Geri qaytaran göy



Qurani-Kərimdə Tariq surəsinin 11-ci ayəsində göy üzünün “geri qaytaran” xüsusiyyətindən bəhs edilir.

“And olsun qaytarıb endirən səmaya...” (Tariq surəsi, 11)

Ayədə “qaytaran” kimi tərcümə edilən kəlmə “geri qaytaran” və ya “geri dövr etdirən” mənasını verir.

Maraqlıdır ki, göy üzünün Quranda bildirilən bu xüsusiyyəti Quranın endirilməsindən əsrlər sonra elmi cəhətdən müəyyən edilmişdir.


Məlumdur ki, Yeri əhatə edən atmosfer bir neçə təbəqədən ibarətdir. Hər təbəqənin həyatın qorunmasına xidmət edən vacib bir vəzifəsi vardır. Tədqiq edildiyi zaman hər təbəqənin buraya düşən maddə və ya şüaları kosmosa və ya yer üzünə geri qaytarmaq xüsusiyyətlərə malik olduğu müəyyən edilmişdir.

Məsələn, 13-15 km yüksəklikdəki troposfer yer üzündən qalxan su buxarının qatılaşaraq yağışa dönərək geri qayıtmasını təmin edir.

25 km yüksəklikdəki ozonosfer kosmosdan gələn radiasiya və zərərli ultrabənövşəyi şüaları əks etdirərək, yer üzünə çatmadan kosmosa geri qayıtmasını təmin edir.

İonosfer təbəqəsi də yer üzündən yayımlanan radiodalğaları bir peyk kimi yer üzünün fərqli bölgələrinə geri əks etdirərək, simsiz telefonların, radio və televiziya yayımlarının uzaq məsafələrdən seyr edilməsini təmin edir.

Atmosferin manyetosfer təbəqəsi isə Günəşdən və digər ulduzlardan yayılan zərərli radioaktiv hissəcikləri yer üzünə çatmadan kosmosa geri qaytarır.
(məqalə harun yahya)


[