CANLILARDAKI MÜKƏMMƏL DİZAYN TƏSADÜFLƏ İZAH EDİLƏ BİLMƏZ



Mən özüm təkamül nəzəriyyəsinin xüsusilə tətbiq olunduğu sahələrdə, gələcəyin tarix kitablarındakı ən böyük yumor səbəblərindən biri olacağına inandım. Gələcək nəsil bu qədər çürük və naməlum bir fərziyyənin inanılmaz bir məsumluqla qəbul edilməsini heyrətlə qarşılayacaq. (Malcolm Muggride, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, s. 43)

Əvvəlki hissədə həyatın təsadüfən meydana gəlməsinin nə dərəcədə qeyri-mümkün olduğunu gördük. Biz yenə də bir anlıq bu qeyri-mümkünlüyü qəbul edək, milyonlarla il əvvəl yaşamaq üçün hər cür vəsaiti əldə etmiş bir hüceyrənin meydana gəldiyini və "həyat sahibi" olduğunu fərz edək. Ancaq bununla belə, təkamül nəzəriyyəsi iflasa uğramışdır: Bu hüceyrə bir müddət həyatını davam etdirsə belə, nəhayət öləcək və öldükdən sonra ortada heç bir canlı qalmayacaq, hər şey əvvəlki kimi olacaq.Çünki, genetik sistemi olmayan bu ilk canlı hüceyrə özünü çoxalda bilməyəcəyi üçün ölümündən sonra yeni bir nəsil gətirə bilməyəcək, canlılıq da onun ölümü ilə birlikdə sona çatacaq. Genetik sistem isə yalnız DNT-dən ibarət deyil. DNT-dən bu şifrəni oxuyacaq fermentlər, bu şifrələrin oxunması ilə sintez olunacaq mRNT, mRNT-nın bu şifrə ilə gedib sintez üçün birləşəcəyi ribosom, ribosomu sintez etmək üçün istifadə ediləcək amin turşularını daşıyacaq bir daşıyıcı RNT və bunlar kimi saysız-hesabsız ara əməliyyatları təmin edən son dərəcə kompleks fermentlərin də eyni mühitdə olması lazımdır. Həmçinin, bu mühit bütün xam maddə və enerji imkanlarına malik olan, hər cəhətdən təcrid olumuş və tamamilə idarəli mühitə sahib olan hüceyrədən başqası ola bilməz...

Nəticədə bir orqanik maddə ancaq bütün orqanoidləri ilə birlikdə qüsursuz bir hüceyrə olduğu təqdirdə özünü çoxalda bilər. Bu da dünyada ilk hüceyrənin fövqəladə kompleks quruluşu ilə bir anda meydana gəlməsi deməkdir.

Bəs kompleks bir quruluş bir anda var olmuşsa, bunun mənası nədir?

Bu suala bir də bu nümunə ilə baxaq: Hüceyrəni kompleksliyinə görə təkmilləşmiş texnologiyaya sahib bir avtomobilə bənzədək. (Həqiqətdə hüceyrə avtomobilin mühərriki və bütün texniki təchizatına baxmayaraq, ondan daha kompleks və inkişaf etmiş bir sistem ehtiva edir). İndi soruşaq: Bir gün balta dəyməmiş bir meşənin dərinliklərində gəzintiyə çıxsanız və ağacların arasında son model bir avtomobil tapsanız nə düşünərdiniz? Görəsən ağlınıza ilk olaraq meşədəki müxtəlif elementlərin milyonlarla il içində təsadüfən bir yerə yığışaraq belə məhsul ortaya çıxardığı gələrdimi? Avtomobili meydana gətirən bütün xammal - dəmir, plastik, kauçuk və s. torpaqdan, ya da onun məhsullarından əldə edilir. Amma bu sizə bu vəsaitlərin "təsadüfən" sintez edilib, sonra da bir yerə yığışaraq nəticədə ortaya belə bir avtomobil çıxardıqlarını düşündürərdimi?

Əlbəttə ki, sağlam düşüncəyə sahib olan hər normal insan avtomobilin şüurlu dizaynın, yəni fabrikin məhsulu olduğunu düşünəcək, bunun meşəyə necə gəldiyi ilə maraqlanacaq. Çünki kompleks bir quruluşun birdən, bir anda və tam olaraq ortaya çıxması, onun şüurlu iradə tərəfindən var edildiyini göstərir. Hüceyrə kimi kompleks bir sistem də, əlbəttə, üstün elmin və iradənin məhsuludur. Yəni, Allahın yaratması ilə var olmuşdur.

Təkamülçülər isə, təsadüflərin son dərəcədə qüsursuz quruluşlar ortaya çıxara biləcəyinə inanmaqla, həqiqətdə ağıldan və elmdən kənara çıxmış olurlar. Bunlardan biri açıq sözlü, nüfuzlu şəxslərdən Fransa Elmlər Akademiyasının əvvəlki başçısı olan məşhur Fransız zoolog Pierre Grassédir. Grassé materialistdir, ancaq Darvinist nəzəriyyənin canlılığı açıqlaya bilmədiyini etiraf edir və Darvinizmin təməlini meydana gətirən "təsadüf" məntiqi haqqında bunları deyir: Şanslı mutasiyaların hevyanların və bitkilərin ehtiyaclarının qarşılanmasını təmin etdiyinə inanmaq həqiqətən çox çətindir. Amma Darvinizm bundan da çoxunu istəyir: Tək bir bitki, tək bir heyvan minlərlə və minlərlə dəfə tam lazım olan şəkildə faydalı təsadüflərə məruz qalmalıdır. Yəni, möcüzələr adi qayda halına gəlməli, az ehtimallara sahib hadisələr inanılmaz dərəcədə asanlıqla reallaşmalıdır. Xəyal qurmağı qadağan edən bir qanun yoxdur, amma elm bu işin içinə daxil edilməməlidir.( Pierre-P Grassé, Evolution of Living Organisms, New York: Academic Press, 1977, s. 103)

Grassé "təsadüf" anlayışının təkamülçülər üçün ifadə etdiyi mənanı da belə ifadə edir: "...Təsadüf ateizm görünüşü altında özünə gizlicə tapınılan bir növ ilah halına gəlmişdir." ( Pierre-P Grassé, Evolution of Living Organisms, s. 107)

Təkamülçülərin məntiq pozuqluğu təsadüf anlayışını özlərinə ilah etmələrinin bir nəticəsidir. Belə ki, Quranda Allahdan başqa varlıqlara tapınan insanların məntiq qabiliyyətindən məhrum olduqları belə xəbər verilir: Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!. (Əraf Surəsi, 179)

Darvinin Düsturu!

İndiyə qədər ələ aldığımız bütün texniki dəlillərlə bərabər, istəyirsiniz təkamülçülərin necə mənasız bir inanca sahib olduqlarını uşaqların belə anlaya biləcəyi açıq bir nümunə ilə yekunlaşdıraq.

Təkamül nəzəriyyəsi canlılığın təsadüfən meydana gəldiyini iddia edir. Bu səbəbdən, bu iddiaya görə cansız və şüursuz atomlar bir yerə toplanaraq əvvəl hüceyrəni meydana gətirmişlər və sonra da bu atomlar hər hansı bir şəkildə digər canlıları və insanı meydana gətirmişlər. İndi düşünək: canlılığın elementi olan karbon, fosfor, azot, kalium kimi elementləri bir yerə toplayanda bir yığın meydana gələr. Bu atom yığını hansı əməliyyatdan keçirilirsə keçirilsin, bir canlı belə meydana gətirə bilməz. İstəsəniz bunun üçün bir "təcrübə" hazırlayaq və təkamülçülərin əslində müdafiə etdikləri, amma yüksək səslə dilə gətirə bilmədikləri iddianı onların yerinə "Darvinin Düsturu" adı ilə araşdıraq: Təkamülçülər böyük vedrələrin içinə canlılığın quruluşunda olan fosfor, azot, karbon, oksigen, dəmir, maqnezium kimi elementlərdən bol miqdarda qoysunlar. Hətta normal şərtlərdə tapılmayan, ancaq bu qarışığın içində olmasını lazımlı gördükləri vəsaiti də bu vedrələrə əlavə etsinlər. Qarışıqların içinə istədikləri qədər (təbii şərtlərdə meydana gəlməsi mümkün olmayan) amin turşusu, istədikləri qədər də (birinin belə təsadüfi meydana gəlmə ehtimalı 10950 olan) zülal doldursunlar. Bu qarışıqlara istədikləri nisbətdə istilik və nəm versinlər. Vedrələrin yanına isə dünyanın öndə gedən alimlərini qoysunlar. Bu mütəxəssislər növbə ilə milyardlarla, hətta trilyonlarca il vedrələrin başında gözləsinlər.

Bir canlının meydana gəlməsi üçün hansı şərtlərin var olması lazım olduğuna inanılırsa hamısından istifadə etmək sərbəst olsun.

Ancaq nə etsələr-etsinlər, o vedrələrdən heç bir canlı çıxara bilməzlər. Zürafələri, aslanları, arıları, sarı bülbülləri, bülbülləri, tutuquşuları, atları, delfinləri, gülləri, zanbaqları, qərənfilləri, bananları, portağalları, almaları, xurmaları, pomidorları, qovunları, qarpızları, əncirləri, zeytunları, üzümləri, şaftalıları, tovuz quşlarını, müxtəlif rəng çalarları olan kəpənəkləri və bunlar kimi milyonlarla canlı növündən heç birini meydana gətirə bilməzlər. Nəinki bu saydığımız canlı varlıqları, hətta bunların tək bir hüceyrəsini belə əldə edə bilməzlər.

Qısacası, şüursuz atomlar bir yerə yığışaraq hüceyrəni meydana gətirə bilməzlər. Sonra yeni bir qərar verərək bir hüceyrəni ikiyə bölərək ard-arda başqa qərarlar verib elektron mikroskopunu kəşf edən, sonra öz hüceyrə quruluşunu bu mikroskop altında izləyən professorları meydana gətirə bilməzlər. Maddə - ancaq Allahın üstün yaratması ilə yaranır.



Bunun əksini iddia edən təkamül nəzəriyyəsi isə ağıla tamamilə zidd olan boş sözdür. Təkamülçülərin ortaya atdığı iddialar üzərində bir az belə düşünmək, yuxarıdakı nümunədə olduğu kimi, bu həqiqəti açıqca göstərir.

Göz və Qulaqdakı Texnologiya

Təkamül nəzəriyyəsinin tam yəqinliklə izah edə bilməyəcəyi bir başqa mövzu isə göz və qulaqdakı üstün qəbul etmə keyfiyyətidir.

Gözlə əlaqədar mövzuya keçmədən əvvəl "necə görürük" sualına qısaca cavab verək. Bir cisimdən gələn şüalar gözdə tor qişaya tərs olaraq düşür. Bu şüalar buradakı hüceyrələr tərəfindən elektrik siqnallarına çevrilir və beyinin arxa qismindəki görmə mərkəzi deyilən kiçik bir nöqtəyə çatır. Bu elektrik siqnalları coxlu əməliyyatdan sonra beyindəki bu mərkəzdə görüntü olaraq qəbul edilir. Bu texniki məlumatdan sonra indi düşünək: Beyin işıqdan məhrumdur. Yəni, beynin içi tam qaranlıqdır, işıq beyinin olduğu yerə qədər girə bilməz. Görmə mərkəzi deyilən yer qaranlıq, işığın əsla çatmadığı, bəlkə də heç qarşılaşmadığınız qədər qaranlıq bir yerdir. Ancaq siz bu zülmət qaranlıqda işıqlı, tərtəmiz bir dünyanı seyr edirdiniz.

Üstəlik bu o qədər dəqiq və keyfiyyətli bir görünüşdür ki, XX əsr texnologiyası malik olduğu imkanlara baxmayaraq, bu dəqiqliyi təmin edə bilməmişdir. Məsələn, oxuduğunuz kitaba, kitabı tutan əllərinizə baxın, sonra başınızı qaldırın və ətrafınıza baxın. Bu gördüyünüz dəqiqlikdə və keyfiyyətdəki bir görüntünü başqa bir yerdə gördünüzmü? Bu qədər dəqiq bir görünüşü sizə dünyanın qabaqcıl televiziya şirkətinin istehsal etdiyi ən mükəmməl televiziya ekranı da verə bilməz. Bu, üç ölçülü, rəngli və son dərəcə dəqiq bir görünüşdür. 100 ildir minlərlə mühəndis bu dəqiqliyə çatmağa çalışır. Bunun üçün fabriklər, nəhəng təsislər qurulur, araşdırmalar aparılır, planlar və dizaynlar çəkilir. Yenidən TV ekranına baxın, bir də ətrafa baxın. Arada böyük bir dəqiqlik və keyfiyyət fərqi olduğunu görəcəksiniz. Üstəlik, TV ekranı sizə iki ölçülü bir görünüş göstərir, halbuki siz üç ölçülü, dərinlikli bir perspektivi izləyirsiniz. Diqqətli baxın, televiziyada bulanıqlıq var, bu bulanıqlıq sizin görünüşünüzdə varmı? Əlbəttə ki, yox…



Gözü və qulağı kamera və səs yazma cihazları ilə müqayisə etdiyimizdə, bu orqanlarımızın sözü gedən texnologiya məhsullarından daha kompleks, daha müvəffəqiyyətli, daha qüsursuz dizayna malik olduğunu görərik.

Uzun illərdir on minlərlə mühəndis üç ölçülü TV yaratmağa, gözün görmə keyfiyyətini almağa çalışırlar. Hər nə qədər üç ölçülü bir televiziya sistemi düzəldə bilsələr də, onu da eynək taxmadan üç ölçülü görmək mümkün deyil, qaldı ki, bu süni bir üç ölçüdür. Arxa tərəf daha bulanıq, ön tərəf isə kağızdan dekorasiya kimi olur. Heç bir zaman gözün gördüyü qədər dəqiq və keyfiyyətli görünüş meydana gəlməz. Kamerada da, televiziyada da mütləq görünüş itkisi meydana gəlir.

Təkamülçülər bu keyfiyyətli və dəqiq görünüşü meydana gətirən mexanizmin təsadüfən meydana gəldiyini iddia edirlər. İndi biri sizə otağınızda dayanan televizor təsadüflər nəticəsində meydana gəldi, atomlar bir yerə yığışdı və bu görünüşü meydana gətirən aləti meydana gətirdilər desə, nə düşünərsiniz? Minlərlə adamın bir yerə toplanıb edə bilmədiyini atomlar necə etsin?



100 ildən bəri on minlərlə mühəndis nəhəng təsislərdə, böyük sənaye komplekslərində, yüksək texnologiya laboratoriyalarında, ən inkişaf etmiş texnologiya imkanlarından istifadə edərək məşğul olmuş, araşdırmış və ancaq bu qədərini əldə edə bilmişdir. Gözün gördüyündən daha primitiv olan bir görünüşü meydana gətirən alət təsadüfən meydana gələ bilmirsə, gözün və gözün gördüyü görünüşün də təsadüfən meydana gələ bilməyəcəyi çox açıqdır. TV-dəkindən çox daha detallı və ağıllı bir plan və dizayn lazımdır. Bu keyfiyyətdəki və bu dəqiqlikdəki görünüşün planı və dizaynı isə hər şeyə güc yetirən Allaha aiddir.

Eyni vəziyyəti qulağa da aid edə bilərik. Xarici qulaq ətrafdakı səsləri qulaq seyvanı vasitəsi ilə toplayıb orta qulağa çatdırır, orta qulaq aldığı səs titrəşmələrini gücləndirərək iç qulağa köçürür, iç qulaq da bu titrəşmələri elektrik siqnallarına çevirərək beyinə göndərir. Eynilə görmədə olduğu kimi, eşitmə əməliyyatı da beyindəki eşitmə mərkəzində reallaşır.

On illərdir minlərlə mühəndis keyfiyyətli üç ölçülü görünüş sistemi meydana gətirməyə çalışırlar. Bunun üçün xüsusi sistemlər, eynəklər istifadə edirlər. Texnologiyadakı fövqəladə irəliləyişə baxmayaraq, heç vaxt gözün gördüyü dəqiqlikdə, üç ölçülü bir görüntü əldə edə bilmirlər.

Gözdəki vəziyyət qulağa da aiddir , yəni beyin işıq kimi, səsdən də məhrumdur, səs keçirməz. Bu səbəbdən xaricdə nə qədər gurultulu olsa da, beyinin içi tamamilə səssizdir. Buna baxmayaraq, ən dəqiq səslər beyində qəbul edilir. Səs keçirməyən beyninizdə bir orkestrin simfoniyalarını dinləyə bilərsiniz, izdihamlı bir mühitin bütün səs-küyünü eşidə bilərsiniz. Amma o anda həssas bir cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə, burada kəskin bir səssizliyin hakim olduğu görüləcək.
Qulaqda və beyində var olan bu keyfiyyət və texnologiya üstünlüyünü yenə insanın istehsal etdiyi texnologiya ilə müqayisə edək. Dəqiq bir görüntü əldə edə bilmək ümidi ilə texnologiya necə istifadə edilirsə, səs üçün də eyni səylər onlarla ildir davam etdirilir.

Səsyazma cihazları, musiqi mərkəzləri, bir çox elektronik alət, səsi qəbul edən musiqi sistemləri bunlardan bəziləridir. Ancaq bütün texnologiyaya, bu texnologiyada çalışan minlərlə mühəndisə və mütəxəssisə baxmayaraq, qulağın meydana gətirdiyi dəqiqlik və keyfiyyətə malik olan səsi almaq mümkün olmamışdır. Ən böyük musiqi sistemi şirkətinin istehsal etdiyi ən keyfiyyətli musiqi dəstini düşünün. Səsi yazdıqda mütləq səsin bir qismi itir və ya musiqi faylını açdığınızda daha musiqi başlamadan mütləq bir xışıltı eşidirsiniz. Ancaq insan bədənindəki texnologiyanın məhsulu olan səslər son dərəcə dəqiq və qüsursuzdur. Bir insan qulağı heç zaman musiqi faylında olduğu kimi xışıltılı eşitməz, səsi tam və dəqiq bir şəkildə qəbul edər. Bu insan yaradıldığı gündən bu yana belədir.

İndiyə qədər insanın yaratdığı heç bir görünüş və səs cihazı göz və qulaq qədər həssas və müvəffəqiyyətli qəbuledici ola bilməmişdir. Qısacası, bədənimizdə bütün insanlığın, əsrlərin məlumat təcrübəsini və imkanlarını istifadə edərək ddüzəltdiyi texnologiyadan daha üstün texnologiya vardır. Heç kim bir musiqi faylının və ya bir kameranın təsadüflər nəticəsində meydana gəldiyini söyləyə bilməz. Yaxşı, bu sistemlərdən daha üstün olan insan bədənindəki texnologiyaların, təkamül adı verilən təsadüflər yığını nəticəsində ortaya çıxdığı necə iddia edilə bilər?

Məlumdur ki, göz, qulaq və insan bədəninin digər bütün hissələri çox üstün yaradılışın əsəridir. Bu əsərlər isə, özlərini yaradan Allahın bənzərsiz yaratmasının, sonsuz məlumat və qüdrətinin açıq-aşkar göstəricisidir. Görmə və eşitmə hadisəsinə burada xüsusilə toxunmamızın səbəbi, təkamülçülərin bu dərəcə açıq olan yaradılış dəlillərini heç cür qavraya bilməmələridir. Əgər bir gün bir təkamülçüdən göz və qulaqdakı bu üstün dizayn və texnologiyanın necə təsadüflər nəticəsində meydana gəldiyini soruşsanız, heç bir qənaətli və məntiqli cavab verə bilməyəcəyini açıqca görəcəksiniz. Hətta Darvin Asa Graya yazdığı 3 Aprel 1860-cı il tarixli məktubunda "gözləri düşünmək məni bu nəzəriyyədən soyutdu" deyərək, təkamülçülərin canlılıqdakı üstün dizayn qarşısındakı çarəsizliyini etiraf etmişdir.( Norman Macbeth, Darvin Retried: An Appeal to Reason. Boston: Gambit, 1971, s. 101)

Təkamül Nəzəriyyəsi Dünya Tarixinin Ən Təsirli ovsunudur

Bu saytda təkamül nəzəriyyəsinin elmi olaraq heç bir dəlilə əsaslanmayan, əksinə paleontologiya, mikrobiologiya, anatomiya kimi elm sahələrində əldə edilən tapıntılar tərəfindən çürük bir nəzəriyyə olduğu elmi dəlilləri ilə açıqlandı. Əvvəlki hissələrdə də təkamülün elmi tapıntıların yanında ağıl və məntiqlə də heç bir şəkildə uyğun gəlmədiyi üzərində dayanıldı.

Burada bunu ifadə etmək lazımdır ki, mühakiməsiz, heç bir ideologiyanın təsiri altında olmadan, yalnız ağlını və məntiqini istifadə edən hər insan elm və mədəniyyətdən uzaq cəmiyyətlərin xürafatlarını xatırladan təkamül nəzəriyyəsinin inanılması qeyri-mümkün bir iddia olduğunu asanlıqla anlayacaq.



Keçmiş zamanlarda timsaha tapınan insanların inancları nə dərəcə qəribə və ağlasığmaz idisə, indiki dövrdə Darvinistlərin inancları da eyni dərəcədə ağlasığmazdır. Darvinistlər təsadüfləri və cansız-şüursuz atomları yaradıcı güc olaraq qəbul edirlər, hətta bu inanca bir dinə bağlanan kimi bağlanırlar.

Yuxarıda da ifadə edildiyi kimi, təkamül nəzəriyyəsinə inananlar, böyük bir vedrənin içinə bir çox atomu, molekulu, cansız maddəni dolduran və bunların qarışığından zaman içində düşünən, ağladan, kəşflər edən professorların, universitet şagirdlərinin, Eynşteyn, Galileo kimi alimlərin, Humphrey Bogart, Frank Sinatra, Pavarotti kimi sənətkarların və bunlarla bərabər ceyranların, limon ağaclarının, qərənfillərin çıxacağına inanırlar. Üstəlik, bu mənasız iddiaya inanan alimlər, professorlar mədəni, təhsilli insanlardır. Bu səbəblə təkamül nəzəriyyəsi üçün "dünya tarixinin ən böyük və ən təsirli ovsunu" ifadəsini istifadə etmək yerində olacaq. Çünki dünya tarixində insanların bu dərəcə ağlını başından alan, ağıl və məntiqlə düşünmələrinə imkan verməyən, gözlərinin önünə sanki bir pərdə çəkib çox açıq olan həqiqətləri görmələrinə mane olan bir başqa inanc və ya iddia yoxdur. Bu, köhnə Misirlilərin Günəş Tanrısı Relsə, Afrikadakı bəzi qəbilələrin totemlərə, Səba xalqının Günəşə tapınmasından, Hz. İbrahimin qövmünün öz əlləri ilə düzəldikləri bütlərə, Hz. Musanın qövmünün qızıldan düzəldikləri buzova tapınmalarından çox daha dəhşətli və ağlasığmaz bir korluqdur.

Həqiqətdə bu vəziyyət Allahın Quranda işarə etdiyi bir ağılsızlıqdır. Allah bəzi insanların anlayışlarının bağlanacağını və həqiqətləri görməyəcəklərini bir çox ayəsində bildirir. Bu ayələrdən bəziləri belədir: Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir! (Bəqərə Surəsi, 6-7)

…Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! (Ə'raf Surəsi, 179)

Allah bir başqa ayəsində isə bu insanların möcüzə görsələr belə inanmayacaq qədər ovsunlandıqlarını bildirir: Əgər onlara göydən bir qapı açsaq və onunla durmadan yuxarı dırmaşsalar yenə də: “Gözümüz bağlanmış, biz sehrlənmişik”, - deyərlər (Hicr Surəsi, 14-15)

Bu qədər geniş bir kütlənin üzərində bu cadunun təsirli olması, insanların həqiqətlərdən bu qədər uzaq tutulmaları, 150 ildir bu cadunun pozulmaması isə sözlə izah edilə bilməyəcək qədər heyrətverici haldır. Çünki bir və ya bir neçə insanın qeyri-mümkün ssenarilərə, mənasızlıq və məntiqsizliklərlə dolu iddialara inanmaları aydın ola bilər. Ancaq dünyanın hər tərəfindəki insanların şüursuz və cansız atomların ani bir qərarla bir yerə yığılıb fövqəladə bir təşkilat, intizam, ağıl və şüur göstərib qüsursuz bir sistemlə işləyən kainatı, canlılıq üçün uyğun olan hər cür xüsusiyyətə sahib olan Yer planetini və saysız kompleks sistemlə təchiz edilmiş canlıları meydana gətirdiyinə inanmasının "ovsun"dan başqa bir izahı yoxdur.

Belə ki, Allah Quranda inkarçı fəlsəfənin müdafiəçisi olan bəzi kəslərin insanlara cadularla təsir etdiklərini Hz. Musa və Firon arasında keçən bir hadisə ilə bizlərə bildirir. Hz. Musa Firona haqq dini izah etdiyində Firon Hz. Musaya "bilikli sehrbazları" ilə insanların toplandığı bir yerdə qarşılaşmasını söyləyir. Hz. Musa sehrbazlarla qarşılaşdığında əvvəl onların bacarıqlarını göstərmələrini buyurur. Bu hadisənin izah edildiyi ayələr belədir:

(Musa “Siz atın” – dedi. Onlar (əllərindəkiləri və əsaları yerə) atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr göstərdilər (Əraf Surəsi, 116)

Biz də Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, olanların uydurub düzəltdikləri yalanlar isə batil oldu. (Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər.(Əraf Surəsi, 117-119)

Ayədə də bildirildiyi kimi, daha əvvəl insanları ovsunlayaraq onlara təsir edən bu kəslərin etdiklərinin uydurma olduğunun başa düşülməsi ilə sözü gedən insanlar xar olmuşlar. İndiki vaxtda da bir cadunun təsiri ilə elm örtüyü altında son dərəcə mənasız iddialara inanan və bunları müdafiə etməyə həyatlarını həsr edənlər, əgər bu iddialardan imtina etməzlərsə həqiqətlər tam mənası ilə ortaya çıxdığında və "cadu pozulduğunda" xar olacaqlar. Belə ki, təxminən 60 yaşına qədər təkamülü müdafiə edən və ateist bir fəlsəfəçi olan, ancaq daha sonra həqiqətləri görən Malcolm Muggeridge təkamül nəzəriyyəsinin yaxın gələcəkdə düşəcəyi vəziyyəti belə açıqlayır:

Mən özüm təkamül nəzəriyyəsinin xüsusilə tətbiq olunduğu sahələrdə, gələcəyin tarix kitablarındakı ən böyük yumor səbəblərindən biri olacağına inandım. Gələcək nəsil bu qədər çürük və naməlum bir fərziyyənin inanılmaz bir məsumluqla qəbul edilməsini heyrətlə qarşılayacaq. (Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980 s. 43)

Bu gələcək uzaqda deyil, əksinə tezliklə insanlar "təsadüflər"in ilah ola bilməyəcəklərini anlayacaqlar və təkamül nəzəriyyəsi dünya tarixinin ən böyük yalanı və ən şiddətli ovsunu olaraq təyin olunacaq. Bu şiddətli ovsun böyük bir sürətlə dünyanın hər tərəfində insanların üzərindən qalxmağa başlamışdır. Təkamül yalanının iç üzünü öyrənən bir çox insan əvvəllər bu yalana necə qapıldıqlarına heyrət edirlər.
(məqalə harun yahya)