Uşağın ana bətnindəki üç inkişaf mərhələsi



Quranda insanın ana bətnində üç mərhələli bir yaradılışla yaradıldığı bildirilir:

“O sizi analarınızın bətnində üç zülmət içində yaranışdan-yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur, Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə döndərilirsiniz?” (Zumər surəsi, 6).

Diqqət etsək, ayədə insanın ana bətnində bir-birindən fərqli üç ayrı inkişaf mərhələsi keçməklə yaradıldığına işarə edilir.


Həqiqətən də bu gün müasir biologiya uşağın ana bətnindəki embrioloji inkişafının üç fərqli mərhələdə baş verdiyini ortaya qoymuşdur. Bu gün tibb fakültəsində dərslik kimi istifadə edilən bütün embriologiya kitablarında adı çəkilən mövzu ən əsas biliklər arasındadır. Məsələn, embriologiya haqqında əsas mənbələrdən biri sayılan “Beyzik Human Embrioloci” (Əsas insan embriologiyası) adlı mənbədə bu həqiqət belə ifadə edilir:

“Ana bətnindəki həyat 3 mərhələdən ibarətdir: pre-embrionik (ilk 2.5 həftə), embrionik (8-ci həftənin sonuna qədər) və fetal (8-ci həftədən doğuşa qədər)”.

Tibbi dildə “trimester”, yəni “üç dövr” adlandırılan bu mərhələlər uşağın fərqli inkişaf mərhələləridir. Bu üç inkaşaf mərhələsinin əsas xüsusiyyətləri bu cürdür:

- Pre-embrionik mərhələ:

Daha çox “1-ci trimester” adlanan bu ilk mərhələdə «ziqot» bölünərək çoxalır, bir hüceyrə kütləsinə döndükdən sonra özünü bətn divarına yapışdırır. Hüceyrələr çoxalmağa davam edərkən 3-cü təbəqə halında təşkil edilirlər.

- Embrionik mərhələ:

“2-ci trimester” kimi də adlandırılan ikinci mərhələ cəmi 5.5 həftə davam edir və bu müddət ərzində canlı “rüşeym” adlandırılır. Bu mərhələdə hüceyrə təbəqələrindən bədənin əsas orqan və sistemləri əmələ gəlir.

- Fetal mərhələ:

Hamiləliyin “3-cü trimesteri” adlandırılan mərhələdə rüşeym artıq “fetus” adlandırılır. Bu mərhələ hamiləliyin səkkizinci həftəsindən etibarən başlayır və doğuşa qədər davam edir. Əvvəlki mərhələdən fərqli cəhəti üzü, əlləri və ayaqları ilə seçilən, insanın xarici görünüşünə malik bir canlı olmasıdır. Mərhələnin əvvəlində 3 sm boyunda olmasına baxmayaraq, bütün orqanları əmələ gəlmişdir. Bu 30 həftəlik mərhələnin xüsusiyyəti doğuş həftəsinə qədər fetusda böyümə və ölçülərdə dəyişmədir.

Ana bətnindəki inkişaf ilə bağlı bu məlumatlar ancaq müasir texnoloji cihazlar vasitəsilə aparılan müşahidələr nəticəsində əldə edilmişdir. Ancaq göründüyü kimi bu məlumatlar da bir çox digər elmi həqiqətlər kimi möcüzəvi bir şəkildə Quran ayələrində xəbər verilmişdir. Bəşəriyyətin tibb sahəsində hər hansı bir ətraflı məlumata sahib olmadığı bir dövrdə Quranda bu qədər müfəssəl və doğru məlumatların verilməsi, əlbəttə, Quranın Allah Kəlamı olduğunun açıq bir dəlilidir.
(məqalə harun yahya)

[