Meymun və insan geninin 99 % oxşarlıq təşkil etdiyi və bunun təkamül nəzəriyyəsini sübut etdiyi iddiası nə üçün doğru deyil?

Bir çox təkamülçü mənbədə müəyyən zamanlarda insanla meymunun 99 % oxşarlıq təşkil etdiyi və bunun təkamülə dəlil verdiyi iddiları yer alır. Bu təkamülçü iddia xüsusilə şimpanzeyə aid edilir və bu canlının meymunlar arasında insana ən yaxın növ olduğuna görə insanla arasında qohumluq olduğundan bəhs edilir. Əslində bu, təkamülçülərin cəmiyyətin bu barədə məlumat azlığından istifadə edərək ortaya atdıqları saxta dəlildir.



99 % oxşarlıq iddiası insanları yanıldan təbliğatdır

Əvvəla qeyd edilməlidir ki, insan və şimpanze DNT-ləri haqqında tez-tez irəli sürdükləri 99 % oxşarlıq iddiası yalandır.

İnsanla şimpanzenin genetik quruluşlarının bir-birinə 99 % oxşar olduğunu iddia etmək üçün insanınkı kimi şimpanzenin də genetik quruluşu öyrənilməli, hər ikisinin geni bir-birilə müqayisə ediləli və nəticə olmalıdır. Ancaq əslində belə bir nəticə yoxdur. Çünki indiyə qədər yalnız insanın genetik xəritəsi əldə edilmişdir. Şimpanze üzərində isə hələ bu cür tədqiqat aparılmamışdır.



Əslində müəyyən zamanlardan gündəmə gətirilən insan və meymun genlərinin 99% oxşarlıq iddiası illər əvvəl ortaya atılmış təbliğat xarakterli şüardır. Bu oxşarlıq iddiası insanda və şimpanzedə olan 30-40 arasındakı əsas zülaldakı amin turşusu düzülüşünun oxşarlığına əsaslanaraq aparılmış şişirdilmiş ümumiləşdirmədir.

Əslində insanda 30 minə yaxın gen və bu genlərin kodlandığı 100 minə qədər zülal var. Buna görə 100 min zülalın sadəcə 40 dənəsinin oxşarlığı ilə insan və meymunun bütün genlərinin 99 % eyni olduğunu iddia etmək üçün heç bir elmi əsas yoxdur. Sözügedən 40 zülala gəldikdə isə, onların üzərində aparılan DNT müqayisəsi hələ mübahisəlidir. Bu müqayisə 1987-ci ildə Sibley və Olkvist adlı iki bioloq tərəfindən aparılmış və “Molekulyar Təkamül” jurnalında dərc edilmişdir. Ancaq sonradan bu iki bioloqun verdiyi faktları tədqiq edən Sariç adlı alim istifadə etdikləri üsulun etibarlılığının mübahisəli olduğunu və faktların şişirdilmiş olduğu qənaətinə gəlmişdir.

İnsan DNT-si soxulcan, milçək və ya toyuğa da bənzəyir!

Yuxarıda bəhs etdiyimiz əsas zülallara gəldikdə, digər bir çox müxtəlif canlılarda da bu əsas zülallar ortaq həyati molekullardır. Təkcə şimpanzedə deyil, ümumilikdə müxtəlif canlılardakı eyni cür zülalların quruluşu insandakılarla çox oxşardır.

“Nyu Sayentist” jurnalında verilən genetik təhlillər nematod soxulcanları və insan DNT-lərində 70 % oxşarlıq olduğunu ortaya qoymuşdur. Bu, əlbəttə, insan ilə bu soxulcanlar arasında sadəcə 25 % fərq olduğu mənasına gəlmir!

Digər tapıntı Türk mətbuatında da xəbər verilən Drosophila növünə aid meyvə milçəklərinin genləri ilə insan genləri müqayisə edildikdə 60 % oxşarlıq təşkil etməsidir.

İnsan ilə meymun arasındakı genetik oxşarlıq barədə təkamülçü mənbələrdə yer alan digər misal isə insanda 46, şimpanzedə ilə 48 xromosom olmasıdır. Təkamülçülər xromosom saylarının yaxınlığını təkamül əlaqəsinə bir dəlil kimi göstərirlər. Bu məntiq əsaslıdırsa, insana şimpanzedən daha yaxın qohumun varlığı qəbul edilməlidir: kartof! Çünki kartofun da insan kimi 46 xromosomu var.

İnsandan başqa digər canlılar tədqiq edildiyi zaman təkamülçülər tərəfindən mövcudluğu iddia edilən qohumluq əlaqələrinin molekulyar səviyyədə olmadığı görünür. Bu həqiqət genetik oxşarlıq qavrayışının təkamül nəzəriyyəsinə dəlil vermədiyini göstərir.

Oxşarlıqlar nə üçün təkamülə dəlil deyil?

Təkamülçülərin şimpanze ilə insan arasında 99 % oxşarlıq olduğu iddiası göründüyü kimi şişirdilmiş bir iddiadır. Ancaq iki fərqli növdəki canlı 99 % oxşasa da, bu ikisi arasında təkamül əlaqəsi qurula bilməz. Çünki genetik tədqiqatlar növləri çox xüsusi şifrələrə malik olduqlarını göstərir. Bu şifrələrdə meydana gələn ən kiçik dəyişiklik belə o növə ölümcül nəticə gətirə bilər. Həm də canlılardakı bu xüsusi quruluş genetik şifrənin funksionallığı ilə əlaqədardır.

Bunu başa düşmək üçün bir-birinə bənzəyən iki canlı növü ilə bir-birinə bənzəyən iki binanı müqayisə edək. Təkamülçülərin iddiası genetik oxşarlıq olduğuna görə bunu bir növ canlının layihəsi kimi qiymətləndirək. İki canlının və iki binanın layihələrinin 99 % eyni olduğunu qəbul edək. Sonra da bu layihələrə əsaslanaraq ortaya çıxan canlıların formalarını və binaların quruluşlarını bir-birilə qarşılaşdıraq. Nəticədə genetik quruluşları 99 % eyni olan canlılar arasında əvəz edilməsi mümkün olmayan quruluş və funksiya fərqliliyinə baxmayaraq layihələri 99% eyni olan binalar bir-birinə bənzəyəcəkdir.

Həm canlılar, həm də binaların layihələrində 1 %-lik fərq olmasına baxmayaraq, nə üçün binalar bir-birinə çox bənzəyir, ancaq canlılar bənzəmir? Bunun səbəbi genetik quruluşların fəaliyyətidir. Pleiotropi adlanan genetik qanun haqqında məlumatlılıq bu mövzuya açıqlama gətirir. Bu qanuna görə canlı orqanizmlərində olan bir gen birdən çox xüsusiyyətə təsir edir. Bir xüsusiyyət isə birdən çox gen tərəfindən idarə edilir.

Bu o deməkdir ki, iki canlı növünün genetik quruluşları arasındakı fərq 1 % olsa da, bu fərqin əslində çox şeyə təsir göstərir. Çünki bina layihəsindəki 1 % fərq quruluşda 1 % fərq edirsə, canlı layihəsi, yəni genetik quruluşları arasındakı 1 % fərq o iki canlının quruluşu arasında çox böyük fərqin olmasına gətirib çıxarır. Çünki canlıların fərqli olan 1 %-lik genetik hissələri oxşar olan 99 %-lik genetik quruluşda kodlanan xüsusiyyətlərə müdaxilə edir.

Oxşarlıqların səbəbi: "Ortaq Yaradılış"

Əlbəttə, insan bədəninin digər canlılarla molekulyar oxşarlıqları olacaq; çünki eyni molekullardan əmələ gəlmiş, eyni suyu və atmosferi istifadə edir, eyni molekullardan əmələ gələn maddələrlə qidalanır. Əlbəttə, metabolizmalarının və dolayısı ilə, genetik quruluşlarının bənzəməsi də təbiidir. Ancaq bu “ortaq xammal” bir təkamülün deyil, “ortaq yaradılışın”, yəni hamısının eyni plan üzrə yaradıldıqlarının nəticəsidir.

Bir misal mövzunu daha da açıqlaya bilər: dünyadakı bütün körpülər də oxşar xammal ilə (kərpic, dəmir, sement və s.) ilə tikilir. Ancaq bu, körpülərin bir-birlərindən “təkamül keçirərək əmələ gəlməsi” demək deyil. Ortaq xammal istifadə edərək ayrı-ayrı inşa edilirlər. Canlıların vəziyyətini də buna bənzətmək olar. Ancaq, əlbəttə, canlıların quruluşu körpülərlə müqayisə edilməyəcək qədər mürəkkəbdir.

Həyat təkamül nəzəriyyəsinin iddia etdiki kimi şüursuz təsadüflərlə deyil, sonsuz bilik və ağıl sahibi olan Uca Allahın yaratması ilə meydana gəlmişdir.
(məqalə harun yahya)