Darvinizmin Qanlı Dialektikası: Sol və Sağın Mübarizəsi



Kommunizm, hər ölkədə kapitalizmin və faşizmin əleyhdarı və alternativi olaraq inkişaf etmişdir. Bir-birinə zidd kimi görünən bu tərəflər, ortaq qaynaqdan, yəni darvinizmdən ilham alır. Kapitalizm və faşizm darvinizmin sağ qanadını, kommunizm isə sol qanadını meydana gətirir. Bir ölkədə darvinizmin yayılması, hər iki qanadın birdən yayılması nəticəsini zəruri edir. Bu səbəbdən faşizmi və ya kapitalizmi dəstəkləmək üçün darvinizmdən istifadə edənlər, istər-istəməz kommunizmi də dəstəkləmiş olurlar.

Darvinizmin hakim olduğu bu dinsiz dünya görüşündə, sağ solu, sol da sağı doğurur və bəsləyir. İki tərəf bir-biriylə daimi mübarizədədir. Zatən darvinizm belə mübarizə mühitini cəmiyyətlər üçün uyğun və vacib hesab edir.Bu ümumi sxemə baxdığımızda, darvinizmin əslində siyasi səviyyədə “dialektika” meydana gətirdiyini söyləmək mümkündür. Dialektika, alman filosof Hegelin ortaya atdığı, sonradan Marks və Engels tərəfindən mənimsənən “qarşıdurma” nəzəriyyəsidir. Dialektika, kainatdakı bütün inkişafın qarşıdurma sayəsində mümkün olduğunu fərz edir. Bu nəzəriyyəyə görə, hər vəziyyət və ya fikir bir tezisdir. Sonra bu tezisə qarşı çıxan “anti-tezis” meydana gəlir. Tezis ilə anti-tezis mübarizə aparır və ortaya çıxan nəticəyə “sintez” adı verilir. Sintez də bir müddət sonra tezis halına gəlir və bu dəfə buna qarşı bir anti-tezis çıxır. Dialektik nəzəriyyəyə görə bu qarşıdurma bu şəkildə davam edir.

İnsanların Allah tərəfindən yaradıldığı gerçəyinin rədd edilməsinə və insanın təkamül etmiş heyvan növü hesab olunmasına səbəb olan darvinizmlə birlikdə, dünya bu darvinist dialektikanın mübarizə meydanı olmuşdur. Başda Avropa ölkələri olmaqla, bir çox ölkədə əvvəl sağ qanad darvinistlər hakim olmuş, bunlar dini inancları və əxlaqi dəyərləri məhv edərək və ya təhrif edərək vəhşi kapitalizmi və ardından faşizmi gətirmişlər. Bunlara qarşı da sol qanad darvinistlər, yəni kommunistlər təşkilatlanmış və hər iki tərəf daimi qarşıdurma içində olmuşdur. Bu darvinist dialektikanın sintezi isə həmişə eynidir: qan, bəla, işgəncə, savaş, göz yaşı…
(məqalə harun yahya)