Harun Yəhya (Adnan Oktar )



Adnan Oktarın həyatı və əsərləri

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar əsərlərini Harun Yəhya imzası ilə yazır. Bütün ömrünü tamamilə Uca Allahın varlığını və birliyini insanlara çatdırmağa və Quran əxlaqını yaymağa həsr etmiş bir şəxs olan Oktar tələbəlik illərindən başlayaraq, həyatının hər dövründə bu müqəddəs məqsədə xidmət etmiş, heç bir çətinliyə, təzyiqlərə baxmayaraq həvəsdən düşməmişdir. Bu gün böyük səbr və iradə nümayiş etdirərək bütün təzyiqlərə qarşı ideologiya mübarizəsini davam etdirir.

Adnan Oktarın qısa tərcümeyi-halı...

Adnan Oktar 1956-cı ildə Türkiyənin paytaxtı Ankara şəhərində anadan olub. Orta təhsilini gözlərini dünyaya açdığı şəhərdə bitirib. İslam əxlaqına olan bağlılığı orta məktəb illərində çox gücləndi. Bu dövrdə böyük İslam alimlərinin demək olar ki, bütün əsərlərini oxuyaraq İslam dini haqqında dərin biliklərə yiyələndi. Yenə həmin illərdə İslam əxlaqını bütün insanlara çatdırmağa və onları doğruya, gözəlliyə dəvət etməyə qərar verdi. 1979-cu ildə minlərlə insanın arasından üçüncü olaraq qəbul olduğu Mimar Sinan Universitetində təhsilini davam etdirmək üçün İstanbula köçdü. Sənəti Allahın üstün yaradıcılığının təcəllası olaraq qəbul edən Oktar şəkil çəkməkdə uşaqlıq yaşlarından etibarən qabiliyyətli idi. Tez-tez sürrealist tablolar çəkərdi. Dostlarına hədiyyə payladığı çox sayda tablosu vardır. Bundan başqa, Allahın sənətinin nümayişi olaraq qəbul etdiyi heyvanlara, bitkilərə və güllərə də xüsusi marağı olan Adnan Oktarın bağı sahmanlamaq, daxili memarlıq və dekorasiya da onun maraq sahələrindəndir.

Mimar Sinan Universitetindəki illəri

Adnan Oktar Mimar Sinan Universitetinə qəbul olduğu dövrdə bu təhsil ocağı müxtəlif qeyri-leqal (illeqal) marksist-kommunist təşkilatların təsiri altında idi. Həm müəllim heyyəti, həm fakültə rəhbərliyi, həm də tələbələr arasında ateist və materialist cərəyanlar hakim idi. Hətta universitet müəllimlərinin bəziləri tədris etdikləri fənlərin mövzusu ilə heç bir əlaqəsi olmamasına baxmayaraq demək olar ki, əllərinə düşən hər fürsətdə materialist fəlsəfə və Darvinizmin təbliğatını aparırdılar.

Adnan Oktar dini və əxlaqi dəyərlərin hörmətlə yanaşılmadığı və haradasa tamamilə özlərindən uzaqlaşdırıldığı, materialist dünyagörüşünün nəzarətindəki belə bir mühitdə ətrafındakı insanlara Allahın mövcudluğunu və birliyini başa salmağa başladı. Universitetin yaxınlığındakı məsciddə aşkar namaz qılan yeganə şəxs idi.

Anası Mediha Oktarın da qeyd etdiyi kimi, bu dövrdə Adnan Oktar gecələr ancaq bir neçə saat yatır, vaxtını əsasən oxuyaraq, qeydlər edərək və dosyalar hazırlayaraq keçirirdi. Bunların arasında Marksizm, Leninizm, Maoizm, kommunizm və materialist fəlsəfə mövzulu əsas kitabların da olduğu yüzlərlə əsər oxumuş, həm klassik, həm də çox nadir hallarda oxunan kitabların üzərində geniş tədqiqatlar aparmış, bu elmdən uzaq nəzəriyyənin ziddiyyətlərini göstərən məlumat və sənədlər toplamışdır.

Allahın inkar edilməsinə əsaslanan bu batil fəlsəfə və ideologiyalarda mövcud olan içindən çox çətin çıxılan məsələlər, ziddiyyətlər və yalanlar haqqında çox təfərruatlı məlumat toplayan Oktar, bu məlumat toplusu ilə insanları həqiqətə və doğruluğa dəvət etmişdir. Universitetdəki tələbələr və müəllimlər də daxil olmaqla, hər kəsə Allahın varlığını, birliyini və Quran əxlaqını çatdırmışdır. Oktar kafedrada, dəhlizlərdə və ya dərslərin arasındakı fasilələr vaxtı söhbətlərində materializmin və Darvinizmin səhvlərini, bu ideologiyaların əsasları hesab edilən kitablardan faktlar gətirərək izah edirdi. Adnan Oktar xüsusilə materializmin və ateizmin dayanaq yeri olan təkamül nəzəriyyəsinin məhv edilməsi məsələsinə xüsusi əhəmiyyət vermişdir. Oktar Darvinizmin ilk ortaya çıxdığı dövrdən etibarən ateist və materialist cərəyanlar tərəfindən yiyələnildiyinin şahidi olmuşdur. Günümüzdə də hələ eyni mühitlər tərəfindən ideologiya təəssübkeşliyi ilə müdafiə edildiyini və saxlamağa çalışdıqlarını dərk edən Adnan Oktar Darvinizmin çökdürülməsinin qeyd edilən cərəyanlar üçün böyük məğlubiyyət mənasına gələcəyinə inanır.

Darvinizmi çökdürən ilk kitab

Bu məqsədlə Adnan Oktar əvvəlcə yüz ildən artıq dövr ərzində insanlara təsir edərək onları din əxlaqını yaşamaqdan uzaqlaşdıran bu aldanışın artıq qüvvəsini itirdiyini sübut etmək məsələsindəki fəaliyyətlərin üzərində cəmlədi. Oktar elm adından sui-istifadə edərək ortaya atılan Darvinizmin həqiqi üzünü ortaya çıxarmağın ən təsirli yolunun yenə də elmin özü olduğunu düşünürdü. Bu fikirlərin geniş əhatəli tədqiqat və fəaliyyətlərinin xülasəsi olan «Təkamül nəzəriyyəsi» adlı kiçik kitab çap etdirdi. Adnan Oktar bu kitabın bütün xərclərini ailəsindən qalan daşınmaz əmlakları sataraq ödədi. Bundan sonra həmin kitabı tələbələrə hədiyyə kimi paylamağa başladı.

Bu kiçik həcmli kitab təkamül nəzəriyyəsinin heç bir elmi dəyərinin olmadığını və bir aldanışdan ibarət olduğunu göstərən qısa, lakin maraqlı faktlarla zəngin əsər idi. Bu kitabı oxuyan və müəlliflə söhbət edən bir çox adam təkamül nəzəriyyəsinin heç bir elmi əsasının olmadığının asıq-aşkar başa düşürdü. Nəticə olaraq, heç bir canlının təsadüflərin nəticəsində mövcud ola bilməyəcəyini, kainatı və içindəki bütün canlıları Uca Allahın yaratdığını elmi, açıq və başa düşülən üslubla sübut edilirdi.

Həmçinin materialist dünyagörüşünə kortəbii bağlanan bəzi tələbələr -həqiqəti aşkar formada görmələrinə baxmayaraq- inkar etməyə davam edəcəklərini açıq-aşkar ifadə edirdilər.

Bundan başqa, universitetdəki bəzi döyüşkən ruhlu tələbələr fəaliyyətini dayandırmasa, həyatını risqə atacağını deyərək, Oktarı açıq-aşkar təhdid edirdilər. Bütün bu təzyiqlər və təhdidlər Oktarın Allaha olan bağlılığını artırırdı və işində daha möhkəm iradə nümayiş etdirməsinə səbəb olurdu. Materialist və ateist mühitin sərt reaksiyaları və tərəddüdləri Adnan Oktarın doğru yolda olduğunun ən bariz dəlillərindən biri idi.

Terrorun hökm sürdüyü, ateist və materialist cərəyanların hakimiyyəti altında olan bir universitetdə dindar insanlar əqidələrinə görə zorakılığa məruz qalırdılar. Həmin illərdə Türkiyədə bir çox gənclər ideologiya burulğanında vəhşicəsinə öldürülürdü. Belə bir şəraitdə Adnan Oktar Allahın varlığını, birliyini və Quranın doğruluğunu aydın şəkildə təbliğ edirdi. Heç kimin inanclarını açıqlamağa belə cəsarət edə bilmədiyi bir təhsil ocağında məruz qaldığı sərt reaksiyalardan və təhdidlərdən qətiyyən çəkinməyib, həmişə vaxtlı-vaxtında məscidə gedərək namazlarını qılmağa davam edirdi.

Mimar Sinan Universitetində din əxlaqının yayılmağa başlaması

Adnan Oktar Mimar Sinan Universitetində İslam əxlaqını insanlara çatdırmağa çalışanda tək idi. Üç ildən artıq davam edən bir dövrdə onun fikirlərinə dəstək verən heç kim tapılmadı. Ancaq bu, yenə də onun iradəsini zəiflətmədi. Oktar yeganə dostunun Allah olduğunu bilir və bütün bunları ancaq Allahın razılığını qazanmaq üçün edirdi.

Bütün vaxtını, enerjisini və imkanlarını ancaq yeganə məqsədə həsr etdi: Allahın razılığını, mərhəmətini, cənnətini qazana bilmək və din əxlaqını bütün bəşərə çatdırmaq...

1982-ci ildə ilk dəfə yenə Mimar Sinan Universitetində təhsil alan bir neçə gənc Adnan Oktarın düşüncə mübarizəsini dəstəkləməyə qərar verdi. Aradan aylar, illər ötdükcə bu fikirləri mənimsəyən gənclərin sayı da çoxaldı. Adnan Oktarın bu gənclərlə etdiyi söhbətlərin mövzusu arasında vətən və millət sevgisi, yaradılışın dəlilləri, Peyğəmbərimizin (s) nümunəvi əxlaqı, Quranda Rəbbimizin bildirdiyi hökmlər və əxlaq dəyərləri və hə¬min vaxt hakim ideologiya kimi qəbul edilən materializmin, ateizmin və Darvinizmin mötəbərliyini itirməsi təşkil edirdi. Bu dövrdə və bundan sonrakı həyatı boyunca Adnan Oktar bir çox insanın iman gətirməsinə səbəb oldu.

İlk ləkələmə kampaniyası və ruhi xəstəxanada işgəncə

Adnan Oktarın Darvinizm, materializm və ateizmin əleyhinə apardığı fikri fəaliyyətlər bir müddətdən sonra daha geniş dairələrin də narahatçılığına səbəb oldu. Oktarın milliyyətçi və müqəddəslərlə bağlı fəaliyyətlərindən narahat olan bəzi qrupların təsiri ilə onun əleyhində planlı şəkildə tələ quruldu. Bu hiyləli oyun Adnan Oktarın böyük əks-sədaya səbəb olan «Yəhudilik və Massonluq» adlı əsərinin yazılıb çap olunduğu günlərə təsadüf edirdi.

1986-cı ilin yayında Adnan Oktar «Türk millətindənəm, İbraihim ümmətindənəm» sözlərinə görə həbs edildi. Bu ifadə Adnan Oktarın qəzetlərin birində dərc olunan müsahibəsində işlədilmişdi. Eyni dövrdə müxtəlif kütləvi informasiya vasitələrində yuxarıda qeyd olunan dairələrin təsiri ilə bəzi səhv xəbərlər, heç bir əsası olmayan məlumatlar və böhtanlar yer almağa başladı.

Adnan Oktar əvvəlcə həbs edildi və həbsxanaya atıldı. Bundan sonra Bakırköy ruhi xəstəxanasına köçürüldü və ruhi sağlamlığı yerində olmadığı iddiası ilə nəzarətdə saxlanıldı. Xəstəxanada ən təhlükəli xəstələrin yerləşdirildiyi «14A» palatasına bir neçə dəfə bağlanan bir neçə qapıdan keçirilərək gedilirdi. İçəri tamamilə natəmiz, rütubətli və pis idi. Bu ağır xəstələrin arasında cinayət çox adi bir hadisə kimi qəbul edilirdi. Belə bir şəraitdə Adnan Oktar 6 həftə yatağına ayaqlarından zəncir vurularaq saxlandı. Zorla şüuruna mənfi təsir edən dərmanlar qəbul etdirirdilər. Bu əsnada ona baş çəkmək və görmək imkanı olan gənc dostları onun bu dövrdə də iradəsini, qərarlılığını və həvəsini itirmədiyinə şahid oldular. Doktorantları, tibb bacılarını, hətta həkimləri İslam əxlaqına dəvət edəcəyindən qorxduqları üçün onları görməsinə də icazə verilmirdi. Bir müddət sonra ailəsi, yaxınları və dostları ilə də görüşməsi qadağan edildi. Hətta telefonla danışmasına da icazə verilmirdi. Fəaliyyətlərini yekunlaşdırmasa həyatı boyunca xəstəxanada qalacağı ilə təhdid edilirdi. Bəzi dairələrdən «Yəhudilik və Massonluq» adlı kitabını çap etdirməməsi üçün güclü təzyiqlərə məruz qalırdı. Əgər kitabın nəşrini dayandırarsa, dərhal xəstəxanadan çıxacağı, həyaını bundan sonra rifah içində davam etdirə biləcəyi kimi təkliflər edildi. Kitabın bütün dosyalarını verdiyi təqdirdə böyük maddi imkanlar təklif edildi. Ancaq Oktar bütün bu təkliflərin heç birini qəbul etmədi, təzyiqlərdən və təhdidlərdən çəkinmədi. Əksinə, başına gələn bütün bu hadisələr onun qərarlılığını daha da artırdı.

Oktar həbsxanada və ruhi xəstəxanada cəmi 19 ay saxlandı, sonra vəkillərin «ifadələrində cinayət ünsürü olmadığını» bildirməsindən sonra bəraət aldı və məhkəmə tərəfindən azad edildi.

Oktarın Darvinizmin necə böyük bir aldanış olduğunu göstərən fəaliyyətləri bu dövrdə də davam etdi. 1986-cı ildə Darvinizmin həqiqi məqsədləri ilə əlaqəli bütün dəyərli tədqiqatlarını «Canlılar və Təkamül» adlı kitabında bir yerə yığdı. Bu kitab elmi mənbələrin aydınlığında təkamül nəzəriyyəsinin əsas ziddiyyətlərini göstərən bir mənbə, əsər kimi illərlə yeganə referans kimi qaldı.

Kokain tələsi

1991-cı ilin ortalarında fəaliyyətlərindən narahat olan bəzi dairələrin təsiri ilə Adnan Oktar yeni gizli planlı bir hiyləyə məruz qaldı. Oktar bu dövrdə özü masonluğun tarixi və dünya massonluğunun təşkilatlanması haqqında çox mühüm bir kitabın üzərində işləyirdi. Adnan Oktarın anası ilə birlikdə yaşadığı Ortaköydəki evinə gələrək axtarış aparan polislər təxminən iki min kitabdan ibarət olan kitabxanada əllərinə götürdükləri birinci kitabın içində bir paket kokain tapdılar.

Bu hadisədən dərhal sonra həmin vaxtlar bir neçə dostu ilə İzmirdə olan Adnan Oktar həbs edildi. Daha sonra 62 saat saxlanılandan sonra İstanbul Əmniyyət müdürlüyünə aparıldı. 62 saatdan sonra kokain yoxlanması üçün Ədliyyə Tibb Qurumuna göndərildi. Nəticələr həqiqətən də «maraqlı» idi. Adnan Oktarın qanında kokaindən hazırlanan məhsulun çox yüksək miqdarda tapıldığı açıqlandı. Ancaq bundan sonra ortaya qoyulan dəlillərin hamısı bu böhtanın ancaq bir planlı tələ olduğu sübut olundu. Xüsusilə də Adnan Oktarın evində tapıldığı iddia edilən kokainin əvvəlcədən hazırlanmış planlı hiylənin bir hissəsi olduğu ortaya çıxdı. Bu hiylədən bir müddət əvvəl Adnan Oktar ona qarşı gizli bir planın hazırlandığını hiss etmiş və Ortaköydəki evindən ayrılmışdı. Sonra anasına zəng edərək ona qarşı bir hiylə qurulmasını ehtimal etdiyini söyləmiş və anasından şahid olmaları üçün bir neçə nəfərlə evi diqqətlə evi təmizləmələrini istəmişdi. Bundan sonra Adnan Oktarın anası Mediha Oktar bir qonşusunu və qapıçını çağıraraq birlikdə evi əməllicə təmizləyib rəflərdəki kitabların bir-bir tozunu almışdılar. Adnan Oktarın bu təmizlikdən sonra evə heç getməməsinə baxmayaraq, 16 polis məmuru evdə əməliyyat keçirmiş və evə girən kimi də kitabların arasında «bir paket kokain» tapmışdı. Mediha xanımın qonşusu və qapıçısı bu hadisədən sonra «Adnan Oktarın kitabxanasını hamımız birlikdə hərtərəfli təmizlədik, orada belə bir paket yox idi», deyə notariusda təsdiq edilən bir ifadə vermişdilər.

Kokain hiyləsinin ikinci mərhələsi, yəni Adnan Oktarın qanında çıxarılan kokaindən hazırlanan maddənin mövzusu da elmi və ədliyyə dəlilləri ilə çürüdülmüşdür. Ancaq Adnan Oktar əmniyyətdə 62 saat saxlanmış, analiz bundan sonra alınmışdı. Ancaq kokainin qandakı yan maddəsinə baxılaraq neçə saat əvvəl nə qədər kokain qəbul edilməsi elmi şəkildə hesablana bilirdi. Adnan Oktarın qanında çıxarılan kokainın dozası isə 62 saat əvvəl qəbul edilsəydi, Adnan Oktarın ölümünə səbəb olacaq qədər yüksək doza idi. Bu vəziyyət kokaininin Adnan Oktarın bədəninə 62 saatdan az bir müddət ərzində, yəni nəzarətdə çaxlandığı əsnada daxil olduğunu göstərirdi. Yəni kokain Adnan Oktara polis tərəfindən nəzarətə götürüləndən sonra, yeməyinə qarışdırılaq verilmişdi.

Bu həqiqət aralarında Scotland Yardın da olduğu 30-a yaxın beynəlxalq ədliyyə tibb qurumu tərəfindən təsdiq edildi. Bütün təşkilatların araşdırmaları üçün onlara göndərilən dosya haqqındakı müştərək cavabı belə idi: Kokain Adnan Oktara nəzarətdə saxlanarkən yeməyinə qarışdırılaraq verilmişdir. Bu hadisə əvvəlcədən qurulmuş hiylədir.

Bundan sonra Türk Ədliyyə Tibb qurumu da kokainin Oktar polisdə nəzarətdə olarkən yeməyinə qarışdırılaraq verildiyini təsdiq etdi və Adnan Oktar məhkəmədə bəraət alaraq azad edildi.

Ancaq kokain hadisəsi çox mühüm bir məqamı göstərirdi: Adnan Oktara qarşı düşmənçilik bəsləyən və hər cür mənfi üsuldan istifad edərək onu tutduğu yoldan əl çəkdirməyi qarşılarına məqsəd qoyan bəzi qaranlıq qüvvələr var idi. Adnan Oktarı əvvəllər də həbs etməklə və təzyiqlərlə bu yoldan döndərməyə çalışan qeyd edilən gizli güclər bu dəfə də bu cür hiyləyə əl atmağı seçmişdilər.

Adnan Oktarın kitab yazmaq fəaliyyətləri

Adnan Oktar 1991-ci ildən sonra bütün vaxtını evində kitab yazmağa həsr etdi. Harun Yəhya imzası ilə bir-birindən dəyərli yüzlərlə kitab yazdı. Xüsusilə də Darvinizmi elmi şəkildə çürüdən əsərlər elm dünyasında böyük əks-sədaya səbəb oldu.

Təkamülçü nəşrləri ilə tanınan «New Scientist» jurnalının 22 aprel 2000-ci il tarixli sayındakı ifadə ilə təkamül nəzəriyyəsinin saxtakarlığının və yaradlılış həqiqətlərinin insanlara çatdırılması məsələsində Adnan Oktar «beynəlxalq bir qəhrəman» halına gəldi. Oktarın materializm və Darvinizmə qarşı apardığı fikir mübarizəsi tez-tez «National Geographic», «Science», «New Scientist», «NSCE Reports» kimi əksəriyyəti təkamülçü olan xarici kütləvi informasiya vasiətələrində də gündəmə gətirildi.

Məsələn, National Geographic jurnalının 2004-cü ilin noyabr ayındakı ingilis və alman dillərindəki nəşrlərində Adnan Oktarın Yaradılış Həqiqəti ilə əlaqəli fəaliyyətlərindən bəhs edilmiş «Təkamül yalanı» adlı kitabından belə bir cümləyə yer verilmişdi: «Bu nəzəriyyə dünya sistemini istiqamətləndirən güclər tərəfindən bizə diqtə edilməyə çalışılan bir saxtakarlıqdan başqa bir şey deyildir».

Adnan Oktarın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniyaya, İspaniyaya və Braziliyaya kimi dünyanın əksər ölkələrində bəyənilərək oxunur. İngilis, fransız, alman, italyan, urdu, çin, ərəb, alban, rus, boşnak, uyğur, İndoneziya, Azərbaycan, Benqoli, Bolqar, Danimarka, Leh, Malayziya, Portuqaliya, sırb, Hollandiya, İbrani, Macar, Fin, fars, Hausa, Dhivehi, hind, İsveç, Yapon, qırğız, Kishwahili, Malayam, Norveç, Romen, Tamil, Telagu, Thai dilləri kimi demək olar ki, bir çox dilə tərcümə edilən əsərlər müxtəlif ölkələrdə geniş oxucu kütləsi tərəfindən sevilərək oxunur.

Dünyanın hər yerində çox böyük təqdirlə qarşılanan bu əsərlər çox sayda insanın iman gətirməsinə, bir çoxunun da imanının güclənməsinə vasitəçi olur. Kitabları oxuyan, tədqiq edən hər bir şəxs bu dərin fərqliliyin və xeyirin, əsərlərdəki hikmətli, məntiqli, asan başa düşülən və səmimi üslubu hiss edir. Bu əsərlər sürətli təsir, qəti nəticə, etiraz etməyə yer qoymamaq, fikirlərin tutarlılığı kimi xüsusiyyətləri əks etdirir. Əsərlərin heç birində heç kimin rədd edə bilməyəcəyi səmimi, aydın, sübutlu bir tərz mövcuddur. Əlbəttə ki, bu xüsusiyyətlər Allahın bəxş etdiyi bir hikmət və izah təsirindən qaynaqlanır.

Adnan Oktarın təkrar təzyiqlərlə üzləşməsi

Bütün bu fədakarcasına aparılan fəaliyyətlər bəzi dairələri narahat etdi. Materialist və masson dairələrin provokasiyaları ilə bu fəaliyyətlərə qarşı böhtan kampaniyası başlandı. Məqsəd təkamül nəzəriyyəsini çürüdən hər bir elmi fəaliyyətin qarşısını almaq idi. Məntiq və elmi əsaslarla Adnan Oktarın əsərlərindəki faktlara cavab verə bilməyənlər böhtanlar və ittihamlarla bu fəaliyyətlərinin təsirsiz hala salmağı qarşılarına məqsəd qoydular.

1999-cu ilin noyabr ayında Adnan Oktar yeni təzyiqlə üzləşdi. Bu təzyiq üç cildlik «Qlobal Massonluq» adlı böyük həcmli kitabın çap olunacağı ilə bağlı xəbərlərin yayıldığı vaxta düşürdü. Adnan Oktarın fikri mübarizəsinə başladığı ilk günlərdən etibarən müxtəlif böhtanlar, tələlər, yalan xəbərlər və böhtanlarla ona gözdağı verməyə, din əxlaqını yaymaqdan uzaqlaşdırmağa çalışan bəzi qaranlıq güclər yenə araya girdi.
Bu qrupların provokasiyaları və qəsdən səhv məlumatlandırmalarının nəticəsində noyabr ayının 12-də 1999-cu ildə Bioim Araşdırma Vəqfinin mənsublarının evlərinə və iş yerlərinə polis hücumları həyata keçirildi. Aparılan əməliyyat tədbirləri nəticəsində heç bir cinayət ünsürü tapılmadı, heç bir qeyri-əxlaqi mənzərə ilə üzləşilmədi. Buna baxmayaraq, hamısı bir-birinə zidd olan məntiqsiz yalanlar və böhtanlar hər gün bəzi mətbuat orqanlarında dərc olundu. Bu əməliyyat nəticəsində heç bir hüquqi dəlil gətirilmədən Adnan Oktar 9 ay həbsxanada saxlanıldı.

Bütün bu yaşanan hadisələr əsnasında Adnan Oktar Allaha təvəkkülü və mübarizliyi ilə ətrafındakılara həmişə nümunə oldu. Tarix boyunca yaşamış bütün inananların bu cür oxşar hadisələrlə imtahan edildiyini, baş verən hər hadisənin Allahın dərgahında müəyyənləşdirilmiş bir tale olduğunu və hər birinin bir çox xeyir və hikmətlə yaradıldığını yanındakılara xatırlatdı. Başlarına nəyin gəlməsindən asılı olmayaraq həmişə möminlərin orta yolla gedən, sevincli, əzmkar və Allaha təslim olmalarının vacibliyini söylədi.

Adnan Oktar ona qarşı müxtəlif məkrli hiylələr quran, məntiqsiz və əsassız böhtanlarla ləkələməyə çalışanlara qarşı həmişə bağışlayıcı və mərhəmət edən olub. Uca Allahın «…sən pisliyi yaxşılıqla dəf et…» («Fussilət» surəsi, 34) ayəsində bildirdiyi əxlaqa tabe olan Adnan Oktar 1999-cu ilin noyabr ayının 12-də baş verən hadisələrdə təqsirləndirilərək gündəmə gəlməsinə baxmayaraq, onun günahsızlığı bütün ittihamlar üzrə məhkəmədə təqdim olunan dəlillər əsasında sübuta yetirildi. Adnan Oktar bu gün də kitab fəaliyyətlərini davam etdirir və insanları gözəl əxlaqı yaşamağa dəvət edir.
(harun yahya)