Kvant Fizikası Determinizmi Əsassız Edir



Nyutondan sonra bəzi materialistlər kainatı müəyyən qanunlara görə öz-özünə fəaliyyət göstərən bir saat kimi göstərməyə çalışırdı. Burada əsas məqsəd guya kainatda Allahın müdaxiləsinin olmadığını isbat etməyə çalışmaqdı. Fəlsəfədə determinizm adlandırılan bu hərəkat bir çox insanın Allaha yəqinliklə iman etməsinə mane olmuşdu. Eləcə də materializmin bir çox cəmiyyətdə inkişafı üçün münasib zəmin meydana gətirmişdi. Ancaq bunu bilmək lazımdır ki, bütün səbəb-nəticə əlaqələri Allahın ehtişamlı yaradılış sənətinin nümunələridir. Kainatda səbəblər öz-özünə var olmur, Allahın istəyi nəticəsində mövcud olur. Digər halda isə sonsuz ziddiyyət meydana gəlir. Çünki bizə məlum olan səbəblər də kainatda olduğuna görə onların da səbəbi olmalı, o səbəblərin də başqa səbəbləri olmalıdır. Bu halda bu proses sonsuza qədər davam edər.

Paradoks termini ziddiyyətli və qeyri-mümkün vəziyyətləri izah etmək üçün istifadə edilir. Məsələn, yandakı məşhur şəkil paradoksa nümunədir. Əlbəttə ki, şəkilin içindəki elementlərdən olan hər iki əlin bir-birlərini karandaşla çəkərək meydana gəlmələri mümkün deyil. Bu şəkli gördüyünüz zaman şəkilin kənarından birinin bunu çəkdiyini dərhal başa düşərsiniz. Materialistlərin, eləcə də determinizm (səbəbiyyət) fəlsəfəsinə və təkamül nəzəriyyəsinə bağlı olanların düşdüyü vəziyyət də bu şəkilə bənzəyir. Kainatda, eləcə də təbiətdə müşahidə etdiklərini ilk öncə müxtəlif siniflərə ayırır, daha sonra bunların bir-birinin yaradıcısı olduğunu iddia edirlər. Halbuki səbəb olaraq iddia etdikləri anlayışlar da müşahidə etdikləri varlıq siniflərindən biridir. Determinizmin məntiqinə görə bunun da bir səbəbi olmalıdır. Bu səbəbin də bir başqa səbəbi olması zəruridir. Bu da sonsuz ziddiyyət deməkdir.



Ancaq müasir fizika səbəbləri tanrılaşdıran anlayışı təməlindən sarsıdıb. Bu həqiqəti Lorens Sklar (Lawrance Sklar) bu sözləriylə etiraf edir:

“Kvant mexanikası bizə dünyanın ən dərin səviyyədə həqiqətən indeterminist olduğunu göstərdi.“ (1)

Kvant fizikasının qurucularından olan Maks Bornun bu mövzu barəsində fikirləri belədir: “Mən özüm bu fikirə meylliyəm ki, atomların dünyasında determinizmi tərk etmək zəruridir”. (2)

Determinizmə görə bir cisimin müəyyən andakı vəziyyəti və üzərindəki mexaniki təsirləri bilinsə, o cisimin gələcəkdəki vəziyyətini, yəni mövqeyini və sürətini təsbit etmək mümkündür.



Ancaq atom səviyyəsində aparılan müşahidələr çox maraqlı faktları üzə çıxarmışdır. Məsələn, təcrübə şəraiti hazırlanıb bir elektronun yerinin müəyyən edildiyini fərz edək. Bundan bir saniyə sonra yenidən ölçmələr aparaq. Bu halda bundan bir saniyə sonra elektronun harada olduğuna dair qəti heç bir məlumatımız ola bilməz. Bu qeyri-müəyyənlik determinist fəlsəfəyə bağlananlarda ciddi sarsıntıya səbəb olmuşdur. Bu halda gələcəyə dair heç bir qəti məlumatımız yoxdur.

Mikrodünyada aparılan müşahidələr bunun mühüm həqiqət olduğunu göstərmişdir. Allah hər şeyin yaradıcısıdır, Onun elmi hər şeyi əhatə etmişdir. Ancaq bizim məlumatımız Allahın bizə verdiyi qədərdir.

Bu şəkil klassik mexanika ilə kvant mexanikasını müqayisə edir. Klassik fizikada müəyyən bir təsir nəticəsində müvafiq nəticə əldə edilirsə, kvant fizikasında belə bir vəziyyətdən söhbət getmir. Səbəblər müəyyən bir nəticəni əldə etməkdə çarəsizdir. Eyni səbəblər olduğu halda bir çox fərqli nəticələr müşahidə etmək mümkündür. Bu da səbəb-nəticə əlaqəsi olaraq bilinən səbəbiyyət qanunun (determinizmin) artıq etibarlı olmadığını göstərir.



Materialistlər Allahın yaratdığı səbəb-nəticə prinsipini sanki ilahlaşdırmışdılar. Halbuki səbəbləri və nəticələri də Allah yaradır. Kainatın başlanğıcından sonuna qədər bütün səbəb-nəticə əlaqələrini Allah əzəldən təqdir etmişdir. Kvant fizikasındakı nümunələrdən aydın olduğu kimi səbəblərin nəticələri meydana gətirməkdə birbaşa təsirli olmadığını yenə Allah bizə göstərmişdir. Artıq bu mövzu texniki həqiqətdir. Materialist alimlər də istəmədən bunu qəbul etmək vəziyyətində qalıblar.

Materialist bir fizikin aşağıdakı sözləri təəccüblü etirafı ifadə edir:

“Necə olar bilər ki, sonrakı hadisələri hal-hazırkı andan dəqiq olaraq təyin etmək olmur? Bir səbəbin mümkün iki və ya daha çox nəticəsi necə baş verir? Əgər sonrakı hadisələrin seçkimi təbiət qanunlarıyla təyin olunmursa, bu halda kvant hadisəsinin olduğu hər yerdə fövqəltəbii bir gücün (Tanrı) məsələyə müdaxilə etdiyi mənasını verir? Belə suallar müəyyən elmi təhsillə şərtləndirilmiş “təbiət belədir” kimi nəzəri problemlərə vərdiş edən, doğru və yanlış cəhətinə fikir vermədən kvant fizikasının fikirlərini öz fəaliyyətinə və ya araşdırmalarına tətbiq edən fizika tələbələrinin hamısını olmasa da çoxunu narahat edir.” (3)

Bu sitatdan da göründüyü kimi səbəbiyyət qanunun süqutu nəticəsində materializm ilə ağılı bulanan insanlar belə Allahın varlığını qavramağa başlayırlar. Yenə unutmamaq lazımdır ki, sitatdakı “müəyyən elmi təhsillə şərtləndirilmiş” ifadəsi əslində materialist fəlsəfənin qeyri-şərtsiz qəbul edildiyini göstərir.



Verner Heyzenberq də fizika dünyasında əldə edilən bu nəticəsi belə ifadə edir:

“Son illərdə həmişə bu məsələ üzərində dayanılıb və deyilib ki, müasir atom fizikası səbəbiyyət qanununu aradan götürdü, ən azından gücünün bir hissəsini əlindən aldı. Belə ki, təbiət qanunlarına əsasən dəqiq şəkildə proseslərin təyin olunmasından söhbət gedə bilməz.” (4)

Materializmin və determinizmin qarşılaşdığı qaçınılmaz vəziyyəti isə Pier Russo bu sözləriylə etiraf edir:

“Nəticə etibarilə maddi aləm silinir və yerini qarabasmalar mühitinə verir. Sanki təbiətin təməl cövhərinə barmağımızla toxunmaqdan zövq alırdıq, lakin bu toxunduğumuz şeyin cövhər olmaqdan uzaq olduğunu və daha çox qarmaqarışıq bir geyim olduğunu kədər hissi ilə dərk etdik. Maddə tədqiqat nəzərimizdən qaçır və onu kiçik nöqtələr yığını şəklində təsəvvür edərək yenidən tutmağa çalışırıq. Lakin bu halda da nöqtələrin hər birinin hərəkətini bilməyin qeyri-mümkünlüyü ilə qarşılaşırıq. Bu məğlubiyyətimiz də elmi mümkün edən determinizmi də aparır. Determinizmi yenidən əldə etməyə çalışdıqda bu halda isə maddə geridə ehtimal dalğalarından ibarət iz buraxaraq itir.” (5)

Göründüyü kimi elm dünyası təəccüblü şəkildə əsrlərdir izah edilən ən fundamental həqiqəti əldə edib. Digər tərəfdən cəmiyyətdə yayılan yanlış təsəvvürlər üçün də zəmin qalmayıb.
(məqalə harun yahya)

Mənbələr:

(1) Philosophy of Physics, Lawrence Sklar, Westview Press, Inc. , 1992, page 213

(2) Twentieth Century Pyhsics Volume 1, Edited by Laurie M. Brown, Abraham Pais, Sir Brian Pippard, Institute of Physics Publishing Bristol and Philadelphia and American Institute Of Physics Press New York; Chapter 3 Quanta and Quantum Mechanics Helmut Rechenberg, page 199

(3) Alastair I. M. Rae, Kuantum Fiziği: Yanılsama mı Gerçek mi, Evrim Yayınevi, Sayfa 43

(4) Çağdaş Fizikte Doğa, Werner Heisenberg, Çan Yayınları, 1968, 37

(5) Atomlar ve Yıldızlar, Pierre Rousseau, Bilgi Dünyası Koleksiyonu 1. Sayısı, Üçler Basımevi, Sayfa 84