Atmosferin təbəqələri



Quran ayələrində Allahın kainat haqqında verdiyi məlumatlardan biri də göy üzünün yeddi qatdan ibarət şəkildə nizamlanmasıdır:

“Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur! O, hər şeyi biləndir!” (Bəqərə surəsi, 29)

“Sonra Allah tüstü halında olan göyə üz tutdu... Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir göyün işini özünə vəhy edib bildirdi...” (Fussilət surəsi, 11-12)

Quranda göy kəlməsi bütün kainatı ifadə etmək üçün istifadə edildiyi kimi, Yerin üzərindəki səmanı ifadə etmək üçün də işlədilir. Kəlmənin bu mənasını götürdükdə Yer üzərindəki səmanın, başqa sözlə, atmosferin 7 qatdan ibarət olduğu nəticəsi çıxır.

Belə ki, bu gün Yerin atmosferinin üst-üstə düzülmüş fərqli təbəqələrdən meydana gəldiyi məlumdur. Üstəlik ayədə bildirildiyi kimi tam yeddi əsas təbəqədən...

Elm adamları atmosferin bir çox təbəqədən əmələ gəldiyini kəşf etdilər. Təbəqələr təzyiqləri və onları əmələ gətirən qazların birləşməsi kimi aydın fiziki xüsusiyyətlərlə bir-birlərindən fərqlənirlər... Atmosferin Yerə ən yaxın təbəqəsi “TROPOSFER”dir. Atmosferin ümumi kütləsinin 90 %-ni təşkil edir... Troposferin üzərindəki təbəqə “STRATOSFER”dir... Stratosferdə ultrabənövşəyi şüaların udulduğu təbəqəyə “OZONOSFER” deyilir... Stratosferin üzərindəki təbəqə “MEZOSFER” adlanır... Mezosferin üzərində “TERMOSFER” yerləşir... İonlaşmış qazlar Termosferin içindəki “İONOSFER” adlı təbəqəni əmələ gətirirlər... Yerin atmosferinin ən üstdəki təbəqəsi 450 km-dən 960 km-dək uzanır. Bu təbəqəyə “EKZOSFER” deyilir.

Bu mənbədə bildirilən təbəqələri saydıqda atmosferin, ayədə bildirildiyi kimi, tam 7 təbəqədən ibarət olduğunu görürük:

1- TROPOSFER

2- STRATOSFER

3- OZONOSFER

4- MEZOSFER

5- TERMOSFER

6- İONOSFER

7- EKZOSFER

Bu mövzuyla bağlı digər əhəmiyyətli möcüzə də Fussilət surəsinin 12-ci ayəsindəki “hər bir göyün işini özünə vəhy edib bildirdi” cümləsi ilə bildirilir. Yəni Allahın hər təbəqəyə müəyyən bir vəzifə təyin etdiyi xəbər verilir. Həqiqətən, əvvəlki bölmələrdə də gördüyümüz kimi, yuxarıda sadaladığımız təbəqələrin hər biri insanların və yer üzündəki bütün canlıların xeyri baxımından çox həyati vəzifələr daşıyırlar. Yağışların əmələ gəlməsindən zərərli şüaların qarşısının alınmasına, radiodalğaların əks etdirilməsindən meteoritlərin zərərsizləşdirilməsə qədər hər təbəqənin özünə aid müəyyən bir vəzifəsi vardır.

XX əsr texnologiyası olmadan əldə edilməsi mümkün olmayan bu məlumatların 1400 il əvvəl nazil olunan Qurani-Kərimdə açıq şəkildə bildirilməsi isə çox böyük möcüzədir.
(məqalə harun yahya)