MOLEKULLARDA TƏKAMÜL İMKANSIZDIR

Bir insan amin turşularının təsadüfən birləşməsindən meydana gələ bilən nəticələri düşündüyündə, həyatın həqiqətən də bu şəkildə ortaya çıxdığını göstərən dəlillərin məntiqsiz olduğunu görəcək. Belə bir işin reallaşmasında Böyuk İnşa Edicinin var olduğunu qəbul etmək ağla daha çox uyğundur. Kimya professoru Perry Reeves.

Əvvəlki bölmələrdə qalıq tapıntılarının təkamül nəzəriyyəsini necə iflasa uğratdığını izah etdik. Halbuki bunların heç birini izah etməyə ehtiyac yox idi. Çünki, təkamül nəzəriyyəsi qalıqlar vasitəsilə araşdırdığımız "dövrlər arası təkamül" iddiasından daha əvvəl çökmüşdür. Nəzəriyyəni hələ ilk mərhələdə mənasız edən isə yer üzündəki ilk canlı həyatın necə ortaya çıxması məsələsi olmuşdur.


Təkamül nəzəriyyəsi canlılığın təsadüfən meydana gələn bir hüceyrə ilə başladığını iddia edir. Ssenariyə görə, bundan dörd milyard il əvvəl primitiv dünya atmosferində bir neçə cansız kimyəvi maddə dəyişikliyə uğramış, ildırım və sarsıntıların təsiri ilə qarışaraq ilk canlı hüceyrəni ortaya çıxarmışdır. Halbuki, cansız maddələrin bir yerə toplanaraq canlıları meydana gətirə bilməsi iddiası bu günə qədər öz təsdiqini tapmamışdır. Əksinə, bütün tapıntılar bir canlının bir başqa canlıdan törədiyini isbat edir. Hər canlı hüceyrə bir başqa hüceyrənin çoxalması ilə meydana gəlir. Dünya üzərində heç kimsə ən inkişaf etmiş laboratoriyalarda da cansız kimyəvi maddələri bir yerə toplayıb canlı bir hüceyrə yaratmağı bacara bilməmişdir.

Təkamül nəzəriyyəsi isə insan ağlı, məlumatı və texnologiyası nəticəsində əldə edilə bilməyən canlı hüceyrənin primitiv dunya şərtlərində təsadüfən meydana gəlməsi iddiasındadır. Sonrakı bölmələrdə bu iddianın niyə elmin və ağlın fundamental prinsiplərinə zidd olduğunu incələyəcəyik.

"Təsadüfən meydana gələn hüceyrə" nağılı

Bir canlı hüceyrənin təsadüfən meydana gəldiyinə inanan bir insan aşağıda yazacağımız bir hekayəyə də asanlıqla inana bilər. Bu bir şəhərin hekayəsidir. Belə hesab edək ki, bir gün quraqlıq bir ərazidə qayaların arasında sıxışıb qalan bir miqdar gilli torpaq yağan yağışlar nəticəsində palçığa çevrilir. Palçıq günəş çıxanda qayaların arasında quruyub qatılaşır və müəyyən bir formaya düşür. Daha sonra, qəlıb funksiyasını daşıyan qayalar parçalanıb dağılır və ortaya düzgün, formalı bir kərpic çıxır. Bu kərpic illərlə eyni şərtlər daxilində yanında özü kimi başqa kərpiclərin meydana gəlməsini gözləyir. Bu proses eyni yerdə yuzlərlə, minlərlə həmin kərpicdən meydana gələnə qədər davam edir. Bu zaman böyük bir şans əsəri olan ilk yaranan kərpiclərdə heç bir dəyişiklik olmur. Min illərlə firtınalara, yağışlarla, küləklərlə, yandırıcı günəşə, dondurucu soyuğa məruz qalan kərpiclər parçalanmadan, çatlamadan, sovrulub dağılmadan eyni yerdə digər kərpiclərin yaramasını gözləyirlər.

Kərpiclər müəyyən miqdara çatdıqda külək, firtına kimi təbii hadisələrin təsiri ilə sovrulur, yan-yana və üst-üstə planlı bir şəkildə düzülüb bir bina meydana gətirirlər. Bu vaxt kərpiclərı bir-birinə yapışdıran sement və s. vəsaitlər də "təbii hadisələrlə"lə meydana gəlib qüsursuz bir plan daxilində kərpiclərın arasına girir və bunları bir-birlərinə birləşdirirlər. Bütün bu əməliyyatlar başlayarkən torpağın altındakı dəmir filizləri də "təbii hadisələr" vasitəsilə torpaqdan kənara çıxaraq kərpiclərın yaradacaqları binanın təməlini təşkil edirlər. Nəticədə hər cür vəsaiti və təsisatı ilə qüsursuz bir bina ortaya çıxır.

HÜCEYRƏDƏKİ MÜKƏMMƏL QURULUŞ

Hüceyrə ən kompleks və ən mükəmməl quruluşa sahib olan sistemə malikdir. Biologiya professoru Michael Denton, Evolution: A Theory in Crisis (Təkamül: Böhran içində olan bir nəzəriyyə) adlı kitabında hüceyrənin kompleksliyini bir misalla açiqlayır: "Molekulyar biologiya elm tərəfindən ortaya qoyulan həyatın həqiqi istiqamətini anlaya bilmək üçün bir hüceyrəni diametri 20 kilometr olan London və ya New York kimi iri şəhərlərin böyüklüyü qədər milyonlarla dəfə böyütməliyik. Bunun nəticəsində qarşımıza mükəmməl bir kompleksə sahib bir sistem çıxacaq. Hüceyrənin üzərində daimi olaraq əsası maddələrin giriş və çıxışına yarayan və bir kosmos gəmisinin liman çıxışlarını xatırlatdıran milyonlarla qapı görünür. Əgər bu qapılardan birindən içəriyə girmə imkanımız olsa özümüzü dünyanin ən möhtəşəm texnologiyasının və insanı heyrətə salan kompleksliyin içində taparıq. ..İnsan ağlının yaratdığı hər şeydən daha üstün bu komplekslik bizim düşüncə tutumumuzdan da çox üstündür və şans anlayışını tamamilə ortadan qaldırır..."

Əlbəttə ki, bina təkcə bünövrədən, kərpicdən və ona sərf edilən xərcdən ibarət deyildir. Elə isə digər əksiklər necə tamamlanmışdır? Cavab sadədir: binanın ehtiyacı hər cür vəsait üzərində yüksəldilən torpaqda vardır. Şüşələr üçün lazım olan silisium, elektrik kabelləri üçün lazım olan mis, tirlər, kolonlar, mismarlar, su boruları və s. üçün lazım olan dəmir torpağın altında bol miqdarda vardır.

Bütün bu vəsaitlər öz-özünə binanın içində yerləşərək "təbii hadisələr" vasitəsilə düzəlir. Əsən külək, yağan yağış, bir az firtına və zəlzələrin yardımı ilə bütün təsisat, doğrama, aksesuarlar kərpiclərin arasında yerli-yerinə oturur. İşlər təsadüfən elə yaxşı gedir ki, kərpiclər sonradan təbii hadisələrlə şüşə deyilən bir şeyin yaranacağını bilirmiş kimi, lazımli pəncərə boşluqlarını buraxaraq düzülürlər. Hətta sonra yenə təsadüfən meydana gələcək su, elektrik, qızdırıcı təsisatlarının içindən keçə bilən boşluqları buraxmağı da unutmurlar. Qeyd etdiyimiz kimi, "təsadüflər" və "təbii hadisələr" qüsursuz bir lahiyə meydana gətirirlər.

Əgər bu hekayəyə inana bilsəniz, bu qədər açıqlamadan sonra şəhərdəki digər binaların, təsisatların, çəkilən yolların və s. sistemlərin necə meydana gəldiyini siz də düşünüb tapa bilərsiniz. Hətta mövzu ilə bir az əlaqədar olsanız, şəhərin "kanalizasiya sisteminin təkamülləşərək və mövcud quruluşlarla uyğunlaşması" haqqındakı nəzəriyyələrinizi açıqladığınız bir neçə cildlik "elmi" bir əsər belə hazırlaya bilərsiniz. Bu çalışmanızdan dolayı akademik bir mükafata da layiq görülə bilər, özünüzü insanlıq tarixinə aydınlıq gətirən bir dahi olaraq görə bilərsiniz.

Canlıların təsadüfən yarandığını iddia edən təkamül nəzəriyyəsi belə bir nəzəriyyədir. Çünki tək başına bir hüceyrə bütün çalışma sistemləri, xəbərləşməsi, rəhbərliyi ilə bu böyuk şəhərə bənzəyən bir kompleks sisteminə malikdir.

Hüceyrədəki Möcüzə və Təkamül Nəzəriyyəsinin Sonu

Darvinin zamanında canlı hüceyrənin kompleks quruluşu hələ məlum deyildi. Bu səbəbdən dövrün təkamülçüləri canlılığın necə ortaya çıxması sualına "təsadüflər və təbii hadisələr" cavabını verirdilər. Halbuki canlılığın ən kiçik detalına qədər öyrənən XX yüzilliyin texnologiyası hüceyrənin insanın qarşılaşdığı ən kompleks sistemə malik olduğunu ortaya çıxardı. Bu gün hüceyrənin daxilində enerjini istehsal edən stansiyalar, həyat üçün zəruri olan ferment və hormonları istehsal edən fabriklər, istehsal olunacaq bütün məhsullarla əlaqədar məlumatların qeyd edildiyi bir məlumat bankı, bir bölgədən digərinə xam maddələri və məhsulları ötürən kompleks daşıma sistemləri, boru xəttləri, xaricdən gələn xam maddələrdən isə yararlı parçaları ayıran inkişaf etmiş laboratoriya və neftayırma zavodları, hüceyrənin içinə alınacaq və ya xaricinə göndəriləcək vəsaitlərin giriş-çıxış məsələlərini idarə edən mütəxəssisləşmiş hüceyrə zülallarının olduğunu bilirik. Bu saydıqlarımız hüceyrədəki kompleks sistemin yalnızca bir hissəsini təşkil edir.

Təkamülçü alim W. H. Thorpe "canlı hüceyrələrin ən sadəsinin sahib olduğu mexanizm belə, insanın indiyə qədər düzəltdiyi, hətta xəyal etdiyi maşınlardan çox daha komplekslidir" deyə yazır. W. R. Bird, The Origin of Species Revisited., Nashville: Tomas Nelson Co., 1991, ss. 298-99.

Hüceyrə o qədər kompleksdir ki, bu gün insanın istifadə etdiyi texnologiya hələ bir hüceyrə yadara bilmir. Süni hüceyrə meydana gətirmək üçün edilən bütün çalışmalar bacarıqsızlıqla nəticələnmişdir. Belə ki, bu gün hüceyrənin istehsal edilməsi hədəfi bir yana buraxılmışdır və artıq bu istiqamətdə çalışma aparılmır. Təkamül nəzəriyyəsi isə insanın bütün məlumat və texnologiya təcrübəsi ilə bacarmayacağı bu sistemin primitiv dunyada "təsadüfən" yarandığını ön plana çəkir.

Buna bənzər bir başqa bənzətməni İngilis riyaziyyatçısı və astronomu Sir Fred Hoyle 12 Noyabr 1981-ci ildə Nature jurnalında dərc etdirmişdir. Hoyle bir materialist olmasına baxmayaraq, təsadüflər nəticəsində canlı bir hüceyrənin meydana gəlməsi ilə bir dəmir yığınına təsir edən qasırğanın sovurduğu parçalarla təsadüfən bir Boeing 747 təyyarəsinin yaranması arasında bir fərq olmadığını ifadə edir. Hoyle on Evolution", Nature, Cilt 294, 12 noyabr 1981, s. 105. Yəni, hüceyrənin təsadüfən yaranması mümkün deyil və mütləq "yaradılmış" olması lazımdır.

Təkamül nəzəriyyəsinin hüceyrənin necə yaranması sualını açıqlaya bilməməsinin ən fundamental səbəblərindən biri hüceyrədəki "mürəkkəb komplekslik" xüsusiyyətidir. Bir canlı hüceyrəsi çox sayda kiçik orqanoidin uyğunlaşma içində çalışması ilə yaşayır. Bu parçaların birinin olmaması ilə hüceyrə həyatını davam etdirə bilməz. Dolayısıyla, yer üzündə yaranan ilk hüceyrənin həyat üçün lazımlı bütün orqanoid və funksiyalara malik, əksiksiz bir hüceyrə olması lazımdır. Bu da, əlbəttə ki, hüceyrənin yaradılmış olması deməkdir.

TƏKAMÜLÇÜLƏRİN ETİRAFLARI

Prof. A. Oparin: "Hüceyrənin necə yarandığını açıqlaya bilmirik." Təkamül nəzəriyyəsi canlılığın yer üzündə ilk ortaya çıxışı mövzusunda böyuk bir çaşqınlıq içindədir. Çünki canlı molekullar təsadüflərlə açıqlanmayacaq qədər kompleksdir. Canlı hüceyrənin təsadüfən yaranması isə qeyri-mümkündür. Təkamülçülər həyatın mənşəyi problemi ilə XX yüzilliyin ikinci yarısında qarşı-qarşıya gəldilər. Molekulyar təkamül nəzəriyyəsinin ən qatı tərəfdarı sayılan Rus təkamülçü alimi Aleksandr I. Oparin 1936-cı ildə nəşr etdirdiyi Həyatın Mənşəyi adlı kitabında belə yazır: Təəssüf ki, hüceyrənin meydana gəlməsi təkamül nəzəriyyəsini bütünlüklə əhatə edən ən qaranlıq nöqtəni meydana gətirir. 1

Prof. Jeffrey Bada: "Həyatın necə yarandığı hələ də böyük bir sirrdir". Oparindən bu yana təkamülçülər hüceyrənin təsadüfdən yarana biləcəyini isbat etmək üçün saysız-hesabsız təcrübə, araşdırma və müşahidə apardılar. Ancaq edilən hər çalışma hüceyrədəki qarışıq layihəni daha ətraflı bir şəkildə ortaya qoyaraq, təkamülçülərin nəzəriyyəsini bir daha puç etdi. Almaniyadakı Johannes Gutenberg Universitesi Biokimya İnstitutunun Professoru Dr. Klaus Dose də bu mövzuda belə deyir: Kimyəvi və molekulyar təkamül sahələrində həyatın mənşəyi mövzusunda otuz illik davam edən bütün təcrübələr həyatın mənşəyi probleminə cavab tapmaqdansa, problemin nə qədər böyuk olmasının qavranmasına səbəb oldu. Hazırda bu mövzudakı bütün nəzəriyyələr və təcrübələr, ya çıxılmaz vəziyyətdə qalaraq bitir, ya da məlumatsızlıq etirafları ilə nəticələnir. 2

San Diyeqo Scripps İnstitutunun geokimyaçı alimi Jeffrey Badanın aşağıdakı sözləri isə XX yüzilliyin sonunda təkamülçülərin bu çıxılmaz vəziyyəti qarşısındakı çarəsizliklərinin ifadəsidir: Bu gün XX yüzilliyi arxada qoysaq da, hələ XX yüzilliyə girdiyimizdə sahib olduğumuz ən böyük həll edilməmiş problemlə qarşı-qarşıyayıq: Həyat yer üzündə necə başladı?3

1. Alexander I. Oparin, Origin of Life, (1936) NewYork: Dover Publications, 1953 (Reprint), p.196.
2. Klaus Dose, "The Origin of Life: More Questions Than Answers", Interdisciplinary Science Reviews, Vol 13, No. 4, 1988, p. 348
3. Jeffrey Bada, Earth, February 1998, p. 40

ZÜLALLAR TƏSADÜFƏ MEYDAN OXUYUR

Hələlik hüceyrəni bir kənara qoyaq, çünki təkamül nəzəriyyəsi hüceyrənin alt parçacıqları qarşısında belə çarəsizdir. Hüceyrəni meydana gətirən yüzlərlə növ qarışıq zülal molekullarından bir dənəsinin belə təbii şərtlərlə yaranması ehtimal belə edilə bilməz.

Zülallar "amin turşusu" adı verilən daha kiçik molekulların müəyyən sayda və növdə xüsusi bir sıra ilə düzülmələrindən ibarət olan nəhəng molekullardır. Bu molekullar canlı hüceyrələrin bünövrəsini təşkil edir. Ən sadələri təxminən 50 amin turşusundan ibarət olan zülalların minlərlə amin turşusundan ibarət olan növləri də vardır.

Əhəmiyyətli olan nöqtə budur: zülalların bünövrəsindəki tək bir amin turşusunun belə azalması və ya yerinin dəyişməsi, ya da zəncirə artıq bir amin turşusu əlavə olunması o zülalı işə yaramaz bir molekul yığını halına gətirir. Bu səbəbdən, hər amin turşusu tam lazım olan yerdə, tam lazım olan sırada yer tutmalıdır. Həyatın təsadüflərlə yarandığını önə surən təkamül nəzəriyyəsi isə bu düzənlilik qarşısında çarəsizdir. Çünki, bu düzənlilik əsla təsadüflə açıqlanamayacak qədər mükəmməldir. (Qaldı ki, nəzəriyyə hələ amin turşularının 'təsadüfən yarandığı' iddiasına belə etibarlı bir sübut ya da açıqlama gətirə bilmir, bunu da bir az sonra incələyəcəyik)

Tək bir Sitoxrom-C zülalın kimyəvi tərkibi belə (solda), əsla təsadüflə açıqlanamayacaq qədər qarışıqdır. Belə ki, təkamülçü bioloq Prof. Ali Demirsoy tək bir Sitokrom-C düzülməsinin təsadüflə meydana gəlməsinin bir meymunun makina düymələrinə təsadüfi basaraq heç səhv etmədən insanlıq tarixini yazması qədər ola bilməyəcək bir şey" olduğunu qəbul edir.

Zülalların funksional tərkibinin heç bir şəkildə təsadüfən meydana gəlməyəcəyi hər kəsin anlaya biləcəyi sadə hesablarla da asanlıqla görünə bilər. Məsələn, tərkibində 288 amin turşusu olan və 12 fərqli amin turşusunun dövründən ibarət olan amin turşuları 10300 müxtəlif variantda düzülə bilir. (Bu, 1 rəqəminin sağına 300 sıfır gəlməsi ilə yaranan astronomik bir rəqəmdir). Ancaq bu düzülmələrdən yalnızca biri sözü gedən zülalı meydana gətirir. Geriyə qalan bütün düzülmələr heç bir işə yaramayan, hətta bəzən canlılar üçün zərərli ola biləcək mənasız amin turşusu zəncirləridir.

Dolayısıyla, yuxarıda nümunə olaraq verdiyimiz zülal molekullarından yalnızca bir dənəsinin təsadüfən meydana gəlmə ehtimalı "10300-də 1" ehtimalıdır. Bu ehtimalın praktikada reallaşması isə imkansızdır. (Riyaziyyatda 1050-də 1-dən kiçik ehtimallar "sifir ehtimal" qəbul edilir)

288 amin turşulu bir zülal canlıların quruluşunda olan minlərlə amin turşulu nəhəng zülallarla müqayisə edildikdə sadə bir quruluş sayıla bilər. Eyni ehtimal hesablarını bu nəhəng molekullara aid etdiyimizdə isə "imkansız" sözünün belə qeyri-kafi qaldığını görərik.

Canlılığın inkişafında bir pillə daha irililədiyimizdə tək başına bir zülalın da heç bir şey ifadə etmədiyini görərik. Ən kiçik bakteriyalardan biri olan "Mycoplasma Hominis H 39"un belə 600 növ zülala sahib olduğu məlum olmuşdur. Bu vəziyyətdə tək bir zülal üçün etdiyimiz ehtimal hesablarını 600 növ zülal üzərindən hesablamamız lazım olacaq. Nəticədə qarşılaşacağımız rəqəmlər isə imkansız anlayışından da çox kənardır.

Bu anda bu sətirləri oxuyan və indiyə qədər təkamül nəzəriyyəsini elmi nəzəriyyə sayan oxucular, bəlkə buradakı rəqəmlərin şişirdildiyindən, həqiqəti əks etdirmədiyindən narahat ola bilərlər. Xeyr, bunlar bir həqiqətdir. Heç bir təkamülçü də bu rəqəmlər qarşısında etiraz edə bilməz. Tək bir zülalın təsadüfən meydana gəlmə ehtimalının "bir meymunun makina düymələrinə təsadüfi basaraq heç səhv etmədən insanlıq tarixini yazması" qədər imkansız olduğunu onlar da qəbul edirlər. Amma həqiqəti, yəni yaradılışı qəbul etməkdənsə, bu məntiqsiz nəzəriyyəni müdafiə edirlər.

Bir çox təkamülçü bu həqiqəti etiraf edir. Məsələn, Harold Blum adlı təkamülçü alim "məlum olan ən kiçik zülalların belə təsadüfən meydana gəlməsi, bütünlüklə imkansız görünür" demişdir. (W. R. Bird, The Origin of Species Revisited. Nashville: Tomas Nelson Co., 1991, s. 304) Təkamülçülər molekulyar təkamülün çox uzun bir zaman sürdüyünü bu zamanın imkansız olanı mümkün hala gətirdiyini iddia edirlər. Halbuki nə qədər uzun bir zaman olursa-olsun, amin turşularının təsadüfən zülal meydana gətirmələri imkansızdır. Amerikalı geoloq William Stokes Essentials of Earth History adlı kitabında bu həqiqəti qəbul edərkən "əgər milyard il boyunca, milyardlarla planetin səthi lazımlı amin turşularını ehtiva edən sulu bir təbəqə ilə dolu olsaydı belə yenə (zülal) meydana gələ bilməzdi" deyə yazır.( W. R. Bird, The Origin of Species Revisited. Nashville: Tomas Nelson Co., 1991, s. 305.) Bəs bütün bunlar hansı mənanı verir?

Bir dənəsinin belə təsadüfən yaranması imkansız olan bu zülallardan orta hesabla bir milyon dənəsinin təsadüfən uyğun bir şəkildə bir yerə gəlib əksiksiz bir insan hüceyrəsini meydana gətirməsi isə, milyard dəfə imkansızdır. Bir hüceyrə isə təkcə zülal yığınından ibarət deyildir. Hüceyrənin içində zülallardan başqa nukleik turşular, karbohidratlar, lipidlər, vitaminlər, elektrolidlər kimi başqa bir çox kimyəvi maddə yer tutur. Hər biri də bir çox fərqli xüsusiyyət daşıyır və ya yardımçı molekul olaraq vəzifələrini icra edirlər.

New York Universitetinin kimya professoru və DNT mütəxəssisi Robert Shapiro tək sadə bir bakteriyada olan 2000 növ zülalın təsadüfən meydana gəlmə ehtimalını hesablamışdır. (İnsan hüceyrəsində isə təxminən 200.000 növ zülal vardır.) Əldə edilən rəqəm 1040.000-də 1 ehtimaldır. (Bu rəqəm 1 rəqəminin yanına 40 min sıfırın düzülməsindən ibarətdir) Cardiff Universitetini Tətbiqli Riyaziyyat və Astronomiya Professoru Chandra Wickramasinghe bu rəqəm qarşısında bu şərhi verir: Bu rəqəm (1040.000) Darvini və bütün təkamül nəzəriyyəsini yerə gömməyə bəs edər. Bu planetin, ya da bir başqasının üzərində heç bir zaman (həyatın doğa bilməsi) bir primitiv şorba olmamışdır və həyatın başlangıcı təsadüfi olaraq baş verməyəcəyinə görə, məqsədli bir ağlın məhsulu olmalıdır. Fred Hoyle, Chandra Wickramasinghe, Evolution from Space, New York, Simon & Schuster, 1984, s. 148.
Fred Hoyle isə bütün bu rəqəmlər qarşısında bu məlumatı verir: Əslində, həyatın ağıl sahibi bir varlıq tərəfindən meydana gətirildiyi o qədər açıqdır ki, insan bu açıq həqiqətin niyə əksəriyyət tərəfindən qəbul edilmədiyi ilə maraqlanır. Bunun (qəbul edilməməsinin) səbəbi elmi deyil, psixolojidir. Fred Hoyle, Chandra Wickramasinghe, Evolution from Space, s. 130.
Hoylenin "psixoloji" dediyi səbəb təkamülçülərin həyatın yaradılmış olduğunu qəbul etməmək üçün özlərinin yaratdıqları şərtlərdir. Bu kəslər Allahın varlığını qəbul etməməyi özlərinə əsas məqsəd seçmişlər. Sırf bu məqsəd üzündən imkansız olduğunu özlərinin də gördüyü mənasız ssenariləri müdafiə etməyə davam edirlər.

Sol - Əlli Zülallar

Zülalın yaranması ilə əlaqədar təkamülçü ssenarinin niyə imkansız olduğunu bir az daha detallı olaraq araşdıraq.
Canlılarda olan bir zülal molekulunun meydana gəlməsi üçün yalnızca uyğun amin turşularının uyğun sırada düzülmələri kafi deyildir. Bununla yanaşı, zülalların quruluşunda olan 20 növ amin turşusundan hər birinin də yalnızca "sol-əlli" olması lazımdır. Kimyəvi olaraq eyni amin turşusunun həm sağ-əlli, həm də sol-əlli olmaq üçün iki müxtəlif dövrü vardır. Bunların aralarındakı fərq üç ölçülü quruluşlarının bir-biri ilə zidd istiqamətli olmasından qaynaqlanır. Eynilə insanın sağ və sol əlləri arasındakı fərqlilik kimi.

Hər iki qrupdan amin turşuları da bir-birləri ilə rahatlıqla bağlana bilər. Ancaq araşdırmalar nəticəsində bir həqiqət ortaya çıxmıştır: ən sadə orqanizmdən ən mükəmməlinə qədər canlılardakı zülallar, tək sol-əlli amin turşularından meydana gəlir. Zülalın tərkibinə daxil edilən tək bir sağ-əlli amin turşusu belə o zülalı işə yaramaz hala gətirir. Hətta bəzi təcrübələrdə bakteriyalara sağ-əlli amin turşularından verilmiş, ancaq bakteriyalar bu amin turşularını dərhal parçalamışlar, bəzi vəziyyətlərdə isə bu parçalardan yenidən özləri istifadə edə biləcəkləri sol-əlli amin turşularını inşa etmişlər.

Bir an üçün təkamülçülərin dediyi kimi canlılığın təsadüflərlə yarandığını hesab edək. Bu vəziyyətdə, yenə təsadüflərlə meydana gəlmiş olması lazım olan amin turşularından təbiətdə sağ və sol-əlli olmaqla bərabər miqdarda olacaqdı. Dolayısıyla, bütün canlıların tərkiblərində sağ və sol əlli amin turşularından qarışıq miqdarda olması lazım idi. Çünki kimyəvi olaraq hər iki qrupdan amin turşularının da bir-birləri ilə rahatlıqla birləşməsi mümkündür. Halbuki bütün canlı orqanizmlərdəki zülallar yalnizca sol-əlli amin turşularından meydana gəlir.


Təbiətdə eyni amin turşusunun həm sağ-əlli, həm də sol-əlli olmaqla iki müxləlif növü vardır. Bunların aralarındakı fərq üç ölçülü xüsusiyyətlərinin, eynilə insanın sağ və sol əllərindəki fərqlilik kimi, bir-biri ilə zidd istiqamətli olmasından qaynaqlanır.

Zülalların bunların içindən yalnızca sol-əllilərini seçdikləri və necə aralarına heç bir sağ-əlli amin turşusunun qarışmadığını təkamülçülərin heç cür izah edə bilmədikləri mövzulardan biri olaraq qalmışdır.

Açıqca görüldüyü kimi zülalların bu xüsusiyyəti təkamülçülərin "təsadüf" açmazını daha da çıxılmaz vəziyyətə salır: "Mənalı" bir zülalın meydana gəlməsi üçün, az əvvəl də dediyimiz kimi yalnızca bunu meydana gətirən amin turşularının müəyyən sayda, qüsursuz bir düzülmədə və xüsusi üç ölçülü yaradılışla birləşmələri yetərli olmayacaqdır. Bütün bunların yanında, bu amin turşularının hamısının sol-əlli olanlar arasından seçilmiş olması və içlərində bir dənə belə sağ-əlli amin turşusunun olmaması da zəruridir. Çünki amin turşusu silsiləsinə əlavə olunan yanlış bir sağ-əlli amin turşusunun yanlış olduğunu təsbit edərək onu zəncirdən çıxaracaq hər hansı bir təbii mexanizm də mövcud deyildir. Bu səbəbdən bir sağ-əlli amin turşusunun belə sol-əlli amin turşularının arasına qarışmaması lazımdır.

Bu vəziyyət təkamülün qatı müdafiəçisi olan Britannica Elm Ensiklopediyasında belə ifadə edilir:... Yer üzündəki bütün canlı orqanizmlərdəki amin turşularının hamısı zülallar kimi qarışıq polimerlərlə eyni asimmetriyaya malikdir. Sanki tamamilə sol-əllidirlər. Molekulların necə sol-əl ya da sağ-əl olduğu tamamilə qavranıla bilməz. Bu seçim anlaşılmayacaq tərzdə yer üzərindəki həyatın qaynağına bağlıdır.(W. R. Bird, The Origin of Species Revisited., Nashville: Tomas Nelson Co., 1991, ss. 298-99.)

Amin turşularıdakı sol-əllilik hadisəsinə bənzər bir vəziyyət nukleotidler, yəni DNT və RNA-nın tərkibləri üçün də etibarlıdır. Bunlar da, canlı orqanizmlərdə olan bütün amin turşularının əksinə, yalnızca sağ-əlli olanlarından seçilmişlər. Bu da təsadüflə açıqlanamayacaq bir vəziyyətdir.

Nəticə olaraq həyatın qaynağının təsadüflərlə açıqlanmasının mümkün olmadığı başdan bəri incələdiyimiz misallarla qəti olaraq isbat edilmişdir: 400 amin turşusundan ibarət olan orta böyüklükdəki bir zülalın, tək sol-əlli amin turşularından seçilmə ehtimalını hesablamaya başlasaq 2400-də, yəni 10120-də 1-lik bir ehtimal əldə edərik. Bu astronomik rəqəmə fikir vermək üçün, kainatdakı elektronların cəmi sayının bu saydan çox daha kiçik olduğunu, təxminən 1079 olaraq hesablandığını də ifadə edək. Bu amin turşularının lazımi düzülməsi və funksional formanı meydana gətirmə ehtimalları isə, çox daha böyük rəqəmləri doğurur. Bu ehtimalları da əlavələr və hadisəni birdən çox sayda və növdə zülalın yaranmasına uzatmağa çalışsaq, hesablar tamamilə içindən çıxılmaz vəziyyətə gələr.

Vacib olan Uyğun Bağlantı

Zülalları meydana gətirən amin turşularının təbiətdəki bir çox bağlantı şəklindən tək bir dənəsini istifadə edərək bir-birləri ilə bağlanmaları lazımdır. Bu əlaqəyə peptid əlaqə adı verilir. Əks halda, amin turşusu zəncirləri işə yaramaz, zülallar meydana gələ bilməz.

Bütün bu saydıqlarımıza baxmayaraq, təkamülün çıxmazları bitmiş deyildir. Bir zülalın meydana gələ bilməsi üçün lazımlı olan amin turşusu növlərinin uyğun sayı və sıralamada və lazım olan üç ölçülü formada düzülmələri də yetməz. Bunun üçün eyni zamanda, birdən çox qola sahib amin turşusu molekullarının yalnızca müəyyən qolları ilə bir-birlərinə bağlanmaları lazımdır. Bu şəkildə olan bağlantıya "peptid əlaqə" adı verilir. Amin turşuları fərqli bağlarla bir-birlərinə bağlana bilirlər, ancaq zülallar, yalnız və yalnız "peptid" bağlarla bağlanmış amin turşularından meydana gəlirlər.

Bunu bir bənzətmə ilə gözünüzdə canlandıra bilərsiniz: Məsələn, bir avtomobilin bütün parçalarının əksiksiz və yerli-yerində olduğunu düşünün. Lakin təkərlərdən biri oturmasi lazım olan yerə, vintlərlə deyil, bir tel parçası ilə və dairəvi üzü yerə baxacaq bir şəkildə bağlansın. Belə bir avtomobilin mühərriki nə qədər güclü olursa-olsun, texnologiyası nə qədər mükəmməl olursa-olsun bir metr belə irəli getməsi imkansızdır. Görünüşdə hər şey yerli-yerindədir, ancaq təkərlərdən birinin öz yerində düzgün bağlanmaması, bütün avtomobili istifadə edilməz vəziyyətə salır. Eyni şəkildə, bir zülal molekulundakı tək bir amin turşusunun belə digərinə peptid əlaqədən başqa bir əlaqə baрlanmış olması bu molekulu işə yaramaz hala gətirəcək.

Edilən araştirmalar amin turşularının öz aralarındakı təsadüfi birləşmələrinin ən çox 50%-nin peptid əlaqə ilə yarandığını, geri qalanının isə zülallarda tapılmayan fərqli bağlarla bağlandıqlarını ortaya qoymuşdur. Dolayısıyla, bir zülalın təsadüfən meydana gələ bilməsi ehtimalını hesablarkən, hər amin turşusunun özündən əvvəlki və sonrakı ilə yalnız və yalnız peptid bağ ilə bağlanmış olması məcburiyyətini də hesaba qatmaq lazımdır.

Bu ehtimal da, zülaldakı hər amin turşusunun sol-əlli olması ehtimalı ilə az qala eynidir. Yəni, yenə 400 amin turşusu bir zülalı ələ alacaq olsaq, bütün amin turşularının öz aralarında yalnız peptid əlaqə ilə birləşmələri ehtimalı 2399-da 1 ehtimaldır.

Sıfır ehtimal

Altdakı cədvəldə göruldüyü kimi 500 amin turşusu olan bir zülal molekulunun meydana gəlmə ehtimalı, 1-in yanına 950 sifirin gəlməsi ilə yaranan və ağlın dərk etmə qabiliyyətindən çox kənar olan astronomik bir sayda, "1" ehtimaldır. Praktikada belə bir ehtimalın reallaşma şansı "0"dır. Riyaziyyatda "1050-də 1" və ya daha kiçik bir ehtimal, statistik olaraq reallaşma ehtimalı "0" olan bir ehtimal olaraq qəbul edilir.

500 amin turşusu olan bir zülal molekulunun təsadüfən meydana gəlmə imkansızlığını daha bir misalla göstərək: Həyati bir zülal olan "hemoglobin" molekulunda yuxarıdakı nümunə zülaldan daha çox, 574 amin turşusu olur. İndi bir də bunu düşünün: Vucudunuzdaki milyardlarla qırmızı qan hüceyrəsindən yalnızca bir dənəsində tam "280.000.000" (280 milyon) hemoglobin vardır.
10950= 100.000.000.000.000.000.000.000.000.000.000.000.00 0.000.000.000.000.000.000. 000.000.000.000.000.000.000.000.000.000.000.000.00 0.000.000.000.000.000.000. 000.000.000.000.000.000.000.000.000.000.000.000.00 0.000.000.000.000.000.000. 000.000.000.000.000.000.000.000.000.000.000.000.00 0.000.000.000.000.000.000. 000.000.000.000.000.000.000.000.000.000.000.000.00 0.000.000.000.000.000.000. 000.000.000.000.000.000.000.000.000.000.000.000.00 0.000.000.000.000.000.000. 000.000.000.000.000.000.000.000.000.000.000.000.00 0.000.000.000.000.000.000. 000.000.000.000.000.000.000.000.000.000.000.000.00 0.000.000.000.000.000.000. 000.000.000.000.000.000.000.000.000.000.000.000.00 0.000.000.000.000.000.000. 000.000.000.000.000.000.000.000.000.000.000.000.00 0.000.000.000.000.000.000. 000.000.000.000.000.000.000.000.000.000.000.000.00 0.000.000.000.000.000.000. 000.000.000.000.000.000.000.000.000.000.000.000.00 0.000.000.000.000.000.000. 000.000.000.000.000.000.000.000.000.000.000.000.00 0.000.000.000.000.000.000. 000.000.000.000.000.000.000.000.000.000.000.000.00 0.000.000.000.000.000.000. 000.000.000.000.000.000.000.000.000.000.000.000.00 0.000.000.000.000.000.000. 000.000.000.000.000.000.000.000.000.000.000.000.00 0.000.000.000.000.000.000. 000.000.000.000.000.000.000.000.000.000.000.000000 .

500 amin turşusu orta hesabla bir zülal molekulunun uyğun növ və sıralamada düzülmələri ehtimalı ilə bərabər, daxilindəki amin turşularının hamısının yalnizca sol-əlli olması və bu amin turşularının hər birinin də yalnizca peptid əlaqə qurması ehtimalı 10950-də "1" ehtimaldır. 1-in yanına 950 sıfırın gəlməsi ilə yaranan bu rəqəmi də yuxarıdakı kimi yaza bilərik.

Halbuki qırmızı qan hüceyrəsinin tək bir zülalının belə sınaq-yanılma üsulu ilə meydana gələ bilməsi üçün dunyanin ömrü çatmaz. Tək bir zülal molekulu meydana gətirə bilmək üçün amin turşularının, dünya qurulduğundan bəri ard-arda, heç vaxt itirmədən sınaq-yanılma yolu ilə birləşib ayrıldıqlarını fərz etsək belə, yenə də 10950-də bir ehtimalı tutmaları üçün lazım olan müddət dünyanın bu günə qədərki ömründən çoxdur.

Bütün bunlardan ortaya çıxan nəticə təkamülün daha tək bir zülalın meydana gəlməsini açıqlama mərhələsində qorxunc bir imkansızlığa gömüldüyüdür.

Təbiətdə sınaq-Yanılma Mexanizmi Varmı?

Son olaraq, bura qədər bəzi nümunələrini sıraladığımız ehtimal hesablarının təməl məntiqi ilə əlaqədar çox əhəmiyyətli bir nöqtəni ifadə etmək lazımdır: Yuxarıda hesabladığımız ehtimallar, zülalların təsadüfən meydana gəlməsinin imkansız olduğunu göstərir. Ancaq hadisənin çox daha əhəmiyyətli və təkamülçülər tərəfindən çıxılmaz bir istiqaməti vardır: həqiqətdə təbiətdə bu ehtimalların sınaq müddəti belə başlaya bilməz. Çünki təbiətdə sınaq-yanılma yolu ilə zülal istehsal etməyə çalışan bir mexanizm yoxdur.

500 amin turşusu olan bir zülalın meydana gəlmə ehtimalını göstərmək üçün cədvəldə verdiyimiz hesablar, tək ideal (həyatda rast gəlinə bilməyəcək) bir sınaq-yanılma mühiti üçün etibarlıdır. Yəni, görünməz bir gücün, 500 amin turşusunu təsadüfən birləşdirib sonra bunun yanlış olduğunu görüb, hamısını tək-tək ayırıb, sonra ikinci dəfə başqa bir sırada düzdüyünü fərz etdiyimiz xəyali bir mexanizm olduğu təqdirdə faydalı zülalın əldə edilməsi ehtimalı 10950-də "1"dir. Hər sınaqda amin turşularının tək-tək ayrılıb yeni bir sırada düzülməsi lazımdır. Ayrıca, hər sınaqda 500 amin turşusu da əlavə olunduqdan sonra sintezin durdurulmasi və tək bir amin turşusunun belə artıqdan araya girməsinə maneə törədilməsi, zülalın meydana gəlib-gəlmədiyinə baxılması, yaranmadığında hamısının pozulub yeni bir düzülmənin sınanması lazımdır. Ayrıca hər sınaqda, araya başqa heç bir yad kimyəvi maddənin də qarışmaması lazımdır. Sınaq əsnasında yaranan zəncirin 500 halqaya çatmadan parçalanmaması da vacib şərtdir. Yəni, başdan bəri bəhs etdiyimiz ehtimallar əvvəlini, sonunu və hər mərhələsini şüurlu bir mexanizmin idarə etdiyi, yalnızca "amin turşularının seçimi"nin şansa buraxıldığı idarəli bir mexanizmlə reallaşmaqdadır. Belə bir mexanizmin təbii şərtlərdə var olması isə mumkun deyildir. Dolayısıyla, təbii mühitdə bir zülalın yaranmasının "ehtimal" olunması texniki olaraq imkansızdır. Əslində bu mövzuda ehtimallardan bəhs etmək belə son dərəcə elmdən uzaq bir üslubdur.

Bəzi məlumatsız təkamülçülər bu mövzunu heç cür anlaya bilməzlər. Zülal meydana gəlməsini sadə bir kimyəvi reaksiya sandıqları üçün "amin turşuları reaksiya nəticəsində birləşib zülal yaradır" kimi komik məntiqlər irəli sürürlər. Halbuki təbiətdə təsadüfi reallaşan kimyəvi reaksiyalar ancaq sadə və primitiv birləşmələr meydana gətirə bilərlər. Bunların sayı və növü də məhduddur. Bir az daha kompleks bir kimyəvi maddə üçün nəhəng fabriklər, kimyəvi təsisatlar, laboratoriyalar dövrəyə girir. Dərmanlar gündəlik olaraq istifadə etdiyimiz bir çox kimyəvi maddə cinsindəndir. Zülallar isə bu kimyəvi maddələrdən daha kompleks sistemə sahibdirlər. Hər parçasının yerli-yerində və planlı bir şəkildə oturması lazım olan mexaniki bir layihə və muhəndislik möcüzəsi zülalların təsadüfi kimyəvi reaksiyalar nəticəsində meydana gələ bilmələrini mümkün deyildir.

Yuxarıda anlatdığımız bütün imkansızlıqları bir an üçün bir kənara buraxıb, yenə də faydalı bir zülal molekulunun "təsadüfən" öz-özünə yarandığını hesab edək. Ancaq bu nöqtədə də təkamül bir daha süquta uğrayır. Çünki bu zülalın varlığını davam etdirməsi üçün içində olduğu təbii mühitdən çox xüsusi şərtlərdə qorunması lazımdır. Əks halda, bu zülal dunya üzərindəki şərtlərin təsiri ilə o an parçalanacaq və ya başqa turşular, amin turşuları ya da digər kimyəvi maddələrlə birləşərək xüsusiyyətini itirəcək, faydasız, tamamilə fərqli bir maddəyə çevriləcək.
(məqalə harun yahya)