DNT TƏKAMÜLÜ ÇÜRÜDƏN MÖCÜZƏVİ MOLEKULDUR



"DNT katalitik zülalların və fermentlərin köməyi olmadan etdiyi işi, yeni DNT-nin yaranması da daxil olmaqla, edə bilməz. Yəni DNT olmadan zülallar ola bilməz, amma DNT də zülallar olmadığı halda meydana gəlməz". John Horgan, "In the Beginning", Scientific American, vol. 264, February 1991, p. 119

Bədəndəki 100 trilyon hüceyrənin hər
birinin nüvəsində olan DNT
adlı molekul insan bədəninin əksiksiz
quruluş planını ehtiva edir. Bir insana aid
bütün xüsusiyyətlərin məlumatı,
xarici görünüşündən daxili orqanlarının strukturlarına
qədər DNT-nin içində xüsusi şifrə sistemi ilə qeydlidir.

Elmi araşdırmaların göstərdiyi kimi, təkamül nəzəriyyəsi molekul səviyyəsində tam bir açmazdadır. Amin turşularının meydana gəlməsini təkamülçülər heç cür açıqlaya bilməmişlər. Zülalların meydana gəlməsi isə müəmmalı olaraq hələ açıqlanmamışdır. Üstəlik, problem yalnız amin turşusu və zülallarla məhdudaşmır, bunlar hələ başlanğıcdır. Bunlardan da vacib, hüceyrə deyilən mükəmməl canlı təkamülçülər baxımından nəhəng bir çıxmaz meydana gətirir. Çünki hüceyrə yalnız amin turşusu quruluşlu zülallardan meydana gəlmiş bir yığın deyil. Yüzlərlə inkişaf etmiş sistemi olan, insanın hələ də bütün sirlərini həll edə bilmədiyi komplekslikdə bir canlıdır. Halbuki təkamülçülər bu sistemlərin deyil, hətta hüceyrənin elementlərinin belə necə meydana gəldiyini açıqlaya bilməzlər.

Canlıların təsadüfən meydana gəldiyini iddia edən təkamül nəzəriyyəsi hüceyrədəki ən fundamental molekulların varlığına belə tutarlı izah gətirə bilməzkən, genetika elmindəki irəliləmələr və nükleik turşuların, yəni DNT və RNT-nın kəşfi, nəzəriyyə üçün yeni çıxmazlar meydana gətirdi. 1955-ci ildə Ceyms Watson və Francis Crick adlı iki alimin işləri DNT-nin inanılmaz dərəcədəki kompleks quruluşunu və dizaynını gün işığına çıxardı.

Bədəndəki 100 trilyon hüceyrənin hər birinin nüvəsində olan DNT adlı molekul, insan bədəninin əksiksiz bir quruluş planını ehtiva edir. Bir insana aid bütün xüsusiyyətlərin məlumatı, xarici görünüşündən daxili orqanlarının strukturlarına qədər DNT-nin içində xüsusi şifrə sistemi ilə qeydlidir. DNT-dəki məlumat, bu molekulu meydana gətirən dörd xüsusi molekulun düzülüş sırası ilə kodlaşdırılmışdır. Nükleotid (və ya əsas) adlandırılan bu molekullar adlarının baş hərfləri olan A, T, Q, S ilə ifadə edilir. İnsanlar arasındakı bütün struktur fərqləri bu hərflərin düzülüş ardıcıllığı arasındakı fərq nəticəsində ortaya çıxır. Bu, dörd hərfli əlifbadan ibarət bir növ məlumat bankıdır. DNT-dəki hərflərin düzülüş sırası insanın quruluşunu ən incə detallarına qədər təyin edir. Boy, göz, saç və dəri rəngi kimi xüsusiyyətlərdən əlavə, bədəndəki 206 sümüyün, 600 əzələnin, 10.000 eşitmə sinir şəbəkəsinin, 2 milyon optik sinir şəbəkəsinin, 100 milyard sinir hüceyrəsinin və 100 trilyon hüceyrənin planları tək bir hüceyrənin DNT-sində mövcuddur. Əgər DNT-dəki bu genetik məlumatı kağıza yazsaq, təxminən 500 səhifəlik 900 ciltdən ibarət nəhəng bir kitabxana meydana gələr. Amma bu inanılmaz həcmdəki məlumat DNT-nin "gen" adı verilən parçalarında şifrələnmişdir.

DNT Təsadüfən Meydana gələ bilərmi?

Burada diqqət yetirilməsi lazım olan bir nöqtə vardır. Bir geni meydana gətirən nükleotidlərdə olan bir sıralama səhvi, o geni tamamilə işə yaramaz hala gətirəcək. İnsan bədənində təxminən 30 min gen olduğu düşünülürsə, bu genləri əmələ gətirən milyonlarla nükleotidin doğru sıralamada təsadüfən meydana gələ bilməsinin qəti şəkildə qeyri-mümkün olduğu görülər. Təkamülçü bioloq olan Frank Salisbury bu qeyri-mümkünlük barəsində bunları söyləyir: orta böyüklükdəki bir zülal molekulu, təxminən 300 amin turşusu ehtiva edir. Buna nəzarət edən DNT zəncirində isə, təxminən 1000 nükleotid olacaqdır. Bir DNT zəncirində dörd növ nükleotid olduğu yada düşərsə, 1000 nükleotidlik bir silsilə 41000 fərqli şəkildə ola biləcək. Kiçik bir loqarifm hesabı ilə olan bu rəqəm isə, ağlasığmaz dərəcədədir . 41000-də bir "kiçik bir loqarifm hesabı" nəticəsində 10620-də bir mənasını verir. Bu ədəd 10-un yanına 620 sıfır əlavə olunaraq əldə edilir. 10-un yanında 11 sıfır 1 trilyonu ifadə edərkən, 620 sıfır olan bir rəqəmin həqiqətən də qavranması mümkün deyil. (Frank B. Salisbury, "Doubts about the Müasir Synthetic Theory of Evolution", American Biology Teacher, Sentyabr 1971, s. 336)

Nükleotidlerin təsadüfən bir yerə gələrək RNT və DNT-ni meydana gətirməsinin qeyri-mümkün olduğunu təkamülçü Frana alimi Paul Auger də belə ifadə etmişdir: Təsadüfi kimyəvi hadisələr nəticəsində nükleotidlər kimi kompleks molekulların yaranmasında məncə iki mərhələni bir-birindən ayırmamız lazımdır, tək-tək nükleotidlərin çoxalması - bu bəlkə mümkün ola bilər - və bunların çox xüsusi müntəzəm şəkildə bir-birinə bağlanması. Elə bu ikincisi, qeyri-mümkündür. ( Paul Auger, De La Physique Theorique a la Biologie, 1970, s. 118)

Uzun illər molekulyar təkamül nəzəriyyəsinə inanan Francis Crick belə DNT-ni kəşf etdikdən sonra, bu cür kompleks molekulun təsadüfən, öz-özünə, bir təkamül nəticəsində meydana gələ bilməyəcəyini etiraf etmiş və belə demişdir: "Hazırki məlumatlara görə dürüst bir adam ancaq bunu söyləyə bilər: Həyat möcüzəvi bir şəkildə ortaya çıxmışdır."( Francis Crick, Life Itself: It's Origin and Nature, New York, Simon & Schuster, 1981, s. 88)

Təkamülçü Prof. Dr. Ali Demirsoy da DNT-nin meydana gəlməsi haqqında bu etirafı etmək məcburiyyətində qalır: "Bir zülalın və nüvə turşusunun (DNT-RNT) meydana gəlmə şansı təxminlərin çox kənarında bir ehtimaldır. Hətta müəyyən bir zülal zəncirinin ortaya çıxma şansı astronomik deyiləcək qədər azdır." ( Ali Demirsoy, Varislik və Təkamül, Ankara: Meteksan Nəşrləri, 1984, s. 39)

Prof. Francis Crick: "Həyat, ancaq bir möcüzə ilə ortaya çıxmış ola bilər.

Bu nöqtədə çox maraqlı bir fakt daha vardır: DNT yalnız zülal quruluşlu bəzi fermətlərin köməyi ilə kopyalanır. Amma bu fermentlərin sintezi də ancaq DNT-dəki məlumatlar sayəsində reallaşır. Bir-birinə bağlı olduqlarından, kopyalamanın meydana gələ bilməsi üçün ikisinin də eyni vaxtda var olması lazımdır. Amerikalı mikrobioloq Jacobson bu mövzuda belə deyir: İlk canlının ortaya çıxdığı zaman, çoxalma planlarının, ətrafdan maddə və enerji təmin etmənin, böyümə ardıcıllığının, məlumatları böyüməyə çevirəcək mexanizmlərin hamısına aid əmrlərin o anda və bir yerdə olmaları lazımdır. Bunların hamısının kombinasiyası təsadüfən reallaşa bilməz.( Homer Jacobson, "Information, Reproduction and the Origin of Life", American Scientist, Yanvar 1955, s. 121)

Yuxarıdakı ifadələr Ceyms Watson və Francis Crick tərəfindən DNT-nin quruluşu açıqlandıqdan iki il sonra yazılmışdı. Ancaq elmdəki bütün inkişaflara baxmayaraq, bu problem təkamülçülər üçün həll edilməmiş qalır. Alman alimləri Junker və Scherer də canlılıq üçün lazımlı molekulların hamısının sintezinin ayrı-ayrı şərtlər tələb etdiyinə diqqət çəkirlər. Bu isə Junker və Schererə görə, həyat üçün lazım olan bir çox fərqli maddənin bir yerə gəlmə şansının heç olmadığını göstərir: kimyəvi təkamül üçün lazımlı bütün molekulların əldə ediləcəyi bir təcrübə bilinmir. Bu səbəbdən müxtəlif molekulların dəyişik yerlərdə çox uyğun şərtlərdə çıxarılıb, hidroliz və fotoliz kimi zərərli faktorlara qarşı qorunub, yeni reaksiya bölgəsinə daşınması lazımdır. Burada təsadüfdən bəhs edilə bilməz, çünki belə bir hadisənin reallaşma ehtimalı yoxdur. (Reinhard Junker & Siegfried Scherer, "Entstehung Gesiche Der Lebewesen", Weyel, 1986, s. 89.)

Qısası, təkamül nəzəriyyəsi molekulyar səviyyədə reallaşdığı iddia edilən təkamül prosesini sübut etməmişdir. Elmin inkişafı bu suallara cavab vermək əvəzinə, sualları daha da kompleks və qarmaqarışıq edir. Amma təkamülçülər bütün bu qeyri-mümkün ssenarilərə böyük bir elmi həqiqət kimi inanırlar. Çünki yaradılışı qəbul etməmək üçün özlərini şərtləndirmişlər və beləliklə də qeyri-mümkün olan bir şeyə inanırlar. Avstraliyalı məşhur molekulyar bioloq Michael Denton, Evolution: A Theory en Crisis (Təkamül: Böhran İçində olan Bir Nəzəriyyə) adlı kitabında bu vəziyyəti belə izah edir: Yüksək orqanizmlərin genetik proqramlarının quruluşu, milyardlarla bit (kompüter vahidi) məlumata, ya da min cildlik kiçik bir kitabxananın içindəki bütün hərflərin düzülüşünə ekvivalentidir. Bu cür kompleks orqanizmləri meydana gətirən trilyonlarca hüceyrənin inkişafını təyin edən, əmr edən və nəzarət edən saysız kompleks funksiyanın təsadüfən meydana gəldiyini iddia etmək isə, böyük ağılsızlıqdır. Amma Darvinistlər, bu düşüncəni ən kiçik şübhə belə etmədən qəbul edirlər!

Ehtimal hesabları, zülallar və nükleik turşular (RNT və DNT) kimi kompleks molekulların tək-tək təsadüfən meydana gəlmələrinin qeyri-mümkün olduğunu göstərir. Ancaq təkamülçülər üçün daha da böyük problem, həyat üçün bu kompleks molekulların hamısının eyni anda və bir yerdə olması zəruriliyidir. Bu həqiqət qarşısında təkamül nəzəriyyəsi tamamilə çarəsizdir. Bəzi məşhur təkamülçülər bu mövzuda etiraf edirlər. Məsələn, San Diyeqo Kaliforniya Universitetindən Stanley Millerin və Francis Crickin iş yoldaşı olan məşhur təkamülçü Dr. Leslie Orgel belə deyir:

"Son dərəcə kompleks strukturlara sahib olan zülalların və nükleik turşuların (RNT və DNT) eyni yerdə və eyni zamanda təsadüfi olaraq meydana gəlmələri ehtimal belə edilə bilinməz. Amma bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Bu səbəbdən də insan həyatın kimyəvi üsullarla ortaya çıxmasının qeyri-mümkünlüyünü qəbul etmək məcburiyyətində qalır." (Leslie E. Orgel, "The Origin of Life on Earth", Scientific American, vol. 271, October 1994, p. 78)
(məqalə harun yahya)