İki dənizin qovuşması



Dənizlərin tədqiqatçılar tərəfindən çox yaxın keçmişdə aşkarlanan bir xüsusiyyəti Quranın Rəhman surəsində belə açıqlanır:

İki dənizi o qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə qarışmazlar. (Rəhman 19-20)

Bir-birinə qovuşan, amma suları bir-birinə qətiyyən qarışmayan dənizlərin Quran ayəsində 14 əsr əvvəl bildirilən bu xüsusiyyəti okeanoloqlar tərəfindən bir müddət əvvəl kəşf edilib. Sübuta yetirilib ki, qonşu dənizlərin suları bir-birinə səth daralması adı verilən fiziki bir qüvvə ucbatından qarışmır. Dəniz sularının fərqli sıxlıqlarından qaynaqlanan səth daralması hadisəsi suların bir-birinə qarışmasına adətən bir divar kimi mane olur. Əlbəttə ki, işin əsl möcüzəvi tərəfi insanların nə fizikadan, nə səthin daralması anlayışından, nə də okeanoqrafiya elmindən xəbərdar olmadığı bir dövrdə bu həqiqətin Quranda bildirilməsidir.
(məqalə harun yahya)