TƏKAMÜLÇÜLƏRİN FOSİLLƏRİ XARAKTERİZƏ ETMƏLƏRİ BİRTƏRƏFLİ VƏ HİYLƏGƏR ÜSLUBDADIR



Yumşaq qisimlərin təkrar inşası demək olar ki, mümkün deyil. Dodaqlar, gözlər, qulaqlar və burun kimi orqanların altlarındakı sümüklə heç bir əlaqəsi yoxdur. Məsələn, bir Neandertal başını həm bir meymuna, həm də bir filosofa bənzədə bilərsiniz. Əvvəlki insanların qalıqlarına əsaslanaraq aparılan canlandırmalar heç bir elmi dəyərə sahib deyildir və cəmiyyəti yönləndirmək məqsədilə bunlardan istifadə edilir... Bu səbəblə rekonstruksiyalara çox güvənilməməlidir. Earnest A. Hooton
İnsanın təkamüllə yaraması əfsanəsinin detallarına toxunmadan əvvəl, tarixdə yarı meymun-yarı insan kimi yaşayan canlıların olması fikrini cəmiyyətin əsas bölümünə qəbul etdirən təbliğata toxunmaq lazımdır. Bu təbliğat üsulu təkamülçülərin qalıqlardan istifadə etdikləri "rekonstruksiyalar"dır. Rekonstruksiya "yenidən inşa" deməkdir və bir sümük parçası tapılan canlının şəklinin, ya da maketinin bu sümüyə əsasən düzəldilməsidir. Qəzetlərdə, jurnallarda, filmlərdə gördüyümüz "meymun adam"ların hər biri bir rekonstruksiyadır.

Ancaq insanın soykökü ilə əlaqədar qalıq tapıntıları çox vaxt dağınıq və əskik olduqları üçün bunlara əsaslanan hər hansı bir təxmin tamamilə yanlışdır. Bu səbəbdən təkamülçülər tərəfindən qalıqlara əsaslanan rekonstruksiyalar təkamül ideologiyasına uyğun olaraq hazırlanır. Harvard Üniversitesi antropoloqlarından olan David Pilbeam "mənim çalışdığım paleoantropologiya sahəsində daha öncə əldə edilmiş təəssüratlardan ibarət olan nəzəriyyə, daim gerçək məlumatlara qarşı çıxır" deyərkən bu həqiqəti vurğulayır. Insanlar gördüklərindən daha tez təsirləndikləri üçün məqsəd onları xəyal gücü ilə rekonstruksiya edilmiş canlıların keçmişdə həqiqətən yaşadığına inandıra bilməkdir.

XƏYALİ VARLIQLAR

Təkamülçülər rekonstruksiyalarda burun və dodaqların quruluşu, saçlarin şəkli, əzələ quruluşu və tüklər kimi qalıq izi olmayan xüsusiyyətləri təkamülü dəstəkləyici əlamət kimi şəkilləndirirlər. Ortaya çıxardıqları xəyali varlıqları ailələri ilə gedərkən, ovlanarkən və ya gündəlik həyatın başqa bir hissəsini göstərən şəkillər hazırlayırlar. Halbuki bu rəsmlər tamamilə bir xəyaldır və heç bir qalıq xüsusiyyətlərinə əsaslanmır.

Burada bir xüsusiyyətə diqqət yetirmək lazımdır: sümük qalıqlarına əsaslanan çalışmalarda sadəcə əldə edilən obyektin ümumi xüsusiyyətləri ortaya çixarila bilər. Halbuki əsl təyinedici xüsusiyyətlər zamanla çox asanlıqla yox olan yumşaq toxumalardır. Təkamülə inanan bir insanın yumşaq toxumaları istədiyi kimi şəkilləndirib ortaya xəyali bir varlıq çıxarması çox asandır. Harvard Üniversitetindən Earnst A. Hooten bu vəziyyəti belə açiqlayır: Yumşaq qisimlərin təkrar inşası demək olar ki, mümkün deyil. Dodaqlar, gözlər, qulaqlar və burun kimi orqanların altlarındakı sümüklə heç bir əlaqəsi yoxdur. Məsələn, bir Neandertal başını həm bir meymuna, həm də bir filosofa bənzədə bilərsiniz. Əvvəlki insanların qalıqlarına əsaslanaraq edilən canlandırmalar heç bir elmi dəyərə sahib deyildir və cəmiyyəti yönləndirmək məqsədilə bunlardan istifadə edilir... Bu səbəblə rekonstruksiyalara çox güvənilməməlidir. Earnest A. Hooton, Up From The Ape, New York: McMillan, 1931, s. 332.

BİR KƏLLƏDƏN İSTİFADƏ EDİLƏRƏK ÇƏKİLƏN ÜÇ MÜXTƏLİF RƏSM


Java adamının bir-birindən tamamilə fərqli olan bu iki rəsmi qalıqların təkamülçülər tərəfindən necə xəyali formada yozulduğunun bir sübutudur...

Təkamülçülər bu mövzuda irəliləməkdədirlər. Onlar bir baş quruluşuna bir-birindən çox fərqli üzlər yapışdırmışlar. Australopithecus robustus (Zinjanthropus) adlı qalıq üçün çəkilən bir-birindən tamamilə fərqli üç müxtəlif rekonstruksiya bunun bir misalıdır.

Java adamının bir-birindən tamamilə fərqli olan bu iki rəsmi qalıqların təkamülçülər tərəfindən necə xəyali formada yozulduğunun bir sübutudur. Sağda: Maurice Wilsonun şəkli. (From Ape to Adam The Search For The Ancestry Of Man, Herbert Wendt) Solda: Steven M. Stanleyin şəkli. (Human Origins)

Qalıqların birtərəfli izah və ya xəyali rekonstruksiyalar edilməsi təkamülçülərin aldatmacaya hansı tərzdə baş vurduqlarını göstərən dəlillərə daxil edilə bilər. Ancaq bunlar təkamül nəzəriyyəsinin tarixində rast gəlinən əsaslı və konkret saxtakarlıqlardır.
(məqalə harun yahya)