TƏKAMÜL NƏZƏRİYYƏSİ YALNIZ MATERİALİST ZƏRURƏTDİR



“Dialektik materializmin mütləq və hərtərəfli doktrinalarına olan inanc, həyatın mənşəyi ssenarilərində çox əhəmiyyətli bir rol oynayır... Həyatın nə cürsə meydana gəlməsi... bu haqda heç bir dəlil olmamasına, hətta bunun dəlillərə zidd olmasına rəğmən müdafiə olunmaqdadır”. (Hubert Yockey)

DARVİNİZM VƏ MATERİALİZM

Bütün bu yazılar boyu diqqət yetirdiyimiz məlumatlar, bizə təkamül nəzəriyyəsinin heç bir elmi əsası olmadığını, əksinə təkamülün iddialarının elmi tapıntılarla aşkar zidd olduğunu göstərir. Yəni təkamülü dəstəkləyən güc elm deyil. Təkamül nəzəriyyəsinin bəzi "elm adamları" tərəfindən müdafiə olunmasının təməlində başqa faktor var. Bu “başqa factor” materialist fəlsəfədir.

Materialist fəlsəfə, tarixin ən qədim düşüncələrindən biridir və əsas xüsusiyyəti maddəni mütləq varlıq saymasıdır. Bu düşüncəyə görə maddə sonsuzdan bəri vardır və var olan hər şey də maddədən ibarətdir. Materializm əlbəttə ki, Yaradıcıya olan inamı imkansızlaşdırır. Bu məntiqə görə materializm tarixin ən qədim çağlarından bəri hər cür Allah inancına və İlahi dinə qarşı olmuşdur.

Bəs materializm doğrudurmu? Hər hansı bir fəlsəfənin doğruluğunu və ya səhv olmasını yoxlamağın üsulu, o fəlsəfənin elmə aid iddialarını məhz elmi üsullarla araşdırmaqdır. Məsələn 10-cu əsrdə bir fəlsəfəçi ortaya çıxıb, Ayın səthində müqəddəs bir ağac olduğunu, bütün canlıların əslində o nəhəng ağacın budaqlarında meyvə kimi yetişdiklərini və oradan dünyaya düşdüklərini iddia edə bilərdi. Bəzi insanlar da bu fəlsəfəni inandırıcı saya bilər və bunu mənimsəyə bilərdilər. Ancaq 20-ci əsrdə Aya gedildiyində artıq bu cür fəlsəfə iddia etməyin imkanı qalmır, çünki orada elə bir ağac olub olmadığı elmi üsulla, yəni müşahidə və təcrübə ilə araşdırılması mümkün hala gəlib.

Materializm iddiasını da elmi üsulla test edə bilərik. Maddənin sonsuzdan bəri var olub-olmadığını, maddənin maddədən üstün bir Yaradıcı olmadan öz-özünü yaradıb-yarada bilməyəcəyini və canlıları meydana gətirib-gətirməyəcəyini araşdıra bilərik. Bunu etdiyimizdə görərik ki, materializm əslində çökübdür. Çünki maddənin sonsuzdan bəri var olduğu düşüncəsi, kainatın yoxdan var edildiyini isbat edən Big Bang nəzəriyyəsi ilə məhv edilmişdir. Maddənin öz-özünü yaratdığı və canlıları meydana gətirdiyi iddiası isə; "təkamül nəzəriyyəsi" dediyimiz iddiadır və əvvəldən bəri araşdırdığımız kimi o da çökmüşdür.

Ancaq əgər bir insan materializmə inanmaqda israrlıdırsa, materialist fəlsəfəyə olan bağlılığını hər şeydən üstün tutursa, o zaman belə davranmaz. Əgər "əvvəl materialist, sonra elm adamı" isə, təkamülün elm tərəfindən yalanlandığını gördükdə materializmi tərk etməz. Əksinə, təkamülü hansı yolla olursa olsun dəstəkləməyə çalışaraq materializmi əsalandırmağa cəhd edər. Bax, bu gün təkamül nəzəriyyəsini müdafiə edən elm adamlarının halı budur.

Maraqlıdır, bunu bəzən özləri də etiraf edirlər. Harvard Universitetindən məşhur genetik və açıq sözlü bir təkamülçü olan Richard Lewontin, "əvvəl materialist, sonra elm adamı" olduğunu belə etiraf edir:

“Bizim materializmə bir inancımız var, 'a priori' (əvvəldən qəbul edilmiş, doğru fərz edilmiş) bir inancdır bu. Bizi dünyaya materialist izah gətirməyə məcbur edən şey, elmin üsulları və qaydaları deyil. Əksinə, materializmə olan “a priori” bağlılığımız səbəbiylə, dünyaya materialist bir izah verən araşdırma üsullarını və anlayışları hazırlayırıq. Materializm mütləq doğru olduğuna görə də, İlahi bir izahın ortaya çıxmasına icazə verə bilmərik”. (Richard Lewontin, "The demon-Haunted World", The New York Review of Books, 9 Yanvar, 1997, s. 28)

Lewontinin istifadə etdiyi "a priori" termini olduqca əhəmiyyətlidir. Bu fəlsəfi termin, heç bir təcrübi məlumata əsalanmayan fərziyyəni ifadə edir. Müəyyən bir düşüncənin doğruluğuna dair bir məlumat olmadığı halda, onu doğru fərz edir və o düşüncəni elə qəbul etsəniz, bu "a priori" bir düşüncə olar. Təkamülçü Lewontinin aşkar şəkildə ifadə etdiyi kimi, materializm də təkamülçülər üçün "a priori" formasında qəbul olunmuş düşüncədir və elmi də bu düşüncəyə uyğunlaşdırmağa çalışırlar. Materializm Yaradıcının varlığını qəti olaraq rədd etməyi zəruri etdiyi üçün, əllərindəki tək alternativ olan təkamül nəzəriyyəsinə sarılırlar. Təkamül elm tərəfindən nə qədər yalanlanırsa-yalanlansın fərq etməz. Sözügedən elm adamları onu qəti olaraq "a priori doğru" olaraq qəbul ediblər.

Bu ön yarqılı davranış təkamülçüləri "şüursuz maddənin öz-özünü təşkil etdiyinə inanmaq" kimi elmə və ağla zidd bir inanca aparır. New York Universitetindən kimya professoru və DNT mütəxəssisi Robert Shapiro təkamülçülərin bu inancını və təməlindəki materialist doqmanı belə açıqlayır:

“Bizi sadə kimyəvi birləşmələrin olduğu bir qarışıqdan, ilk təsirli replikatora (DNT və ya RNT-yə) doğru aparacaq bir təkamülə əsaslanan qanuna ehtiyac vardır. Bu qanun "kimyəvi təkamül" və ya "maddənin özünü təşkil etməsi" olaraq adlandırılır, amma heç bir zaman ətraflı şəkildə təsvir edilməmiş və ya varlığı göstərilə bilməmişdir. Belə bir prinsipin varlığına, dialektik materializmə bağlılıq uğrunda inanılır”. ( Robert Shapiro, Origins: A Sceptic's Guide to the Creation of Life on Earth. Summit Books, New York: 1986, s. 207)


Budur, dünya səviyyəsindəki təkamülçü təbliğatın təməlində bu materialist doqma vardır. Qərbin öndə gələn media təşkilatlarında, məşhur və "hörmətli" elm jurnallarında davamlı olaraq qarşılaşdığınız təkamül təbliğatı, bu cür ideoloji və fəlsəfi zərurətin nəticəsidir. Təkamül ideoloji baxımdan imtina edilməsi imkansız olduğu üçün, elmin standartlarını təyin edən materialist qruplar tərəfindən müzakirə edilməyən bir tabu halına gətirilmişdir.

Digər elm adamları isə, öz karieralarının davam etməsi üçün, bu zorakı nəzəriyyəni müdafiə etmək və ya heç olmazsa, əks fikir bildirməməyə məcburdurlar. Qərb ölkələrindəki alimlər, "dosent", "professor" kimi dərəcələrə çatmaq və bunları qorumaq üçün hər il müəyyən elm jurnallarında məqalə dərc etdirmək məcburiyyətindədirlər. Biologiya ilə maraqlanan jurnalların hamısı da materialist təkamülçülərin idarəsindədir. Bu kəslər təkamül əleyhində istənilən yazının nəşr olunmasına icazə verməz. Bu səbəbdən hər bioloq, bu inanca bağlı qalaraq iş görmək məcburiyyətindədir. Çünki onlar da təkamülü ideoloji bir lüzumluluq olaraq görən, qurulmuş materialist nizamın bir parçasıdırlar. Buna görə, kitab boyunca araşdırdığımız bütün "qeyri-mümkün təsadüf"ləri gözü bağlı bir şəkildə müdafiə edirlər.

Materialist Etiraflar

Məşhur təkamülçü Alman bioloq Hoïmar Von Dithfurtun yazdığı bəzi sətirlər, bu gözü bağlı materialist anlayışın yaxşı ifadəsidir. Dithfurt canlıların son dərəcə kompleks quruluşuna bir nümunə verdikdən sonra, bunun təsadüflərlə ortaya çıxıb-çıxa bilməyəcəyi sualı qarşısında bunları söyləyir:

“Təsadüf nəticəsində ortaya çıxmış belə bir uzlaşma, həqiqətən də mümkündürmü? Bu, bütün bioloji təkamülün ən fundamental sualıdır... Müasir təbiət elmini müdafiə edən heç kim bu suala "bəli" cavabını verməkdən başqa bir varianta sahib deyil. Çünki təbiət hadisələrini aydın olacaq şəkildə şərhi özünə hədəf etmiş, canlıları fövqəltəbii müdaxilənin köməyinə müraciət etmədən tamamilə təbiət qanunlarına əsaslanaraq törətməyi qarşısına məqsəd qoymuşdur”. (Hoimar Von Ditfudrth, Dinozavrların Səssiz Gecəsi, cild 2, Çev. Veysəl Atayman, 2.b. İstanbul: Alan Nəşriyyat, Mart 1995, s. 64.)



Dithfurtun da ifadə etdiyi kimi materialist elm anlayışı həyatı "fövqəltəbii müdaxilənin", yəni yaradılışın varlığını rədd edəcək şəkildə şərhi özünə ən fundamental prinsip təyin etmişdir. Bu prinsip bir dəfə mənimsəndikdən sonra, ən qeyri-mümkün ehtimallar belə asanlıqla qəbul edilə bilər. Bu cəfəng zehniyyətin nümunələrinə demək olar hər təkamülçü çalışmada rast gəlmək mümkündür. Təkamülün Türkiyədəki müdafiəçilərindən olan Prof. Əli Demirsoy bir çox nümunədən biridir. Əvvəlki hissələrdə də ifadə etdiyimiz kimi, Dəmirsoya görə, həyat üçün mütləq var olması lazım olan təməl zülallardan Sitoxrom C-oksidazanın təsadüfən meydana gəlmə ehtimalı "bir meymunun çap maşınında heç səhv etmədən insanlıq tarixini yazma ehtimalı qədər azdır." (Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara: Meteksan Yayınları, 1984, s. 61)

Şübhəsiz ki, belə bir ehtimalı qəbul etmək, ağıl və sağlam fikrin ən fundamental prinsiplərini ayaqlamaq mənasını verir. İnsan kağız parçası üzərində yazılmış bir hərf gördüyündə belə, o hərfin bir şüur tərəfindən yazıldığına əmindir. Bəşər tarixini izah edən bir kitab gördüyündə, bunun bir yazıçı tərəfindən qələmə alındığından daha da əmindir. Ağlı yerində olan heç kim, bu nəhəng kitabın içindəki hərflərin "təsadüfən" düzüldüyünü iddia etməyəcək.

Ancaq son dərəcə maraqlıdır, "təkamülçü elm adamı" Prof. Dr. Əli Demirsoy bunu qəbul edir: “Bircə Sitoxrom C-oksidaza düzülüşünü meydana gətirmək ehtimalı sıfır deyiləcək qədər azdır. Yəni canlılar aləmi əgər müəyyən bir düzülüşü tələb edirsə, bu bütün kainatda bir dəfə meydana gələcək qədər az ehtimala malikdir, deyilə bilər. Və ya meydana gəlməsində bizim müəyyən edə bilməyəcəyimiz fövqəltəbii güclər yer almışdır. Bu sonuncusunu qəbul etmək elmi məqsədə uyğun deyil. O halda birinci fərziyyəni araşdırmaq lazımdır”. Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara: Meteksan Yayınları, 1984, s. 94)

Qısası Demirsoy "fövqəltəbii gücləri qəbul etməmək", yəni Allahın yaratmasını rədd etmək üçün, qeyri-mümkünü seçir. Bu yanaşmanın elmlə heç bir əlaqəsinin olmadığı isə aydındır. Necə ki, Demirsoy başqa bir mövzudan hüceyrədəki mitoxondrilərin mənşəyindən danışarkən, təsadüf izahını "elmi düşüncəyə olduqca tərs olmasına baxmayaraq" qəbul etdiyini açıqca ifadə edir:

“... Problemin ən əsas nöqtəsi, mitoxondrilərin bu xüsusiyyəti necə qazandığıdır. Çünki tək bir fərdin belə təsadüf nəticəsində bu xüsusiyyəti qazanması zəkanın qəbul edə bilməyəcəyi qədər həddindən artıq ehtimalların bir yerə toplanmasını tələb edir... Tənəffüsü təmin edən və hər addımda dəyişik şəkildə katalizator olaraq tapşırıq alan fermentlər mexanizmin əsasını meydana gətirir. Bu ferment silsiləsini bir hüceyrə ya tam ehtiva edir, ya da bəzilərini ehtiva etməsi mənasızdır. Çünki fermentlərin bəzilərinin əskik olması hər hansı bir nəticə verməz. Burada elmi düşüncəyə olduqca tərs olan daha cəfəng bir şərh və fərziyyə deməmək üçün bütün tənəffüs fermentlərinin eyni anda hüceyrənin içərisində və oksigenlə təmas etmədən, əskiksiz yerləşdirildiyini istər istəməz qəbul etmək məcburiyyətindəyik”. ( Əli Demirsoy, Varislik və Təkamül, s. 94)

Bütün bu sətirlərdən anlayırıq ki, təkamül, əslində elmi araşdırmaların nəticəsində ortaya çıxan bir nəzəriyyə deyil. Əksinə bu nəzəriyyə materialist fəlsəfənin əsaslarına görə ortaya qoyulmuş və sonra da elmi gerçəklərə baxmayaraq qəbul etdirilməyə çalışılan bir tabuya çevrilmişdir. Yenə də təkamülçülərin yazdıqlarından anladığımız kimi, bütün bu səyin həm də "məqsədi" vardır və bu məqsəd, canlıların bir Yaradıcı tərəfindən var edildiyini inkar etməyi zəruri edir.

Təkamülçülər bu məqsədi "elmi məqsəd" olaraq ifadə edirlər. Halbuki sözünü etdikləri şey elm deyil, materialist fəlsəfədir. Materializm maddədən-kənar (və ya "fövqəltəbii" nin) var olduğunu qətiyyən rədd edir. Elm isə belə bir cəfəngiyyatı qəbul etmək məcburiyyətində deyil. Elm təbiəti araşdırmaq və nəticələr çıxarmaqla məsuldur. Bu nəticələr təbiətin yaradıldığı gerçəyini ortaya çıxarırsa, elm bunu qəbul edər. Əsl elm adamının etməsi lazım olan da budur. 19-cu əsrin köhnə materialist cəfəngiyyatına bağlanaraq qeyri-mümkün ssenariləri müdafiə etmək deyil.
(məqalə harun yahya)