DİGƏR TƏKAMÜLÇÜ İDDİALAR DA ETİBARSIZDIR



Bir elm adamı olaraq aldığım təhsil boyu, elmin hər hansı bir şüurlu yaradılış anlayışı ilə uyğunlaşa bilməyəcəyinə dair çox güclü bir təlqinə məruz qalmışdım. Bu anlayışa şiddətlə qarşı çıxmaq lazım idi... Amma bu anda, Tanrıya inanmağı tələb edən izah qarşısında ortaya qoyulacaq heç bir ağıllı arqument tapa bilmirəm... Biz həmişə açıq bir zehinlə düşünməyə alışdıq və indi həyata gətirilə biləcək yeganə məntiqli cavabın təsadüfi qarışıqlıqlar deyil, yaradılış olduğu nəticəsinə çatırıq. (Riyaziyyat və Astronomiya Professoru Chandra Wickramasinghe, Interview in London Daily Express, 14 Avqust 1981 )

Əvvəlki bölmələrdə təkamül nəzəriyyəsinin etibarsızlığını poleontologiyanın və molekulyar biologiyanın ortaya qoyduğu dəlillərlə araşdırdıq. Bu bölmədə isə təkamülçülərin nəzəriyyələrinə dəlil olaraq göstərməyə çalışdıqları bəzi bioloji hadisə və ya anlayışlara nəzər yetirəcəyik. Bu mövzular, həm təkamülü dəstəkləyən heç bir elmi tapıntı olmadığını göstərmək, həm də təkamülçülərin necə böyük təhrif və göz bağlamaya müraciət etdiklərini açıqlamaq baxımından əhəmiyyətlidir.

Variasiyalar Və Növlər Arasındakı Keçilməz Sərhədlər

Variasiya genetikada istifadə edilən termindir və “müxtəliflik”, “çoxnövlülük”,(və ya genetik polimorfizm- eyni növdən olan orqanizmlərin quruluşca müxtəlif formalarda mövcud olması) mənasını verir. Bu genetik hadisə, bir canlı növünün içindəki fərd və ya qrupların, bir-birlərindən fərqli xüsusiyyətlərə sahib olmasına səbəb olur. Məsələn, yer üzündəki insanların hamısı təməldə eyni genetik məlumata sahibdirlər, amma bu genetik məlumatın izin verdiyi variasiya potensialı sayəsində bəzisi qıyıq gözlü, bəzisi qırmızı saçlı, bəzisinin burnu uzun, bəzisinin boyu qısadır.

Növlərdəki Variasiyalar Təkamül Deyil

Növlərin Mənşəyində Darvin iki anlayışı bir-birinə qarışdırmışdı: Bir növ içindəki variasiyalar və yeni bir növün meydana gəlməsini. Darvin məsələn, it növünün içindəki müxtəlifliyi müşahidə etdi və bu variasiyaların nə vaxtsa başqa bir növə çevriləcəklərini düşündü. Hal-hazırda belə təkamülçülər bir növ içindəki variasiyaları təkamül olaraq göstərməyə çalışırlar. Ancaq növ daxilindəki variasiyaların təkamül olmadığı elmi bir həqiqətdir. Məsələn, təbiətdə itin neçə növünün olduğu əsas deyil, çünki bunların hamısı daim it olaraq qalacaqdır. Bir növdən başqa bir növə keçid qətiyyən meydana gəlməyəcək.


Təkamülçülər isə, bir növün içindəki variasiyaları nəzəriyyələrinə sübut olaraq göstərməyə çalışırlar. Halbuki variasiya təkamülə sübut olabilməz, çünki variasiya onsuz da mövcud olan genetik məlumatın müxtəlif variantlarda uyğunlaşmasından ibarətdir və genetik məlumata yeni bir xüsusiyyət qazandırmaz.

Variasiya daim genetik məlumatın sərhədləri daxilində baş verir. Genetikada sözü gedən sərhədə "gen hovuzu" və ya “genofond” deyilir. Hər hansı bir canlı növünün gen hovuzunda mövcud olan bütün xüsusiyyətləri, variasiya sayəsində müxtəlif formalarda ortaya çıxa bilər. Məsələn, variasiya nəticəsində, müəyyən bir sürünən növü daxlində quyruğu digərinə görə bir az daha uzun və ya daha qısa olan cinslər ortaya çıxa bilər, çünki qısa və uzun ayaq haqqında məlumat sürünənlərin gen hovuzunda onsuz da vardır. Amma variasiya sürünənlərə qanad taxıb, tük əlavə edib, maddələr mübadiləsini dəyişdirib onları quşa çevirə bilməz. Çünki bu cür dəyişiklik canlının genetikasına müvafiq məlumatların əlavə olunmasını tələb edir, lakin variasiyalarda belə bir vəziyyət mümkün deyil.

Darvin, nəzəriyyəsini ortaya atarkən bunu bilirdi. Laki variasiyaların sərhədinin olmadığını sanırdı. 1844-cü ildə yazdığı bir yazısında, "çoxları təbiətdəki variasiyanın bir sərhədi olduğunu qəbul edir, amma mən bu düşüncənin əsaslandığı bircə ədə belə konkret səbəb görə bilmirəm" demişdi. (Loren Eiseley, The Immense Journey, Vintage Books, 1958, s. 186)

“Növlərin Mənşəyi” adlı kitabında da müxtəlif variasiya nümunələrini nəzəriyyəsinin ən böyük sübutu kimi göstərmişdi. Məsələn Darvinə görə daha bol süd verən inək cinsləri yetişdirmək üçün müxtəlif inək variasiyalarını cütləşdirən maldarlar, nəticədə inəkləri başqa bir canlı növünə çevirəcəkdilər. Darvinin, bu "sərhədsiz dəyişiklik" fikrini ən yaxşı ifadə edən, “Növlərin Mənşəyi” adlı kitabında yazdığı bu cümlə idi:



“Bir ayı cinsinin təbii seçmə yoluyla getdikcə daha çox suda yaşamağa uyğun xüsusiyyətlər əldə etməsində, getdikcə daha böyük ağza sahib olmasında və nəhayət bu canlının nəhəng bir balinaya çevrilməsində heç bir çətinlik görə bilmirəm”. ( Charles Darvin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 184)


AYILAR BALİNALARA ÇEVRİLƏ BİLƏRMİ?!.

…Darvin, Növlərin Mənşəyi adlı kitabında, balinaların üzməyə cəhd edən ayılardan təkamülləşdiyini iddia etmişdi! Bunun səbəbi, Darvinin bir canlı növü daxilindəki genetik dəyişiklikləri sərhədsiz zənn etməsi idi. 20-ci əsrin elmi isə yalnız xəyala əsaslanan bu təkamülçü ssenariləri etibarsız etdi.

Darvinin bu cür iddialı missallar çəkməsini səbəbi, yaşadığı əsrin primitiv elm anlayışı idi. 20-ci əsr isə, canlılar üzərində aparılan təcrübələr nəticəsində "genetik dəyişməzlik" (genetik homoestatis) deyilən bir qanunu ortaya qoydu. Bu qanun, müəyyən bir canlı növünü dəyişdirmək üçün edilən bütün cütləşdirmə (fərqli variasiya meydana gətirmək) səylərinin nəticəsiz qaldığını, canlı növləri arasında keçilməz sərhədlər olduğunu ortaya qoydu. Yəni müxtəlif inək variasiyalarını cütləşdirən fermerlərin nəticədə inəkləri Darvinin iddia etdiyi kimi başqa bir növə çevirmələri qətiyyən mümkün deyildi.

“Darvin Retried” adlı kitabıyla Darvinizmin etibarsızlığını ortaya qoyan Norman Macbeth bu mövzuda belə yazır: “Problem canlıların həqiqətən də qeyri-məhdud şəkildə variasiya göstərib- göstərmədikləridir... Növlər daim sabitdirlər. Seleksionerlərin yetişdirdikləri müxtəlif bitki və heyvan cinslərinin müəyyən bir nöqtədən irəli getmədiyini, hətta həmişə orijinal formalarına geri döndüyünü bilirik...” (Norman Macbeth, Darvin Retried: An Appeal to Reason, Harvard Common Press, New York: 1971, s. 33)
Heyvan baxımı sahəsindəki dünyanın ən önəmli mütəxəssislərindən biri sayılan Luther Burbank bu gerçəyi, "müəyyən bir canlıda meydana gələ biləcək inkişafın sərhədi vardır və bu qanun, bütün yaşayan canlıları müəyyən olunmuş sərhədlər daxilində sabit saxlayır" deyərək ifadə edir. (Norman Macbeth, Darvin Retried: An Appeal to Reason, s. 36)

Danimarkalı elm adamı W. L, Johannsen isə bu mövzuda belə deyir: “Darvinin bütün vurğusunu üzərinə qoyduğu variasiyalar, canlını əslində müəyyən bir nöqtədən irəli apara bilməzlər və bu səbəblə variasiyalar 'davamlı dəyişmənin (təkamülün) səbəbini meydana gətirməz”. (Loren Eiseley, The Immense Journey, Vintage Books, 1958. s 227. )

Darvinin Qalapagos adalarında gördüyü müxtəlif alacəhrələr də eyni şəkildə təkamülə dəlil olmayan bir variasiya nümunəsidir. Son illərdə aparılan müşahidələr, alacəhrələrdə Darvinin nəzəriyyəsinin nəzərdə tutduğu kimi sərhədsiz bir dəyişiklik yaşanmadığını ortaya qoymuşdur. Həm də, Darvinin 14 müxtəlif növ olaraq təyin etdiyi fərqli alacəhrə tiplərinin çoxu, əslində bir-birləri ilə cütləşə bilən, yəni eyni növün üzvləri olan variasiyalardır. Elmi müşahidələr demək olar ki, hər təkamülçü mənbədə əfsanələşdirilərək izah edilən "alacəhrə dimdikləri" nümunəsinin, əslində "variasiya" nümunəsi olduğunu, yəni təkamül nəzəriyyəsinə dəlil meydana gətirmədiyini göstərir. Qalapagos Adalarına "Darvinist təkamülün dəlillərini tapmaq" üçün gedən və adalardakı alacəhrə növlərini uzun illər boyu müşahidə edən Peter və Rosemary Grantın məşhur çalışmaları, adada hər hansı bir "təkamül" yaşanmadığını sənədləşdirməkdən başqa bir nəticə verməmişdir. .(Jonathan Wells, Icons of Evolution, 2000, s. 159-175 )

Antibiotik Müqaviməti və DDT (DixlorDifenilTrixlorometilmetan) İmmuniteti Təkamülə Sübut Deyil

Təkamülçülərin nəzəriyyələrinə sübut kimi təqdim etmək istədikləri bioloji amillərdən biri də bakteriyaların antibiotik müqavimətdir. Təkamülçü mənbələrin bir çoxunda antibiotik müqaviməti (antibiotic resistance) "faydalı mutasiyaların canlıları təkamül etdirməsinə dair nümunə" olaraq göstərir. Buna bənzər digər iddia DDT kimi böcək və həşəratları öldürmək üçün işlədilən dərmanlara qarşı immunitet formalaşdıran böcəklər üçün də irəli sürülür.

Halbuki burada da təkamülçülər aldanırlar.

Antibiotiklər bəzi mikroorqanizmlər tərəfindən digər mikroorqanizmlərə qarşı mübarizə aparmaq üçün düzəldilən "öldürücü molekullardır". İlk antibiotik 1928-ci ildə Aleksandr Fleming tərəfindən kəşf edilən penisillindir. Fleming kif göbələyinin (mold), stafilokokk (staphylococcus) bakteriyasını öldürən bir molekul formalaşdırdığını kəşf etmiş və bu, tibb dünyasında yeni bir cığır açmışdır. Mikroorqanizmlərdən alınan antibiotiklər müxtəlif bakteriyalara qarşı istifadə edilmiş və uğurlu alınmışdır. Ancaq bir müddət sonra ortaya çıxdı ki: Bakteriyalar antibiotiklərə qarşı müəyyən zaman ərzində immunitet qazanırlar. Mexanizm isə belə işləyir: Antibiotikə məruz qalan bakteriyaların böyük hissəsi ölür, amma bəziləri bu antibiotikdən təsirlənməyərək sürətlə çoxalır və bütün populyasiyaya sahib çıxırlar. Beləliklə də bütün populyasiya antibiotikə qarşı müqavimətli hala gəlir.

Təkamülçülər bu faktı "bakteriyalar ətraf mühit şərtlərinə uyğunlaşıb təkamül keçirir" şəklində şərh etməyə çalışır. Halbuki əsl hadisə bu qeyd olunan ötəri təkamülçü dəyərləndirmədən daha fərqli şəkildə reallaşır. Bu mövzuda ən samballı işləri görən adlardan biri də 1997-ci ildə nəşr olunan “Not By Chance” adlı kitabıyla tanınan İsrailli biofizik Dr. Lee Spetnerdir. Spetner bakteriyadakı immunitetin iki müxtəlif mexanizm ilə təmin edildiyini, amma bunların hər ikisinin təkamül nəzəriyyəsinə sübut ola bilməyəcəyini izah edir. Bu iki mexanizm bunlardır:

1) Bakteriyalarda onsuz da əvvəldən var olan müqavimət genlərinin köçürülməsi və
2) Mutasiya nəticəsində genetik məlumat itkisinə uğrayan bakteriyaların antibiotikə müqavimət qazanmasıdır.
Spetner 2001-ci il tarixli məqaləsində ilk mexanizmi belə açıqlayır:

Bəzi mikroorqanizmlər antibiotiklərə müqavimət göstərən genlərə sahibdir. Bu immunitet, antibiotik molekulunun formasının pozulması və ya onu hüceyrədən xaric edilməsi sayəsində reallaşır. Bu genlərə sahib olan orqanizmlər bu məlumatı digər bakteriyalara transfer edərək onlara da immunitet qazandıra bilirlər. İmmunitet mexanizmi müəyyən bir antibiotikə aid olsa da, bir çox patogenik bakteriya... fmüxtəlif gen dəstləri əldə etməyi və müxtəlif bakteriyalara qarşı immunitet qazanmağı bacarmışdır. ( Dr. Lee Spetner, "Lee Spetner/Edward Max Dialogue: Continuing an exchange with Dr. Edward E. Max", 2001, [)

Prof. Spetner bunun "təkamülə sübut" olmadığını isə belə açıqlayır:

“Antibiotik immunitetinin bu şəkildə əldə edilməsi... təkamül üçün sübut kimi təqdim olunması gözlənilən mutasiyalar üçün bir nümunə meydana gətirməz. Nəzəriyyəni (təkamülü) sərgiləyən mutasiyalar, bakteriyanın genomuna məlumat əlavə edən genetik dəyişikliklər deyil; bu dəyişikliklər eyni zamanda bütün bioloji aləmə məlumat əlavə etməlidir. Genlərin üfüqi transferi, onsuz da bəzi növlərdə mövcud olan genetik məlumatı paylamaqdadır”. (Dr. Lee Spetner, [ )
Yəni ortada bir təkamül yoxdur, çünki yeni bir genetik məlumat ortaya çıxmır, sadəcə onsuz da daha əvvəl mövcud olan bir genetik məlumat bakteriyalar arasında transfer edilir.

İmmunitetin ikinci növü, yəni mutasiya nəticəsində ortaya çıxan immunitet də bir təkamül nümunəsi deyil. Spetner mövzunu belə açıqlayır: “Bəzən bir mikroorqanizm, tək bir nükleotidin (DNT pilləsinin) təsadüfi olaraq yerdəyişdirməsi nəticəsində bir antibiotikə qarşı immunitet əldə edir... İlk dəfə Waksman və Albert Schatz tərəfindən 1944-cü ildə kəşf edilən Streptomitsin (Streptomycin), bakteriyaların bu yolla immunitet qazana bildiyi bir antibiotikdir. Amma keçirdiyi mutasiya streptomitsin mövcud olduğu müddətcə mikroorqanizmə faydalı olsa da, yenə də bu, neo-Darvinist nəzəriyyə tərəfindən ehtiyacı duyulan mutasiya növü üçün bir nümunə meydana gətirməz. Streptomitsinə immunitet təmin edən mutasiyanın təsiri ribozomda ortaya çıxır və bu mutasiya, antibiotik molekulu ilə ribozom arasındakı molekulyar uyğunlaşmanı pozur”. (Dr. Lee Spetner, [)

Spetner, bu hadisəni “Not By Chance” adlı kitabında kilid-açar əlaqəsinin pozulmasına bənzədir. Streptomitsin, bir kilidin açarı kimi, bakteriyaların ribozomuna yapışır və bu ribozomu təsirsiz hala gətirir. Mutasiya isə ribozomun şəklini pozur və bu vəziyyətdə streptomitsin ribozoma yapışa bilir. Bu, "bakteriya streptomitsinə qarşı immunitet qazandı" kimi izah edilsə da, əslində bakteriya üçün qazanc deyil itkidir. Spetner yuxarıdakı sətirlərə belə əlavə edir: “Ortaya çıxır ki, (ribozomun quruluşundakı) bu pozulma, bir spesifiklik (müəyyən bir işə görə xüsusiləşmə) azalması, yəni informasiya (məlumat) itkisidir. Əsl nöqtə budur ki, , bu mutasiyalar nə qədər çox olursa olsun (təkamül) bu kimi mutasiyalar ilə təmin edilə bilməz. (Dr. Lee Spetner, [)

Mövzunun xülasəsi budur: Bakteriyanın ribozomunu dəyişdirən bir mutasiya, bu bakteriyanı Streptomitsinə qarşı müqavimətli hala gətirə bilir. Amma bunun səbəbi, mutasiyanın ribozomu "pozması"dır. Yəni bakteriyaya yeni bir genetik məlumat əlavə olunmur. Əksinə, ribozomun quruluşunu pozur, əslində sanki bakteriya "şikəst" hala gəlir. (Necə ki, bu mutasiyanı keçirən bakteriyaların ribozomunun normal bakteriyalara görə daha səmərəsiz olduğu müəyyən olunmuşdur.) Bu "şikəstlik" ribozoma yapışacaq şəkildə struktura sahib olan antibiotikə mane olduğu üçün, ortaya "antibiotik immuniteti" çıxır.

Nəticədə, ortada "genetik məlumatı təkmilləşdirən" bir mutasiya nümunəsi yoxdur. Antibiotik müqavimətini təkamülə dəlil kimi göstərmək istəyən təkamülçülər, mövzunu çox səthi bir şəkildə dəyərləndirir və aldanırlar.

DDT və buna bənzər digər vasitələrə qarşı həşratlarda formalaşan immunitetdə də eyni vəziyyət yaranır. Bu immunitet nümunələrinin çoxunda, onsuz da daha əvvəldən mövcud olan immunitet genləri istifadə edilir. Təkamülçü bioloq Francisco Ayala "böcək zəhərlərinin ən yaxşı növlərinə qarşı göstərilən immunitet, insan tərəfindən istehsal olunan bu maddələr böcəklərə tətbiq olunduğunda, o böcək növünün müxtəlif genetik variasiyalarında var idi" deyərək bu gerçəyi qəbul edir. (F. J. Ayala, "The Mechanisms of Evolution", Scientific American, dəri 239, Sentyabr 1978, s. 64)

Mutasiya ilə açıqlanan digər bəzi nümunələr isə, eynilə yuxarıda izah edilən ribozom mutasiyasında olduğu kimi, böcəklərdə "genetik məlumat itkisi"nə səbəb olan faktlardır.

Bu halda bakteriya və böcəklərdəki immunitet mexanizmlərinin təkamül nəzəriyyəsinə dəlil olduğu irəli sürülə bilməz. Çünki təkamül nəzəriyyəsi, canlıların mutasiyalar yoluyla inkişaf etdikləri iddiasına əsaslanır. Spetner, nə antibiotik immunitetinin, nə də bir başqa bioloji faktın belə bir mutasiya nümunəsi göstərmədiyini belə açıqlayır: “Makrotəkamülün ehtiyac duyduğu mutasiyalar heç zaman müşahidə edilməmişdir. Neo-Darvinist nəzəriyyə tərəfindən ehtiyac duyulan təsadüfi mutasiyaları təmsil edə biləcək, molekulyar səviyyədə araşdırılmış heç bir mutasiyanın genetik məlumat əlavə etdiyi görülməmişdir. Araşdırdığım sual "müşahidə edilmiş mutasiyalar, nəzəriyyənin dəstək tapmaq üçün ehtiyac duyduğu mutasiyalardırmı?" sualıdır. Cavab "XEYR"dir”. (Dr. Lee Spetner, [ )

Rudiment Orqanlar Yalanı

Təkamülçü ədəbiyyatda uzun müddət mövcud olan, lakin həqiqiliyi itəndən sonra səssiz-səmirsiz kənara qoyulan iddialardan biri də "rudiment orqanlar" anlayışıdır. Ancaq bəzi təkamülçülər "rudiment orqanlar"ı hələ də təkamülə böyük bir dəlil zənn edir və elə göstərməyə çalışırlar.

Təxminə bir əsr əvvəl ortaya atılmış iddiadır. İddiaya görə canlı bədənində əcdadlarından onlara miras qalmış, lakin istifadə etmədikləri üçün zaman keçdikcə funksiyasını itirmiş orqanlar mövcuddur. Halbuki, bu anlayış məlumat əskikliyindən qaynaqlanırdı. "Funksiyasız" deyilən orqanlar əslində "funksiyası təsbit ediləməmiş" orqanlar idi. Buna sübutlardan biri isə, təkamülçülər tərəfindən vaxtilə hazırlanmış uzun-uzadı "rudiment orqanlar" siyahısının getdikcə kiçilməsi oldu. Özü bir təkamülçü olan S.R.Scadding "Evolutionary Theory" (Təkamül Nəzəriyyəsi) jurnalında yazdığı "rudiment orqanlar Təkamülə Sübutdurmu ?" başlıqlı məqaləsində belə edir:

“(Biologiya haqqında) məlumatımız artdıqca, rudiment orqanların siyahısı kiçildi... Bir orqanın funksiyasız olduğunu təsbit etmək mümkün olmadığına görə və onsuz da rudiment orqanlar iddiası elmi bir xüsusiyyət daşımadığına görə, "rudiment orqanlar"ın təkamül nəzəriyyəsinin lehində hər hansı bir sübut meydana gətirə bilməyəcəyi nəticəsinə nail oluram”. (S.R.Scadding, "Do 'Vestigial Organs' Provide Evidence for Evolution?", Evolutionary Theory, Cild 5, May 1981, s. 173)

Alman anatomik R. Wiedersheim tərəfindən 1895-ci ildə ortaya atılan "rudiment insan orqanları" siyahısı appendiks çıxıntısı, büzdüm sümüyü kimi təxminən 100 orqanı ehtiva edirdi. Ancaq elm irəlilədikcə, Wiedersheimin siyahısındakı orqanların hər birinin çox önəmli funksiyalara sahib olduğu ortaya çıxdı. Məsələn, "rudiment orqan" sayılan appendiks çıxıntısının (kor bağırsaq) əslində bədənə daxil olan mikroblara qarşı mübarizə aparan linfa sisteminin bir hissəsi olduğu müəyyən olundu. Bu fakt, 1997-ci il tarixli bir tibb qaynağında belə ifadə edilir:

"Bədəndəki timus, qaraciyər, dalaq, apandiks, sümük iliyi kimi başqa orqanlar linfotik sistemin parçalarıdır. Bunlar da bədənin infeksiyalarla mübarizəsinə kömək edir." (The Merck Manual of Medical Information, Home edition, The Merck Publishing Group, New Jersey, Rahway, 1997)

Təkamülçülərin "rudiment orqan" siyahısında olan badamcıqların isə xüsusilə yetkin yaşlara qədər boğazı infeksiyalara qarşı müdafiədə əhəmiyyətli rol oynadığı kəşf edildi. Büzdüm sümüyünün isə çanaq sümüyü ətrafındakı sümüklərə də dəstək olduğu və bəzi kiçik əzələlərin yapışma nöqtəsi olduğu müəyyənləşdi.

Növbəti illərdə "rudiment orqan" olaraq timus vəzinin T hüceyrələri vasitəsiylə bədənin müdafiə sistemini aktiv hala gətirdiyi; epifizin əhəmiyyətli hormonların ifrazından məsul olduğu; qalxanabənzər vəzinin körpələrdə və uşaqlarda balanslı inkişafın reallaşmasını təmin etdiyi; hipofizin də bir sıra başqa hormon vəzilərinin düzgün işləməsinə nəzarət etdiyi ortaya çıxdı. Darvin tərəfindən "rudiment orqan" olaraq xarakterizə edilən gözdəki yarımay şəklində çıxıntı olan 3-cü göz qapağının isə gözü təmizləmə və nəmləndirmə funksiyasını icra etdiyi aydın oldu.

Rudiment orqanlar iddiasında təkamülçülərin buraxdığı növbəti kobud məntiq səhvi də vardı. Bildiyimiz kimi təkamülçülər tərəfindən ortaya atılan iddia, canlılardakı rudiment orqanların keçmişdəki atalarından miras qaldığı şəklində idi. Halbuki "rudiment orqan" olduğu deyilən bəzi orqanlar, insanın atası olduğu iddia edilən canlılarda yoxdur! Məsələn, təkamülçülər tərəfindən insanın atası olduğu deyilən bəzi meymunlarda appendiks. Rudiment orqanlar tezisinə qarşı çıxan bioloq H. Enoch bu kobud səhvini belə dilə gətirir:

İnsanların appendiksi vardır. Ancaq qədim ataları olan alt meymunlarda appendiks yoxdur. Sürpriz şəkildə appendiks daha alt məməlilərdə, məsələn opossumlarda təkrar meydana çıxır. Elə isə təkamül nəzəriyyəsi bunu necə açıqlaya bilər? (H. Enoch, Creation and Evolution, New York: 1966, s. 18-19 )

Qısası, rudiment orqanlar iddiası, həm məntiq səhvləriylə doludur, həm də elmi olaraq yalnışdır. İnsanlarda "əsdadlarından" miras qalmış heç bir rudiment orqan yoxdur. Çünki insanlar digər canlılardan təsadüflərlə törəməmişdir, müasir formalarıyla əskiksiz və mükəmməl şəkildə yaradılmışdır.
(məqalə harun yahya)