Mayalandırıcı küləklər



Quranın bir ayəsində küləklərin “mayalandırma” xüsusiyyətinə və bunun nəticəsində yağışın yaranmasına diqqət çəkilir:

“Biz (buludla) yüklənmiş külək göndərdik, göydən yağmur endirib sizə su verdik”. (Hicr surəsi, 22)

Ayədə yağışın yaranmasındakı ilk mərhələnin küləklər olduğuna diqqət çəkilir. Əslində bu əsrin əvvəllərinə qədər küləklə yağışın yağması arasında bir əlaqənin olması məlum deyildi. Küləklərin yağışın əmələ gəlməsində vacib “aşılayıcı” rol oynadıqları müasir meteoroloji çalışmalarla aşkar edilmişdi.

Küləklərin bu mayalama xüsusiyyəti belə baş verir:

Okeanların və dənizlərin səthində köpüklənmə nəticəsində hər an saysız-hesabsız hava qovuqcuğu əmələ gəlir. Bu qovuqcuqlar partladıqları zaman millimetrin 100-də biri nisbətində minlərlə hissəciklərini havaya sıçradırlar. “Aerizol” adlandırılan bu hissəciklər küləklər vasitəsilə qurudan gələn tozlarla qarışaraq, atmosferin üst təbəqələrinə aparılırlar. Küləklərin bu şəkildə yüksəklərə daşıdığı hissəciklər burada su buxarı ilə birləşirlər. Su buxarı da bu hissəciklərin ətrafına toplaşaraq dolğunlaşır və su damcılarına çevrilirlər. Bu su damcıları əvvəl birləşərək buludları əmələ gətirir, bir müddət sonra da yağış kimi yer üzünə enirlər.

Göründüyü kimi, küləklər havada sərbəst halda olan su buxarını dənizlərdən daşıdıqları hissəciklərlə “mayalandırır” və beləliklə də, yağış buludlarının yaranmasını təmin edirlər.

Əgər küləklərin bu xüsusiyyəti olmasaydı, yüksək atmosferdə su damcıları yaranmazdı və yağış deyə bir şey də olmazdı.

Burada əsas cəhət budur ki, küləklərin yağışın əmələ gəlməsində oynadıqları bu həlledici rolu əsrlər əvvəl Quran ayəsində bildirilmişdir. Həm də insanların təbiət hadisələri haqqında heç bir məlumata malik olmadıqları bir dövrdə...
(məqalə harun yahya)