Palçıqdan yaradılış



Allah Quranda insanın yaradılışının möcüzəvi şəkildə olduğunu xəbər verir. İlk insan, Allahın palçığı şəkilləndirib insan bədəni halına gətirməsi və ardından bu bədənə ruh üfləməsi ilə yaradılmışdır:

Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Mən onu tamamlayıb Öz ruhumdan üfürən kimi ona səcdə edin!” (Sad Surəsi, 71-72)

İndi soruş: onları yaratmaq çətindir, yoxsa Bizim yaratdıqlarımızı? Axı Biz onları yapışqan bir palçıqdan yaratdıq. (Saffat Surəsi, 11)

Bu gün insan toxumaları araşdırıldıqda yür üzündə mövcud olan bir çox kimyəvi elementin insan toxumalarında da olduğu məlum olur. Canlı toxumasının 95%- i karbon (C), hidrogen (H), oksigen (O), azot (N), fosfor (P) və kükürd (S) elementlərindən təşkil olunmuşdur və canlı toxumalarında cəmi 26 element mövcuddur.Quranın bir başqa ayəsində belə buyrulur:

Biz, həqiqətən, insanı tərtəmiz palçıqdan yaratdıq. (Muminun Surəsi, 12)

Ayədə "süzülmüş" olaraq tərcümə edilən "sulala" sözü, "təmsili nümunə, öz, xülasə, əsas" kimi mənalara gəlir. Göründüyü kimi Quranda 14 əsr əvvəl bildirilənlər, müasir elmin bizə söylədiklərini -insanın yaradılışındakı vəsait ilə torpağın tərkibindəki elementlərin ortaq olduğu gerçəyini- təsdiq edir.
(məqalə harun yahya)


[