TƏKAMÜL NƏZƏRİYYƏSİ SADƏCƏ YALANDIR



"Təkamül nəzəriyyəsinin hər kəs tərəfindən qəbul olunan bir nəzəriyyə olmasının səbəbi, bu nəzəriyyəni isbat edən kifayət qədər sübutun olması deyil, sadəcə digər alternativin- yəni fövqəltəbii yaradılışın tamamilə qəbul edilməməsidir." Zooloq D. M. S. Watson

Təkamül nəzəriyyəsinin doğru olmadığını sübut edən daha saysız elmi fakt var. Amma burada araşdırdığımız bölmədə də ortaya çıxan nəticə aşkardır. Təkamül nəzəriyyəsi, sadəcə materialist fəlsəfənin həyatda qalması üçün müdafiə olunan, elm donuna salınmış cəfəngiyyatdır. Elmə deyil, fikir bulandırmağa, təbliğata və saxtakarlıqlara söykənən yalan...
Əvvəlki hissələrdəki bəzi təməl həqiqətləri belə yekunlaşdıra bilərik:

Təkamül Nəzəriyyəsi Elə İlkin Mərhələdə Çökmüşdür

Çünki təkamülçülər hələ həyat üçün lazımlı olan bircə zülalın belə meydana gəlməsini açıqlaya bilmirlər. Ehtimal hesabları, fizika və kimyəvi düsturlar həyatın təsadüflərlə yaranmasının qeyri-mümkünlüyünü isbat edir.

Ortada təsadüfən meydana gələ biləcək bir zülal olmadığı halda, bu zülalların milyonlarcasının təsadüflərlə bir nizam içində birləşərək canlı hüceyrəsini meydana gətirməsi, bu hüceyrələrin yenə təsadüflərlə trilyonlarlasının bir yerə gələrək canlıları, bu canlıların balıqları, balıqların quruya çıxaraq sürünənləri, quşları və məməliləri meydana gətirməsi və beləliklə yer üzündəki milyonlarla müxtəlif növün meydana gəlməsi sizcə məqbul və məntiqli bir iddiadırmı?
Siz inanmasanız belə, təkamülçülər belə bir nağıla həqiqətən inanırlar.

Ancaq buna sadəcə batil bir inanc demək mümkündür. Çünki ortada bu hekayələri təsdiqləyəcək bircə sübut belə yoxdur. Nə “yarıbalıq-yarısürünən”, “yarısürünən-yarıquş” kimi aralıq-keçid formaları tapa biliblər, nə də son dərəcə təkmil laboratoriyalarda bir zülalın, hətta zülaldakı bircə amin turşusu molekulunun meydana gələ biləcəyini isbat edə biliblər. Əksinə, təkamülçülər bütün bu səyləriylə, təkamül prosesinin yer üzünün heç bir dövründə yaşanmadığını və yaşana bilməyəcəyini bilavasitə öz əlləriylə ortaya qoyublar.

Təkamül Nəzəriyyəsi Gələcəkdə də Sübut oluna bilməz

Təkamül nəzəriyyəsini müdafiə edən bəzi insanlar çıxılmaz vəziyyətdə qaldıqda “bu günkü elmi faktlar təkamül nəzəriyyəsini dəstəkləməsə də, gələcəkdə təkamülü dəstəkləyən elmi irəliləyişlərin olacağı”nı iddia edirlər. Əslində belə iddia ilə təkamülçülər elmi sahədəki məğlubiyyətlərini etiraf edirlər. Bu iddiada gizlənmiş həqiqəti belə ifadə edə bilərik: “Bəli, təkamül nəzəriyyəsi müdafiəçiləri olaraq müasir elmi nailiyyətlərin bu nəzəriyyənin əsassızlığını sübut etdiyini qəbul edirik. Buna görə də bu mövzunu gələcəyə həvalə etməkdən başqa çarəmiz yoxdur”. Ancaq elm bu məntiqlə işləmir. Bir elm adamı nəzəriyyəyə bu qədər kor-koranə bağlanaraq gələcəkdə bu nəzəriyyəni sübut edəcəyini güman etdiyi dəlillərin xəyalını qurmaz. Elmin funksiyası, mövcud faktları tədqiq etmək və onlardan nəticə çıxarmaqdır. Ona görə elm adamları da elmi faktlarla sübut edilən yaradılış həqiqətini qəbul etməlidirlər.

Hər şey bu qədər açıq ikən, yaradılış gerçəyini inkar edib, həyatın mənşəyini heç bir məntiqi olmayan təsadüflərə əsaslandırmaq və bunu israrla müdafiə etmək, insanı irəlidə çox alçaldıcı vəziyyətlərə sala bilər. Təkamül nəzəriyyəsi hər gün daha da açıldıqca, ictimaiyyət bu gerçəkləri gördükcə, nəzəriyyənin fanatik müdafiəçiləri, çox yox, bir neçə il içində insan içinə çıxa bilməyəcək hala gələcəklər.

Təkamülün Həlli Olmayan Məsələsi: Ruh

Yer üzündə bir-birinə bənzəyən bir sıra canlı növləri var. Məsələn, ata və ya pişiyə bənzəyən müxtəlif növlər ola bilər. Böcəklərin də bir çoxu bir-birinə bənzər görünüşlüdür. Lakin bu bənzərliklər heç kimdə təəccüb yaratmaz.

Ancaq nədənsə insanla meymun arasındakı bəzi səthi bənzərliklər, bəzi insanlarda son dərəcə maraq oyandırır. Belə ki, bu maraq bəzi insanları təkamül nəzəriyyəsinin yalan ssenarilərini mənimsəməyə qədər aparır. Halbuki, hər hansı bir meymunla insan arasındakı səthi bənzərliklər heç bir şey ifadə etməz. Kərgədan böcəyi ilə (Oryctes nasicornis- Жук-носорог) adi kərgədan bir-birlərinə çox bənzəyir, amma bu bənzərliyə əsalananaraq əslində biri böcək, digəri məməli olan bu canlılar arasında hər hansı bir təkamülə aid əlaqə yaratmağa çalışmaq gülməlidir.

Aradakı səthi bənzərlikdən başqa meymunun insanlara digər heyvanlardan daha çox yaxınlığı mümkün deyil. Hətta zəka baxımından müqayisə etsək, sadəcə olaraq həndəsi möcüzə olan pətək inşa edən arı və ya bir mühəndislik möcüzəsi olan tor hörən hörümçək insana meymundan daha yaxındır. Hətta bəzi cəhətləri insandan üstündür...

Hətta, insanla meymun arasında çox böyük fərqlər var. Meymun nəticədə etbiarilə heyvandır, şüur baxımından hər hansı bir atdan və ya itdən fərqi yoxdur. İnsan isə şüurlu, iradə sahibi, düşünə bilən, danışa bilən, ağıllı, qərar verə bilən, mühakimə yürüdən varlıqdır. Bütün bu xüsusiyyətlər onun sahib olduğu "Ruh"unun funksiyalarıdır. İnsanla digər heyvanlar arasındakı uçurum yaradan ən önəmli fərq də budur- "Ruh"dur. Heç bir fiziki oxşarlıq insanla digər bir canlı arasındakı bu ən böyük fərqi örtə bilməz. Təbiətdə ruhu olan yeganə canlı insandır.

Allah Dilədiyi Şəkildə Yaradır

Bəs təkamülçülərin iddia etdikləri kimi bir ssenari reallaşmış olsa nə olar? Heç bir şey... Çünki təkamülün qarşıya qoyduğu və təsadüflərə əsaslandırdığı hər mərhələ yalnız möcüzə nəticəsində meydana gələ bilər. Yəni canlılıq bu mərhələlərlə meydana gəlmiş olsa belə hər mərhələ ancaq yaradılış sayəsində reallaşa bilər. Təsadüflərlə bu mərhələlərin reallaşması əsla mümkün deyil.

İlkin atmosferdə bir zülal meydana gəlibsə, bunun təsadüfən meydana gələ bilməyəcəyi ehtimal qanunları, biologiya və kimya qanunları ilə sübut edilmişdir. Lakin mütləq meydana gəldiyi iddia edilsə, o halda onu bir Yaradıcının yaratdığını qəbul etməkdən başqa alternativ yoxdur. Eyni məntiq təkamülçülərin qarşıya qoyduğu bütün tezislərə aiddir. Məsələn, balıqların sudan quruya çıxıb quru canlılarını meydana gətirdiyinə dair nə paleontoloji bir dəlil vardır, nə də fizika, kimya, biologiya və məntiq qaydaları belə bir keçidi təsdiqləmir. Lakin "balıqlar quruya çıxdı sürünənlərə çevrildi" deyiləcəksə, bunu deyən, ancaq bütün qanunların xaricində, "OL" dediyində dilədiyini yaradan üstün bir Yaradıcını qəbul etmək məcburiyyətindədir. Bunun xaricində bir düşüncə öz –özlüyündə ziddiyyət təşkil edər və heç bir məntiqə uymaz.



Həqiqət çox açıqdır. Bütün canlılar aləmi olduqca qüsursuz bir dizaynın, çox üstün bir yaradılışın məhsuludur. Bu isə Yaradıcının varlığını, həm də sonsuz bir güc, məlumat və ağla sahib Yaradıcının varlığını isbatlayır. O Yaradıcı, göylərin, yerin və ikisi arasında olan hər şeyin Rəbbi olan Allahdır.
(məqalə harun yahya)