Dağların hərəkət etməsi



Bir ayədə dağların göründükləri kimi sabit olmaması, davamlı hərəkət etməsi belə bildirilir:

Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçən kimi keçib gedərlər... (Nəml surəsi, 88)

Dağların bu hərəkəti üzərində dayandıqları Yer qabığının hərəkətindən meydana gəlir. Yer qabığı özündən daha çox qalın olan mantiya təbəqəsinin üstündə sanki üzür. İlk dəfə XX əsrin əvvəllərində Alfred Wegener adlı alman alimi Yer kürəsindəki qitələrin dünyanın yaradıldığı ilkin dövrdə bir yerdə olduqlarını, onların sonradan ayrılaraq müxtəlif istiqamətlərə doğru uzaqlaşdıqlarını iddia etmişdi. Ancaq geoloqlar Wegenerin iddiasının doğruluğunu onun ölümündən 50 il sonra, yəni 1980-ci illərdə başa düşdülər.

Wegener 1915-ci ildə dərc olunan bir məqaləsində qeyd edirdi ki, Yer kürəsinin quru hissələri təxminən 500 milyon il əvvəl bir-birinə bitişik idi. Pangaea deyilən bu böyük quru hissəsi Cənub qütbündə yerləşirdi. Təxminən 180 milyon il əvvəl Pangaea iki yerə ayrılıb. Müxtəlif istiqamətlərə ayrılan bu iki nəhəng qitədən birincisi özündə Afrika, Avstraliya, Antartika və Hindistanı ehtiva edən Gondwana idi. İkincisi isə, Avropa, Şimali Amerika və Hindistan istisna olmaqla Asiyadan ibarət Laurasia idi. Bu bölünmədən sonra təxminən 150 milyon il ərzində Gondwana və Laurasia müxtəlif dövrlərdə daha kiçik hissələrə ayrıldılar.

Pangaeanın hissələ bölünməsi ilə ortaya çıxan bu qitələr quru və dəniz arasında ildə bir neçə santimetrlik uzaqlaşmalarla Yer üzərində bir-birindən davamlı olaraq uzaqlaşırlar.

Yer qabığının XX əsrin əvvəllərində aparılmış geoloji tədqiqatlar nəticəsində kəşf edilən bu hərəkəti elmi əsərlərdə belə izah edilir:

Yer qabığı və yuxarı mantiyadan meydana gələn 100 km qalınlığındakı Yer üst qatı "təbəqə" adlandırılan hissələrdən təşkil edilmişdir. Yer səthini təşkil edən altı böyük təbəqə və saysız-hesabsız kiçik təbəqə vardır. "Təbəqə tetonogiyası" deyilən nəzəriyyəyə görə, bu təbəqələr qitələri və okean tabanını da özü ilə apararaq Dünya üzərində hərəkət edir... Qitələrin hərəkətinin ildə 1-5 sm arasında olması hesablanmışdır. Təbəqələr bu şəkildə hərəkət etdikcə, Dünya coğrafiyasında da dəyişikliklər meydana gəlir. Məsələn, Atlantik okeanı hər il bir az genişlənir.

Burada qeyd edilməsi vacib olan bir məsələ də budur: Allah dağların hərəkət etdiyini ayədə "keçib getmə" olaraq bildirib. Həmçinin alimlərin bu gün bu hərəkəti ifadə etmək üçün ingilis dilində işlətdiyi "continental drift" kəlməsinin də tərcüməsi "qitələrin sürüşməsi"dir.

Qitələrin bir-birindən ayrılması Quranın endirildiyi dövrdə müşahidə edilə bilməyən bir məsələdir. Allah ayədə bildirilən "dağlara baxıb onları donmuş zənn edərsən" ifadəsi ilə insanların bu məsələni necə dəyərləndirdirdiyini əvvəldən bildirmişdir. Ancaq ayənin davamı ilə bu həqiqəti də açıqlayıb və dağların bulud keçdiyi kimi keçib getdiyini xəbər vermişdir. Göründüyü kimi, ayədə dağların yerləşdiyi təbəqənin hərəkət etməsinə aydın şəkildə diqqət çəkilmişdir.

Elmin yeni kəşf etdiyi həqiqətin Quranda bildirilməsi şübhəsiz ki, Quranın möcüzələrindən biridir.
(məqalə harun yahya)


[