Dəccaliyyət Haqqı Batil, Batili Haqq Göstərərək İnsanları Aldadır



Kommunizmin, İctimai Ədalət və Qardaşlıq anlayışlarından istifadə etməsi yanlış fikirdir.

Hədislərdə xəbər verildiyi kimi, axır zamanda ortaya çıxan dəccal, hər cür pisliyin, qarışıqlığın, hərc-mərcliyin və fitnənin yayılmasında fəaliyyət göstərən, insanların çətinliklərinin qaynağı olacaq. Dəccalın fitnəsi hədisdə belə bildirilib:

Allah, Hz. Adəmi yaratdığı gündən bu günə qədər dəccalın fitnəsi qədər böyük fitnə olmamışdı.

Peyğəmbərimiz (s.ə.v), dəccalın bütün xüsusiyyətlərini hərtərəfli təsvir edib, müsəlmanlara bu böyük fitnədən qorunmağın yolunu da göstərmişdir. Dəccalın əsas xüsusiyyətlərindən biri də insanları aldadıb böyük bəlalara salarkən, onlara yaxşılıq edirmiş kimi görünməsidir. Dəccal adı, “dcl” kökündən gələn “yalançı, hiyləgər, zehinləri, qəlbləri, yaxşı ilə pisi, haqq ilə batili qarışdıran, hər yeri gəzən müfsid (fəsadlaşdıran) və pis adam” mənasını verir.

Bir hədisdə belə deyilir:

Dəccal çıxan zaman su və alov bir yerdə görünəcək. Ancaq xalqın alov olaraq gördüyü şirin su, su olaraq gördüyü isə yandırıcı alov olacaq. Sizdən kim o günə çatsa, xalqın oda düşməyini qəbul etsin çünki o, şirin və soyuq sudur.

Hədisdə verilən məlumatlara görə dəccal, yaxşı iş görürmüş kimi onları “oda” yəni, müharibəyə, qan tökməyə təşviq edəcək. Yalançı məsih olaraq ortaya çıxan, din əxlaqının bərabərlik, ictimai ədalət, sevgi, qardaşlıq xüsusiyyətlərindən istifadə edərək, insanları qurtuluşa çağırdığını söyləyərək onları bəlaların içinə sürükləyəcək. Necə ki, XX əsrin əvvəlindən etibarən qarşıdurmanı sanki inkişafın təməl şərti olaraq qəbul edən, zəifləri, məzlumları əzən, müharibəni, terroru, hərc-mərcliyi, qanlı qiyamları tək çarə kimi təqdim edən ideologiyalar, insanları böyük bəlaların – dəccalın oduna salmışdır. Bunların başında kommunizm durur. Lenin, Stalin, Mao və ya Pol Qırış kimi kommunist diktatorlar, yüz iyirmi milyon insanı öldürmüşdülər. Bunların çoxu da öz xalqının içindən öldürdükləri vətəndaşlar idi. On milyonlarla kişi, qadın, yaşlı, körpə bu vəhşi ideologiya səbəbindən həyatını itirmişdir.

Dəccaliyətin təzahürü olan kommunizm, insanların təsadüflərin əsəri olduğunu söyləyərək, Darvinizm saxtakarlıqları ilə insanları aldadaraq, ictimai ədalət vədləri verərək, Allahın varlığını inkar edərək, ailə, əxlaq kimi bütün mənəvi dəyərləri yox sayaraq, batili haqq, haqqı batil kimi göstərərək insanları aldatmışdır. Kommunist ideologiyası, kasıbların haqqını qoruduğunu, əzilən insanları müdafiə etdiyini iddia edərək milyonlarla insanını dəstəyini almış, ancaq onların tətbiqinə keçdikdə isə

qan tökən,

çaxnaşma və qarışıqlıq meydana gətirən,

qadınları, uşaqları, yaşlıları gözünü qırpmadan qətl edən,

insanları mərhəmətsizcə istismar edən,

kasıbı daha da kasıblaşdıran,

yoxsul insanlara zülm verərək işlədən,

insanları robotlaşdıran,

şəfqəti, mərhəməti, sevgini tamamilə yox edən,

mənəvi və əxlaqi dəyərləri yox edən,

sərt, mərhəmətsiz və qantökən ideologiya olduğu göz qabağında idi.

Bir başqa hədisdə isə dəccalın insanlara yaxşı olaraq bildirdiyi dəyərlərin əslində zərər, hətta fəlakətlərə səbəb olması barədə belə xəbər verilir:

Şübhəsiz bərabərində cənnət və cəhənnəm (deyə adlandırdığı iki çay) olması da onun fitnəsidir. Əslində cəhənnəmi cənnət olub, cənnəti də bir cəhənnəmdir… (İbni Macə, 4075, 4076; Tırmizi, Fiten: 59, nömrə 2240, 4/510)

İnsanların böyük qismi hadisələri Quran əxlaqına və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə görə qiymətləndirmədikləri üçün kommunizmin özlərinə rifah, azadlıq və rahatlıq gətirəcəyini sanaraq bu azğın ideologiyaya tabe olmuş, bunun nə qədər böyük səhv olduğunu isə kommunizmin reallaşması ilə anlamışdılar. Bu səbəbdən Peyğəmbərimiz (s.ə.v) insanları xəbərdar etmiş və onlara dəccalın pis niyyətinin yaxşı olduğunu hesab edərək hərəkət etməmələrini bildirmişdir.

Hədisdə bəzi insanların dəccalın inkarçı olduğunu, bəla gətirəcəyini bildikləri halda təqdim edəcəyi dünyəvi mənfəətlərinə aldanıb onun təsiri altında qalacağı bildirilmişdir:

Bəzi insanlar da dəccalla söhbət edib deyəcəklər ki, “Biz onun kafir olduğunu bilirik; yeməyindən yeyib, ağacından faydalanmaq üçün onunla yoldaşlıq edirik.” Allahın qəzəbi dəccalla birlikdə bu insanlara gələcək. (Nuaym b. Hammad; əl Berzenci, Qiyamət Əlamətləri, Pambıq Nəşriyyat, İstanbul, 2002, sf. 231)

Halbuki, tarixdə kommunizmin tətbiq olunması, yaşanmış böyük fəlakət və zülmlərlə yadda qalıb. Kommunizm, Mehdiyyətin müdafiə etdiyi, din əxlaqının əsası olan bəzi anlayışlardan istifadə edərək xeyirli məqsədlə ortaya çıxdığını söyləyib, qəddar və zalım tətbiqləri ilə milyonlarla insanın ölümünə səbəb olmuşdur. Bu səbəbdən, dəccalın bu oyununa yəni, kommunizmin dini və mənəvi dəyərlərindən istifadə edərək, insanları aldatmağına qarşı bütün cəmiyyətlər çox diqqətli olmalıdır. Kommunizmin müdafiə etdiyi qan tökmə siyasəti üzə çıxarılmalı və Mehdiyyət yəni, din əxlaqı, bu azğın ideologiyanın tam əksi izah edilməlidir:

1. Kommunizm, ictimai ədalət və xalqların qardaşlığı iddiasındadır, ancaq əslində insanları istismar edən və cəmiyyətləri bir-birinə qarşı qoyan ideologiyadır.

Kommunizm, məzlum insanları qoruyacağı vədinin verərək hamını özünə çəkir. Halbuki, insanın ruh sahibi varlıq olduğunu inkar edən və onu sanki, bir növ maşın və ya heyvan olaraq görən kommunizm insanların xoşbəxtliyini, dincliyini, rahatlığını və təhlükəsizliyini qoruması qeyri-mümkündür. Kommunizm insanları təbəqələrə bölərək, hər təbəqənin özünəməxsus, xarakterə və dünya görüşünə malik olduğunu və onlar arasında qarşıdurma baş verən zaman müharibəni və anarxiyanı leqal görür. Kommunist sistemində insanlara dəyər verilmir. “Onsuz da sürüdə çox insan var, biri getsə bir şey olmaz” məntiqi ilə düşünür. İşləyə bilməyən ya da şikəst olanları atıb, xəstələri zərərli görüb ölümə tərk edirlər. Onlarda bağışlama, mərhəmət, vəfa duyğusu yoxdur. İnsanların əxlaqı, niyyəti və düşüncəsinə dəyər vermirlər. Həyatı, həyat mübarizəsi olaraq görən bu dəyərsiz fikirlərə görə zəiflərin yox olmasında heç bir qorxu yoxdur, əksinə bu lazımlıdır. Heyvanlarda belə fədakarlıq olmadığı üçün hər kəs ilk öncə özünü düşünür, bu səbəbdən cəmiyyət inkişaf edə bilmir. İnsanlar mərhəmətdən uzaq olduğu üçün cəmiyyətin rifah və sülh içində olması mümkün deyil. Kommunist cəmiyyətlərdə insanlar yalnız məhsul verən heyvanlar olaraq qəbul edilir. Xüsusilə kəndlilərə nifrət bəsləyir və onları zəif məxluq kimi görürlər. Marks, kəndliləri “kartof kisəsi” kimi görür, Lenin və Stalin də milyonlarla insanı qəsdən aclığa məhkum edərək öldürmüşdür. Onlara görə kəndlilər yalnız taxıl, pambıq çıxaran heyvan sürüləridir. Çıxardıqlarının əllərindən alınması isə, bal arılarının çıxardığı balın toplanması qədər qanuni və normal görünür.

Bu səbəbdən kommunizmin tətbiq olunduğu cəmiyyətlərin heç birində iddia edilən kimi ictimai ədalət mövcud olmamış, digər insanların istismar edildiyi son dərəcə ədalətsiz quruluş meydana gəlmişdir. Fərqli etnik mənşələrə sahib insanların yurdlarından çıxarılıb ən primitiv şərtlərdə işlədilməsi, hər cür qarşıdurmanın inkişaf kimi dərk edilən kommunist sistemlərində “qardaşlıqdan” danışmaq mümkün deyil.

2. Mehdiyyət sülhü müdafiə edən, “heç kimin zərər görmədiyi” bir sistemdir, kommunizm isə qan tökən ideologiyadır .

Kommunist liderlər terroru, qan tökməyi, günahsızları öldürməyi, anarxiya çıxarmağı vacib silah kimi tərəfdarlarına tövsiyə etmişlər. Kommunizmin liderlərindən olan Lenin, belə tövsiyə etmişdir:

Polisləri, əsgərləri, dövlət məmurlarını öldürmək, dövlət təşkilatlarında yanğınlar çıxarmaq…Dövlətin xəzinələrindən pulları götürmək… İnqilabçı kommunistlər məğlub olmaz silahlı güc kimi ortaya çıxaraq insanları öldürməli, bombalamalı, binaları partladaraq qorxu yaymalı və bu şəkildə cəmiyyət üzərində kommunist diktatorluğunu təşkil edərək iqtidara çatmalıdırlar. (Vladimir Lenin, Nəzəri və Praktik Terror Haqqında, Homizuri G. P., Moskva, 2005)

Lenin Kommunist Partiyanın qan tökəcəyini, hələ 1906-cı ildə, yəni Bolşevik İnqilabından 11 il əvvəl, Proletari jurnalında belə xəbər verirdi:

Bizim maraqlandığımız fakt silahlı mübarizədir; bu mübarizə, fərdlər və kiçik qruplar tərəfindən icra edilir. Bir seqmenti inqilabçı təşkilatlara aid olarkən, o biri seqmentlər (Rusiyanın müəyyən seqmentlərində əksəriyyəti) hər hansı bir inqilabçı təşkilata bağlı deyildir. Silahlı mübarizə, bir-birindən ayrılan, fərqli iki məqsədə yönəlib: Birincisi, bu mübarizədə əsas məqsəd şəxslərə, liderlərə, ordu və polisdəki vəzifəlilərə sui-qəsd etməki; ikinci olaraq, həm hökumətə aid, həm də xüsusi şəxslər aid pul mənbələrini mənimsəmək… (Vladimir I. Lenin, 30 Sentyabr 1906, Proletari, Nr. 5)


Leninin təşviq etdiyi bu terror və qan tökmə, dünyanın müxtəlif ölkələrində kommunistlər tərəfindən tətbiq olunmuş, Mao, Pol Qırış, Ho Chi Minh kimi ruhi xəstələrlə məşhur kommunist liderlər tərəfindən daha da inkişaf etdirilərək milyonlarca insanın ölümünə səbəb olmuşdu. Tarixçilərin hesablamalarına görə, bu ideologiya ilə XX əsrdə yüz iyirmi milyon insan öldürülmüşdür. Bunlar, cəbhədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqlarının içindən öldürdükləri vətəndaşlardır. Yüz milyon kişi, qadın, yaşlı, kiçik uşaq, körpə “kommunizm” deyilən vəhşi ideologiya səbəbindən həyatını itirmişdir. Kommunist rejimlər tərəfindən konstitutsiyada hüquq və azadlıqlarından məhrum olan, deportasiya olunan, qıtlıqla üz-üzə gətirilən, həbs edilən, iş düşərgələrində əsir olaraq istifadə edilən on milyonlarla insanlar kommunist partizan qruplarının, terror təşkilatlarının güllələrinə hədəf olmuş və ya hədəf olma qorxusu ilə yaşamışdılar.

Mehdiyyət isə, insanları sülhə, insan sevgisinə, şəfqətə və mərhəmətə şövq edir. Hz. Mehdi (a.s) müharibə ilə deyil, sevgi ilə Allahın yoluna çağıraraq Quran əxlaqını dünyaya hakim edəcək. Hz. Mehdinin (a.s) ən əhəmiyyətli xüsusiyyətlərindən biri olan din əxlaqını sülh və sevgiylə hakim etməsi Peyğəmbərimiz (s.ə.v)ın hədislərində belə xəbər verilmişdir:

İnsanlar, bal arılarının bəyləri ətrafında toplanması kimi, Hz. Mehdinin (a.s) ətrafında toplanarlar. Daha əvvəl zülmlə dolu olan dünyanı, ədalətlə doldurar. Bu zaman, YUXUDA OLAN HEÇ KİM OYANDIRILMAZ VƏ BİR DAMLA QAN BELƏ AXIDILMAZ. Dünya sevgi-səadət dövrünə geri dönər. (Əl Kavlu’l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, sf. 29 və 48)

Hz. Mehdi (a.s), Peyğəmbərin yolunda gedəcək, YATAN ADAMI OYANDIRMAYACAQ, QAN DA AXIDILMAYACAQ. (Qiyamət Əlamətləri, sf. 163)

QAB SU İLƏ DOLDUĞU KİMİ YER ÜZÜ SÜLHLƏ DOLACAQ. Düşmənçilik qalmayacaq və bütün çəkişmələr itib gedəcək. (Səhihi Müslim, 1/136)

3. Kommunizm ateist, dinsiz ideologiyadır. Hz. Mehdi (a.s) Allahı çox sevən, Allahın hökümlərini dünyaya hakim edən şəxsdir.

Lakin maddənin varlığına inanan və bütün insanlıq tarixini maddi faktorlarla izah etməyə çalışan kommunizm Allahın varlığını rədd edir, insanların təsadüflərin məhsulu olduğuna inanır. Materializm və Darvinizm eyni ideologiyadır. Marks, Darvinin 1859-cu ildə nəşr olunan ”Növlərin Mənşəyi” adlı kitabını araşdırmış və bu kitabın öz nəzəriyyəsi üçün əlverişli dayaq olduğunu görmüşdür. Engelsə 19 dekabr 1860-cı ildə yazdığı məktubda, Darvinin kitabı üçün “bizim fikirlərimizin təməlini qoyan kitab budur ” demişdir. [1]

16 Yanvar 1861- ci ildə Lassalleyə yazdığı məktubda isə belə deyir: “Darvinin əsəri böyük əsərdir. Bu əsər tarixdəki təbiət elmləri baxımından sinfi mübarizənin təməlini meydana gətirir. “[2]

Marks, Darvinə olan heyranlığını, ən böyük əsəri “Das Kapital”ı Darvinə həsr edərək göstərmişdir. Darvinə göndərdiyi Alman dilində olan əsərinə əl yazmayla belə yazmışdır: “Charles Darvinə, pərəstişkarı Karl Marksdan”.

Engels isə, Darvinə olan heyranlığını belə ifadə etmişdi: “Təbiət metafizik deyil, dialektikdir. Charles Darvinin adı hamıdan birinci xatırlanmalıdır. “[3]

Engels, Darvini Marksla eyni səviyyədə tərifləmiş və “Darvin necə orqanik təbiətdəki təkamül qanununu kəşf etdisə, Marks da təkamül qanununu kəşf etdi” demişdi. [4]

Rus Kommunist İnqilabının Lenin ilə birlikdə iki böyük memarından biri olan Leon Trotski də “Darvinin kəşfinin bütün orqanik maddə sahəsində dialektikanın (dialektik materializmin) ən böyük zəfəri oldu”ğunu bildirmişdir. [5]

Mehdiyyət isə Allah inancına, Allah sevgisinə, din əxlaqının gətirdiyi gözəlliklərlə bərabər rifahı və xoşbəxtliyi təmin edən sistemdir. Hz. Mehdi (a.s) yaşadığımız Hicri 1400-cü ildə Allaha inamın və Quran əxlaqının bütün dünyaya hakim olmasına səbəb olacaq. Hədislərdə Hz. Mehdinin (a.s) dövründə İslam əxlaqının dünyaya hakimiyyəti haqda belə deyilir:

… Peyğəmbərimiz (s.ə.v)dən nəql edilmişdir: “Dünyaya iki mömin, iki kafir hakim olacaq. Möminlər: Zülkarneyn, Süleyman Əleyhissalam, kafirlər isə: Nəmrud, Buhtu Nəsrdir. Dünyaya Əhli Beytimdən beşincisi olan Hz. Mehdi (a.s) hakim olacaq.” (Kitab’ul Burhan Fi Əlamət-el Mehdiyy el Axır Zaman, s. 10)

Mehdi Zülkarneyn və Süleyman kimi dünyaya hökm edəcək. (El-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 29)

Hz. Peyğəmbər, əvvəldən İslamı necə dəstəkləyirdisə, Hz. Mehdi də axıradək eyni şəkildə İslamı dəstəkləyəcək ..(El-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 26)

4. Mehdiyyət gözəl əxlaqı müdafiə edən və dünyaya hakim edən sistemdir, kommunizm isə hər cür əxlaqi dəyəri rədd edir.

Kommunizmin təməlində Allah inancını, dini və əxlaqi dəyərləri cəmiyyətlərdən uzaqlaşdıran və özlərini “ruhsuz heyvan birliyi” hesab edən kütlələr vardır. Bu yolla kütlələri asanlıqla istiqamətləndirə biləcəklərini, öz iqtidarlarını qoruya biləcəklərini, istədikləri hər cür əxlaqsızlığa və zülmə zəmin yarada biləcəklərini düşünürlər. Kommunist ideologiyanın ən böyük işi, insanları “heyvanlaşdırmaq”, vəhşi heyvanlar kimi zəncirlərə vurmaq, zülm və qorxu yoluyla “tərbiyə etmək” və lazım olanda istifadə etmək idi. Onlara görə cəmiyyət – sürüdəki heyvanlar kimi, insanlardan meydana gəlir. Bütün cəmiyyətə monotonluq hakimdir. Oxşar paltarlar, avtomobillər, evlər, idmançılar, sənətçilər, alimlər, hamı eyni tip həyat modelinə sahibdir. Evləri sığınacağa, paltarlar isə “soyuqdan acnaq qoruyacaq bir örtüyə” bənzədirlər. Cəmiyyətdə gözəllik tamamilə tərk edilmişdir. Allah qorxusunun yerinə müxtəlif “qorxu mərkəzləri” var. Məsələn Sovetlər Birliyində qurulan KGB (və ondan əvvəl yaranan Cheka, NKVD kimi gizli xidmətlər), bütün cəmiyyətə qorxu saçan təşkilatlar olaraq tanınır. Bu təşkilatlar “hər şeyi gördüyü və bildiyi” düşüncəsi ilə cəmiyyətə hakim olmağa çalışır, “meşə qanunları”na bənzər ayırd etmə sistemi inkişaf etdirir, mühakimə və müdafiə etmə haqqı olmadan milyonlarla adamı ölümə göndərə bilirlər. Allah qorxusu tamamilə yox edildiyi üçün insanlar ancaq sistemdən qorxduqları qədər çəkinirlər. Sistem görməsə, ya da cəzalandırmasa hər cür qeyri- qanuni işlərə əl atırlar. Allaha inanmadıqları üçün heç kimə güvənə bilmirlər. Darvinist-kommunist dövlət insanları həmişə əzməyə çalışır.

Cəmiyyətin digər üzvləri isə sahib olduqlarını hər an əllərindən ala bilən potensial düşməndir. İnsanlar öldükdən sonra yox olacaqlarına inandıqları üçün həyata möhkəm sarılır, hər kəsi düşmən və öz həyat mübarizəsində rəqib gördükləri üçün də hər hərəkəti öz əleyhində düşünür və kin bəsləyirlər. Birlik anlayışı olmadığı üçün bir-birini əzərək yüksəlməyə çalışır. Hər kəs bir-birinə xəyanət etdiyi üçün aralarında dostluq münasibəti olmur və hər kəs tək yaşamağa məhkum olur.

Halbuki Mehdiyyət, bütün bunların əksinə, insan ruhunun ehtiyacı olan sevgiyə, fədakarlığa, vəfaya, mərhəmətə, şəfqətə, bir sözlə din əxlaqına görə insanlara dincliyi və sevinci təqdim edən sistemdir. Buna görə də Hz. Mehdi (a.s) vasitəsi ilə İslam əxlaqının hakim olacağı dövr hədislərdə Qızıl dövr olaraq adlandırılır. Bu müqəddəs dövrdə insanlar bolluğa, bərəkətə, dincliyə və sevincə qovuşacaq, əsl sevgini yaşayacaq, əsl dost olacaq, heç kim vəfasızlıq və sədaqətsizlik görməyəcək, gözəllik və sənətkarlıq inkişaf edəcək, yoxsulluq olmayacaq. Heç kim haqsız yerə günahlandırılmayacaq, ədalət tam təcəlli edəcək. Bütün müharibələr və qarşıdurmalar sona çatacaq, sülh hakim olacaq. Hədislərdə Hz. Mehdi (a.s)ın səbəb olacağı bu gözəlliklər belə xəbər verilmişdir:

Məhəmməd ümmətinin ən xeyirlisi və sizin çətinliklərinizi aradan qaldıran vəliniz olan şəxs… Mehdidir. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 57)

Allah fitnələri Onun (Hz. Mehdi) vasitəsiylə söndürər. Hər yer əmin bir hala gələr. ..(Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 58)

…Cabir b. Abdullahın rəvayətində; Rəsulullah (s.ə.v) buyurdu ki: “Ümmətimin sonunda bir xəlifə gələcək, malı tək-tək saymayacaq, ovucla verəcək.” (Səhihi Müslim 11/351)

Əbu Səid el-Hudrinin rəvayətində; Rəsulullah (s.ə.v) buyurdu ki: “Ümmətimdə Mehdi var, “İnsan ona gələcək və ‘Ey Mehdi! mənə də ver, mənə də ver! deyəcək; Mehdi də onun qucağına daşıya bildiyi qədər dolduracaq.” (Süneni Tirmizi, 4/93)

Abdullah Məsudun rəvayətində Rəsulullah (s.ə.v) belə buyurdu: ” Hz. Mehdi insanlar yer üzünü daha əvvəl zülm ilə doldurduqları kimi yer üzünü ədalətlə dolduracaq.” (Süneni İbni Macə, 10/348)

Ədalət o qədər bol olacaq ki, zorla alınan mal sahibinə geri verildiyi kimi, bir insanın başqasına aid olub dişində qalmış bir şey də sahibinə qaytarılacaq… dünya təhlükəsiz olacaq və hətta bir neçə qadın, yanlarında bir kişi belə olmadan rahatlıqla həccə gedəcək. (əl-Kavlu’l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23)

Rayvani, “Müsned” adlı əsərində və Əbu Naim Huzeyfedən tahric etdi, Rəsulullah (s.ə.v) buyurdu: “Mehdi… zülmlə dolu olan yer üzünü ədalətlə dolduracaq. Mehdi dövründə yer və göy əhli, havadakı quşlar Odan razı olacaqlar.” ( Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 24)

Hz. Mehdi (a.s)ın vəsilə olacağı nemətlər o qədər bol və gözəldir ki, bu dövrdə yaşlılar gənc olmağı istəyəcək. Hədislərdə belə bildirilmişdir:

… Kiçiklər kaş böyük olsaydım, böyüklər də kiçik olsaydım deyəcəklər… Yaxşı insanların yaxşılığı artar, pislərə yaxşılıq edilər. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, sf. 17)

Naim, Tovuzdan rəvayət etdi: Mən Mehdiyyət gələnədək ölmək istəmirəm. Çünki onun dövründə yaxşı insanların yaxşılığı artar, pislərə qarşı yenə də yaxşılıq edilər. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy el Axır Zaman , 17)

(Bu mövzuda ətraflı məlumat üçün baxın [
isa_mehdi_bu_yy_gelecek_30.html)

5. Mehdiyet ailəni, dövləti, din əxlaqını müdafiə edir, kommunizm isə bu müqəddəs dəyərlərə düşməndir.

Kommunist cəmiyyətdə ailə bərbad vəziyyətdədir. Yəni, evlilik yoxdur, sadəcə cütləşmə və nəsil artırma var. Evlilik gözəl əxlaqın yaşanması üçün deyil, nəsli artırmaq üçündür. Uşağa ailəsi yox, dövlət baxır. Uşaq döyüşən, sürünü qoruyan yeni qüvvə olaraq görüldüyü üçün bu şəkildə tərbiyə alır. Ana, evindən nifrət etdiyi üçün qəddarlaşır, bu da uşaqda əks olunur. Uşaqlar ailə sevgisindən məhrum böyüdüyü üçün təcavüzkar və pessimistdir. Evdə sevgi, hörmət yerinə, mübahisələr hakim olur. Uşağın güvənə biləcəyi insan yoxdur. Nikah, sədaqət, iffətin olmadığı cəmiyyətdə fahişəlik çox məşhurdur. Allah inancı olmayan cəmiyyətlərdə belə həyat qaçınılmazdır. Çünki, bu cür cəmiyyətlərdə insanı, Allahın yaratdığı ruh sahibi varlıq kimi yox, bir-birini ölümlə birlikdə yox olan maddə və az inkişaf etmiş heyvan kimi görürlər. Buna görə də cəmiyyətdə sülh, əmin-amanlıq, həmrəylik, qardaşlıq olmur. Hər kəs öz mənfəətini qorumağa, öz həyatı üçün qazanc təmin etməyə çalışır. İnsanlar bir-birinin sağlamlığını, dincliyini, rahatlığını düşünmür, ətrafdakılara zərər verildikdə narahat olmur, buna mane olmağa çalışmır. Dinsiz cəmiyyətlərdə ədalətli insanları tapmaq mümkün deyil. Burda hər kəs özü üçün ən böyük mənfəəti əldə etməyə çalışır.

Halbuki Quran əxlaqında insanlar bir-birinə Allahın qulu olaraq dəyər verir, yaxşılıq etmək üçün mənfəət güdmədən, həmişə yaxşı işlər görüb xeyirlərdə yarışaraq Allahın razılığını qazanmağa çalışır. Axirətdə gözəl bir həyat ümid etdikləri və Allahın “… sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən

… Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə böyük mükafat verəcəyik!.” (Nisa Surəsi, 114) ayəsini bildikləri üçün, daima yaxşı xeyirli işlər görür və bunların qarşılığını insanlar deyil, yalnız Allahdan gözləyirlər. Hz. Mehdi (a.s) dövründə də Quran əxlaqı tam olaraq yaşanacaq, ailənin, mənəvi dəyərlərin qiyməti və əhəmiyyəti bilinəcək, hər kəs dövlətə itaətli, vətəninə faydalı, gözəl əxlaqlı insanlar olacaqdır.

Nəticə: Dəccaliyətə Qarşı Fikri Mübarizədən Qaçmaq Məğlubiyyəti Qəbul Etmək Deməkdir

Hədislərdə və İslam alimlərinin izahlarında ifadə edildiyi kimi, yaşadığımız dövr Hz. İsanın (a.s) yenidən dünyaya qayıtdığı, Hz. Mehdinin (a.s) vəzifəsinin başına keçdiyi, dəccaliyətin fitnəsinin ən çox olduğu dövrdür. Hz. İsa (a.s) və Hz. Mehdi (a.s)ı şövqlə gözləyən, bu mübarək şəxslərin tələbəsi, yaxını olmaq istəyən müsəlmanların, Onları qarşılamaq üçün edəcəyi ən gözəl hazırlıqlardan biri də dəccaliyətə qarşı fikri mübarizə aparmaqdır. Dəccaliyətin fitnəsi bütün dünyanı yox etməyə çalışarkən, günahsız müsəlmanları var gücü ilə əzərkən, bütün dünyada zülmə və gözyaşına səbəb olarkən, səssiz qalmaq, susmaq məğlubiyyəti fikrən qəbul etmək deməkdir.

Qurana uyğun olmayan vəziyyət meydana gəldikdə müsəlmanın susması mümkün deyil. Müsəlman, ağıllı, hikmətli şəkildə bu vəziyyəti düzəltmək və dəyişdirmək üçün fikri mübarizə aparmalıdır. Bunun əksini düşünmək dəccal və tərəfdarlarının üstün olduqları, məğlubedilməz olduqları yanılqısına qapılmalarına səbəb olar. Üstəlik imanı zəif insanlar da dəccaliyətə gücü çatmadıqlarını, o fikrin hakim və üstün olduğu kimi səhv düşüncəyə düşürlər. Bu yolla dəccaliyət daha çox tərəfdar toplayır. Bu da fitnənin, qarışıqlığın yayılmasına səbəb olur. Halbuki, Allah Müsəlmanlara “Yer üzündə fitnə yox olana qədər mübarizə etmələrini” (Bəqərə Surəsi, 193) əmr etmişdir.

Dəccaliyətə qarşı fikri mübarizə aparmaq müsəlmanlar üçün namaz qılmaq, oruc tutmaq, həccə getmək qədər vacibdir. Bütün müsəlmanlar bu məsuliyyətin şüurunda olmalı və Hz. Mehdi (a.s)ın aşiqləri olaraq, bütün imkanları ilə bu mübarizədə iştirak etməlidirlər. İnşaAllah yaşadığımız əsr, batilin yerlə bir olub Haqqın üstün gələcəyi, İslam əxlaqının bütün dünyaya hakim olacağı, bütün insanların sülh, sevgi, qardaşlıq və dostluq içində yaşayacaqları müqəddəs və mübarək dövrdür. Allah İslam əxlaqının yer üzünə hakim olacağını vəd etmişdir və inşaAllah bu vəd bu əsrdə reallaşacaq:

Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə – yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini ,onlar üçün onların Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur Surəsi, 55)
(məqalə harun yahya)


[1] Marks Engels Məktublar, s. 426

[2] Marks Engels Məktublar, 2-ci cild, s. 126

[3] Friedrich Engels, Utopik sosializm elmi Sosializm, s. 85

[4] Gertrude Himmelfarb, Darwin and the Darwinian Revolution, Chatto & Windus, London, 1959, s.348

[5] Alan Woods and Ted Grant. “Marxism and Darwinism”,