Bakteriyaların antibiotiklərə qarşı müqavimət qazanması nə üçün təkamülə dəlil deyil?



Aleksandr Fleminq ilk antibiotik olan penisillini 1928-ci ildə kəşf etdikdə yer üzündə artıq bakteriyanın qalmayacağını hesab edirdilər. Ancaq penisillinin ancaq müəyyən mikroblara təsir etdiyi sonradan başa düşüldü. Penisillinin öldürdüyü mikrobların yerinə penisillinin təsir edə bilmədiyi başqa bakteriyalar qalır. Sonradan kəşf edilən digər antibiotiklər də penisillin kimi eyni xüsusiyyətə malikdir.



Bunun səbəbi antibiotiklərin bakteriyalara təsir etmə formasıdır: antibiotiklər molekulyar quruluşlarına əsasən bakteriyanın müəyyən bir zülalına yapışaraq onu təsirsiz hala salırlar. Beləliklə, bakteriya ya ölür, ya da çoxalmasının qarşısı alınır və bu yolla infeksiya nəzarətdə olur. Ancaq məlumdur ki, hər canlı növündə olduğu kimi hər bakteriya növünün də müxtəlif formaları, yəni variasiyaları mövcuddur. Yeni çıxan antibiotikin təsir etdiyi bakteriyalar ölsə də əvəzində antibiotikin təsir etmədiyi zülallardan ibarət bakteriyalar qalır. Bu, bakteriyaların antibiotikə qarşı əmələ gətirdiyi müqavimət deyil. Yəni, bakteriyalar antibiotikin təsirinə məruz qaldıqda “təkamül keçirərək” bu dərmana qarşı yeni müdafiə sistemi əmələ gətirmirlər. Sadəcə olaraq “müqavimətli” bakteriyaların tərkibində əvvəlcədən o antibiotikin təsir etdiyi zülal yoxdur, ona görə də həmin antibiotik bu bakteriyalara zərər vermir. Bu xüsusiyyət həmin bakteriyalarda o antibiotik kəşf edilməzdən əvvəl də var idi, sonra da mövcud olmuşdur.

Təkamülçülər iddia edirlər ki, bakteriyaların bu xüsusiyyəti, yəni antibiotikə qarşı müqaviməti antibiotik təsir etdikdən sonra əmələ gəlir. Ancaq bu müqavimət antibotik onlara təsir etməzdən əvvəl də onlarda mövcuddur. “Elmi Amerikan” jurnalı təkamülçü jurnal olduğuna baxmayaraq, 1998-ci il mart buraxılışında bu barədə belə bir etirafa yer vermişdir:

Bir çox bakteriya hələ antibiotiklər tətbiq edilməzdən əvvəl də müqavimət genlərinə malik idi. Elm adamları bu genlərin nə üçün təkamül keçirdiklərini və ölmədiklərini əsla bilmirlər.

Göründüyü kimi, müqavimət təmin edən genetik məlumat antibiotiklərin hazırlanmasından əvvəl də mövcuddur. Bu həqiqət “müqavimətin sonradan təkamüllə əmələ gəlməsi” anlayışının tamamilə səhv olduğunu göstərir. Müqavimətli bakteriyalar sonradan öz-özünə, təsadüfən ortaya çıxan canlılar deyil.

Müqavimətli bakteriyaların antibiotiklərin kəşfindən çox əvvəl də mövcud olduğu ciddi elmi jurnal olan “Medikl Tribyun” (Tibbi tribuna) jurnalının 1988-ci il 29 dekabr buraxılışında maraqlı hadisə kimi bildirilir:

1986-cı ildə aparılan axtarışda 1845-ci ildə qütb səyahətində donaraq ölmüş dənizçilərin buzda qorunmuş cəsədləri tapılmışdır. Bu cəsədlərdə, yaşadıqları dövrdə yayılmış bakteriyalar aşkar edilmiş və bunları tədqiq etdikdə məlum olmuşdur ki, bu bakteriyalar XX əsrdə kəşf edilmiş bir çox antibiotikə qarşı müqavimət xüsusiyyətləri daşıyırlar.

Göründüyü kimi, bu cür müqavimət xüsusiyyətlərinin penisillinin kəşfindən əvvəl də bir çox bakteriyada mövcud olduğu tibb dünyasına məlumdur. Buna baxmayaraq, bakteriyalardakı müqavimət xüsusiyyətinin hələ də təkamülün nəticəsinə dəlil göstərilməsi sadəcə aldatma məqsədi daşıyan iddiadır.

Dövrümüzdəki müqavimətli bakteriyaların mühitə hakim olması belə baş verir: bakteriyalar müəyyən bir antibiotikin təsirinə məruz qaldıqda dərmana qarşı müqavimətsiz variasiyalar məhv olur, müqavimətlilər isə həyatda qalır və daha da çoxalma imkanı qazanırlar. Müəyyən zaman sonra tamamilə yox olan müqavimətsiz bakteriyaların yerini sürətlə çoxalan bu müqavimətli bakteriyalar tutur. Bir müddətdən sonra eyni bakteriya növünün yalnız həmin antibiotikə qarşı müqavimətli variasiyalardan ibarət koloniyalara çevrilir və artıq eyni antibiotik bu bakteriyalara təsir etmir. Nəticədə bakteriya eyni bakteriyadır, növ də eyni növdür.

Həşəratlardakı DDT-yə qarşı immunitet

Həşəratlarda DDT-nin və həşərata qarşı digər dərmanların zaman keçdikcə təsirsiz hala gəlməsi də bakteriyalarda müşahidə olunan antibiotikə qarşı müqavimət kimidir. DDT kimyəvi maddəsi ilk dəfə kəşf edildikdə həşəratlara qarşı çox təsirli zəhər idi. İlk dəfə tətbiq edildiyi illərdə həşəratları kütləvi şəkildə məhv edirdi. Ancaq illər ərzində DDT-nin təsir etmədiyi həşəratların mövcud olduğu məlum oldu. Bu həşəratlarda DDT kimyəvi maddəsi orqanizmin həyati funksiyalarına təsir edə bilmirdi, çünki yapışmaq üçün axtardığı zülal bu həşəratlarda müxtəlif idi. Bunlar hər həşərat növünün daxilində qalan müxtəlif variasiyalar idi. Məhv olmadıqlarının səbəbi də DDT-nin yapışacağı zülalların onlarda olmaması və ya fərqli quruluşda olması idi.

Təkamülçü bioloq Fransisko Ayala “həşərat zəhərlərinin ən təsirli növlərinə qarşı immunitet, insanların hazırladığı bu maddələr həşəratlara tətbiq edilmədən əvvəl də həmin həşərat növünün genetik variasiyalarında artıq var idi” deyərək bu həqiqəti qəbul edir.

Ancaq həşəratın populyasiyasında DDT zəhəri tətbiq edildikdən sonra əmələ gələn bu dəyişikliyi təkamül tərəfdarları təkamülə dəlil kimi göstərirlər.

Bu misalda DDT-yə qarşı həşəratların qazandığı bir qələbə yoxdur. Ona görə də buna “immunitet” demək də səhvdir. Çünki immunitet insanda müdafiə hüceyrələrinn mikroblara qarşı anticisimlər emal etməsinə və bu yolla mikroblara qalib gəlməsinə deyilir. DDT misalında isə bu cür şüurlu qarşılıqlı təsir və üstün gəlmə baş vermir. Bəzi həşəratlar ölür, DDT-nin təsir etmədiyi həşəratlar isə həyatda qalaraq çoxalır və nəsillərini davam etdirirlər.

Buradakı həqiqət belədir: həşəratların bəzi variasiyalarında hələ zəhər tətbiq edilmədən əvvəl də müxtəlif zülallar var idi. DDT kəşf edildikdən sonra bu kimyəvi maddəyə məruz qalan həşəratlardan orqanizmi uyğun olmayanların nəsilləri kəsilmişdir. Əvvəlcədən az sayda olan müqavimətli fərdlər isə çoxalma imkanı əldə etmişlər. Nəticədə eyni həşərat növü tamamilə müqavimətli fərdlərdən ibarət kütləyə çevrilmişdir. Təbii ki, bütün populyasiya müqavimətli fərdlərdən ibarət olduğuna görə DDT artıq o həşərat növünə təsir edə bilmir.

Əslində təkamülçü mənbələr bu müqavimət və immunitet mövzularında yanılırlar. Bu mövzunu bəzi məşhur elmi jurnallarda dərc etdirir, bu mövzunun əsl məğzini oxuyuculara izah etmir və təkamülə dəlil kimi göstərirlər. Göründüyü kimi, nə bakteriyalardakı antibiotikə qarşı müqavimət, nə də həşəratlardakı DDT-yə qarşı immunitet təkamülə heç bir dəlil olmadığı çox açıqdır.
(məqalə harun yahya)