TERMODİNAMİKANIN İKİNCİ QANUNU TƏKAMÜL NƏZƏRİYYƏSİNİ ƏHƏMİYYƏTSİZ EDİR

Bioloqların qarşılaşdıqları problem təkamülün Termodinamikanın İkinci Qanunu ilə olan açıq ziddiyyətidir. Sistemlər zaman keçdikcə daha nizamsız strukturlara doğru pozulmalıdırlar.

Təkamülçü elm adamı Roger Lewin

Fizikanın ən fundamental qanunlarından biri olan "Termodinamikanın İkinci Qanunu" kainatdakı vəziyyətinə, təbii şərtlərə buraxılan bütün sistemlərin zamanla doğru mütənasib olaraq nizamsızlığa, dağınıqlığa və pozulmağa doğru irəlilədiyini söyləyir. Canlı-cansız bütün hər şey zaman içində aşınır, pozulur, çürüyür, parçalanır və dağılır. Bu, əvvəl-axır hər varlığın qarşılaşacağı mütləq sondur və bu qanuna görə bu müddətin geri dönüşü yoxdur.

Bu həqiqət hamımızın həyatı boyunca yaxından müşahidə etdiyi bir vəziyyətdir. Məsələn, bir avtomobili aparıb çölə qoysanız və bir neçə aydan sonra vəziyyətinə nəzarət etsəniz, əlbəttə ki, onun görünüşünün daha baxımlı bir vəziyyətə gəlməsini gözləyə bilməzsiniz. Əksinə, şinlərinin partlamış, şüşələrinin qırılmış, mühərrikinin çürümüş olduğunu görərsiniz. Eyni proses canlı varlıqlarda özünü daha çox büruzə verir. Termodinamikanın İkinci Qanunu olan bu təbii müddətin, fiziki tənlik və hesablamalarla ifadə edilmə formasıdır.



Bu məşhur fizika qanunu "Entropiya Qanunu" olaraq da adlandırılır. Entropiya fizikada bir sistemin ehtiva etdiyi nizamsızlığın ölçüsüdür. Bir sistemin nizamlı, mütəşəkkil və planlı bir quruluşdan nizamsız, dağınıq və plansız bir hala keçməsi o sistemin entropiyasını artırır. Bir sistemdəki nizamsızlıq nə qədər çoxdursa, o sistemin entropiyası da o qədər yüksək deməkdir. Entropiya Qanunu bütün kainatın geri dönüşü olmayan bir şəkildə davamlı, daha nizamsız, plansız və dağınıq bir quruluşa doğru irəlilədiyini ortaya qoymuşdur.

Termodinamikanın İkinci Qanunu və ya digər adı Entropiya Qanunu olan, doğruluğu nəzəri və təcrübi şəkildə qəti olaraq sübut edilmiş bir qanundur. Belə ki, əsrimizin ən böyük alimi kimi qəbul edilən Albert Eynşteyn bu qanunu "bütün elmlərin birinci qanunu" olaraq təyin etmişdir: Entropiya Qanunu tarixin bundan sonrakı ikinci etapında əsas qanun olaraq qəbul olunacaqdır.

Albert Eynşteyn bu qanunun bütün elmlərin birinci qanunu olduğunu söyləmişdir, Arthur Eddington ondan bütün kainatın ən üstün metafizik qanunu olaraq bəhs edir.( Jeremy Rifkin, Entropy: A New World View, New York: Viking Press, 1980, s. 6)
Təkamül nəzəriyyəsi isə, bütün kainatı əhatə edən bu təməl fizika qanununu tamamilə gözardı edərək ortaya atılmış bir iddiadır.

Təkamül bu qanunla tam ziddiyyət təşkil edən mexanizm irəli sürür. Təkamülə görə dağınıq, nizamsız, cansız atomlar və molekullar, zamanla öz özlərinə təsadüflərlə bir yerə gələrək nizamlı və planlı zülalları, DNT, RNT kimi son dərəcə kompleks molekulyar strukturları, ardından da çox daha kompleks nizamlara, quruluşlara və dizaynlara sahib milyonlarla canlı növünü ortaya çıxarmışlar. Təkamül nəzəriyyəsinə görə, hər mərhələdə daha planlı, daha nizamlı, daha kompleks və daha mütəşəkkil quruluşa doğru irəliləyən bu xəyali müddət, Entropiya Qanununun ortaya qoyduğu həqiqətlərə tamamilə ziddir. Bu səbəblə də guya var olan təkamül müddətinin əvvəldən sona qədər fərz edilən heç bir mərhələsinin reallaşması mümkün deyil. Təkamülçü alimlər də bu açıq ziddiyyətin fərqindədirlər.

Təkamülçü olan Corc Stavropoulos canlılığın özbaşına meydana gəlməsinin termodinamik baxımdan qeyri-mümkünlüyünü və fotosintez kimi kompleks canlı mexanizmlərin mənşəyinin təbiət qanunları ilə izahının mümkün olmadığını, məşhur təkamülçü American Scientistdə bu ifadələrlə qəbul etməkdədir: Normal şərtlərdə Termodinamikanın İkinci Qanununu nəzərə alsaq, heç bir kompleks orqanik molekul heç vaxt öz-özünə meydana gələ bilməz, əksinə parçalanar. Bir şey nə qədər kompleks olarsa o qədər qərarsızdır və axır-əvvəl parçalanır-dağılır. Fotosintez bütün həyat boyu kompleks və ya qəsdli olaraq kompleksləşdirilmiş izahlara baxmayaraq, hələ də termodinamika və ya başqa elm sahəsi vasitəsi ilə aydın ola bilməmişdir. (Corc P. Stavropoulos, "The Frontiers and Limits of Science", American Scientist, Dəri 65, noyabr-dekabr 1977, s. 674)

Görüldüyü kimi, təkamül iddiası tamamilə fizika qanunlarına zidd olaraq ortaya atılmış bir iddiadır. Termodinamikanın İkinci Qanunu təkamül ssenarisi qarşısına elmi və məntiqi baxımdan aşılması qeyri-mümkün olan fiziki maneə qoyur. Bu maneəni aşacaq elmi və tutarlı izah gətirə bilməyən təkamülçülər isə bunu ancaq xəyallarında aşa bilirlər. Məsələn, Amerikalı elm adamı Jeremy Rifkin təkamülün bu fizika qanununu sehrli bir güclə aşdığına inandığını ifadə edir. Entropiya Qanunu təkamülün bu planetdəki həyat üçün mövcud olan bütün enerjini paylayacağını söyləyir. Bizim təkamül anlayışımız isə bunun tam əksidir. Biz təkamülün sehrli bir şəkildə yer üzündə daha böyük dəyər və nizam artımı təmin etdiyinə inanırıq. (Jeremy Rifkin, Entropy: A New World View, s. 55)
.
Açıq Sistem Təhrif etməsi

Təkamülçülər bu açıq həqiqətlərə baxmayaraq, Termodinamikanın İkinci Qanununun yalnız "bağlı sistemlər" üçün etibarlı olduğunu, "açıq sistemlər"in bu qanunun xaricində olduğunu söyləyirlər.

Açıq sistem çöldən enerji və maddə giriş-çıxışı olan termodinamik sistemdir. Təkamülçülər də dünyanın açıq sistem olduğunu, Günəşdən davamlı bir enerji axınına məruz qaldığını, bu səbəbdən Entropiya Qanununun dünya üçün etibarsız olduğunu, nizamsız, sadə, cansız strukturlardan nizamlı, kompleks canlıların meydana gələ biləcəyini qarşıya qoyurlar.

Halbuki burada açıq bir təhrif etmə vardır. Çünki bir sistemə çöldən enerji girməsi, o sistemi nizamlı hala salmaq üçün bəs deyil. Bu enerjini istifadə edilə biləcək vəziyyətə gətirən xüsusi mexanizmlər lazımdır. Məsələn, bir avtomobilin benzindəki enerjini işə çevirməsi üçün mühərrikə, transmissiya sistemlərinə və bunları idarə edən idarə mexanizmlərinə ehtiyac vardır. Belə bir enerji çevirici sistem olmasa, avtomobilin benzindəki enerjini istifadə edə bilməsi mümkün olmayacaq.



Eyni vəziyyət canlılığa da aiddir. Bəli, canlılıq enerjisini Günəşdən alır. Lakin Günəş enerjisi, ancaq canlılardakı inanılmaz komplekslikdəki enerji çevrilmə sistemləri (məsələn, bitkilərdəki fotosintez, insan və heyvanlardakı həzm sistemləri) sayəsində kimyəvi enerjiyə çevrilə bilir. Bu enerji çevrilmə sistemləri olmazsa, heç bir canlı varlığını davam etdirə bilməz. Günəşin enerji çevrilmə sistemi olmayan bir canlı üçün, yandırıcı, əridici və parçalayıcı bir enerji qaynağı olmaqdan başqa bir mənası yoxdur.

Görüldüyü kimi, hər hansı bir enerji çevirici mexanizmi olmayan sistem, açıq da olsa, bağlı da olsa təkamül üçün heç bir üstünlük təşkil etmir. Primitiv dünya şərtlərində təbiətdə belə kompleks və şüurlu mexanizmlərin olduğunu isə heç kim iddia etmir. Zatən təkamülçülərin çətinlik çəkdiyi bitkilərdəki fotosintez mexanizmi kimi, hətta müasir texnologiya tərəfindən belə təqlid edilə bilməyən kompleks enerji çevrilmə mexanizmlərinin necə ortaya çıxması sualıdır.

Primitiv dünyaya çöldən girən Günəş enerjisinin də bu səbəbdən heç cür nizamlılıq meydana gətirəcək təsiri yoxdur. Çünki istilik nə qədər artarsa-artsın amin turşuları nizamlı düzülmələrdə bağlanmağa qarşı müqavimət göstərirlər. Amin turşularının çox daha kompleks molekullar olan zülalları və zülalların da özlərindən daha kompleks və planlı strukturlar olan hüceyrə orqanoidlərini meydana gətirmələri üçün də yenə yalnız enerji bəs deyil. Əslində lazım olan faktor, şüurlu bir dizayn, digər bir ifadə ilə desək yaradılışdır.

Xaos Qaydası Qaçışı

Termodinamikanın İkinci Qanununun təkamülü qeyri-mümkün etdiyinin fərqində olan bəzi təkamülçü alimlər yaxın keçmişdə Termodinamikanın İkinci Qanunu və Təkamül Nəzəriyyəsi arasındakı uçurumu aradan qaldırmaq, təkamülə bir yol aça bilmək məqsədi ilə müxtəlif fərziyyələr çıxarmağa səy göstərmişdir. Yalnız bu səylər də təkamül nəzəriyyəsinin gözardı edilə bilməyən bir açmaz qarşısında olduğunu açıqca göstərməkdədir.

Termodinamikanı və təkamülü uzlaşdırma ümidi ilə ortaya atılan iddialarla ən çox adı çəkilən Belçikalı elm adamı Ilya Prigoginedir. Prigogine Xaos Qaydasından hərəkət edərək xaosdan (qarışıqlıqdan) nizam meydana gələ biləcəyinə dair bəzi fərziyyələr ortaya atmışdır. Halbuki bütün səylərinə baxmayaraq, Prigogine termodinamikanı və təkamülü uzlaşdırmağı bacara bilməmişdir. Bu, aşağıdakı ifadələrində də açıqca görülür:

Keçən əsrdən bəri ağılımızda ilişib qalan bir sual var: Termodinamikanın təyin etdiyi və davamlı olaraq artan nizamsızlığın hökm sürdüyü dünyada, canlı bir varlığın təkamülünün necə mənası ola bilər? ( Ilya Prigogine, Isabelle Stengers, Order Out of Chaos, New York: Bantam Books, 1984, s. 129)

Molekulyar səviyyədə bildirdiyi nəzəriyyələrin canlı sistemlər üçün, məsələn, bir canlı hüceyrəsi üçün etibarlı olmadığını bilən Prigogine bu problemi belə ifadə edir: Xaos Nəzəriyyəsi və... canlıların olduqca nizamlı olan hüceyrələri düşünüldükdə, bunlarda olan bioloji nizamlılıq, nəzəriyyənin qarşısına dəqiq bir problem olaraq çıxır. ( Ilya Prigogine, Isabelle Stengers, Order Out of Chaos, s. 175.)

Bütün bu həqiqətlərə baxmayaraq təkamülçülər, "canlılar meydana gəlmişsə, deməli təkamül olmuşdur" kimi boş açıqlamalara sığınmağa çalışırlar. Lakin açıq və dəqiq elmi həqiqətlər, canlıların və canlılardakı nizamlı, planlı və kompleks strukturların qəti olaraq təkamülün iddia etdiyi kimi təsadüflərlə və təbiət şərtləri ilə meydana gələ bilməyəcəyini göstərir. Bu da canlıların varlığının ancaq fövqəladə bir gücün müdaxiləsi ilə açıqlana biləcəyini ortaya qoyur. Bu Fövqəladə müdaxilə isə, bütün kainatı yoxdan var edən Allahın yaratmasıdır. Elm hər sahədə olduğu kimi termodinamika baxımından da təkamülün qeyri-mümkün olduğunu və canlılığın yaranmasının Yaradılışdan başqa bir açıqlaması oladığını gözlər önünə sərmişdir.
(məqalə harun yahya)