FAŞİZMİN VƏ DARVİNİZMİN QADIN VƏ AİLƏ DÜŞMƏNLİYİ



Faşizm, qadınlara qarşı düşmən mövqedədir və qadınları kişilərdən aşağı səviyyədə görür. Bu həqiqəti 20-ci əsrin faşist liderlərinin çıxışlarında tapmaq mümkündür. Məsələn, Mussolini 12 Noyabr 1922-ci il tarixində Fransanın Journal qəzeti müxbiri Maurice de Valeffeyə verdiyi müsahibədə qadınları açıq-aşkar alçaltmışdır: Mənim ümumi səs haqqını məhdudlaşdırma niyyətində olduğumu söyləyənlər var. Xeyr! Hər vətəndaş Roma Parlamenti üçün sahib olduğu səs haqqını qoruyacaq... Bundan başqa sizə etiraf edim ki, qadınlara səs haqqı verməyi düşünmürəm. Bunun bir faydası yoxdur. Qadınların dövlət işlərinə qatılmamaları hər cür feminizmə qarşıdır. Əlbəttə, qadın kölə olmamalı, amma ona səs haqqı da verə bilmərəm. Bizim dövlətimizdə qadın nəzərə alınmır.

( Maria a. Macciocchi, Faşizmin Analizi, Tərcümə edən: Camal Süreya, Payel Nəşrləri, İstanbul 2000, s. 108)

1930-cu ildə böyük iqtisadi böhran başladığı vaxtlarda isə Mussolini qadınların çalışdıqları işlərdən ayrılmaları təlimatını vermişdi. Çünki qadınları "kişinin çörəyinə əl uzadan oğrular, kişi sonsuzluğunun günahkarları" olaraq görürdü.

(Maria a. Macciocchi, Faşizmin Analizi , s. 126-127)

"Duçe"nin qadınlarla bağlı dünyagörüşünü vurğulayan ən əhəmiyyətli sözləri Fransız jurnalist Helene Gossetin özüylə 1932-ci ildə apardığı müsahibədə nəzərə çarpır: Qadın boyun əyməlidir. Onun analiz gücü olsa da sintez gücü yoxdur. Qadın nə vaxtsa arxitektura əsəri yaradıbmı? Məbəddən danışmıram, qadından daxma qurmasını istəyin, öhdəsindən gələ bilməyəcək. Qadın bütün sənətlərin sintezi olan arxitekturaya yaddır və bəxti də elə burada bağlanır.

(Maria a. Macciocchi, Faşizmin Analizi , s. 126)

Qadınlara iş həyatında qoyulan bu məhdudlaşdırma təhsil sahəsində də özünü göstərmiş və alınan tədbirlərlə qadınların təhsil və iş həyatları məhdudlaşdırılmışdır. Məsələn 30 Yanvar 1927-ci il tarixli fərmanla qadınlara litseylərdə ədəbiyyat və fəlsəfə dərslərinin keçirilməsi qadağan edilmişdir. 1928-ci ildə verilən fərmanla qadınların təhsil almamaları üçün qanuni tədbirlərə müraciət edilmiş, qadınların birinci dövr orta təhsil təşkilatlarında müdirlik etmələrinin qarşısı alınmışdır. Qız şagirdlərə orta təhsillərində və universitetlərdə iki qat məbləğ ödəmə məsuliyyəti yüklənmişdir.

Mussolininin Məclisə təqdim etdiyi 28 Noyabr 1933-cü il tarixli fərman mətnində isə bunlar yazılıb: "Dövlət təşkilatları, işçi götürmək üçün açılacaq imtahanlarla əlaqədar elanlarda qadınların qəbulunu əngəlləyəcək şərtlər qoya bilərlər.Sosial sahələrdə çalışan qadınların artımına qarşı sərhəd təyin etmək zəruridir'" (Maria a. Macciocchi, Faşizmin Analizi , s. 128-129) 1 Sentyabr 1938-ci il tarixli fərmanla qadınların sosial sahələrdəki heyət sayının ancaq 10 %-ni doldura biləcəyi təyin olunmuşdur.

Nasist Almaniyasında isə qadınlara qarşı təyin olunan "ikinci təbəqənin vətəndaşı" statusu daha da qabarıq idi. Alman Milli Təhsil Nazirliyi, litsey bitirənlərin 10 %-dən çoxunun qız olmamasına qərar vermişdi. 1934-cu ildə litseyi bitirmiş hər 10.000 qızdan, yalnız 1.500-nə yüksək təhsil təşkilatlarında oxumaq icazəsi verildi. 1929-cu ildə 39 nasional-sosyalist təhsil təşkilatı var idi. Bunların təkcə ikisi qızlar üçün idi. Qızlara orta təhsilləri əsnasında Latın dili dərslərinə girməyi qadağan etmək üçün də qanunlar çıxarıldı; onlar litseyi bitirməmiş, yüksək məktəblərə və universitetə daxil olmalarının qarşısı alınırdı

(Maria a. Macciocchi, Faşizmin Analizi, s. 132-133)

Bunlar yalnız ictimai mövqe və ya iş bölgüsüylə əlaqədar tənzimləmələr deyil, Nasizmin bioloji doqmaları ilə əlaqədar tətbiqlər idi. Faşizmin Analizi kitabının yazıçısı Maria A. Macciocchinin şərhinə görə Nasistlərin gözündə qadın bir növ heyvan idi.

(Maria a. Macciocchi, Faşizmin Analizi , s. 134)

Bu fəlsəfəyə görə qadın fərqləri meydana çıxmamış primitiv irq idi və bioloji cəhətdən aşağı səviyyədə idi.

(Maria a. Macciocchi, Faşizmin Analizi, s. 163)
(məqalə harun yahya)