QUŞLARIN VƏ MƏMƏLİLƏRİN TƏKAMÜLÜ SSENARİDİR

Gözlərin və qanadların ortaq xüsusiyyəti tamamilə inkişaf etdiklərində vəzifələrini yerinə yetirmələridir. Başqa sözlə desək, əskik gözlə görülməz, yarım qanadla uçulmaz. Bu orqanların necə meydana gəldiyi təbiətin hələ tam açıqlanmamış sirlərindən biri olaraq qalmışdır. Engin Korur

Təkamül nəzəriyyəsinə görə, həyat suda təkamülləşdikdən sonra amfibiyalarla quruya daşınmışdır. Amfibiyaların bir qismi də, nəzəriyyəyə əsasən sürünənlərə çevrilərək quruda yaşayan heyvan halına gəlmişdir. Belə bir çevrilmənin fizioloji və anatomik baxımdan qeyri-mümkün olduğunu, məsələn, suda inkişaf edən amfibiya yumurtasının, quru mühitdə inkişaf edən sürünən yumurtasına təkamülləşməsinin mümkün olmadığını göstərən çox sayda dəlil vardır.

Qalıqlara baxdığımızda isə, onsuz da belə bir çevrilmənin yaşanmadığını görürük: sürünənlər amfibiyalarla aralarında heç bir əlaqə olmadan, heç bir "ataları" olmadan yer üzünə çıxan canlılardır. Onurğalı paleontologiya mövzusunda nüfuzlu təkamülçü olan Robert Carroll "ən erkən sürünənlərin bütün amfibiyalardan çox fərqli olduqlarını və atalarının hələ təyin oluna bilmədiyini" qəbul etmək məcburiyyətində qalmışdır. Robert L. Carroll, Vertebrate Paleontology and Evolution, New York: W. H. Freeman and Co., 1988, s. 198.
QUŞLARA MƏXSUS OLAN AĞCİYƏRLƏR

Quşlar təkamülçülərin iddialarına görə, guya ataları olan sürünənlərdən çox fərqli bir anatomiyaya sahibdirlər. Quşun ağciyərləri quruda yaşayan canlıların ağciyərlərindən tamamilə fərqlənir. Quruda yaşayan canlılar havanı eyni nəfəs borusundan alıb-verirlər. Quşlarda isə hava ağciyərə ön tərəfdən girərək arxa tərəfdən çölə çıxır. Uçuş əsnasında yüksək miqdarda oksigenə ehtiyac duyan quşlar üçün belə xüsusi bir "dizayn" edilmişdir. Bu quruluşun sürünənlərin ağciyərindən təkamülləşərək ortaya çıxması isə qeyri-mümkündür, çünki iki fərqli ağciyər quruluşu arasındakı "ara" bir quruluşla nəfəs alına bilinməz.

Ancaq təkamül nağılının qeyri-mümkün ssenariləri bununla da bitmir. Bir də quruya çıxmış bu canlıları "uçurmaq" lazımdır! Təkamülçülər quşların necəsə təkamülləşmiş olmalarını qəbul etdirmək üçün bu canlıların sürünənlərdən yarandıqlarını iddia edirlər. Halbuki, quruda yaşayan canlılardan tamamilə fərqli quruluşa malik olan quşların heç bir bədən mexanizmi pilləli təkamül modeli ilə açıqlana bilməz. Hər şeydən əvvəl quşu quş edən ən əhəmiyyətli xüsusiyyət, yəni qanadlar təkamül üçün çox böyük bir çıxmazdır.

Qanadların qüsursuz quruluşunun bir-birini izləyən təsadüfi mutasiyalar nəticəsində meydana gəlməsi sualı cavabsız qalmışdır. Bir sürünənin ön ayaqlarının genlərində meydana gələn pozulma (mutasiya) nəticəsində qüsursuz qanada çevrilməsi əsla açıqlanmır. Həmçinin, quruda yaşayan bir canlının quşa çevrilə bilməsi üçün yalnız qanadlarının olması kifayət deyil. Quruda yaşayan canlı quşların uçmaq üçün istifadə etdikləri bir çox struktur mexanizmindən məhrumdur. Məsələn, quşların sümükləri quruda yaşayan canlılara nisbətən daha yüngüldür. Ağciyərləri daha fərqli bir quruluş və funksiyaya malikdir. Əzələ və skelet quruluşunda da fərqliliyə sahibdirlər və daha xüsusi ürək-damar sistemləri vardır. Bu mexanizmlər yavaş-yavaş "yığılaraq" meydana gələ bilməz. Bu səbəbdən, quruda yaşayan canlıların quşlara çevrilməsi nəzəriyyəsi tamamilə yanlışdır. Bunların ardından bir sual daha meydana gəlir: bütün bu elmdən kənar hekayəni doğru hesab etsək belə, bu hekayəni təsdiqləməsi lazım olan çox sayda "tək qanadlı", "yarım qanadlı" qalıq nəyə görə heç cür tapılmır?

XƏYALİ ARA-KEÇİD NÖVÜ ARCHAEOPTERYX

Təkamülçülər "tək qanadlı", "yarım qanadlı" qalıqların niyə tapıla bilimədiyi sualı qarşısında xüsusilə bir canlıdan bəhs edirlər. Bu, hələ də israrla müdafiə etdikləri az sayda olan, ara-keçid növü iddialarından ən məşhuru Archæopteryx adlı qalıq quşdur. Təkamülçülərə görə, hal-hazırki quşların atası olan Archæopteryx 150 milyon il əvvəl yaşamışdı. Nəzəriyyəyə görə Velociraptor və ya Dromeosaur adı verilən kiçik quruluşlu dinozavrların bir qismi təkamül keçirərək qanadlanmışlar və uçmağa başlamışlar.
Archæopteryx dinozavr atalarından ayrılan və yenicə uçmağa başlayan ilk canlı idi. Bu hekayə demək olar ki, hər təkamülçü tərəfindən izah edilir. Halbuki Archæopteryxin qalıqları üzərində aparılan son araşdırmalar, bu canlının qəti olaraq ara-keçid növü olmadığını, yalnız hal-hazırki quşlardan bir az fərqli xüsusiyyətlərə sahib, soyu tükənmiş bir quş növü olduğunu göstərmişdir.

Archæopteryxin yaxşı uça bilməyən bir "yarı-quş" olduğu tezisi yaxın zamana qədər təkamülçülər tərəfindən tez-tez dilə gətirilməkdə idi. Bu canlının "sternum"unun, yəni sinə sümüyünün olmaması canlının uça bilməyəcəyinin ən əhəmiyyətli dəlili olaraq göstərilməkdə idi. (Sinə sümüyü uçmaq üçün lazımlı olan əzələlərin yapışdığı sinə qəfəsinin altında olan bir sümükdür. Hal-hazırda uça bilən və ya uça bilməyən bütün quşlarda, hətta quşlardan fəqrli olan uça bilən məməli yarasalarda belə bu sinə sümüyü vardır.)

Ancaq 1992-ci ildə tapılan yeddinci Archæopteryx qalığı təkamülçülər arasında çox böyük qarışıqlıq yaratdı. Çünki, bu son tapılan Archæopteryx qalığında təkamülçülərin uzun zaman yox saydıqları sinə sümüyü var idi. Nature jurnalında bu yeni tapılan qalıq belə izah edilirdi:
Son tapılan yeddinci Archæopteryx qalığı uzun zamandır varlığından şübhə edilən, amma heç bir zaman isbat edilə bilməyən bir düzbucaqlı sinə sümüyünün varlığına işarə edir. Bu canlının uzun məsafələrdə uçuş qabiliyyəti hələ də fərziyyəyə əsaslanır, amma sinə sümüyünün varlığı güclü uçuş əzələlərinin olduğunu göstərir.

Bu tapıntı Archæopteryxin tam uça bilməyən yarı-quş olduğu istiqamətindəki iddiaların ən fundamental dayağını etibarsız etdi. Digər tərəfdən, Archæopteryxin həqiqi mənada uça bilən bir quş olduğunun ən əhəmiyyətli sübutlarından biri də heyvanın tüklərinin quruluşu oldu. Archæopteryxin hal-hazırki quşlardan fərqlənməyən asimmetrik tük quruluşu canlının mükəmməl şəkildə uça bildiyini göstərirdi. Məşhur paleontoloq Carl O. Dunbarın ifadə etdiyi kimi, "tüklərinin quruluşuna görə, bu varlıq tam bir quş xüsusiyyəti göstərirdi". Archæopteryxin tüklərinin ortaya çıxarmış olduğu bir başqa həqiqət, bu canlının istiqanlı olmağı idi. Bilindiyi kimi, sürünənlər və dinozavrlar soyuqqanlı, yəni bədən istiliklərini özləri yaratmayan, ətrafın bədən istiliklərinə təsir etdiyi canlılardır. Quşlarda olan tüklərin ən əhəmiyyətli funksiyalarından biri isə, bədən istiliyini qorumalarıdır. Archæopteryxin tüklü olması bunun dinozavrların əksinə istiqanlı olduğunu, yəni bədən istiliyini qorumağa ehtiyacı olan həqiqi bir quş olduğunu göstərirdi.

Təkamülçülərin Etibarsız İddiaları: Archæopteryxin Dişləri və Pəncələri

Təkamülçülərin Archæopteryxi ara-keçid növü olaraq göstərərkən əsaslandıqları ən əhəmiyyətli iki məqam isə, bu heyvanın qanadlarının üzərindəki pəncələri və ağzındakı dişləridir. Archæopteryxin qanadlarında pəncələri və ağzında dişləri olduğu doğrudur, ancaq bu xüsusiyyətlər canlının sürünənlərlə hər hansı bir şəkildə əlaqəsi olduğunu göstərmir. Çünki hal-hazırda yaşayan iki növ quşda, Taouraco və Hoatzində də budaqlara yapışmağa yarayan pəncələr vardır. Bu canlılar heç bir sürünən xüsusiyyəti daşımayan quşlardır. Dolayısıyla, Archæopteryxin qanadlarında pəncələri olduğu və bu səbəblə də ara-keçid növü olması iddiası etibarsızdır.

Archæopteryxin ağzında dişlərinin olması belə canlını ara-keçid növü etmir. Təkamülçülər bu dişlərin sürünən xüsusiyyəti olduğunu iddia edərək insanları qəsdən aldatmaq istəyirlər. Halbuki, dişlər sürünənlərin tipik bir xüsusiyyəti deyil. Hal-hazırda bəzi sürünənlərin dişləri var, bəzilərinin isə yoxdur. Daha da əhəmiyyətlisi isə, dişli quşların Archæopteryxlə məhdud olmamasıdır.

Hal-hazırda dişli quşların artıq yaşamadıqları bir həqiqətdir, ancaq qalıq tapıntılarına baxdığımız zaman istər Archæopteryx ilə eyni dövrdə, istərsə də daha sonra, hətta günümüzə olduqca yaxın tarixlərə qədər "dişli quşlar" olaraq adlandırıla biləcək ayrı bir quş qrupunun həyatını davam etdirdiyini görərik.

İşin ən əhəmiyyətli tərəfi isə, Archæopteryxin və digər dişli quşların diş strukturlarının, bu quşların guya təkamüllü ataları olan dinozavrların diş strukturlarından çox fərqli olmasıdır. Quşları tədqiq edən Martin Stewart və Whetstone kimi məşhur alimlərin apardıqları araşdırmalara görə, Archæopteryxin və digər dişli quşların dişlərinin üstü düzdür və geniş kökləri vardır. Halbuki bu quşların atası olduğu iddia edilən Theropod dinozavrlarının dişlərinin üstü mişar kimi çıxıntılıdır və kökləri də dardır. <http://www.evrimaldatmacasi.com/kusmemelihayalevrim_1.php>

Həmin tədqiqatçılar, eyni zamanda Archæopteryx ilə onun sözdə ataları olan dinozavrların bilək sümüklərini müqayisə etmişlər və arada heç bir bənzərlik olmadığını aşkar etmişdilər. <http://www.evrimaldatmacasi.com/kusmemelihayalevrim_1.php>

Archæopteryxin dinozavrlardan təkamülləşdiyini iddia edən John Ostrom olmuşdur. Onun bu canlı ilə dinozavrlar arasında açıqladığı bəzi "bənzərlik"lərin həqiqətdə yanlış bir şərh olduğu Tarsitano Hecht və A. D.Walker kimi anatomiyaçıların işləri nəticəsində ortaya çıxmışdır. Bütün bunlar, Archæopteryxin bir ara-keçid növü olmadığını, yalnız "dişli quşlar" olaraq adlandırıla biləcək ayrı bir sinfə aid olduğunu göstərir.

Archæopteryx və Digər Keşmiş Quş Qalıqları

Təkamülçülər on ildir ki, Archæopteryxi quşların təkamülü ssenarisinin ən böyük dəlili olaraq göstərərkən, son vaxtlarda tapılan bəzi qalıqlar bu ssenarinin etibarsızlığını başqa istiqamətlərdən ortaya qoydular. 1995-ci ildə Çində Onurğalılar Paleontologiyası İnstitutunda araşdırmalar edən paleontoloq Lianhai Hou və Zhonghe Zhou Confuciusornis adlandırdıqları yeni bir qalıq quş növü kəşf etdilər. Archæopteryx ilə eyni yaşdakı (təxminən 140 milyon illik) bu quşun dişləri yox idi, quşlarla eyni olan bu quşun qanadlarında, Archæopteryxdə olduğu kimi pəncələr var idi. Quyruq tüklərinə dəstək olan "pygostyle" adlı quruluş bu quşda da görünürdü. Qısacası, təkamülçülər tərəfindən bütün quşların atası sayılan və yarı-sürünən qəbul edilən Archæopteryxle eyni yaşda olan bu canlı, hazırki quşlara çox bənzəyirdi. Bu həqiqət, Archæopteryxin bütün quşların primitiv atası olduğu iddialarını sözsüz ki, puç edirdi.
Confuciusornis adlı quş Archaeopteryxlə eyni yaşdadır.

Çində 1996-cı ilin noyabrında tapılan başqa qalıq ortalığı daha da qarışdırdı. 130 milyon il yaşındakı Liaoningornis adlı bu quşun varlığı Hou Martın və Alan Feduccia tərəfindən Science jurnalında nəşr olunan bir məqalə ilə bildirildi. Liaoningornis dövrümüzdəki quşlarda olan uçuş əzələlərinin yapışdığı sinə sümüyünə sahib idi. Digər cəhətləri ilə də bu canlı hazırkı quşlardan fərqlənmirdi. Yeganə fərqi isə ağzında dişlərinin olması idi. Bu vəziyyət, dişli quşların təkamülçülərin iddia etdiyi kimi primitiv bir quruluşa sahib olmadıqlarını göstərirdi. Belə ki, Alan Feduccia Discover jurnalında nəşr olunan şərhində Liaoningornisin quşların mənşəyinin dinozavrlar olduğu iddiasını etibarsız etdiyini bildirmişdi.

[ Archæopteryxlə bağlı təkamülçülərin iddialarının yanlığını sübut edən başqa qalıq isə Eoalulavis oldu.
Archæopteryxdən 30 milyon il daha gənc, yəni 120 milyon il yaşında olduğu bildirilən Eoalulavisin qanad quruluşunun eynisi, günümüzdəki bəzi uçan quşlarda görünürdü. Bu da 120 milyon il əvvəl, hazırki quşlardan bir çox cəhətdən fərqlənməyən canlıların göydə uçduqlarını isbat edirdi. Beləliklə, Archæopteryx və digər arxaik quşların bir ara-keçid növü olmadıqları qəti şəkildə isbat edilmiş oldu. Qalıqlar fərqli quş növlərinin bir-birlərindən təkamülləşdiklərini göstərmirdilər. Əksinə, hal-hazırkı quşların və Archæopteryx bənzəri bəzi xüsusi quş növlərinin bərabər yaşadıqlarını isbat edirdilər. Bu quşların bəzilərinin, məsələn Confuciusornis və ya Archæopteryxin nəsilləri tükənmiş, günümüzə ancaq az sayda quş gələ bilmişdi. Qısacası, Archæopteryxin bəzi xüsusi xüsusiyyətləri bu canlının bir "ara-keçid növü" olduğunu göstərir. Belə ki, bu gün təkamül nəzəriyyəsinin məşhur müdafiəçilərindən biri olan Harvard paleontoloqları Stephen Jay Gould və Niles Eldredge də Archæopteryxin fərqli xüsusiyyətlərini özündə əks etdirən "mozaik" canlı olduğunu, amma əsla ara-keçid növü sayıla bilməyəcəyini qəbul edirlər. S. J. Gould & N. Eldredge, Paleobiology, Vol 3, 1977, s. 147.
Prof. Alan Feduccia

"Zaman uyğunsuzluğu" da Archaeopteryx haqqındakı təkamülçü iddialara öldürücü bir zərbə endirmişdir. Amerikalı bioloq Jonathan Wells de Icons of Evolution (Təkamülün İkonaları) adlı kitabında Archaeopteryxin təkamülçülər tərəfindən sanki bir "ikona" (müqəddəs simvol) halına gətirildiyini, halbuki dəlillərin bu canlının "quşların primitiv atası" olmadığını açıqca göstərdiyini vurğulayır. Wellsə görə bunun göstəricilərindən biri, Archaeopteryxin atası olaraq göstərilən Theropod (iki ayaqlı) dinozavrların, əslində Archaeopteryxdən daha gənc olmalarıdır:
Yerdə qaçan iki ayaqlı dinozavrlar Archaeopteryxin nəzəri atalarından gözlənilə biləcək bəzi xüsusiyyətlərə sahibdirlər, amma (qalıq tapıntılarında) Archaeopteryxdən sonra ortaya çıxırlar. Jonathan Wells, Icons of Evolution, Regnery Publishing, 2000, s, 117

Xəyali quş - Dinozavr Əlaqəsi

Archæopteryxi ara-keçid növü olaraq göstərməyə çalışan təkamülçülərin iddiası, başda da ifadə etdiyimiz kimi quşların dinozavrlardan təkamülləşməsidir. Halbuki quşları tədqiq edən dünyanın ən məşhur alimlərindən biri olan Şimali Carolina Universitetinin professoru Alan Feduccia təkamülçü olmasına baxmayaraq, quşların dinozavrlarla qohum olması iddiasına kəsinliklə qarşı çıxmışdır. Feduccia belə deyir: 25 il quşların kəllələrini araşdırdım və dinozavrlarla aralarında heç bir bənzərlik görmürəm. Quşların dörd ayaqlılardan təkamülləşdiyi nəzəriyyəsi paleontologiya sahəsində XX əsrin ən böyük utancı olacaq. ( Pat Shipman, "Birds Do It... Did Dinosaurs?", s. 28) Kanzas Universitetində keşmiş quşlar üzərində mütəxəssis olan Larry Martın də quşların dinozavrlarla eyni nəsildən törəməsi nəzəriyyəsinə qarşı çıxmışdır. Martin "doğrusunu söyləmək lazımdırsa, əgər dinozavrlarla quşların eyni mənşədən gəldiklərini müdafiə etsəydim, bunun haqqında hər danışmaq məcburiyyətində qaldığımda utanardım" ( Pat Shipman, "Birds Do It... Did Dinosaurs?", s. 28. ) demişdir. Qısacası, təməlini yalnız Archæopteryxə söykəməyə çalışan "quşların təkamülü" ssenarisi yalnız və yalnız təkamülçülərin xəyal güclərinin bir məhsuludur.



Təkamül
ssenarilərindən bir nümunə:
Ağcaqanad tutmağa
çalışarkən birdən
qanadlanan
dinazavrlar!

AĞCAQANADLARIN MƏNŞƏYİ NƏDİR?

Təkamülçülər dinozavrların quşlara çevrildiyini iddia edərkən, ağcaqanad ovlamaq üçün ön ayaqlarını bir-birinə çırpan bəzi dinazavrların şəkildə görüldüyü kimi "havalandıqlarını" irəli sürürlər. Heç bir elmi sübutu olmayan, sadəcə təxəyyülün bir məhsulu olan bu nəzəriyyə, eyni zamanda çox sadə bir məntiq ziddiyyəti də yaratmaqdadır. Çünki təkamülçülərin burada uçuşun mənşəyini açıqlamaq üçün göstərdiyi nümunə, yəni ağcaqanad onsuz da mükəmməl uçuş qabiliyyətinə malikdir. İnsan saniyədə 10 dəfə belə qolunu açıb bağlaya bilməzkən, bir ağcaqanad orta hesabla saniyədə 500 dəfə qanad çırpma qabiliyyətinə malikdir. Üstəlik, hər iki qanadını eyni vaxtda çırpar. Əgər qanadların titrəşməsi arasında ən kiçik bir uyğunsuzluq olarsa, ağcaqanad tarazlığını itirə bilər, amma heç bir zaman belə bir uyğunsuzluq olmaz. Təkamülçülər isə, ağcaqanadın bu mükəmməl uçuş qabiliyyətinin necə ortaya çıxdığını izah etmək yerinə, ağcaqanadı daha kobud bir varlığın, yəni sürünənin uçuşunun səbəbi olaraq göstərən xəyali ssenarilər qururlar. Halbuki tək ağcaqanaddakı üstün yaradılış belə təkamülün iddiasını etibarsız edir. İngilis bioloq Wootton Robin "Ağcaqanad Qanadlarının Mexaniki Dizaynı" başlıqlı bir məqaləsində belə yazır: "Ağcaqanad qanadlarının işləyişini öyrəndikcə, sahib olduqları dizaynın nə cür həssas və qüsursuz olduğunu daha yaxşı anlayırıq... Son dərəcə elastik xüsusiyyətlərə sahib parçalar, havanın ən yaxşı şəkildə istifadə edilə bilməsi üçün, lazımlı qüvvətlər qarşısında, lazımlı elastikliyini göstərəcək şəkildə həssaslıqla bir yerə gətirilmişlər. Ağcaqanad qanadları ilə müqayisə edilə biləcək texnoloji bir quruluş demək olar ki, yoxdur."1 Digər tərəfdən, ağcaqanadların xəyali təkamülünə sübut olacaq tək bir qalıq belə yoxdur. Məşhur Fransız zoolog Grassé "böcəklərin mənşəyi mövzusunda tam bir qaranlıq içindəyik" deyərkən bunu etiraf edir. 2 1 J. Robin Wootton, "The Mechanical Design of Insect Wings", Scientific American, Cilt 263, Noyabr 1990, s. 120. 2 Pierre-P Grassé, Evolution of Living Organisms, New York: Academic Press, 1977, s. 30.


MƏMƏLİLƏRİN MƏNŞƏYi

Daha əvvəl də bildirdiyimiz kimi, təkamül nəzəriyyəsi dənizdən təkamülləşərək çıxan bəzi xəyali canlıların sürünənlərə çevrildiyini, quşların da sürünənlərin təkamülləşməsiylə meydana gəldiyini iddia edir. Eyni ssenariyə görə sürünənlər yalnız quşların deyil, eyni zamanda məməlilərin də atasıdırlar. Halbuki bədənləri pulcuqlarla örtülmüş, soyuqqanlı və yumurtlayaraq çoxalan sürünənlər ilə, bədənləri tüklü, istiqanlı və doğaraq çoxalan məməlilər arasında strukturca çox böyük fərqlər mövcuddur.

'Sürünənlərin və məməlilərin çənə strukturları bu fərqliliyin bir nümunəsidir. Məməlilərdə alt çənədə tək sümük vardır və dişlər bu sümüyün üzərində yerləşir. Sürünənlərdə isə alt çənənin hər iki yanında üç dənə kiçik sümük vardır. Bir başqa əsas fərqlilik isə, bütün məməlilərin orta qulaqlarında üç dənə sümük (örs, üzəngi və çəkic sümükləri) olmasıdır, bütün sürünənlərdə isə orta qulaqda tək bir sümük vardır. Təkamülçülər sürünənlərin çənəsinin və sürünənlərin qulağının mərhələli olaraq məməlilərin çənəsinə və qulağına çevrildiyini iddia edirlər. Əlbəttə, bunun necə reallaşması sualı cavabsızdır.

Xüsusilə tək sümükdən ibarət olan bir qulağın üç sümüklü şəklə necə çevrildiyi və eşitmə duyğusunun bu sırada necə davam etdiyi təkamülçülərin əsla cavab verə bilmədikləri bir sualdır. Hətta sürünənlərlə məməliləri bir-birinə bağlaya biləcək tək bir ara keçid qalığı da tapılmamışdır. Buna görə təkamülçü paleontoloq Roger Lewin "ilk məməliyə necə çevrildiyi hələ də bir sirrdir" demək məcburiyyətində qalır. Roger Lewin "Bones of Mammals, Ancestors Fleshed Out", Science, cilt 212, 26 İyun 1981, s. 1492.
50 milyon illik yarasa qalığı hal-hazırda tapılan yarasa qalığından fərqsizdir. (Science, Vol. 154)

Təkamülçülər bütün məməli növlərinin ortaq bir atadan gəldiyini iddia edirlər, halbuki ayı, balina, siçan və ya yarasa kimi fərqli məməli növləri arasında müxtəliflik mövcuddur. Bundan əlavə, bu canlıların çox xüsusi hazırlanmış sistemləri vardır. Məsələn, yarasalar qaranlıqda yol tapmaqlarını təmin edən çox həssas bir sonar sistemlə yaradılmışlar. Müasir texnologiyanın təqlid etməklə kifayətləndiyi bu kimi kompleks sistemlərin, təkamülün iddia etdiyi kimi təsadüflərlə ortaya çıxması isə mümkün deyil. Belə ki, qalıq tapıntıları yarasaların bu günkü qüsursuz strukturları ilə bir anda ortaya çıxdıqlarını və heç bir təkamül keçirmədiklərini göstərir.
XX əsrin ən böyük təkamülçülərindən və neo-Darvinist nəzəriyyənin qurucularından biri olan Corc Gaylord Simpson isə təkamülçüləri heyrətləndirən bu həqiqəti belə ifadə edir:

Dünya üzərindəki həyatın ən baş qarışdırıcı hadisəsi Mezozoy dövrünün, yəni sürünənlər dövrünün məməlilər dövrünə birdən dəyişməsidir. Sanki bütün baş rol aktyorluğunun çox sayda və növdəki sürünənlər tərəfindən boynuna götürüldüyü bir oyunun pərdəsi bir anda endirilmişdir. Pərdə yenidən açıldığında isə, bu dəfə baş rolda məməlilərin iştirak etdiyi və sürünənlərin bir kənara itələnildiyi yeni bir əsr başlamışdır. Ortaya çıxan məməlilərin əvvəlki əsrə aid izləri isə yox kimidir. Corc Gaylord Simpson, Life Before Man, New York: Time-Life Books, 1972, s. 42.

Bundan əlavə, birdən ortaya çıxan məməlilər bir-birlərindən çox fərqlidirlər. Yarasa, at, siçan və balina kimi son dərəcə fərqli canlıların hamısı məməlidir və eyni geoloji dövrdə ortaya çıxmışlar. Bu canlıların arasında təkamüllə bir bağ qurmaq, ən geniş təxəyyül içində belə qeyri-mümkündür. Təkamülçü zoolog Eric Lombard, Evolution (Təkamül) adlı jurnalda belə yazır: Məməlilər sinfi içində təkamüllə qohumluq əlaqələri (filogenetik bağlar) qurmaq üçün məlumat axtaranlar uğrayacaq. Eric Lombard, "Review of Evolutionary Principles of the Mammalian Middle Ear, Gerald Fleischer", Evolution, Cilt 33, Dekabr 1979, s. 1230.

Bütün bunlar göstərir ki, canlılar yer üzündə heç vaxt təkamül keçirmədən, qəfildən və qüsursuz şəkildə ortaya çıxmışlar. Bu da, yaradılmış olduqlarının çox dəqiq isbatıdır. Təkamülçülər isə canlı növlərinin yer üzündə müəyyən bir sıra ilə ortaya çıxdıqlarını, təkamülləşmiş olduqlarının göstəricisi kimi izah etməyə çalışırlar. Halbuki canlıların yer üzündəki ortaya çıxış sıralamaları, ortada heç bir təkamül olmadığına görə, "yaradılışın sıralaması"dır. Qalıqlar yer üzünün üstün və qüsursuz bir yaradılışla, əvvəl dənizlərdə, sonra da quruda yaşayan canlılarla doldurulduğunu və bütün bunların ardından da insanın var edildiyini göstərir. İnsanın yer üzündə həyata başlaması da -böyük bir kütlə təlqini ilə qəbul etdirilməyə çalışılan "meymun insan" nağılının əksinə- bir anda və əksiksiz bir şəkildə olmuşdur.

ATIN TƏKAMÜLÜ SSENARİSİ

Yaxın bir zamana qədər təkamül nəzəriyyəsinə dəlil olaraq göstərilən qalıq sıralamalarının ən başında, atın sözdə təkamülünə aid olduğu iddia edilən xəyali bir sıralama gəlməkdə idi. Halbuki bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin etibarsızlığını açıqca qəbul edir. 1980-ci ilin noyabrında Chicago Təbiətinin Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi dörd gün davam edən və pilləli təkamül nəzəriyyəsinin problemlərindən bəhs edilən bir yığıncaqda söz alan təkamülçü Boys Rensberger tərəfindən, atın təkamülü ssenarisinin qalıq tapıntılarında heç bir dayağı olmadığını və atın pilləli təkamülləşməsi kimi bir müddətin heç yaşanmadığını belə izah etmişdir: təxminən 50 milyon il əvvəl yaşamış dörd dırnaqlı, tülkü böyüklüyündəki canlılardan bu günün daha böyük tək dırnaqlı atına pilləli dəyişmə olduğunu qarşıya qoyan məşhur atın təkamülü nümunəsinin etibarsız olduğu uzun zamandan bəri məlumdur. Pilləli dəyişmə yerinə, hər növün qalıqları tamamilə fərqli olaraq ortaya çıxmaqda, dəyişmədən qalmaqda, sonra da soyu tükənməkdədir. Ara-keçid növləri isə məlum deyil. Rensberger dürüst şəkildə atın təkamülü ssenarisindəki bu əhəmiyyətli açmazı dilə gətirərkən, əslində bütün nəzəriyyənin qalıq tapıntılarındakı ən böyük çıxmazını, "ara-keçid növlərinin çıxmazı"nı gündəmə gətirmişdir.

Atın təkamülü sxemlərinin sərgiləndiyi "İngiltərə Təbiətinin Tarixi Muzeyi"nin idarəçilərindən məşhur təkamülçü paleontoloq Colin Patterson da, hələ də muzeyin alt qatında dayanan bu sərgi haqqında bunları söyləyir:

Həyatın təbiəti haqqında bir-birindən xəyali bir çox pis hekayə vardır. Bunun ən məşhur nümunəsi, bəlkə 50 il bundan öncə hazırlanmış və hələ də alt qatda olan atın təkamülü sərgisidir. Atın təkamülü bir-birini izləyən yüzlərlə elmi qaynaq tərəfindən böyük həqiqət kimi təqdim edilmişdir. Ancaq indi isə, bu tip iddiaları irəli sürən kəslərin etdikləri təxminlərin, yalnız fərziyyə olduğunu düşünürəm. Colin Patterson, Harper's, Fevral 1984, s. 60.

Bəs "atın təkamülü" ssenarisinin dayağı nədir? Bu ssenarini təkamülçülər Hindistan, Cənubi Amerika, Şimali Amerika və Avropada müxtəlif zamanlarda yaşamış, müxtəlif növ canlı qalıqlarını kiçikdən böyüyə doğru düzərək saxta sxemlərlə ortaya atmışdılar. Müxtəlif tədqiqatçıların ortaya qoyduqları 20-dən çox dəyişik atın təkamül sxemi vardır. Hər biri bir-birindən fərqli olan bu soy ağacları haqqında təkamülçülərin özlərinin fikirləri eyni deyildir.

Bu ardıcıllıqdakı tək ortaq nöqtə 55 milyon il əvvəl Eosen Dövründə yaşamış "Eohippus" (Hyracotherium) adlı itə oxşar bir canlının atın ilk atası olduğuna inanılmasıdır. Halbuki atın milyonlarla il əvvəl yox olmuş atası kimi təqdim edilən Eohippus, hələ də Afrikada yaşayan və atla heç bir əlaqəsi və bənzərliyi olmayan "Hyrax" adlı heyvanın eynisidir. Atın təkamülü iddiasının əsassızlığı, hər keçən gün aşkar olunan yeni qalıq tapıntıları ilə daha da açıq aydın olur. Eohippus ilə eyni layda, dövrümüzdə yaşayan at cinslərinin də (Equus Nevadensis və Equus Occidentalis) qalıqlarının tapıldığı təsbit edilmişdir. Bu müasir at ilə onun sözdə keçən atasının eyni zamanda yaşadığını göstərir ki, bu da atın təkamül keçirmədiyinin ən açıq dəlilidir. Təkamülçü alim Gordon R. Taylor Darvinizmin açıqlaya bilmədiyi mövzuları əhatə edən The Great Evolution Mystery adlı kitabında at silsilələri hekayəsinin əslini belə izah edir:

Bir muzeydə olan bu at silsilələri digərləri kimi müxtəlif dövrlərdə və müxtəlif ərazilərdə yaşayan fərqli heyvanların birtərəfli baxışla istədikləri kimi ardıcıl olaraq düzülməsi ilə ortaya çıxarılır. Atın təkamülü ssenarisinin qalıq tapıntılarında heç bir dayağı yoxdur.

Darvinizmin bəlkə də ən ciddi səhvi paleontoloqların böyük təkamüllü dəyişiklikləri göstərən qohumluq əlaqələrini və canlı sıralamalarını təqdim edə bilməmələridir... At ardıcıllığı bu mövzuda həll edilmiş yeganə nümunə kimi göstərilir. Amma həqiqət budur ki, Eohippusdan Equusa qədər uzanan ardıcıllıq çox əsassızdır. Bu ardıcıllığın get-gedə artan bir bədən böyüklüyünü göstərdiyi iddia edilir, əslində isə ardıcıllığın sonrakı mərhələlərinə qoyulan canlıların bəziləri (sıralamanın əvvəlində iştirak edən) Eohippusdan daha böyük deyil, əksinə daha kiçikdirlər. Fərqli qaynaqlardan gələn növlərin bir araya toplanaraq guya əsliymiş kimi bir sıralamada ard-arda düzülmələri mümkündür, amma tarixdə həqiqətən bu sıralamada bir-birlərini izləyən heç bir dəlil yoxdur. Gordon Rattray Taylor, The Great Evolution Mystery, London: Sphere Books, 1984, s. 230

Bütün bu faktlar təkamülün ən əsaslı dəlillərindən biri kimi təqdim edilən atın təkamülü sxemlərinin heç bir etibarlılığa sahib olmayan xəyali bir sıralama olduğunu sübut etmişdir. Bu vəziyyət təkamül nəzəriyyəsinin nə dərəcədə ağla sığan, ciddiyə alınan bir nəzəriyyə olduğunu göstərir.
(məqalə harun yahya)