olmadığını, ehtiyatsızlıqdan, tədbirsizlikdən meydana gəldiyini düşünür. Halbuki bu yanılma onları qədərdə təsbit edilmiş hadisələrə qarşı üsyan etmələrinə, kədərlənmələrinə səbəb olur. Bundan başqa bütün hadisələri əleyhlərində qiymətləndirmələri də onlara əzab verir. Bunun nəticəsi olaraq romantik insanların şən halları da çox qısa və anlıq olur. Bir şeyə çox sevindikdən qısa müddət sonra kədərlənəcəkləri bir şeyi yada salıb pessimist əhval ruhiyyəyə geri dönərlər.
Bütün bunlar dini yaşamamanın təbii və qaçınılmaz nəticələridir. İman olmadığında insan hüznə və ümidsizliyə məhkum olar. Necə ki, dünyada, Allahın əmr və tövsiyələrinə tabe olmadan ömürlərini məsuliyyətsizcə başa vuranlar axirətdə bu bədbəxtliklərini özləri təsdiq edirlər:

Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq”. (Mu'minun Surəsi, 106)

Əlbəttə ki, Allah insanı dünyada bəzi çətinliklərlə sınaya bilər, ancaq mömin Qurandan xəbərsiz şəxslər kimi, bu çətinliklər qarşısında bədbinliyə qapılmaz, duyğusallaşmaz, çünki bilir ki, Allah onun bu çətinlik qarşısında necə davranacağını sınamaqdadır. Bunun çarəsi də nə ağlamaq, nə kədərlənmək, nə də heyifslənməkdir. Bunun çarəsi, "darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran " (Nəml Surəsi, 62) Allahdan kömək istəməsi, yalnız ONA güvənib dayanması və Allahın duasına qarşılıq verəcəyindən əmin olmasıdır. Allah mömin qullarına Quranda belə vəd etmişdir:
Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər.Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)! (Yunus Surəsi, 62-64)

Allah çətinlik kimi görünən hadisələri də xüsusi olaraq bir çox hikmətlə yaradır. İman gözüylə baxan insan Allahın yaratdığı hər şeydəki gözəllikləri, hikmətləri görərək şövqlənir, sevinci daha da artır. Buna görə də Allaha olan təslimiyyəti onun ruhən dinc və rahatlıq içində yaşamasını təmin edir.

Duyğusallıq isə, insanları bu təvəkkül şüurundan tamamilə uzaqlaşdırır, onları hadisələr qarşısında şişirdilmiş sevinclərə və ya şişirdilmiş kədərə aparır. Allah, bu tip şəxslərin vəziyyətini və möminlərin bunlardan fərqini Quranda belə təsvir edir:

Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar. Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq: “Bəlalar məndən sovuşdu!”– deyər və sevinib lovğalıq edər.Səbir edib yaxşı işlər görənlər istisnadır. Məhz onlar üçün bağışlanma və böyük bir mükafat vardır. (Hud Surəsi, 9-11)